Məhkəmə qərarları › İş №2-1(112)-12805/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12805/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12805/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BMW 530E minik markalı 908022JG tranzit nömrə nişanlı, sedan tipli, WBAJA9C54JB253337 ban nömrəli, qara rəngli, 2018-ci il buraxılışlı avtomobili X3 satın alaraq Azərbaycan Respublikasına gətirmişdir. xx.xx.2022-ci il tarixdə gətirdiyi nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən buraxılış vərəqəsi verilmiş, eyni tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən X1 təqdim edilmişdir. Bundan sonra, nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə müraciət etmişdir. xx.xx.2022-ci ildə nəqliyyat vasitəsinin texniki baxış zamanı AR DİN BDYPİİ Qİİ nəqliyyat vasitəsinin ban nömrəsinə müdaxilə olunaraq qaynaq işləri aparılması aşkar oldunduğunu iddia edərək, nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etmiş və araşdırılması üçün DİN Baş İstintaq və Təhqiqat İdarəsinə yönləndirmişdir. DİN Baş İstintaq və Təhqiqat İdarəsi isə öz növbəsində materialları xx.xx.2022-ci il tarixdə tədqiqat aparılması üçün DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərmişdir. Sonuncu xx.xx.2022-ci il tarixdə tədqiqat arayışını DİN Baş İstintaq və Təhqiqat İdarəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 22/1000a №-li tədqiqat haqqında arayışın nəticə hissəsinə əsasən məlum olur ki, “qeyd olunan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş WBAJA9C54JB253337 hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmin hissədə qaynaq işi izləri aşkar edilmədi. Lakin avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə deformasiyaya uğramışdır”. DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsində qeyd olunur ki, “BMW 530E minik markalı 908022JG tranzit nömrə nişanlı, sedan tipli, WBAJA9C54JB253337 ban nömrəli, qara rəngli, 2018-ci il buraxılışlı avtomobilin izlənilən detallarında dəyişiklik aşkar edilmədiyi üçün yuxanda qeyd edilən əsaslar üzrə qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-yə göndərilsin”. Buna baxmayaraq, cavabdeh iddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixdə yazılı şəkildə bildirmişdir ki, avtomobilin ban nömrəsinin ətrafında qaynaq işləri aparılması səbəbindən hazırda qeydiyyat aparılması mümkün deyildir, yalnız məhkəmə orqanları təfrəfindən müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Nəticə olaraq, DİN Baş İstintaq və Təhqiqat İdarəsi hazırlanmış ekspert rəyi, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin tədqiqat arayışı nəzərə alınmamış, iddiaçının qanuni və əsaslı tələbindən imtina edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmasına dair tələbi yerinə yetirilməmiş və ona məhkəmə orqanlarına müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 1D, mənzil 8 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanı tərəfindən xx.xx.2022-ci il tarixində xx.xx.37981.22 nömrəsi ilə verilmiş X1nin surətindən görünür ki, avtonəqliyyat vasitəsi kateqoriya M1-8703, Benzin-Elektrik(Hibrid) mühərrikli, 1998 sm3, buraxılış ili 2018 olan VİN: WBAJA9C54JB253337, BMW 530 e AZS ***-**** Ekoloji sinif 6 normativ sənədlərin tələbinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********5292 nömrəli Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri üçün vəsiqə növü **********, markası minik avtomobili: BMW 530 E Benzin-Elektrik(Hibrid), mənşə ölkəsi Almaniya, gətirildiyi ölkə X5, şassi № WBAJA9C54JB253337 olan sərbəst dövriyyə üçün buraxılış məqsədli avtonəqliyyat nəqliyyat vasitəsi üçün İddiaçı adına tərtib olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 005-24109-1222 nömrəli məktubu ilə göndərilmiş “BMW 530E” minik markalı 908022JG tranzit nömrə nişanlı avtomobillə bağlı aparılmış araşdırmaya dair sənədlərin təsdiq olunmuş surətindən görünür ki: - Gömrük bəyannaməsi üzrə ümumi məlumatdan görünür ki, İddiaçı X7 İNC / Brooklyn/X5 ərazisindən malın kodu **********, minik avtomobili: BMW 530 E Benzin- Elektrik(Hibrid), istehsal tarixi: xx.xx.2018, müh. həcmi 1998 sm3, şassi/ban no: WBAJA9C54JB253337, statistik dəyər 17000 ABŞ dolları olan nəqliyyat vasitəsi İD 40 kodu ilə xx.xx.2022-ci il tarixdə gömrük rəsmiləşdirilməsi üçün bəyan edilmişdir. - xx.xx.2022-ci il tarixdə tərtib edilmiş nəqliyyat vasitəsinin texniki müayinə aktına əsasən İddiaçı məxsus olan sedan tipli, buraxılış ili 2018, Ban № WBAJA9C54JB253337, BMW 530i minik markalı avtomobilinin texniki müayinəsi zamanı nəqliyyat vasitəsinin ban nömrəsinə müdaxilə olunaraq qaynaq işləri aparılması aşkar olunmuşdur, şinin vəziyyəti yararlı, sayğacın vəziyyəti işləyir, texniki vəziyyəti sazdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/1000a nömrəli tədqiqat haqqında arayışda göstərilmişdir ki, Azərbaycan Respublixası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 005-20527-1222 №-li 05 sentyabr 2022-ci il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə «BMW-530E» minik markalı, 908022JG tranzit nömrə nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. Təqdim edilən «BMW-530E» minik markalı, 908022JG tranzit nömrə nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur ? «BMW-530E» minik markalı, 908022JG tranzit nömrə nişanlı avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, qara boya ilə rənglənmişdir. Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «WBAJA9C54JB253337» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanın vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, avtomobilin ban nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş «WBAJA9C54JB253337» ban nömrəsində olan hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, Konfiqurasiyasına görə belə nəticəyə gəlməl olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmin hissədə qaynaq işi izləri aşkar edilmədi. Lakin avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə deformasiyaya uğramışdır. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə həkk edilmiş «19845392 B46B» hərf və rəqəmləri aşkar edildi. Həmin hərf və rəqəmlə müayinə edildi. Müayinə zamanı müəyyən edildi ki, avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsində həkk edilmiş «19845392 B46B» nömrəsində olan hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Mühərrik nömrəsində olan «19845392 B46B» hərf və rəqəmlərdən «19845392» rəqəmləri mühərrikin nömrəsini, «B46B» hərf və rəqəmləri isə mühərrikin modelini göstərir. Avtomobilin zavod lövhəsi vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə yapışqan kağız üzərində olan birka aşkar edildi. Həmin yapışqan kağız üzərində olan zavod lövhəsinin üzərində avtomobilin texniki göstəriciləri və ban nömrəsi - «WBAJA9C54JB253337» çap üsulu ilə yazılmışdır. Həmin ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi olması nəzərdə tutulan hissəyə baxış zamanı həmin hissədə lövhə üzərində olan «WBAJA9C54JB253337» ban nömrəsi aşkar edildi. Həmin ban nömrəsi - «WBAJA9C54JB253337» çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. «BMW-530E» minik markalı, 908022JG tranzit nömrə nişanlı avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: «BMW-530E» minik markalı, 908022JG tranzit nömrə nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «WBAJA9C54JB253337» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmin hissədə qaynaq işi izləri aşkar edilmədi. Lakin avtomobilin sağ qabaq tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə deformasiyaya uğramışdır. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «19845392 B46B» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Mühərrik nömrəsində olan «19845392 B46B» hərf və rəqəmlərindən «19845392» rəqəmləri mühərrikin nömrəsini, «B46B» hərf və rəqəmləri isə mühərrikin modelini göstərir. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində olan «WBAJA9C54JB253337» ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterikdir. Avtomobilin yapışqan kağız üzərində olan zavod lövhəsinin (birka) üzərində olan avtomobilin ban nömrəsi - «WBAJA9C54JB253337» çap üsulu ilə yazılmış standart hərf və rəqəmlərə xarakterikdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 021-9134-1222 nömrəli məktubunda bildirilmişdir ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: WBAJA9C54JB253337 olan nəqliyyat vasitəsinin axtarışda olması barədə təkilatın “e-ASF” X2ndə məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “BMW-530E” minik markalı, 908022JG tranzit nömrə nişanlı, sedan tipli, 19845392 mühərrik nömrəli, WBAJA9C54JB253337 ban nömrəli, qara rəngli, 2018-ci il buraxılışlı avtomobilin izlənilən detallarında dəyişiklik aşkar edilmədiyi üçün yuxarıda qeyd edilən əsaslar üzrə qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-nə göndərilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-116907-1222 nömrəli məktubunda bildirilmişdir ki, “BMW 530E” markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X8 idarəsinin Qeydiyyat-imtahan İdarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildirilir ki, qeyd olunan “BMW 530E” markalı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı BMW- 530E» minik markalı, sedan tipli, qara rəngli, 2018-ci il buraxılışlı, 908022JG tranzit nömrə nişanlı, WBAJA9C54JB253337 ban nömrəli X4 satışa çıxarılmış qəzalı vəziyyətdə olan avtomobili Gürcüstan Respublikasına, daha sonra Azərbaycan Respublikasına gətirmiş, avtomobil xx.xx.2022-ci il tarixdə gömrük rəsmiləşdirilməsindən keçmiş, dövlət qeydiyyatına alınması üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin ban nömrəsinə müdaxilə edilərək qaynaq işləri aparılması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilməlidir ki, qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban üzərində stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Avtomobilin zavod lövhəsi (birka) avtomobilin ban nömrəsi olduğu halda ban nömrəsi göstəricilərini eyniləşdirməklə təkraredici göstəricidir. Bu halda zavod lövhəsi üzərində olan göstəriciləri avtomobilin stasionar göstəricisi ilə eyniləşdirmək mümkün deyildir. Qeyd edilən halları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinə müdaxilə olunaraq qaynaq işlərinin aparılmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq avtomobilin izlənilən detallarında dəyişiklik aşkar edilmədiyi müəyyən edilərək avtomobilin qeydiyyata alınması məsələsinə baxılması üçün rəy verilmişdir. Həmin məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində də müəyyən olunmuşdur ki, «BMW-530E» minik markalı 908022JG tranzit nömrə nişanlı WBAJA9C54JB253337 ban nömrəli avtomobilin sənədlərindən görünür ki, avtomobil 2018-ci il buraxılışlı olmaqla 04 ildir ki, istismardadır. Avtomobil Azərbaycan Respublikasına gətirilərkən avtomobilin qabaq sağ tərəfi qəzalı vəziyyətdə olmuşdur. Avtomobillə bağlı keçirilən ekspertiza tədqiqatı zamanı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan avtomobilin sağ qabaq tərəfində hər hansı qaynaq işləri aşkar olunmamış, həmin hissədə həkk edilmiş «WBAJA9C54JB253337» hərf və rəqəmlərinin zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğu müəyyən olunmuş, yalnız qeyd edildiyi kimi ban nömrəsi vurulan qabaq sağ tərəfi qəzalı vəziyyətdə olduğu üçün ban nömrəsi həkk edilən hissə deformasiyaya uğramışdır. Bundan əlavə avtomobilin ban nömrəsi həkk vurulması nəzərdə tutulan hisədəki ban nömrəsi ilə avtomobilin digər hissələrində olan ban nömrələri ilə eynilik təşkil edir. Belə ki, avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində olan «WBAJA9C54JB253337» ban nömrəsində olan hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlər xarakterik olduğu, avtomobilin yapışqan kağız üzərində olan zavod lövhəsinin (birka) üzərində olan avtomobilin ban nömrəsi - «WBAJA9C54JB253337» çap üsulu ilə yazılmış standart hərf və rəqəmlərə xarakterik olduğu müəyyən olunmuşdur. Eyni zamanda mühərrik nömrəsində olan «19845392 B46B» hərf və rəqəmlərindən «19845392» rəqəmləri mühərrikin nömrəsini, «B46B» hərf və rəqəmləri isə mühərrikin modelini göstərir. Qeyd edilməlidir ki, mübahisə predmeti olan avtomobil uçot göstəriciləri üzrə BDYPİnin Qİİ-nin X2 üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Göründüyü kimi avtomobilin ban nömrəsi əks olunmuş hissəyə hər hansı müdaxilə olunduğu, qaynaq işlərinin edildiyi öz təsdiqini tapmamış, avtomobilin qəzalı vəziyyətdə olması və yalnız bu səbəbdən qabaq sağ tərəfində ban nömrəsi həkk olunmuş hissənin deformasiyaya uğraması müəyyən olunmuşdur. Beləliklə, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “BMW-530E” minik markalı, 908022JG tranzit nömrə nişanlı, sedan tipli, 19845392 mühərrik nömrəli, WBAJA9C54JB253337 ban nömrəli, qara rəngli, 2018-ci il buraxılışlı avtomobilin mövcud vəziyyətdə dövlət qeydiyyatına alınması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. “BMW-530E” minik markalı, 908022JG tranzit nömrə nişanlı, sedan tipli, 19845392 mühərrik nömrəli, WBAJA9C54JB253337 ban nömrəli, qara rəngli, 2018-ci il buraxılışlı avtomobilin mövcud vəziyyətdə dövlət qeydiyyatına alınması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar