Məhkəmə qərarları › İş №2-1(112)-12804/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12804/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12804/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavbadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC cavabdehlər Bakı Baş Gömrük İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq **********1555 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.000 manat məbləğində artıq gömrük rüsumunun iddiaçıya geri qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 19 aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən qaz avadanlıqları "Flitstok” MMC adlı şirkəti tərəfindən idxal edilmişdir. Həmin qaz avadanlıqlarının gömrük kodu ********** alt yarım mövqeyində sinifləşərək 0% idxal rüsumuna düşməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin inspektoru X2 İdarəsinə (MGEİ) kodun dəqiqləşdirilməsi üçün müraciət etmişdir. Bir gün sonra MGEİ idxal etdiyi qaz avadanlıqlarının ********** alt yarım mövqeyinde sinifləşdirilərək 5% gömrük rüsumuna cəlb edilməsi üçün yanlış bir kodu təsdiqləyərək Bakı Baş Gömrük İdarəsinə ünvanlamışdır. Sonra BBGİ idxal etdiyi yükün idxal kodunu ********** nömrəli kod ilə dəyişməyi tələb etdi. Beləliklə o, MGEİ-nin rəyi ilə razılaşmadığı üçün dərhal 21 aprel 2023-cü il tarixində təkrar ekspertiza aparılması məqsədi ilə, rüsum ödəyərək və bütün əsaslandırıcı sənədlər ilə birlikdə avadanlıqların özlərini də MGEİ-nə təqdim etməklə yenidən ekspertizanın keçirilməsini xahiş etdi. MGEİ-nin əməkdaşı şifahi bildirdi ki, cavab bir aya qədər uzana bilər. Bu səbəbdən nəqliyyat vasitəsinin boş dayandığı hər gün üçün 150 ABŞ dolları əlavə xərc və terminal xərclərini ödəməmək üçün məcburiyyət qarşısında yanlış olan gömrük kodu ilə 5% rüsum və 5 % rüsumdan əmələ gələn 18 % əlavə dəyər vergisini ödəməklə avadanlıqları gömrükləmək məcburiyyətində qaldı. Əlavə olaraq avadanlıqların terminalda qaldığı ümumi 4 gün ərzində hər gün üçün 150 ABŞ dolları olmaqla ümumi 600 ABŞ dolları boş dayanma haqqı ödədi. Gömrükləmədən sonra 181-12/xx-xx/002214 nömrəli, 26 Aprel 2018 ci il tarixli MGEİ-nin cavabı təqdim edilmişdir. Takrar ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına idxal olunan nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ile qidalanması üçün nəzərdə tutulmuş "Smart 4" adlı dəst XFİ MN görə 840999 000 0 alt yarımmövgeyində sinifləşdirilir. Bakı Baş Gömrük idarəsinə göndərdiyi 181-12/xx-xx/002095 nömrəli xx.xx.2018-ci li tarixli cavab maktubu qüvvədən düşmüş hesab edilsin. Lakin artıq, o, yükü gömrükləyərək İpək Yolu terminalından çıxartmışdı. BBGİ-nə əlavə ödənilən 6552.67 manat məbləğin qaytarılması ilə əlaqədar 30 Aprel 2018ci il tarixində məktub yazıb imzalayaraq Bakı Baş Gömrük İdarəsinə getdi və bu məktubu girişdə sol tərəfdə ümumi məlumatlar olan yerdə əyləşən 4 inspektordan qapı ilə üz-bəüz əyləşən qadın inspektora təqdim etdi, məktubu ondan qəbul edib dedilər ki, artıq ödədiyi məbləğ hesaba qayıdacaqdır. Biz ay ərzində və il ərzində çoxlu sayda yüklərin idxalı ilə məşğul olduğu üçün və hər zaman avans ödədiyi üçün həmin məbləğin hesaba geri qaytarıldığını düşünmüşdü, lakin 04 noyabr 2020-ci il tarixində, 1400-012/0xx-xx/008480 nömrəli məktubla Bakı Baş Gömrük İdarəsinin rəis müavini cənab Zaur Bağırov məktub ünvanlamışdır və bu məktubda 2017-2018-ci illərə aid iki bəyannamə üzrə iki qat xidmət haqqı ödəməli olduğu halda yalnışlıqla bir qat ödədiyi üçün o illərdən borclu qalan məbləğin ödənilməsini tələb etmişdir. Bu məktubdan sonra araşdırma aparılması üçün 2017-ci ildən etibarən bütün gömrük sənədlərinin audit edilməsinə qərar verdi və yoxlamağa başladı. Yoxlama əsasında məlum oldu ki, 2018-ci ildə olan qaz avadanlıqlarına dair artıq ödədiyi 6552.67 manat məbləğ hesaba geri qaytarılmamışdır. Bu səbəbdən 20 noyabr 2020-ci il tarixində cənab Zaur Bağırova cavab ünvanladı və xahiş etdi ki, aprel 2018-ci ildə artıq ödəməni hesaba qaytarılmasında köməklik etsinlər. Lakin heç bir cavab gəlmədi. 14 yanvar 2021-ci il tarixində yenidən müraciət etdi, 18 oktyabr 2021-ci ildə yenidən müraciət etdi. 15 iyun 2023-cü il tarixində BBGİ-dən idxal etdiyi yükü saxladılar, yəni yükü buraxmadılar. O, problemin nə ilə əlaqəli olmasını öyrənmək məqsədi ilə BBGİ-nə zəng etdi və bildirdilər ki, 2017 və 2018-ci illərdə 2 bəyannamə üzrə 375 manat borcu vardır, elektron olmaqla 16 iyun 2023-cü il tarixində yenidən rəsmi müraciət etdi ki, 19 aprel 2018-ci il tarixində, **********1555 nömrəli bəyannaməyə əsasən artıq ödəmə hesaba geri qaytarılsın. Son məktubdan sonra 22 iyun 2023-cü il tarixində BBGİnin əməkdaşı ona telefon zəngi etdi və bildirdi ki, ilk öncə 2017 və 2018-ci illərdə bəyannamələrdə borclu qaldığınız 375 manat məbləği ödəyin və biz sizə dərhal 6552.67 manat artıq ödədiyiniz məbləği hesabınıza bərpa edək. Beləliklə, 22 iyun 2023-cü il tarixində dərhal 375 manat BBGİ-nin hesabına ödənildi və təsdiqedici sənəd BBGİ-nin əməkdaşının elektron poçt ünvanına göndərildi. Lakin, daha sonra Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi cənab Rəşad Zalov 05 iyul 2023-cü il tarixində elektron poçt vasitəsi ilə cavab ünvanlayır: Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. "Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətinizdə qaldırdığınız iddianın təmin olunması mümkün olmamışdır. Odur ki, iddiaçı bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “19 aprel 2018-ci il tarixli, **********155 nömrəli bəyannaməyə əsasən Bakı Baş Gömrük İdarəsinə BBGİ tərəfindən haqsız hesablanma nəticəsində BBGİ-nin hesablarına artıq ödənilən idxal vergisi 5574.92 azn, əlavə dəyər vergisi 942.35 azn və DGK-nın "Azterminalkompleks" Birliyinə ödənilən 35.40 azn olmaqla cəmi 6552.67 manat məbləğinin "FLİTSTOK” MMC-nin elektron hesab səhifəsinə avans olaraq bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi” qəbul edilmişdir.

4. Bakı Baş Gömrük İdarəsinə İddiaçı MMC-nin xx.xx.2020, xx.xx.2021, xx.xx.2021-ci il tarixli müraciətlərində qeyd edilmişdir ki, “04 noyabr 2020-ci il tarixli, 1400-012/0xx-xx/008480 nömrəli məktubunuza əsasən biz də qarşılıqlı təftiş apardıq və qeyd etdiyiniz nöqsanlar həqiqətən aşkar edildi, lakin eyni zamanda bizə qarşı olan nöqsan da bizim tərəfdən aşkar edilmişdir. Belə ki, **********1555 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən idxal rüsumu yalnışlıqla qeyd edilmişdir, buna sübut olaraq 26 aprel 2018-ci il tarixində, 181- 12/xx-xx/002214 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Eskpertiza İdarəsinin rəyinə əsasən (məktuba rəyin nüsxəsi əlavə edilir) sıfır dərəcəli idxal rüsumuna cəlb edilməlidir, yalnış gömrük kodu qeyd edildiyi üçün biz 7000 manata yaxın əlavə rüsumlar ödəmişik. Yazıb Sizdən xahiş edirik ki, aparılan təftiş bir tərəfli deyil iki tərəfli aparılsın, bəyannamədə müvafiq düzəlişlər edilsin və artıq ödədiyimiz vəsait bizə geri qaytarılsın.”

5. Bakı Baş Gömrük İdarəsinin iddiaçının elektron poçt ünvanına cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 16 iyun 2023-cü il tarixli xx/xx/027196 qeydiyyat nömrəsi ilə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılan xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş “Vikars” nişanlı “Smart 4” adlı qaz avadanlığının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə təsnifat kodunun müəyyən edilməsi üçün Bakı Baş Gömrük İdarəsindən 20 aprel 2018-ci il tarixli 141-13/xxxx/002969 nömrəli məktubla X4 İdarəsinə müraciət olunmuş, sonuncu tərəfindən 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubunda sözügedən malın yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8708 99 970 0 (5% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi bildirilmiş, gömrük ödənişləri ödənildikdən sonra həmin malların 24 aprel 2018-ci il tarixdə sərbəst dövriyyəyə buraxılması təmin olunmuşdur. İddiaçı tərəfindən 23 aprel 2018-ci il tarixli xx/xx/002353 nömrəli məktubla təkrar ekspertizanın aparılması məqsədilə X4 İdarəsinə edilmiş müraciət əsasında qeyd edilən mallara gömrük baxışı keçirilmiş, ilkin ekspertiza zamanı təqdim olunmayan texniki sənədlər tədqiq edilməklə yenidən ekspertiza aparılmış, sözügedən mal yük nəqliyyat vasitəsinin mühərrikinin qaz yanacağı ilə qidalanması üçün nəzərdə tutulmuş “Smart 4” adlı dəst olub xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 8409 99 000 0 (0% gömrük rüsum dərəcəsi) alt yarımmövqeyində sinifləşdirildiyi 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyində qeyd olunaraq Cəmiyyətin sorğusu cavablandırılmış, həmçinin həmin rəydə Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 20 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002095 nömrəli cavab məktubu qüvvədən düşmüş hesab edilmiş, lakin tərəfinizdən 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyi həmin dövrdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçınə ünvanlanmış 04 aprel 2020-ci il tarixli 1400- 012/0xx-xx/008480 nömrəli məktuba cavab olaraq tərəfinizdən 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X4 İdarəsinin 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qayrtarılmasını xahiş etmişsiniz. İddiaçı tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilən edilən müddət ərzində gömrük orqanına müraciət edilmədiyi səbəbindən hazırkı müraciətinizdə qaldırdığınız iddianın təmin olunması mümkün olmamışdır. Araşdırmanın nəticəsi ilə razı olmadığınız təqdirdə müraciətinizdə qaldırdığınız iddianı məhkəmə mübahisələndirmək hüququnuz vardır.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təqdim etdiyi vəsatət onunla əsaslandırılır ki, artıq ödənilmiş vergilərin və rüsumların qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın müvafiq müddəaları ilə tənzimlənir. "Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-cı bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2-ci bənddə göstərilir ki, ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir. Müəyyən olunmuşdur ki, iddia qaldırılanadək iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə inzibati orqana müraciət etməli olsa da bu müraciəti formal şəkildə etmiş, həmçinin “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndində göstərilmiş müddəti ötürmüşdür. Beləliklə hesab edirik ki, iddiaçı artıq ödəmələrin gen qaytarılması ilə bağlı müraciət müddətini ötürdüyündən iddia mümkün sayılmamalıdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.

12. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

13. Məhkəmə hesab edir ki, iddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini xahiş edir və iddiaçıya ünvanlanmış məktub inzibati aktın qəbulundan imtinadır. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır.

İV. Məhkəmənin mövqeyi

14. İddiaçı hazırkı iddia tələbi ilə İddiaçı MMC 19 aprel 2018-ci il tarixli, **********155 nömrəli bəyannaməyə əsasən Bakı Baş Gömrük İdarəsinə BBGİ tərəfindən haqsız hesablanma nəticəsində BBGİ-nin hesablarına artıq ödənilən idxal vergisi 5574.92 azn, əlavə dəyər vergisi 942.35 azn və DGK-nın "Azterminalkompleks" Birliyinə ödənilən 35.40 azn olmaqla cəmi 6552.67 manat məbləği "FLİTSTOK” MMC-nin elektron hesab səhifəsinə avans olaraq bərpa edilməsi öhdəliyini Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.

15. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

16. Cavabdeh qurumun imtinasında əsas dəlil kimi göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndində göstərilən müvafiq tələblərə cavab verən ərizə ilə inzibati orqana müraciət etməli olsa da, bu müraciəti formal şəkildə etmiş, həmçinin “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndində göstərilmiş müddəti ötürmüşdür. 17.“Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli Qərarının: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir.

18. İddiaçı malları (qaz avadanlıqları) ölkəyə xx.xx.2018-ci il tarixdə idxal etmişdir.

19. Məhkəmə qeyd edir ki, qeyd edilən 1 (bir) illik müddət ödəyicinin pozulmuş hüquqlarının bəyanı üçün qanunvericiliklə müəyyən edilmişdir. İşin hallarından, həmçinin iddiaçının məhkəmə iclaslarında qeyd edilənlərə əsasən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə artıq ödənilmiş məbləğin qaytarılması barədə ərizə tərtib etsə belə, həmin ərizəni cavabdeh quruma lazimi qaydada təqdim etməmişdir. İddiaçı yalnız Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 fevral 2017-ci il tarixli **********2066 və 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannamələri üzrə yaranmış 442.50 manat gömrük borcunun ödənilməsi ilə əlaqədar İddiaçınə ünvanlanmış 04 aprel 2020-ci il tarixli 1400- 012/0xx-xx/008480 nömrəli məktuba cavab olaraq 20 noyabr 2020-ci il tarixli məktubla 19 aprel 2018-ci il tarixli **********1555 nömrəli gömrük bəyannaməsi üzrə ödənilmiş idxal rüsumunun X4 İdarəsinin 26 aprel 2018-ci il tarixli 181-12/xx-xx/002214 nömrəli ekspert rəyinə əsasən sıfır dərəcəli olduğunu bildirmiş və ödənilmiş gömrük ödənişinin geri qayrtarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə idxal edilmiş mallar üzrə artıq ödənilmiş hesab edilən gömrük ödənişinin geri qaytarılmasını tələb etmək hüququnu qanunvericilikdə müəyyən olunmuş müddət ötdüyünə görə itirmişdir.

20. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası əsaslı olduğundan, iddia rədd edilməlidir.

21. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar