Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12819/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında nümayəndəsi (anası) Qanuni nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu verən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Qanuni nümayəndə övladları - İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Malasova X4 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hal-hazırda məcburi köçkün statusu olan şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Araz 8 Şin zavodunun həyətində məskunlaşmış və hal-hazırda orada yaşayır. İşğal olunmuş ərazilərdən məcburi köçkün olmayan şəxslə qeyri rəsmi birgə yaşadığımız dövrdə iki uşağı - xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur. Hazırda övladlarının atasının məcburi köçkün düşmüş rayona qeydiyata düşməli olduğunu bildirərək, övladlarıma məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmir. Belə ki, övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Lakin, müraciətə cavab olaraq bildirmişlər ki, övladlarınızın atası X8 məcburi köçkün statusuna malik olmadığından və qeydiyyatı Bərdə rayonu, Kələntərli ərazi dairəsi, Əliyalınlı kəndində olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Bütün bunlarla bağlı o qeyd etmək istəyir ki, X8 ilə qeyri rəsmi birgə yaşadığı dövrdə iki uşağı xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur. 2005-ci ilin iyun ayında övladlarının atası X10 getmiş və onunla hər hansı bir əlaqəsi yoxdur. Uşaqlar həmin vaxtdan onun himayəsində yaşayırlar. Bundan başqa onu da qeyd edir ki, “My gov” hökümət portalından (məcburi köçkünlərin status sənədi haqqında arayışa) çıxarışda xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun olduğu təsbit edilir. Habelə "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən "xxxx" ASC-nin ərazisində Araz 8-də o, iki övladı ilə məcburi köçkün kimi məskunlaşmışdır. 2019-cu il tarixədək o, İddiaçı1 İddiaçı1 və İddiaçı2 vahid aylıq müavinət almışdırlar. Hesab edir ki, hazırki mübahisədə həqiqətən övladlarının Qaydaların 4.1.6-cı maddəsində nəzərdə tutulmuş, hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə şğal olunmuş rayon (şəhər) olması şərti mövcud deyildir. Qeyd edilmədir ki, övladlarının anası kimi o, məcburi köçkün statusuna malik olduğu halda, onların digər valideynləri olan atasının isə özündən asılı olmayan səbəbdən qeydiyyatının daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayon olmaması övladlarına məcburi köçkün statusu verilməsinə maneə törətməməlidir. Ona görə ki, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş hüquqi aktların tələbləri tətbiq edilməlidir. Bunu nəzərə alaraq hesab edir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimatın (dövlət qeydiyyatına 2002-ci ildə 27440 nömrə ilə alınmışdır) “İV yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölməsinin 4.6-cı bəndinə əsasən məcburi köçkün statusu olan, valideylərinin keçmiş nikaqhından doğularaq onların himayəsində olan uşaq kimi müvafiq yemək xərcini almaqla artıq məcburi köçkün kimi qeydiyyata alınmış və onların faktiki olaraq məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat verilmişdir. Cavabdehin istinad etdiyi qaydaların (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrəsi ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və İddiaçı1 və İddiaçı2 vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz.
3. Qanuni nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, iddiaçı kimi onun göstərilməsinin formal xəta hesab olunmasını bildirmiş və birgə iddiaçılar qismində xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 nəzərə alınmaqla məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişlər, Qanuni nümayəndə iddiaçı qismində göstərilməsi formal xəta hesab edilmişdir.
5. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (o daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsəqənın verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilmişdir ki, iddiaçıların atalarının qeydiyyatı ünvan 4ində olduğu üçün məsələnin müsbət həlli Komitənin imkanı xaricindədir.
6. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1975-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur.
7. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur.
8. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur.
9. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Aysel Namiq qızının və İddiaçı2 atası hesab edilmişdir.
10. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə (xx.xx.1975-ci il təvəllüdlü, Kəlbəcər rayonunda doğulmuşdur) xx.xx.2010-cu il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir.
11. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda göstərilmişdir ki, Qanuni nümayəndə həqiqətən Kəlbəcər rayonundan məcburi qaçqın kimi iki uşağı ilə birlikdə "xxxx" ASC-nin ərazisində Araz küçəsi 8-də qeyri-qanuni məskunlaşmışdır. Hal-hazırda bu ünvanda yaşayır.
12. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə sektor tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışa əsasən qeyd olunmuşdur ki, Malasova X4 rayonundan gələn məcburi köçkündür və Araz küçəsi 8 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır.
13. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 12 noyabr 2010-cu il tarixli qətnaməsi ilə Qanuni nümayəndə ərizəsi təmin edilmiş, 20 avqust 1997-ci il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı2 anaları Qanuni nümayəndə öhdəsində olması faktı təsdiq edilmişdir.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iclasında iştirak edən İddiaçı1 hazırda Sumqayıt Dövlət Universitetində ödənişli əsaslarla təhsil aldığını bildirdi.
15. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sədri tərəfindən Sumqayıt Dövlət Universitetinin rektoruna ünvanlanmış məktubda qeyd edilmişdir ki, Qanuni nümayəndə məcburi köçkün olduğunu, ailəsinin sosial vəziyyətinin ağır olmasını nəzərə alaraq övladı İddiaçı2 təhsil haqqının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir.
16. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd edilir ki, iddiaçı Qanuni nümayəndə “övladlarına məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciəti cavablandırılaraq bildirilmişdir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, iddiaçıların atası X8 məcburi köçkün statusuna malik olmadığından və qeydiyyatı ünvan 4i olduğu üçün istəklərinin müsbət həlli Komitənin imkanı xaricindədir. Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, "Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən sənəd verilir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı2 və İddiaçı1 anası Qanuni nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malikdir və yaşayış yeri üzrə qeydiyyatı Kəlbəcər rayonu, Vəng kəndi olsa da, iddiaçıların atası X8 isə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir, həmçinin ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçılar İddiaçı2 və İddiaçı1 atası olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bərdə rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində öçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən sənəd verilir. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, Valideynlərindən atası ’’məcburi köçkün” statusuna malik olsun; Hər iki valideynin qeydiyyatı daimi yaşayış veri üzrə işğal olunmuş rayon (səhər) olsun, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçılara münasibətdə yuxarıda sadalanan hər üç şərtdən ikisi ödənilmədiyindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, İddiaçı2 və İddiaçı1 qızma məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, “my gov hökumət portalında çıxarışda (məcburi köçkünlərin status sənədi haqqında arayış) 01.01,2005-ci ii təvəllüdlü İddiaçı2 c zının məcburi köçkün statusunun olduğu təsbit edilir”. Bildirilir ki, şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Qeyd olunan yanaşma öz təsdiqini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-392/2022 saylı xx.xx.2021 -ci il tarixli qərarında da tapmışdır. Müvafiq inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-392/2022 saylı xx.xx.2021 -ci il tarixli qərarının 33-cü bəndində qeyd etmişdir ki, “...Əvvəla, iddiaçıya məcburi köçkün kimi müavinət verilməsi öz təsdiqini tapsa belə, bu hal vəziyyəti dəyişmir. Çünki, şəxsin “məcburi köçkün” statusu müvafiq icra hakimiyyəti tərəfindən və onun verdiyi sənədə əsasən müəyyən edilir. İddiaçının “məcburi köçkün” statusuna malik olması is materialları ilə öz təsdiqini tapmır”. Həmçinin, iddia ərizəsində qeyd edilmişdir ki, övladlarımın atasının artıq Azərbaycan Respublikasından kənarda yaşaması, bəlkə də xarici vətəndaş kimi yaşamasına və övladlarımın 'nənim himayəmdə olmaları barədə Bərdə Rayon Məhkəməsinin 12 noyabr 2010-cu il tarixli, 2(021)1313/2010 saylı qətnaməsinin mövcudluğuna baxmayaraq, İddiaçı1 və İddiaçı2 müvafiq vəsiqə ilə təmin olunmağı üçün atalarının Kəlbəcər ayonuna qeydiyyata düşməsini tələb etmək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə ziddir”. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçıların atası X8 hazırda Azərbaycan Respublikası vətəndaşıdır və AA ******* seriya nömrəli (FİN: 7W2D8EC) şəxsiyyəti təsdiq edən vəsiqəyə malikdir. Hal-hazırda vətəndaşlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013 -cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Qaydaların 4.1.6-cı bəndi isə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsini şərtləndirir. Odur ki, iddiaçların atası X8 isə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından, həmçinin ünvan 4i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olduğundan onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh məhkəmədən İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu verən vəsiqənin verilməsi”nə dair iddia tələbini əsassız olduğuü üçün rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi (anası) iddia tələbinin təmin olunmasını xahiş etdi.
18. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
19. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.
22. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
23. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.
26. İddiaçılar İddiaçı1 xx.xx.1997-ci il təvəllüdlü və İddiaçı2 xx.xx.2005-ci il təvəllüdlüdürlər. İmtina Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçıların valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Məhkəmə qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçıların anası işğal olunmuş rayonda doğulmaqla (Kəlbəcər rayonu) Bakı şəhəri, Nərimanov rayonu, Araz 8 Şin zavodunun həyətində məskunlaşmışdırlar. İddiaçıların anaları Qanuni nümayəndə xx.xx.2010-cu il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. X2 2005-ci ildən iddiaçılar ilə heç bir əlaqəsi yoxdur və iddiaçılar həmin vaxtdan analarının himayəsində yaşayırlar. Bərdə Rayon Məhkəməsinin 12 noyabr 2010-cu il tarixli qətnaməsi ilə 20 avqust 1997-ci il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı2 anaları Qanuni nümayəndə öhdəsində olması faktı təsdiq edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçılar faktiki və hüquqi olaraq yetkinlik yaşına çatana qədər valideynlərindən yalnız anasının himayəsində olduğundan atasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədar “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsi onun fərdi vəziyyətinə mütənasib olmamışdır.
27. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
28. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur.
29. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X7 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X12 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
30. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva