Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-128/2020 18.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiаçı Haqverdiyev Rafiq Abid oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hərbçi), iddiaçının nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), üçüncü şəxs Haqverdiyev Qədim Abud oğlunun (Bakı şəhərində qeydiyyatdadır), üçüncü şəxsin vəkili Məmmədtağıyev Gəray Hüseyn oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiaçı Haqverdiyev Rafiq Abid oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Haqverdiyev Qədim Abud oğlu göstərilməklə «özəlləşdirilmə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, dövlət qeydiyyatın və onun nəticələrinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Haqverdiyev Rafiq Abid oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü şəxs Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, 110670560 saylı qeydiyyatın və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinin bir hissəsində isə qardaşı Haqverdiyev Qədim Abud oğlu öz ailəsi ilə birlikdə yaşayır. Nəsimi RİH-nin 10 mart 1992-ci il tarixli, 230/31 saylı sərəncamına əsasən sözügedən fərdi yaşayış evi qardaşı Haqverdiyev Qədim Abud oğluna və onun ailə üzvlərinin yaşaması üçün verilmiş və kirayənişlərindən biri də iddiaçı olmuşdur.İddiaçı qardaşı ilə onun arasında yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etdikdə həmin mənzilin qardaşının mülkiyyətində olması müəyyən edilmişdir.Məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçı həmin evin qardaşı Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsinə razılıq vermişdir.Halbuki onun tərəfindən belə bir ərizə verilməmişdir.Belə olan halda ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair aparılmış özəlləşdirmə ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və bununla əlaqədar aparılmış qeydiyyat və onun nəticələri ləğv edilməlidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X1 vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, özəlləşdirmə 1997-ci ildə aparılmışdır, iddiaçı isə hazırki tələblə 20 il keçdikdən sonra özəlləşməni mübahisələndirmişdir.İddiaçının ötən 20 il ərzində özəlləşdirmədən xəbərsiz olması inandırıcı deyildir.Belə ki, ən azından 2002-ci və 2004-cü illərdə iddiaçı uşaqlarını mənzilə pasport qeydiyyatına aldırmışdır və bu zaman mənzilin artıq özəlləşdirilməklə xüsusi mülkiyyətdə olduğunu bilməli idi. Bundan başqa iddiaçı mənzilə dair arayışlar, özünün və ailə üzvlərinin qeydiyyatı ilə bağlı sənədlər almışdır ki, bu halda isə mütləq mənzilin artıq özəlləşdirilməklə xüsusi mülkiyyətdə olmasını bilməli idi. Belə olan halda iddiaçının iddiası iddia müddəti tətbiq edilərək rədd edilməlidir. 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin 73 və 80-cı maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və s.ictimai təşkilatların bir-biri ilə olan iddiaları üzrə isə bir il müəyyən edilir.İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır.Üçüncü şəxsin vəkili iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışı ilə bağlı icasda öz nümаyəndəsinin iştirakını təmin etməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs Q.Haqverdiyev və vəkili G.Məmmədtağıyev iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçını, iddiaçının vəkili və nümayəndəsini, üçüncü şəxsi və üçüncü şəxsin vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və Bakı şəhəri, Ş.Abdullayev küçəsi, ev 48-də qeydiyyatdadır. “Nikahın bağlanması haqqında şəhadətnamə”yə əsasən iddiaçı 1991-ci ildə Bayramova Mahirə Rzaqulu qızı ilə nikaha daxil olmuşdur. Bayramova Mahirə Rzaqulu qızının, iddiaçı ilə Bayramova Mahirə Rzaqulu qızının nikahından doğulmuş Aydan Haqverdiyevanın və Orxan Haqverdiyevin şəxsiyyət vəsiqələrinə əsasən onlar Bakı şəhəri, Ş.Abdullayev küçəsi, ev 48-də qeydiyyatdadırlar. Əsli cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 230/31 nömrəli sərəncamına əsasən ünvan 4 ünvanda yerləşən 3 otaqlı mənzildə Haqverdiyev Qədim Abud oğlunun, Haqverdiyev Rafiq Abid oğlunun və digər 8 nəfər şəxsin daimi qeydiyyata alınması qərara alınmışdır. Əsli cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan Haqverdiyev Rafiq Abud oğlu tərəfindən imzalanması göstərilən xx.xx.1997-ci il tarixli razılıq ərizəsində iddiaçının yaşadığı (Fabrik küçəsi, 48 nömrəli ev) mənzilin qardaşı Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsinə etiraz etmədiyi əks olunmuşdur. Bakı şəhəri X7 Bakı Təsərrüfat İdarəsinin xx.xx.1997-ci il tarixli 2 nömrəli Forma üzrə arayışına əsasən Bakı şəhəri, Fabrik küçəsi, 48 nömrəli evdə Haqverdiyev Qədim Abud oğlu, Haqverdiyev Rafiq Abid oğlu və digər 7 nəfər şəxs qeydiyyatda olmuşlar. 52 saylı MKİS-nin iyun 2017-ci il tarixli arayışına əsasən iddiaçı Haqverdiyev Rafiq Abid oğlu və üçüncü şəxs Haqverdiyev Qədim Abud oğlu Bakı şəhəri, Ş.Abdullayev küçəsi 48 nömrəli evdə qeydiyyatdadırlar. 52 saylı MKİS-nin 124 nömrəli, xx.xx.2017-ci il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Ş.Abdullayev küçəsi 48 nömrəli evdə ailə üzvləri –arvadı və iki uşağı ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 0,03323 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 1 mərtəbəli binada 57,9 kv metr ümumi, 25 kv metr yaşayış sahəsindən ibarət mənzil tam mülkiyyət hüququ ilə Haqverdiyev Qədim Abud oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmışdır, qeydiyyat tarixi xx.xx.2007ci il göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktuba əsasən iddiaçının ünvan 5 ünvanında yerləşən Haqverdiyev Qədim Abud oğluna məxsus daşınmaz əmlak üzərində qeydə alınmış hüququn ləğvi barədə müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 756 nömrəli və 27639 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəylərinə əsasən ekspertizaya təqdim edilmiş Haqverdiyev Rafiq Abid oğlunun adından olan xx.xx.1997ci il tarixli razılıq ərizəsində (kserosurəti işin 70-ci vərəqindədir) “İddiaçı” yazısından əvvəl yerləşən imza Haqverdiyev Rafiq Abid oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(008)-4781/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Haqverdiyev Rafiq Abid oğlu cavabdeh Haqverdiyev Qədim Abud oğluna qarşı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 48 nömrəli yaşayış evində yaşayış hüququnun tanınması və həmin yaşayış sahəsindən istifadəyə məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır, cavabdeh Haqverdiyev Qədim Abud oğlu iddiaçı Haqverdiyev Rafiq Abid oğluna qarşı qarşılıqlı iddianı təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 48 nömrəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini mübahisəli mənzildə 1988-ci ildən yaşaması, cavabdeh isə qarşılıqlı iddianı mənzilin 1997-ci ildən onun mülkiyyətində olması ilə əsaslandırmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-494/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Haqverdiyev Qədim Abud oğluna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı özəlləşdirmə ilə bağlı verilmiş ərizənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu, Ş.Abdullayev küçəsində yerləşən 48 saylı mənzilin Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsinə dair iddiaçı Haqverdiyev Rafiq Abid oğlunun adından verilmiş xx.xx.1997-ci il tarixli ərizə etibarsız hesab edilmiş, həmin evə dair Haqverdiyev Qədim Abud oğlunun adına verilmiş çıxarış ləğv edilmişdir, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7682/2018 nömrəli qətnaməsi ilə qüvvədə saxlanılmış, Azərbaycan Republikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7394/18 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7682/2018 nömrəli qətnaməsi ləğv edilmiş, mübahisə inzibati məhkəməyə aid olduğu üçün iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən Bakı şəhəri,Nəsimi rayonu, Ş.Abdullayev kücəsi, 2 otaqlı, ümumi sahəsi 57.9 kv.m., yaşayış sahəsi 25 kv.m olan 48 saylı mənzil Nəsimi rayonu İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 230/31 nömrəli sərəncamına, sözü gedən ünvanda qeydiyyatda olan X4, X2, X3, İddiaçı Abud oğlu tərəfindən vermiş razılıq ərızələrinə, Forma 2 arayışına və 52 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş eskizə əsasən ilkin qeydiyyatdan keçmişdir və hazırda X1 mülkiyyətindədir.Sozügedən ünvana dair sənədlər vətəndaş tərəfindən itirildiyi üçün xx.xx.2007-ci il tarixdən Bakı şəhər Ərazi İdarəsi tərəfindən dublikat sənəd (1********) verilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzildə yaşayır və 1991-ci ildən qeydiyyatdadır, həmin yaşayış mənzili üçüncü şəxs Haqverdiyev Qədim Abud oğlunun adına 1997-ci ildə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır, sonradan həmin şəxsin müvafiq sənədləri itirildiyi üçün ona 2007-ci ildə ********* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyət hüququnun qeydə alınması «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnunun tələbləri çərçivəsində aparılmışdır, hazırda iddiaçı həmin mənzilin özəlləşdirilməsinə razılıq vermədiyini bildirərək fərdi yaşayış evinin 3-cü şəxs Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, 110670560 saylı qeydiyyatın və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir : Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır, 3.0.28-ci bəndinə əsasən dövlət mənzil fondu obyektlərinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək, 3.0.6-cı bəndinə əsasən hüquqları dövlət qeydiyyatına almaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrin mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək cavabdehin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı cavabdehin vəzifələrinə aiddir. «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci mаddəsinə əsаsən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması;özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qаnunun 8-ci mаddəsinə əsаsən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 9-cu mаddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticələrinə əsasən iddiaçı mübahisəli yaşayış sahəsinin üçüncü şəxsin adına özəlləşdirilməsinə razılığını bildirməmişdir. Belə ki, aparılmış ekspertiza nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kserosurəti məhkəməyə təqdim edilmiş Haqverdiyev Rafiq Abid oğlunun adından mübahisəli mənzilin Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsinə dair xx.xx.1997-ci il tarixli razılıq ərizəsində “İddiaçı” yazısından əvvəl yerləşən imza Haqverdiyev Rafiq Abid oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda mübahisəli yaşayış sahəsinin X1 adına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. İddiaçı tərəfindən özəlləşdirilmənin mübahisələndirilməi ilə bağlı iddia müddətinin buraxılması barədə üçüncü şəxs Haqverdiyev Qədim Abud oğlunun bildirdiklərini məhkəmə əsassız hesab edir, belə məhkəməyə təqdim edilmiş Nəsimi rayon məhkəməsinin qətnamələrindən müəyyən olunur ki, iddiaçı mənzilin özəlləşdirilməsi barədə 2017-ci ildə Nəsimi rayon məhkəməsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 48 nömrəli yaşayış evində yaşayış hüququnun tanınması və həmin yaşayış sahəsindən istifadəyə məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia qaldırdıqdan sonra cavabdeh Haqverdiyev Qədim Abud oğlu iddiaçı Haqverdiyev Rafiq Abid oğluna qarşı Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində 48 nömrəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilən çıxarılması barədə qətnamə qəbul edilməsi haqqında qarşılıqlı iddia qaldıran zaman məlumat əldə etmişdir, belə ki, Haqverdiyev Qədim Abud oğlu qarşılıqlı iddiasını mənzilin 1997-ci ildən onun mülkiyyətində olması ilə əsaslandırmışdır. İddiaçının həmin vaxtdan əvvəl mənzilin özəlləşdirilməsi ilə bağlı məlumatlı olması inzibati iş materialları ilə müəyyən edilməmişdir. «Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2.1.-ci mаddəsinə əsаsən, dаşınmаz əmlаkа mülkiyyət və digər əşyа hüquqlаrının dövlət qеydiyyаtı (bundаn sоnrа – hüquqlаrın dövlət qеydiyyаtı) Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinə uyğun оlаrаq dаşınmаz əmlаkа hüquqlаrın əmələ, məhdudlаşdırılmаsının (yüklülüyünün) bаşqаsınа kеçməsinin və bu hüquqlаrа хitаm vеrilməsinin dövlət tərəfindən tаnınmаsı və təsdiq еdilməsi bаrədə hüquqi аktdır. Odur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində təsbit edilmiş “mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər” müddəası, həmçinin iddiaçı qeyd edilən hüququ akt barədə 2017-ci ildə məlumat əldə etdiyi üçün 2000-ci il sentyabr ayının 1-nə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73-cü maddəsində təsbit edilmiş 3 illik müddəti bu halda tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Lakin iddiaçının iddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələri ilə əhatə edilmədiyi üçün hazırki tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsi tətbiq olunur ki, bu halda iddiaçı tərəfindən 10 illik iddia müddəti buraxılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü şəxs Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, 110670560 saylı qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üçüncü şəxs Haqverdiyev Qədim Abud oğlunun adına özəlləşdirilməsi ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Rеyеstri Хidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulsun, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (seriya MH № 0051695) etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-128/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-128/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver