Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-128/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhdud məsiliyyətli cəmiyyəti “səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********1 nömrəli aktın və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçındə Səyyar vergi yoxlaması keçirilmiş və Səyyar Vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********176981 nömrəli AKT qəbul edmişdir. Həmin AKTa və xx.xx.2019-cu İ tarixli **********508700 nömrəli sənədə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı ( vergi ödəyicisinin ) vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********195392 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən, əlavə 51682,95 nanat vergi hesablanması nəticəsində vergi qanunvericiliyinin pozulmasına görə 22069,23 manat maliyyə sanksiyası tətbiq edilmiş və büdcəyə cəmi 73752,18 manat ödəniləcək məbləğ müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********176981 nömrəli aktı və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********195392 nömrəli Qərarı qanunsuz hesab edir. Hesab edir ki, Akt və qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. Belə ki, vergi orqanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin rəyinə əsaslanaraq belə qərara gəlmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsi 315993.31 manat təşkil etmişdir. Qeyd edilən dövr aralığında müəssisə tərəfindən sadələşdirilmiş verginin 12639,73 manat hesablanmalı olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən 2618.79 manat sadələşdirilmiş vergi hesablandığını nəzərə alaraq 10020.9 manat sadələşdirilmiş verginin yayındırılması aşkar edilmişdir. Həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə istehsal həcmi 25560.6 kub.metr təşkil etdiyindən vergi ödəyicisi tərəfindən 51121,2 manat mədən vergisinin hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd olunan dövr üzrə vergi ödəyicisi tərəfindən 10899.2 manat mədən vergisinin hesablandığını nəzərə alaraq mədən vergisinin hesablanmasında kənarlaşma aşkar edilmişdir, həmçinin yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən icarəyə verilmiş 1,4 ha torpaq sahəsinin icarə haqqının bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə vergi orqanı tərəfindən ekspertiza təyin olunmuş və alınmış rəyə əsasən qeyd olunan ərazi üzrə torpaq sahəsinin aylıq icarə haqqı 1 ha üçün 1000 manat miqdarında müəyyən olunmuş və müəssisə tərəindən 2016-cı və 2017-ci il mənfəət vergisi hər il üçün 720 manat olmaqla, ümumilikdə 1440 manat kənarlaşma aşkar edilmişdir. Qeyd olunan kənarlaşmalara əsasən Vergi Məcəlləsinin 56.1-ci maddəsi nəzərə alınmaqla 22069.23 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Göstərilənlərə əsasən, İddiaçı 73752.18 manat məbləğində (51562.95 manat əlavə hesablanmış vergi (22069.23 manat maliyyə sanksiyası) vergi məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah iilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Bildirilir ki, Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********176981 nömrəli AKT və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərar ona xx.xx.2020-ci il ixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********176981 nömrəli AKT-ın və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərarın ona xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə verilməsini nəzərə alaraq bildirilir ki, yuxarı vergi orqanına həmin sənədlərdən şikayətin müddəti 02 aprel 2020-ci il tarixdə bitmişdir. Lakin, 20 mart 2020-ci il tarixdən Koronavirus epidemiyası ilə əlaqədar karantin tətbiq olunduğundan iddiaçı yuxarı vergi orqanına şikayətini 15 may 2020-ci il tarixdə onlayn formada göndərmişdir. Ona onlayn məktubla cavab verilərək bildirilmişdir ki, 10 iyun 2020ci il tarixədək şikayət verilməsi müddətinin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədi (ərizəni) yuxarı vergi orqanına təqdim etməlidir. O, 09 iyun 2020-ci il tarixdə onlayn formada şikayətin verilmə müddətinin üzrlü səbəbdən buraxılmasının nəzərə alınaraq bərpa edilməsi və şikayətə baxılması barədə ərizəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərmişdir. Bu günə qədər onun şikayətinə baxılıb-baxılmaması barədə ona hər hansı bir məlumat verilməyib. Bu səbəbdən də o, məhkəməyə müraciət edir. Qərarda göstərilir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə istehsalın həcmi 25560,6 kub.metr təşkil etmiş və dövriyyə 315993.31 manat təşkil etmişdir. Səyyar vergi yoxlamasının nəticələri haqqında akt 12 noyabr 2019-cu il tarixdə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar 27 dekabr 2019-cu il tarixdə qəbul edilmişdir. Bildirilir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 1(002)- 104/2019 saylı hökmü ilə İddiaçı MMC-nin direktoru X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2-ci maddələri ilə təqsirləndirilərək cəzalandırılmışdır. Həmin hökm qanuni qüvvəyə minmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, İddiaçı MMC-nin "Karvansaray” əhəngdaşı yatağında 2016-cı ilin yanvar ayından 24 avqust 2018-ci il tarixədək olan müddətdə 7680 kub.metr əhəngdaşı istehsal edilmişdir. Hökmdə olan və iş materiallarına əlavə edilmiş 24 avqust 2018-ci il tarixli 49304 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən dövlət balansına qeydiyyata alınmış “Karvansaray” əhəngdaşı yatağında istismar işləri aparan İddiaçı MMC-yə məxsus daş karxanasında mövcud qanunvericiliyinin tələblərinə riayət olunması məqsədilə monitorinq aparılmış və 7680 kub.metr həcmində əhəngdaşı istehsal edildiyi göstərilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssiz təhlilləri şöbəsinin xx.xx.2019-cu il rəyindən də görünür ki, İddiaçı MMC-yə məxsus daş karxanasında göstərilən dövr ərzində 7680 kub.metr həcmində əhəngdaşı istehsal edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş kompleks məhkəmə-yer quruluşu, mühəndis-tikinti-texniki, bioloji-torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, hüquqi şəxs İddiaçı MMC-yə məxsus əhəngdaşı karxanasında əhəngdaşı istehsalı göstərilən dövr ərzində 7680 kub.metr təşkil etmişdir. Məhkəmənin hökmündən də görünür ki, İddiaçı MMC-nin “Karvansaray” əhəngdaşı yatağında 2016-cı ilin yanvar ayından 24 avqust 2018-ci il tarixədək olan müddətdə 7680 kub.metr əhəngdaşı istehsal etməsi təsdiq olunduğu halda Vergi orqanının həmin dövr ərzində müəssisə tərəfindən əhəndaşı istehsalının 3 dəfə artıq 25560,6 kub.metr göstərməsi tam əsassızdır. Bu isə o deməkdir ki, göstərilən dövrdə müəssisənin sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsi 315993.31 manat deyil, cəmi təxminən 96000.00 manat olmuşdur. İcarə haqqı üzrə vergilər də düzgün hesablanmış və ödənilmişdir. İcarə haqqı ilə əlaqədar Aktda və qərarda göstərilənlər əsassızdır. Məhkəmənin hökmünün 14 iyun 2019-cu il tarixdə qəbul olunması və 05 iyul 2019-cu il tarixdə qüvvəyə minməsi və bu barədə vergi orqanının məlumatlı olmasına baxmayaraq, vergi orqanı hökmlə qanuni qüvvəyə minmiş sübutları nəzərə almamışdır. Göstərilənlərə əsasən, hesab edir ki, Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********176981 nömrəli akt və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərar tam əsassızdır və ləğv edilməlidir.
3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli qərarından iddiaçı tərəfindən şikayət xx.xx.2020-ci il tarixdə verilmişdir.
4. Dövlət Vergi Xidməti tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, vergi orqanının xx.xx.2018-ci il tarixli **********172778 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarına əsasən “Daşqın-R.D" MMC-də Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinin tələblərinə müvafiq olaraq vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2013-cü il tarixdən 01.09 2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2019-cu il tarixli **********176981 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı ir e: barlı hesab edilərək “Vergi ödəyicısimn vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019cu ıl tarixli **********195392 nömrəli qərar qəbul edilmişdir. Araşdırma zamanı tərəfinizdən inzibatı inzibati şikayətin verilməsi müddətinin buraxıldığı və müddətin buraxılması səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedici sənəd təqdim edilmədiyi müəyyən edilmişdir “Vergi ödəyıcısinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********195392 nömrəli qərar və onun əsasında tərtib edilmiş Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödəilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" eyni tarixli **********201500 nömrəli Tələbnamə xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə Cəmiyyətin hüquqi ünvanına göndərilmişdir Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi hərəkətindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. “İnzibati icraaı haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddəan bərpa olunmasına dair yazılı ərizə ilə inzibatı orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikas Qanunun 50.3-cü maddəsinə əsasən arqan buraxılmış müddətin bərpa o unmasına dan ərizəyə 5 gün müddətində baxır. Həmin Qanunun 50.4-cü maddəsinə əsəsən müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər edilməli və s.). Qeyd edilənləri nəzərə alaraq, müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən xx.xx.2020-ci il tarixədək təqdim edilməsi iddiaçıya tövsiyə olunur, əks təqdirdə şikayət "İnzibati icraat haqqında” AR Qanununun 75.1.1-ci maddəsinə əsasən baxılmamış saxlanılacaqdır.
5. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Vergilər Nazirliyinə ərizə ünvanlanaraq xx.xx.2019-cu il tarixli **********195392 nömrəli qərarın ləğv edilməsi barədə verilmiş şikayətin verilmə müddətinin üzrlü səbəbdən buraxılmasını nəzərə alaraq bərpa edilməsini və şikayətə baxılmasını xahiş etmişdir.
6. Cavabdeh orqan tərəfindən vəsatət təqdim edilərək bildirilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmır və iddianın mümkün edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir: Bildirilir ki, vergi ödəyicisinin mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli **********92 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin ünvanına poçt vasitəsilə göndərilməklə ona çatdırılmışdır. Vergi Məcəlləsinin 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim etdiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin vergi ödəyicisinə həmin qərar 2019-ci ilin dekabr ayında göndərilməsinə baxmayaraq 2020-ci ilin sentyabr ayında mübahisələndirilmiş və beləliklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Vergi ödəyicisi tərəfindən məhkəməyə prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. İnzibati Prosessual Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddia ərizəsində mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********195392 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə qəbul olunduğunu, lakin pandemiya şəraiti ilə bağlı olaraq vergi orqanına inzibati şikayətin xx.xx.2020-ci il tarixdə onlayn formada təqdim edilməsinin mümkün olduğu bildirilmişdir. İddiaçı həmçinin bildirir ki, vergi orqanı tərəfindən müraciətə baxılması barədə ona ünvanlanmış məktubda inzibati şikayətin verilməsi üzrə müəyyən olunmuş prosessual müddətin ötürülməsi ilə bağlı təsdiqiedici sənədin təqdim olunması üçün müddət təyin edilmiş və xx.xx.2020-ci il tarixdə müddətin bərpası və şikayətə baxılması barədə ərizə ilə yenidən müraciət olunmasına baxmayaraq vergi orqanından müraciətə baxılması ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Qeyd edilən arqument ilə bağlı bildirilir ki, iddiaçı vergi orqanına inzibati şikayət ilə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüş və xx.xx.2020-ci il tarixli **********971400 saylı müraciətə baxılması barədə məktubla müddətin ötürülməsi ilə bağlı təsdiqedici sənədləri müəyyən edilmiş müddət ərzində təqdim etməsi təklif edilsə də, müvafiq sənədlər təqdim edilməmişdir. Başqa sözlə, vergi ödəyicisi adətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı mövqeyini sübut edə bilməmişdir. Hesab edilir ki, inzibati şikayətin müəyyən olunmuş müddət ərzində verilməməsinin pandemiya ilə əlaqələndirməsi üzrlü səbəb deyildir, belə ki, vergi ödəyicisi inzibati qərarı qəbul etdiyi vaxtdan 2 aydan artıq müddət ərzində pandemiya ilə əlaqədar məhdudiyyət mövcud olmamış, məhdudiyyətlərin başladığı dövrdə isə vergi ödəyicisi vergi orqanına həmçinin onlayn qaydada müraciət etmək imkanına malik olmuşdur. Odur ki, inzibati şikayətin verilməsi ilə bağlı müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə bağlı iddiaçının dəlili əsaslı deyildir. Məhkəməyə müraciətlə bağlı isə yuxarıda qeyd edilən kimi qanunvericiliklə müəyyən edilmiş 30 günlük prosessual müddət birmənalı ötürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin sərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin müddəalarını rəhbər tutaraq iddiaçı “DAŞQİN-R.D." MMC-nin iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6511/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır (hakim M.Qarayeva). Qərardad onunla əsaslanıdırlmışdır ki, iddiaçının mübahisələndirdiyi inzibati aktın iddiaçıya qanunvericiliyin müvafiq dövrdə qüvvədə olan tələblərinə uyğun şəkildə təqdim edildiyi müəyyən olunur. İddiaçı vergi ödəyicisi barəsində qəbul edilmiş qərardan həm məhkəməyə, həm də yuxarı vergi orqanına şikayətin verilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətləri ötürmüş, nəticədə mübahisələndirilən qərar artıq qanuni qüvvəsini almışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6511/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-718/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-6511/2020 saylı qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cı il tarixli **********195392 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi tələbinə dair iş üzrə bildiririlmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə vergi orqanına müraciət edilərək qeyd edilən inzibati aktın ləğvi tələb edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli **********971400 saylı müraciətə baxılması barədə cavab göndərilərək iddiaçı tərəfindən inzibati şikayətin verilməsi müddətinin buraxıldığı və müddətin buraxılması səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedici sənəd təqdim edilmədiyi, müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin xx.xx.2020-ci il tarixədək təqdim edilməsinin tövsiyə edildiyi, əks təqdirdə şikayətin “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanununun 75.1.1-ci maddəsinə əsasən baxılmamış saxlanılacağı barədə məlumat verilmişdir.
10. İddiaçı tərəfindən məhkəməyə prosessual müddətin ötürülməsi ilə bağlı ərizə təqdim edilərək bildirilmişdir ki, iddia müddəti İddiaçı MMC tərəfindən təqsiri olmadan buraxılmışdır və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Prosessual müddətin buraxılmasının bərpa edilməsi İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərarının ləğv edilməsi tələbinə dair ” iddia ərizəsinə baxılması ilə əlaqədardır. Belə ki, İddiaçı MMC mübahisələndirdiyi həmin qərarın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə xx.xx.2020-ci ildə şikayətlə müraciət etmişdir. Vergi orqanı müraciətə baxaraq müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin xx.xx.2020-ci ilədək vergi orqanına təqdim edilməsini tövsiyə etmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizədə həmin qərarın ləğv edilməsi barədə verilmiş şikayətin verilmə müddətinin üzrlü səbəbdən buraxılmasını nəzərə alaraq bərpa edilməsini və şikayətə baxılmasını xahiş etmişdir, lakin vergi orqanı tərəfindən həmin ərizəyə cavab verilməmişdir. İddiaçı bildirmişdir ki, şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, şikayətin verilməsi üçün müəyyən edilmiş 3 ay müddət koronavirusla bağlı (COVİD-19) karantin müddətinə düşdüyündən şikayət may ayının 15də vergi orqanının onlayn kargüzarlığına göndərilmişdir. Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin ötürülməsinin təqsirsiz baş verməsi buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərildiyi kimi, təqsirsiz dedikdə, İPM-nin 24-cü maddəsinin anlamında qəsd və kobud ehtiyatsızlıq başa düşülür. Kobud ehtiyatsızlıq, müddəti ötürən hər hansı bir proses iştirakçısının normal şəraitdə müddətin gözlənilməsi ilə bağlı etməli olduğu hərəkəti etinasızlıq göstərərək etməməyi başa düşülür. İddiaçı hesab edir ki, İddiaçı MMC tərəfindən şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən buraxılmışdır və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 24-cü maddəsinə əsasən, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərarının ləğv edilməsi tələbi ilə bağlı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 1(002)-104/2019 nömrəli hökmü ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 2016-cı il tarixdən rəhbərlik edən X4 Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 247-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsində tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddəsinə əsasən X2 təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 02 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirmədən saxlanılmışdır. X1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Hökmün icrasına nəzarət X1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilmişdir. İş üzrə təbiətə və dövlətə vurulmuş 59.136 (əlli doqquz min yüz otuz) manat ziyanın ödənilməsi nəzərə alınmışdır.
12. İddiaçının ərizəsi əsasənda iddia tələbi xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir.
13. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya təqdim edilən yazılı etirazda bildirilmişdir ki, mübahisələndirilən inzibati akt vergi orqanı tərəfindən dəyişdirilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********147718 saylı qərar qəbul edilmişdir. İşin faktiki halları ilə bağlı bildirilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********172778 saylı qərarına əsasən vergi ödəyicisində 2013-cü ilin yanvar ayından 2018-ci il avqust ayınadək olan dövr üzrə sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödnişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə aşağıdakılar müəyyən edilmişdir: Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlaması ilə cəmiyyətdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2016- 2017-ci ci illər üzrə 1440,0 manat mənfəət vergisi, 2016-cı ilin iyul - 2018-ci ilin avqust ayları üzrə 40222,0 manat mədən vergisi və 2016-cı ilin 3-cü - 2018-ci ilin 2-ci rübləri üzrə 10020,95 manat sadələşdirilmiş vergi olmaqla ümumilikdə, xeyli miqdar təşkil edən, 51682,95 manat məbləğində vergilərin büdcəsinə ödənilməkdən yayındırılması aşkar edilərək, nəticəsi xx.xx.2019-cu il tarixli **********195392 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla rəsmiləşdirilmişdir. Toplanmış materiallar aidiyyəti üzrə baxılıb, prosessual qərar qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir. Səyyar vergi yoxlaması zamanı cəmiyyətdə dövlət büdcəsinə ödənilməli vergilərin məbləği mütəxəssis və ekspert rəylərinə əsasən müəyyənləşdirilmişdir. Belə ki, yoxlama ilə sadləşdirilmiş vergiyə cəlb olan dövriyyə 315993,31 manat məbləğində müəyyən edilərək, 4 faiz dərəcə ilə 12639,73 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2618,79 manat sadələşdirilmiş verginin hesablanması nəzərə alınaraq, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə cəmiyyətə 10020,90 manat məbləğində əlavə sadələşdirilmiş vergi hesablanmışdır. Bundan başqa, vergi ödəyicisi tərəfindən istehsal edilmiş 25560,60 kubmetr mişar daşına görə 40222,0 manat mədən vergisi, icarədən əldə etdiyi gəlirə görə isə əlavə 1440,0 manat mənfəət vergisi hesablanmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi İstintaq və Təhqiqat idarəsində aparılan araşdırma zamanı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci maddəsinə əsaslanaraq “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 iyun 2021-ci il tarixli Qərar qəbul edilmişdir. Qərarda qeyd olunur ki, xx.xx.2019-cu il tarixdən olan dəyişikliklərə görə Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görüməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.” Material üzrə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması baxımından "DAŞQİN.R.D” MMC-də qeyd olunan dövrdə sahibkarlıq fəaliyyətinin göstərilməsinə görə hansı növ vergilərin, hansı məbləğdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmasının müəyyən edilməsi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə **********884200 nömrəli qərarla mütəxəssis cəlb edilmiş və icrası Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinə həvalə edilmişdir. Mütəxəssisin xx.xx.2021-ci il tarixli **********990800 nömrəli rəyinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən dövr üzrə "xxxx" MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləği 2016-2017-ci illər üzrə 1440,0 manat mənfəət vergisi, 2016-cı ilin iyul- 2018-ci ilin avqust ayları üzrə 40222,0 manat mədən vergisi və 2016-cı ilin 3-cü - 2018-ci ilin 2-ci rübləri üzrə 5010,45 manat sadələşdirilmiş vergi olmaqla, ümumilikdə 46672,45 manat məbləğində vergilər təşkil edir. Mütəxəssis xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə hesablanmış 5010,45 manat (10020,90-5010,45) sadələşdirilmiş vergi məbləğinin cəmiyyətin şəxsi hesab vərəqəsində azaldılmalı olduğu göstərilmişdir. Bununla da, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış əsas vergilərin məbləğinin 46672,45 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş 1 may 2020-ci il tarixli dəyişiklikdən sonra vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayətləri üzrə cinayət tərkibi yaradan məbləğ əlli min manat olduğu nəzərə alınaraq, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 iyun 2021-ci il tarixli Qərarla "xxxx" MMC-də 46672,45 manat məbləğində vergilərin ödənilməkdən yayındırılması haqda toplanmış material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 iyun 2021-ci iİ tarixli Qərar əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2021-ci il pa **********147718 nömrəli qərarı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozuımasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********195392 nömrəli qərara düzəliş edilərək, 51682,95 manat məbləğində vergilər azaldılaraq 46672.5 manat olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 46672.5 manat vergilərin (Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri nəzərə alınmaqla) yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19709,86 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, yoxlanılan dövr üzrə mədən vergisi bəyannamələrində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 40221.4 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 17006.48 manat məbləğində maliyyə sanksiyası, mənfəət vergisinin 1440 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 720 manat məbləğində maliyyə sanksiyası, sadələşdirilmiş verginin 5010.5 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 1983.38 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işin düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərara əsasən "xxxx" MMC-yə səyyar vergi yoxlaması nəticəsində əsasən əlavə hesablanmış vergilər 51682,95 manat deyil, 46672,50 manat (o cümlədən 5010,45 manat sadələşdirilmiş vergi, 40222,0 manat mədən vergisi, 1440,0 manat mənfəət vergisi təşkil edir).
15. Məhkəmə iclasında izahat verən yoxlayıcı Bakı şəhəri X8 üzrə Baş İdarəsinin Bəyannamələr və təhlil idarəsinin Vergidənyayınma risklərinin və qarşılıqlı əməliyyatların təhlili şöbəsinin dövlət vergi müfəttişi X6 bildirdi ki, müvafiq vergilər enerji istifadədə 2 ədəd SM-89 daşkəsən maşın və 1 ədəd NKM 2U pilləüstü şırımaçan oluğu nəzərə alınmaqla enerji sərfiyyatı göstəricilərinə əsasən müəyyən edilmişdir.
16. İş materiallarında olan Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Bakı şəhəri, Qaradağ rayonu, “Karvansaray” əhəngdaşı yatağı ünvanında yerləşən əhəngdaşı yatağında 2016-cı ilin yanvar ayından 24 avqust 2018-ci il tarixədək olan müddətdə 7680 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu satması müəyyən olunmuş, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktına əsasən isə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixlər arası dövrdə istehsalatın həcmi 25560,6 m3 təşkil edildiyi müəyyən edilmiş, ona uyğun müvafiq vergilər hesablanmışdır.
17. Məhkəmənin 2-1(112)-367/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Qaradağ rayonu, “Karvansaray” əhəngdaşı yatağında suxurun quruluşu və ərazinin tektonik aşınması, istifadədə 2 ədəd SM-89 daşkəsən maşın (hər birinin mühərrikinin gücü 57 kvt/saat) və 1 ədəd NKM 2U (mühərrikinin gücü 45,5 kvt/saat) pilləüstü şırımaçan olduğu (1 saata sərf olunan elektrik enerjisinin miqdarı mühərrikin göstəricisinə əsasən 159,5 kvt/saat) nəzərə alınmaqla yoxlanılan xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixlərarası dövrdə: - istehsalatın həcmi nə qədər olmuşdur? - istismar itkisi neçə faiz təşkil etmişdir? - 1 m3 istehsal həcmində neçə mişar daşı vardır? - 1 m3 istehsal həcminin təmin edilməsi üçün elektrik enerji sərfiyyatı nə qədərdir? - 1 m3 istehsal həcminin təmin edilməsi üçün elektrik enerji itkisi neçə faizdir?
18. xx.xx.2022-ci il tarixli ekspert vəsatəti ilə aşağıdakıların təmin edilməsinə dair müraciət daxil olmuşdur: - elektrik enerjisinin miqdarına görə Bakı şəhəri, Qaradağ rayonu, “Karvansaray” əhəngdaşı əhəngdaşı yatağında iddiaçı "xxxx" MMC-yə məxsus daş karxanasında 01 iyun 2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində istehsalatın həcminin müəyyən edilməsi üçün, həmin dövrdə bu karxanaya "xxxx" ASC tərəfindən verilmiş texniki şərtinə görə hesablanmış texnoloji itkilər barədə məlumat; - mübahisəli, yəni 01 iyun 2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində "xxxx" MMC-yə məxsus daş karxanasında istehsalat, köməkçi və istehsalata aid olmayan digər elektrik enerji qəbuledicilərin (işlədicilərin) sayı, gücü, markası, işləmə rejimi (saatları) barədə məlumat; - konkret olaraq 2 ədəd SM-89 tipli daşkəsən maşının və 1 ədəd NKM tipli şırım açan maşının işlədiyi zaman 1 saatda sərf olunan elektrik enerjisinin və bu müddət üzrə kəsilə bilən (istehsal oluna bilən) mişar daşların miqdarını müəyyən edilməsi üçün məhkəmə, ekspert və tərəflərin iştirakı ilə "xxxx" MMC-yə məxsus daş karxanasında eksperimentin (eksperimentin keçirilmə vaxtını ekspertlə əvvəlcədən razılaşdırmaqla) keçirilməsinin təşkil edilməsini; - "xxxx" MMC-yə məxsus daş karxanasında süxurun quruluşu və ərazinin tektonik aşınması üzrə istehsalatın həcminin müəyyən edilməsi üçün bu sahə (geologiya) üzrə mütəxəssis dəvət edilməklə, ekspert və tərəflərin iştirakı ilə "xxxx" MMC-yə məxsus daş karxanasına baxışın keçirilməsinin (baxışın keçirilmə vaxtını ekspertlə əvvəlcədən razılaşdırılmaqla) təşkil edilməsini;
19. Məhkəmə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla baxışın keçirilməsi üçün vaxt müəyyən etmiş və ekspert vəsatətində göstərilən tərəflərə aid edilmiş məlumatların təqdim edilməsini tələb etmişdir.
20. Cavabdeh tərəfindən məhkəməyə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus istehsalat obyektinin elektrik enerjisinin istehlakı haqqında məlumat təqdim edilmiş, iddiaçı tərəfindən məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, aşağıdakı səbəblərdən məhkəmə mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır: - xx.xx.2022-ci il tarixli ekspert vəsatəti ilə xahiş edilmiş əlavə materialların təqdim edilməməsi və ekspert, eləcə də geologiya üzrə mütəxəssisin iştirakı ilə tədqiqat obyektinə baxışın keçirilməsinin təşkil edilməməsi (baxışın keçirilməsi tarixləri dəfələrlə təyin edilsə də, tərəflər baxışa gəlməmişdirlər). Göstərilənləri nəzərə alaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
22. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
23. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
24. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
26. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərarının ləğv edilməsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə xx.xx.2020-ci ildə şikayətlə müraciət etmişdir. Vergi orqanı müraciətə baxaraq müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlərin xx.xx.2020-ci ilədək vergi orqanına təqdim edilməsini tövsiyə etmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizədə həmin qərarın ləğv edilməsi barədə verilmiş şikayətin verilmə müddətinin üzrlü səbəbdən buraxılmasını nəzərə alaraq bərpa edilməsini və şikayətə baxılmasını xahiş etmişdir, lakin vergi orqanı tərəfindən həmin ərizəyə cavab verilməmişdir. İddiaçı bildirmişdir ki, şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, şikayətin verilməsi üçün müəyyən edilmiş 3 ay müddət koronavirusla bağlı (COVİD-19) karantin müddətinə düşdüyündən şikayət may ayının 15də vergi orqanının onlayn kargüzarlığına göndərilmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir (Halbuki qeyd edilən müddət mövcud şərait üzrlü hesab edilməklə iddiaçının həmin müraciətinə cavab verilməli idi).
27. Məhkəmə araşdırmasının gedişində cavabdeh tərəfindən həmin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195392 nömrəli Qərara xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərarla düzəliş edilərək hesablanmış vergi məbləği azaldılmışdır, həmin qərar məhkəmə araşdırması gedişində iddiaçıya təqdim edilmişdir.
28. İddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərarın ləğvi kimi dəyişdirilmişdir.
29. Məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərarla əvvəlki qərar faktiki olaraq qismən ləğv edilmişdir (qərarda düzəliş edildiyi göstərilsə də). Məhkəmə qeyd edir ki, həmin qərar İPM-in 32.2.2-ci maddəsinə əsasən şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt deyil. Ona görə iddianın predmeti məhz “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147718 nömrəli qərarın ləğvi kimi nəzərdən keçirilir.
30. Odur ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
31. İPM-dən: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.
32. İddiaçı vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır.
33. Mübahisənin mahiyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə Bakı şəhəri, Qaradağ rayonu, “Karvansaray” əhəngdaşı yatağında hasil edilmiş mişar daşının həcminin müəyyənləşdirilməsindən asılıdır.
34. Belə ki, vergi yoxlaması və hesablamalar müəssisənin istehlak etdiyi elektrik enerjisi barədə "xxxx" ASC-dən alınmış məlumatlar, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən aparılmışdır. Həmin "xxxx" ASC-dən alınmış məlumatlar, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəyləri cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmişdir.
35. Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən mədən vergisi yerin təkindən çıxarılan mişar daşının hər kubmetri üçün 2,0 manat dərəcə ilə müəyyən edilmişdir. Belə ki, vergi orqanı tərəfindən alınmış mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə istehsalın həcmi 25560,6 m3 təşkil etmiş, qeyd olunan dövr üzrə vergi ödəyicisi tərəfindən 10899,2 manat mədən vergisinin hesablanmadığını nəzərə alaraq 40222 (25560,6 m3 x 2 manat - 10899,2 manat) manat mədən vergisinin hesablanmasında kənarlaşma aşkar edilmişdir.
36. Mütəxəssis və ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən vergi ödəyicisi qeyd olunan dövr ərzində vergi ödəyicisi tərəfindən istifadə olunmuş elektrik enerjisi sərfiyyatı müqabilində 1685297,64 ədəd mişar daşı istehsal etmişdir. İsehsal edilmiş mişar daşından 25%-i, yəni 421324,4 ədəd mişar daşı açılışa və çıxdaşa çıxıldıqdan sonra 1263973,24 (1685297,64-421324,4) ədəd mişar daşı satış üçün qalmışdır. Eyni zamanda ekspert rəyinə əsasən 1 ədəd mişar daşının karxanadan satış qiyməti 0,25 manat təşkil etmişdir. Bununla da yoxlama ilə büdcəyə hesablanmalı olan sadələşdirilmiş vergi 12639,73 manat müəyyənləşdirilmişdir (1263973,24 x 0,25 manat x 4%). Qeyd edilən tarixdə müəssisə tərəfindən 2618,79 manat sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən 10020,9 manat sadələşdirilmiş verginin yayındırılması aşkar edilmişdir.
37. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən istismar edilən sahədən icarəyə verilmiş 1,4 ha torpaq sahəsinin icarə haqqının bazar qiymətinin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən qərar əsasında ekspert dəvət olunmuş, ekspert tərəfindən təqdim edilmiş rəyə əsasən ərazi üçün torpaq sahəsinin aylıq icarə haqqı 1 ha üçün 1000 manat miqdarında müəyyən edilmişdir. Bununla da, vergi ödəyicisi tərəfindən qeyd olunan 1,4 ha torpaq sahəsinə görə hər ay 1400 manat olmaqla illik 16800 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 11800 manat hər il üçün torpaq vergisi hesablandığını və ödənildiyini xərc kimi nəzərə alaraq illik 5000 manat (16800-11800) gəlir əldə edildiyi və bundan 1000 (5000x20%) manat mənfəət vergisi öhdəliyi yarandığı müəyyən edilmişdir. Müəssisə tərəfindən 2016-cı il və 2017-ci illər üzrə hər il üçün 280 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq hər il üzrə 720 manat olmaqla 1440 manat kənarlaşma aşkar edilmişdir.
38. İcarə müqaviləsi təqdim edilmiş, iddiaçı istismar etdiyi sahənin 1,4 ha hissəsinin icarəyə verilməsini təkzib etməməklə yanaşı, həmin sahədə istismar işlərinin onun tərəfindən aparılmadığını (torpaq vergisi ödəsə də), icarəyə verdiyini bildirir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Qaradağ rayonu ərazisində yerləşən “Karvansaray” əhəgdaşı yatağında fəaliyyət göstərən "xxxx" MMC-nin daş karxanasının “Dağ-mədən” inkişaf planında Qaradağ rayon İH başçısının xx.xx.2007-ci il tarixi 603 nömrəli sərəncamı ilə ona ayrılmış 6,4 ha torpaq sahəsinin 1,4 ha hissəsinin icarəyə verildiyi göstərilmişdir.
39. Qeyd edilənlərlə əlaqədar, məhkəmə tərəfindən kompleks məhkəmə ekspertizası təyin edilərək Bakı şəhəri, Qaradağ rayonu, “Karvansaray” əhəngdaşı yatağında suxurun quruluşu və ərazinin tektonik aşınması, istifadədə 2 ədəd SM-89 daşkəsən maşın (hər birinin mühərrikinin gücü 57 kvt/saat) və 1 ədəd NKM 2U (mühərrikinin gücü 45,5 kvt/saat) pilləüstü şırımaçan olduğu (1 saata sərf olunan elektrik enerjisinin miqdarı mühərrikin göstəricisinə əsasən 159,5 kvt/saat) nəzərə alınmaqla yoxlanılan xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixlərarası dövrdə istismarın həcminin müəyyənləşdirilməsi ilə bağlı ekspert qarşısında əlaqəli suallar qoyulmuşdur.
40. Məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəmə ekspertizazı üzrə rəyin verilməsi üçün ekspert vəsatətin əsasən mübahisələndirilən dövr, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində "xxxx" MMC-yə məxsus daş karxanasında istehsalat, köməkçi və istehsalata aid olmayan digər elektrik enerji qəbuledicilərin (işlədicilərin) sayı, gücü, markası, işləmə rejimi (saatları) barədə məlumat təqdim etməklə, konkret olaraq 2 ədəd SM-89 tipli daşkəsən maşının və 1 ədəd NKM tipli şırım açan maşının işlədiyi zaman 1 saatda sərf olunan elektrik enerjisinin və bu müddət üzrə kəsilə bilən (istehsal oluna bilən) mişar daşların miqdarını müəyyən edilməsi üçün məhkəmə, ekspert və tərəflərin iştirakı ilə "xxxx" MMC-yə məxsus daş karxanasında eksperimentin keçirilməsinin təşkil edilməsi məqsədilə dəfələrlə "xxxx" MMC-yə təklif edilsə də, iddiaçı tələb olunan həmin məlumatları təqdim etmədiyindən eksperimentin aparılması mümkün olmamışdır. Bununla əlaqədar, məhkəmə sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul etmişdir. Odur ki, sübutetmə vəzifəsi iddiaçının üzərindədir.
41. Yoxlama ilə sadələşdirilmiş vergiyə cəlb olan dövriyyə 315.993,31 manat məbləğində müəyyən edilərək, 4 faiz dərəcə ilə 12.639,73 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2.618,79 manat sadələşdirilmiş verginin hesablanması nəzərə alınaraq, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə cəmiyyətə 10020,90 manat məbləğində əlavə sadələşdirilmiş vergi hesablanmışdır. Bundan başqa, vergi ödəyicisi tərəfindən istehsal edilmiş 25.560,60 kubmetr mişar daşına görə 40.222,0 manat mədən vergisi, icarədən əldə etdiyi gəlirə görə isə əlavə 1.440,0 manat mənfəət vergisi hesablanmışdır.
42. "DAŞQİN.R.D” MMC-də qeyd olunan dövrdə sahibkarlıq fəaliyyətinin göstərilməsinə görə hansı növ vergilərin, hansı məbləğdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmasının müəyyən edilməsi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə **********884200 nömrəli qərarla mütəxəssis cəlb edilmiş və icrası Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinə həvalə edilmişdir.
43. Mütəxəssisin xx.xx.2021-ci il tarixli **********990800 nömrəli rəyinə əsasən, xx.xx.2019-cu il tarixdən olan dəyişikliklərə görə Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətl məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Buna görə də İddiaçı MMC-yə səyyar vergi yoxlaması ilə 2016-cı ilin 3-cü-2018-ci ilin 2-ci rübləri üzrə əlavə hesablanmış 10020,90 manat (250522,5 x 4%) sadələşdirilmiş vergi məbləği Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən yüngülləşdirici hal kimi 2% dərəcə tətbiq edilməklə hesablandıqda yayındırılmış sadələşdirilmiş vergi məbləği 5010,45 manat (25022,50 x 2%) təşkil edir. Qeyd edilən hal nəzərə alınarsa, xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə hesablanmış 5010,45 manat (10020,90-5010,45) sadələşdirilmiş vergi məbləğinə azalma verilməlidir. Bununla da, aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış əsas vergilərin məbləğinin 46672,45 manat olduğu müəyyən edilmişdir.
44. Həmin rəyə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən dövr üzrə İddiaçı MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləği 2016-2017-ci illər üzrə 1.440,0 manat mənfəət vergisi, 2016-cı ilin iyul- 2018-ci ilin avqust ayları üzrə 40.222,0 manat mədən vergisi və 2016-cı ilin 3-cü-2018-ci ilin 2-ci rübləri üzrə 5.010,45 manat sadələşdirilmiş vergi olmaqla, ümumilikdə 46.672,45 manat məbləğində vergilər təşkil edir.
45. Bununla əlaqədar mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarla 46.672,45 manat məbləğində vergi hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 46672.5 manat vergilərin (Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri nəzərə alınmaqla) yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 19709,86 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
46. İddiaçı bildirir ki, Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 1(002)-104/2019 nömrəli hökmü ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə 2016-cı il tarixdən rəhbərlik edən X4 barəsində hökm çıxarkən iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, "xxxx" MMC-yə məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə monitorinq aparılmış və 7680 m3 həcmində qeyri-qanuni əhəngdaşı istehsal edildiyindən təbiətə 59136 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Belə ki, həmin iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən müəyyən olunur ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində cəmi 7680 m3 əhəngaşına görə təbiətə dəymiş ziyan 59136,0 manatdır. Həmin rəydə qeyd edilir ki, direktoru X4 olan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərzisində “Karvansaray” əhəngdaşı yatağında 2 ayrı sahədə aparılmış istismar işləri nəticəsində İ sahə 60x50x1,6 olmaqla 4800,0 m3, ikinci sahə isə 40x30x2,4 olmaqla 2800,0 m3 əhəngdaşı hasil olmuşdur. 2 sahə üzrə istehsalat həcmi cəmi 7680,0 m3 təşkil etmişdir. Odur ki, həmin dövrdə qanunsuz istehsalın həcmi 25560,6 m3 deyil, 7680 m3 olaraq nəzərə alınmalı və vergilər də ona uyğun hesablanmalıdır.
47. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən: -Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir... ...Müraciətdə qaldırılan digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır. Müraciətin məzmunundan göründüyü kimi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan inzibati iş üzrə iddiaçı qismində Y.Hidayətov çıxış etdiyi halda, sonradan Bərdə Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində başqa şəxs - Z.Hidayətov cəlb olunmuşdur. Bu, preyudisiyanın mövcud olmamasına dəlalət etməklə, yuxarıda göstərilən hüquqi mövqeyə müvafiq olaraq Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinin tətbiqini istisna edir. ...Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.
48. Beləliklə, bir tərəfdən hazırda məhkəmənin icraatında məhkəmənin vergi orqanına qarşı inzibati iş üzrə iddiaçı qismində "xxxx" MMC, Qaradağ Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində başqa şəxs X4 çıxış etmiş; vergi yoxlaması aktına əsasən yoxlanılan dövrdə rəhbər xx.xx.2018-ci il tarixədək X5, xx.xx.2018-ci il tarixdən yoxlanılan dövrün sonunadək X4 olmuş, digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyində “Karvansaray” əhəngdaşı yatağında 2 ayrı sahədə aparılmış istismar işləri nəticəsində ekspert İ sahədə 60x50x1,6 olmaqla 4800,0 m3, ikinci sahədə isə 40x30x2,4 olmaqla 2800,0 m3 əhəngdaşı hasil olduğunu qeyd edilməklə kifayətlənmiş, həmin hasilatın müəyyən edilməsi üçün aparılan hesablama, müəyyən edilməsi meyarları göstərilməmişdir; ən əsası isə həmin cinayət işi üzrə ekspert tərəfindən əhəngdaşı hasilatının həcmi müəyyən edilmiş, hazırda isə iddiaçıya mişar daşı hasilatına görə vergilər hesablanmışdır.
49. Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən mədən vergisi yerin təkindən çıxarılan mişar daşının hər kubmetri üçün 2,0 manat dərəcə ilə müəyyən edilmişdir.
50. Vergi Məcəlləsinin 220.1-ci maddəsinin xx.xx.2019-cu ildən qüvvəyə minən yeni redaksiyasına əsasən sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.
51. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
52. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva