Məhkəmə qərarları › İş №2-1(112)-12803/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12803/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12803/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Anatoliyevnanın cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı (X2 3-cü şəxs) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı Anatoliyevna cavabdeh Bakı şəhəri Səbail rayonu Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Cavabdeh inzibati orqan tərəffindən məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli 47/2-27703/2023 saylı məktubdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanından qeydiyyatdan çıxaraq ünvan 4vanla ünvan 5ta alınmışdır. Məhkəmə, cavabdeh inzibati orqanın məktubunu nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından bu əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından bu əsaslara görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Anatoliyevnanın cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı (X2 3-cü şəxs) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” iddiası üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar