Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1282/2021 15.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “xx.xx.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin “Hərbi travmadır, xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini əsas götürərək İİ qrup ömürlük “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəlb olunmaqla “xx.xx.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin “Hərbi travmadır, xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini əsas götürərək İİ qrup ömürlük “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qazax rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidməti vəzifələrini yerinə yetirərkən ağır yaralanmışdır. Yaralandıqdan sonra Müdafiə Nazirliyinə məxsus hərbi hospitala təxliyyə olunmuşdur. Onun vəziyyəti ağır olması ilə əlaqədar silahlı qüvvələrin X1 təxliyyə olunaraq orada qarın boşluğuna nüfuz edərə kor bağırsağın zədələnməsinə səbəb olan, sağ qalça sümüyünün qanadının dağılmış sınığına səbəb olan çox saylı güllə yarası diaqnozu ilə stasionar şəraitdə müalicə olunmuşdur. 11 avqust 1997-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək “Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yaralı hesab edilmiş və xəstəliyin hərbi xidmətlə səbəb-əlaqəsi xəstəlikdir, hərbi xidmət dövrü alınmışdır” kimi müəyyən edilmişdir. Bu qərardan sonra iddiaçı tərxis olunmuşdur. MN-nin MHHK-nın qərarına əsasən onun sənədlərini AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Biləsuvar rayon şöbəsinə əlilliyin təyin edilməsi üçün təqdim etmişdir. Həmin şöbənin müvafiq komissiyası tərəfindən ona 3-cü qrup ümumi səbədən 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Lakin iddiaçının əlillik dərəcəsinin səbəbinin hərbi xidmətlə bağlı olub-olmaması iddiaçıya məlum olmamışdır. 1998-ci ildə növbəti komissiyadan keçdikdən sonra, iddiaçıya 2-ci qrup ümumi səbəbdən əlillik təyin olunmuşdur. İddiaçının əliliyi hərbi xidmət dövrü ilə əlaqədar olmaq əvəzinə ümumi səbəbdən müəyyən edilmişdi. Bu fakt iddiaçıya 2016-cı ildə məlum olmuş və pozulmuş hüquqlarının bərpa olunması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 fevral 2017-ci il tarixli qərarı ilə iddiası təmin edildi və iddiaçının 04 iyun 1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət “hərbi travmadır və xidməti vəzifələri yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi vəzifəsi cavabdeh MN-nin MHHK-na həvalə edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra MN-nin MHHK-nın 09 iyun 2017-ci il tarixli 1012 nömrəli qərarı ilə MN-nin MHHK-nın cərrahiyyə profilli hərbi həkim komissiyasının 11 avqust 1997-ci il tarixli yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsi barədə qərarı ləğv edilmişdir. Bundan sonra yenidən sənədlərini toplayaraq AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Biləsuvar rayon şöbəsinə xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün təqdim etmişdir. Lakin komissiya yanlışlığı aradan qaldırmaq əvəzinə iddiaçının əlilliyinin 1 il müddətinə əsassız olaraq ümumiyyətlə dayandırmışdır. Şikayətlərindən sonra yenidən 2-ci qrup ümumi səbəbdən əlilliyi bərpa olunmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, sonuncu dəfə xx.xx.2016-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq iddiaçının iştirakı olmadan əlillik altsistemi tərədindən beş il müddətinə uzadılmışdır. İddiaçının əlillik vəziyyəti əliliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0234003AAGQZ saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0234003AAGQZ saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.1997-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Qarın boşluğu orqanlanın travması, qarın boşluğuna nüfuz edən kor bağırsağın zədələnməsi, sağ qalça sümüyü qanadının dağılmış sınığına görə aparılmış laporotomiya, sekostomanın qoyulması, yarasının birincili cərahhi işlənməsindən sonrakı funksiya edən sekostoma. Sekostomanın ləğvindən sonrakı hal, bağırsaq funksiyanın pozuması.” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi “Onurğanın bel-oma şöbəsinin və çanaq sümüklərinin sınığı, çanaqda funksiyanın nəzərə çarpan pozuması, ağrı sindromu ilə qarın boşluğunda bitişmə xəstəliyi, sağ qalça sümüyü qanadının osteomieliti və sümük defekti (10,0x6,0sm).” xəstəlikləri göstərilmişdir. Bildiririk ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5. bəndinə görə “ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri” olduğu halda əlilliyin təyini nəzərdə tutulmuşdur. Səhiyyə müəssisəsi tərəfindən iddaçıya rəsmiləşdirilmiş 0234003AAGQZ saylı göndərişdə Əsasnaməyə uyğun patoloji hallar qeyd edilmədiyindən və müayinələrlə əsaslandırılmadığından əlillik təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 3.1. bəndinə görə “Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. İddiaçı hərbi xidmətdə aldığı “Qarın boşluğu orqanlanın travması, qarın boşluğuna nüfuz edən kor bağırsağın zədələnməsi, sağ qalça sümüyü qanadının dağılmış sınığına görə aparılmış laporotomiya, sekostomanın qoyulması, yarasının birincili cərahhi işlənməsindən sonrakı funksiya edən sekostoma. Sekostomanın ləğvindən sonrakı hal, bağırsaq funksiyanın pozuması” diaqnozlu travmanın göndərişdə yuxarıda qeyd edildiyi kimi əlilliyin təyininə əsas verən ağırlaşmaları qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi cavabdehin 2QLGJE80003 nömrəli 25 iyul 2016-ci il tarixli qərarı ilə iddiaçıya ümumi xəstəlik səbəbi ilə, ikinci dərəcəli əlillik 25 iyul 2016-ci il tarixdən növbəti müayinəyə qədər xx.xx.2021-ci il tarixədək müəyyən edilimişdir. İddiaçının əlillik vəziyyəti əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı səhiyyə müəssisəsinin göndərişi əsasında cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək imtina qərarı verilmişdir. İddiaçı hal-hazırda xx.xx.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin əsas kimi götürərək, ona müəyyən edilmiş ikinci dərəcəli əlilliyin səbəbinin- “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” olması, İİ qrup əlilliyin ömürlük təyin edilməsi barədə iinzibati aktın qəbul edilməsini arzulayır. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 33.1. –ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəlləsinin 33.2.-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 38.2. –ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İş materiallarından göründüyü kimi, iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı cavabdehin qərarı xx.xx.2016-cı il tarixlə, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdehin imtina qərarı xx.xx.2017-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı əlilliyin səbəbinin dəyişdirilməsi barədə arzuladığı inzibati aktın qəbul edilməsinə cavabdehi məcbur edilməsi barədə iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın qəbul edilməsinə məcbur etmək üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “xx.xx.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin “Hərbi travmadır, xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini əsas götürərək İİ qrup ömürlük “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab verilmədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “xx.xx.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin “Hərbi travmadır, xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsini əsas götürərək İİ qrup ömürlük “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1282/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1282/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver