Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1280/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda operator işləyir), iddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, fərdi qaydada vəkil işləyir) cavabdehin nümayəndəsi X14 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir), üçüncü şəxsin vəkili X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri “Mərkəz” vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X16 üçüncü şəxs qismində işə cəlb olunmaqla “Bakı şəhəri Goradil bağ massivi ərazisində yerləşən və 0,12 ha sahəsi olan 267 “g” saylı bağ üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasını qanunsuz hesab edilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Goradil bağ massivi ərazisində yerləşən və 0,12 ha sahəsi olan 267 “g” saylı bağ üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasını qanunsuz hesab edilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X5 inkişafı və İstismarı Birliyi arasında bağlanmış 17 aprel 2007-ci il tarixli 40207 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağ massivi ərazisində yerləşən və 9.12 ha sahəsi olan 257g saylı bağ onun istifadəsinə verilmişdir. Hazırda sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə müvafiq çıxarışın verilməsinə barədə cavabdehə etdiyi müraciət təmin edilməmişdir. Cavabdehin 19.03.2020-ci il tarixli **********97 saylı məktubunda imtinanın əsasları kimi: 1) bağların bölgüsünə dair sxematik xəritədə 257g nömrəsinin öz əksini tapmaması; 2) göstərilən əraziyə 260 v saylı bağ sahəsi kimi digər şəxsin müraciətinin olması; 3) 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-3286/2017 saylı inzibati iş üzrə olan qərardadının daxil olması, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarının daxil olmaması göstərilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. 2007-ci ildən indiyə kimi bağ sahəsi onun sahibliyində və istifadəsindədir. Bu illər ərzində bağın hasarlanmasını tamamlamış, bağda 100-ə qədər meyvə ağacı əkmiş, “Azərsu” ilə müqavilə bağlayaraq, sahəyə su xətti çəkdirmiş, mütəmadi olaraq gedibgələrək bağa qulluq etmişdir. Qonşuları bu illər ərzində onu tanımışdır. Bələdiyyəyə 2007ci ıldən etibarən bu günədək bu bağ sahəsinə görə hər il torpaq vergisini ödəmişdir. 257g saylı bağ sahəsi iddiaçıdan əvvəl X19 adlı şəxsdə olmuşdur. Hümbət və bacanağı X2 bir yerdə işləyiblər və 90-cı ilin əvvəllərində iş yerlərindən hər ikisinə bir-birinə bitişik yerləşən bağ sahələri verilmişdir. Bacanağının həmin bağ sahəsi indi də özündədir (hal-hazırda qonşudurlar). Hümbət öz bağ sahəsində ev tikmək üçün beton bloklar alıb gətirmiş və hazırlıq işlərini görmüşdür. Lakin 2000-ci ildə Hümbət vəfat etmiş, bir müddət sonra ailəsi bağ sahəsini satmaq fikrinə gəlmişlər. Bu barədə bacanağı Məhəmməd iddiaçıya demişdir. O, Hümbətin ailəsi ilə razılaşıb, bağ sahəsini 2007-ci ildə onlardan almışdır. Beləliklə, bağ sahəsinin əvvəlki sahibi də bəllidir, illərdir bağ sahəsinin yerinə görə hər hansı mübahisə iddia olmamışdır. Başqa sözlə, bağ sahəsi hazırda öz yerində və qanuni sahibindədir. Qanuni əsaslarla iddiaçıya məxsus olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün cavabdehin gətirdiyi əsaslar qanunsuz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də, sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X20 məhkəmə iclasında cavabdehin imtina məktubunda göstərilən məzmunda izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin vəkili X13 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının istifadə etdiyi torpağa onun təmsil etdiyi şəxsin heç bir iddiası yoxdur,iddiaçı ilə 3-cü şəxs X10 (X11 vərəsəsi) arasında sözügedən torpaq üzrə mübahisəsi mövcud deyil, buna görə də yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İddiaçı ünvanladığı 20.02.2020-ci il tarixli, K-21-112 nömrəli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2007-ci ilə dair sərəncamlar kitabında aşağıdakı sərəncamlar vardır: 16.04.2007-ci il tarixli 143 nömrəli X9 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında sərəncamı – “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X7 və İstismarı Birliyinin 14 aprel 2007-ci il tarixli, 02 nömrəli protokolu təsdiq edilsin; Bakı şəhər İcra Hakimiyyətinin 17.03.1997-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən, Kərimov X1 275k nömrəli bağ sahəsi ilə təhkim olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı 19.03.2020-ci il tarixli, **********97 nömrəli məktubuna əsasən, bağların bölgüsünə dair sxematik xəritədə 257g nömrəsinin öz əksini tapmayıb. Həmçinin göstərilən əraziyə 260 v saylı bağ sahəsi kimi digər şəxsin müraciəti mövcuddur; Bundan əlavə idarəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3286/2017 saylı inzibati iş üzrə olan qərardadının daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı daxil olmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X5 inkişafı və istismar Biriliyi “Goradil ərazisindəki 257g nömrəli bağın istifadəyə verilməsi haqqında 17 aprel 2007-ci il tarixli, 40207 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq X7 və İstismarı Birliyi, direktor Allahverdiyev şəxsində; digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin 16.04.2007-ci il tarixli, 143 saylı sərəncamı əsasında hərəkət edən, gələcəkdə “İstifadəçi” adlandırılacaq İddiaçı, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257g nömrəli bağ sahəsi istifadəsinə verilir. İddiaçının vəkili Vəkil cavabdehə ünvanladığı 09 aprel 2020-ci il tarixli 000598 nömrəli sorğusuna əsasən, cavabdehdən aşağıdakı sualların cavablandırılması xahiş edilmişdir:1) 19.03.2020-ci il tarixli **********97 saylı məktubda göstərilən bağların bölgüsünə dair sxmetik xəritənin nə zaman təsdiq edilmişdir, 2) faktiki olaraq İddiaçı olan 257 g saylı bağ sahəsinin yerləşdiyi ərazi bağların bölgüsünə dair sxematik xəritədə hansı nömrə ilə öz əksini tapmışdır 3) həmin xəritədə 260 v saylı bağ sahəsi öz əksini tapdığı halda, 260 v saylı bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədəki yeri, faktiki X3 257 g saylı bağ sahəsi ilə naturada üst-üstə düşüb-düşmür; 4) 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3286/2017 saylı, 26.12.2017-ci il tarixli qərardadının məzmununda göstərilən 13 saylı DNK-nın idarəyə ünvanladığı 21.10.2017-ci il tarixli X- 323 saylı mıktubunun icrası necə oldu; 5) hazırda 257 g və 260 v saylı bağ sahələri üzərində kimin mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Vəkil sorğusuna 23.07.2020-ci il tarixli cavab məkrubuna əsasən, 1) “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır və həmin tarixdən bağların bölgüsünə dair sxematik xəritələr aktlaşdırılaraq 1 saylı Bakı Ərazi İdarəsinə verilmişdir. 2) İddiaçı verilmiş 257 “g” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. 3) Bağların bölgüsünə dair sxematik xəritəsində 260 “V” saylı bağ sahəsi öz əksini tapmışdır, lakin ümumi ərazidə hasarlanma işləri düzgün aparılmadığından göstərilən ərazinin naturada dəqiqləşdirilərək hansı bağın ərazisi olmasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin, 257 “g” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığından üst-üstə düşmə halını təyin etmək mümkün olmamışdır. 4) 13 saylı DNK-nın 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 21.10.2017-ci il tarixli, X-323 saylı məktubu barədə məlumat aşkar edilməmişdir. 5) Halhazırda 257 “g” və 260 “v” saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3286/2017 saylı işi üzrə qəbul edilmiş 26 dekabr 2017-ci il tarixli qərardadına əsasən, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin 05 avqust 1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu, Goradil bağlar sahəsindəki 89 saylı kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan, 23 nömrəli orderlə verilmiş, ümumilikdə 0.12 ha ölçüdə 260 V saylı bağ sahəsinin plan ölçüsünün təqdim olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə 2-1(81)- 3286/2017 saylı inzibati işin icraatı iddiaçı X11 vərəsəlik işi yekunlaşanadək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 27.01.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 257 k saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X7 və istismarı birliyinin Goradil bağlar sahəsi 102 nömrəli kooperativinin X17 aid orderinin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən ona Goradil bağlar sahəsində 102 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 257 k nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X5 inkişafı və istismar Biriliyi “Goradil ərazisindəki 257k nömrəli bağın istifadəyə verilməsi haqqında 26 dekabr 2005-ci il tarixli, 36732 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq X7 və İstismarı Birliyi, direktor Allahverdiyev şəxsində; digər tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin 23.12.2005-ci il tarixli, 344 saylı sərəncamı əsasında hərəkət edən, gələcəkdə “İstifadəçi” adlandırılacaq X4, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257k nömrəli bağ sahəsi istifadəsinə verilir. 2009-2019-cü illərə aid “Yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 059354, 439341, 038834, 044760, 157440, 044760, 157440 nömrəli və digər qəbzlərin surətlərinə əsasən, İddiaçı Goradil bağ massivində yerləşən 257g nömrəli bağ sahəsinə dair torpaq vergisini ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X7 və istismar Biriliyi tərəfindən 17 aprel 2007-ci il tarixli, 40207 saylı müqavilə əsasında, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257g (sərəncama əsasən 257 k) saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257g saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri və sərəncamlar əsaslar kimi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X5 inkişafı və istismar Biriliyi ilə iddiaçı arasında bağlanılmış Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257g nömrəli bağın iddiaçının istifadəsinə verilməsi barədə 17 aprel 2007-ci il tarixli, 40207 saylı müqavilə və Bakı şəhər İcra hakimiyyətinin 17.03.97ci il tarixli, 233 nömrəli sərəncam mövcuddur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin faktiki hallarına əsasən iddiaçı Binəqədi rayonunun Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 257g saylı bağ sahəsinin qanuni istifadəçisi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, surəti iş materiallarında olan müvafiq müqavilə ilə təsdiq olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Goradil bağ massivi ərazisində yerləşən və 0,12 ha sahəsi olan 267 “g” saylı bağ üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası qanunsuz hesab edilməli, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Goradil bağ massivi ərazisində yerləşən və 0,12 ha sahəsi olan 267 “g” saylı bağ üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası qanunsuz hesab edilsin, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1280/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1280/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver