Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1280/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 55 yaşdan yəni, xx.xx.2019-cu il tarixdən pensiya təyin edilərək, ödənilməmiş vəsaitin verilməsi baradə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət edərək işlədiyi dövrləri staj kimi nəzərə almaqla hüququn yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh ünvanladığı **********8 nömrəli məktubda qeyd etmişdir ki, təqdim edilmiş 17 avqust 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx"ASC-də toxucu vəzifəsində işlədiyi qeyd edilmişir. Azərbaycan Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli 1921 saylı arayışında həmin müəssəyə aid arxivdə mühafizə olunan sənədlərdə 1998-2001-cı il tarixləri arasındakı dövr arasında əmək haqqı cədvəllərində iddiaçının adına əmək haqqı hesablanması baradə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxmından mümkün hesab edilməmişdir. İddiaçı cavabdehin gəldiyi bu nəticənin ədalətsiz və qeyri qanuni olduğunu hesab edir. Belə ki, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu nəticəyə gəlmək olar ki, cavabdeh iş üzrə qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamış və nəticədə qanunvericiliyin tələbləri pozularaq əsassız qərar qəbul edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8-cS maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosiai sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1 -ci maddəsinə əsasən siğortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
4. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********5 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçımn təqdim etdiyi sənədlərə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda iddiaçıya məxsus 17 avqust 1984- cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də müxtəlif vəzifələrdə işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli 1921 nömrəli arayışında həmin müəssisəyə aid arxivdə mühafizə olunan sənədlərdə 1998-2001-ci il tarixləri arasındakı dövr ərzində əməkhaqqı cədvəllərində iddiaçının adına əməkhaqqı hesablanması barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 7 ay (xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-cİ il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.2002-xx.xx.2002-ci il və xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bildirilir ki, iddiaçı A.X2 təqdim etdiyi sənədlərdən göründüyü kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48480,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22149,62 manat təşkil edir. Fiəmçinin İddiaçı məxsus 17 avqust 1984-cü il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də müxtəlif vəzifələrdə işlədiyi qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli 1921 nömrəli arayışında həmin müəssisəyə aid arxivdə mühafizə olunan sənədlərdə 1998-2001-ci il tarixləri arasındakı dövr ərzində əməkhaqqı cədvəllərində İddiaçı adma əməkhaqqı hesablanması barədə məlumat aşkar olumamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2018-ci il tarixli 1921 nömrəli arayışında həmin müəssisəyə aid arxivdə mühafizə olunan sənədlərdə 1998-2001-ci il tarixləri arasındaki dövr ərzində əməkhaqqı cədvəllərində iddiaçının adına əməkhaqqı hesablanması barədə məlumat aşkar olunmadığı, 1994-cü ilin yanvar ayı üzrə, 1996-cı ilin ilk 9 ayı üzrə, 1997-ci ilin fevral və son 5 ayı üzrə, 2002-ci ilin ilk 2 ayı üzrə sizə əməkhaqqı ödənilmədiyi, 2003-cü il üzrə isə yalnız sentyabr ayı üzrə əməkhaqqı ödənildiyi qeyd olunmuşdur. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 10 ildən az (7 il 7 ay (xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2002-31,12.2002-ci il və xx.xx.2003xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Analoji iş üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (102)-1838/2024 nömrəli qərarında qeyd olunmuşdur:
42. Apellyasiya instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir.
43. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının “Star LLC” firmasında 1996- 2000-ci illər üzrə əmək haqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin maydekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqı almışdır. Əmək haqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir.
44. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını iddiaçının mübahisəli 1996-2000ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(112)-9368/2024 nömrəli inzibati iş üzrə İddiaçı ‘‘55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edilir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı məhkəmə iclasında iştirakdan yayındığına görə iddia ərizəsinin geri götürülmüş hesab edilməsinə etiraz etmədiyini bildirdi.
II. İddianın geri götürülmüş sayılması
6. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
7. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
8. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixdə şifahi məhkəmə baxışı üzrə iclasının keçirilməsi vaxtı barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İddiaçı həmin tarixdə məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə şifahi məhkəmə baxışı üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən növbəti tarixdə (xx.xx.2024-cü il tarixdə) iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, şifahi məhkəmə baxışı üzrə iclas xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə iddiaçı məhkəmənin şifahi məhkəmə baxışı üzrə iclasında iştirak etməmiş və məhkəmə iclası növbəti tarixə (xx.xx.2025-ci il tarixə) təyin edilmişdir. Buna baxmayaraq iddiaçı xx.xx.2025-ci il tarixli şifahi məhkəmə baxışı üzrə iclasında təkrarən iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
10. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva