Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12837/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçının nümayəndələri X1 və X2,Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili X4 və nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”Azərbaycan Universiteti” MMC-yə Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”Azərbaycan Universiteti” MMC-yə Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyəti son illərdə ölkə ərazisində bir çox dövlət proqramları çərçivəsində, eləcə də Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün X8 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı çərçivəsində yaşıllaşdırma tədbirlərini geniş miqyasda həyata keçirir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının 4.2.6-cı bəndində X9 Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması və 4.2.11ci bəndində yaşıllıqların salınması nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 555 saylı sərəncama əsasən Zığ-Aeroport (Zığ-Hava limanı) magistral avtomobil yolunun sağ və sol tərəflərində torpaq sahələri yaşıllıq zonasının salınması və yaşıllıqların suvarılması, su quyularının qazılması, su anbarının və nasosxanaların tikilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daimi istifadəyə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün bu illər ərzində orada yaşıllıq zonaları salınmış, ərazi hamarlanmış, tikinti və məişət tullantılarından təmizlənmiş, münbit torpaq və üzvi gübrələr daşınaraq torpaq hazırlığı işləri aparılmış və ərazidə müxtəlif növ ağaclar əkilmiş, tinglik sahələri salınmış və yaşıllıqlar damcılı suvarma sistemi ilə təchiz edilmişdir. Hal-hazırda ərazidə 7000 ədəddən çox müxtəlif cinsli ağaclar becərilir və tinglik sahələrində ildə 1 (bir) milyon ədədə yaxın müxtəlif cinsli əkin materialları yetişdirilir. Yetişdirilən əkin materialları Bakı və ətrafı, eyni zamanda erməni işğalı nəticəsində məhv edilmiş işğaldan azad olunmuş ərazilərimizin yaşıllaşdırılmasında istifadə olunur. Bakı şəhəri, Suraxanı rayonu 11-ci km, Hava limanı - Zığ şossesi 6-da yerləşən, “Azərelektromaş” EİBnin ("xxxx" ASC) 456 kv.m qeyri-yaşayış sahəsi (yardımçı təsərrüfat sahəsi) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Maraqlı şəxs MMC arasında bağlanmış 07 oktyabr 2008-ci il tarixli, 8647 nömrəli icarə müqaviləsinə uyğun olaraq Maraqlı şəxs MMC-yə icarəyə verilmişdir. Sonradan icarəyə verilmiş həmin sahə dövlət əmlakının satıcısı kimi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 29 oktyabr 2008-ci il tarixli, 2844 nömrəli alqı-satqı müqaviləsi ilə Maraqlı şəxs MMC-yə satılmış və bu barədə MMC-nin adına 21 noyabr 2008-ci il tarixli, 004142 nömrəli şəhadətnamə verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6A ünvanında yerləşən 0,78697 ha torpaq sahəsinə dair Maraqlı şəxs MMC-nin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyət hüququna dair ******* nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 В ünvanında yerləşən 4.59275 ha torpaq sahəsinə dair Maraqlı şəxs MMC-nin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyət hüququna dair ******* nömrəli Çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2.62539 ha torpaq sahəsinə dair Maraqlı şəxs MMC-nin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq mülkiyyət hüququna dair ******* nömrəli Çıxarış verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 A ünvanında yerləşən 0.787 ha torpaq sahəsinə dair Maraqlı şəxs MMC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə yenidən qeydiyyata alınaraq buna dair ********** nömrəli Çıxarış verilmiş və həmin tarixdə AN 457433 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 ünvanında yerləşən 2.6254 ha torpaq sahəsinə dair Maraqlı şəxs MMC-nin mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə yenidən qeydiyyata alınaraq buna dair ********** nömrəli Çıxarış verilmiş və həmin tarixdə A 457432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ şossesi 11 km, 6 В ünvanında yerləşən 4. 5927 ha torpaq sahəsinə dair Maraqlı şəxs MMC-nin mülkiyyət hüququ 07.01,2020-ci il tarixdə yenidən qeydiyyata alınaraq buna dair ********** nömrəli Çıxarış verilmiş və həmin tarixdə A№ 457435 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Maraqlı şəxs Bakı şəhəri, Suraxanı rayonu, X13-Zığ şossesinin 11-ci km-də yerləşən ümumilikdə 8 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında onlara məxsus olduğunu əsas gətirərək yaşıllıqların köçürülməsi və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-292/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-292/2023 xx.xx.2023-cü il tarixli qətnaməsindən apeliyasiya şikayəti vermiş və iş hal- hazırda Bakı Apeliyasiya Məhkəməsinin icraatındadır. Maraqlı şəxs hal hazırda həmin ərazidə yaşıllıqların məhv edilməsinə çalışır. Müəyyən edilmişdir ki, Maraqlı şəxs özlərinə məxsus olmasını qeyd etdikləri torpaq sahəsi üzərində mülkiyyət hüququnu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmiş müvafiq Sərəncamdan sonra, yəni 2009-cu il 23 sentyabr və 26 sentyabr tarixlərində, torpaq sahəsinin planı və ölçüsü barədə sənədi isə 2019-cu il 30 dekabr tarixində əldə etmişdir. Eyni zamanda Maraqlı şəxs ilk dəfə ərazidə qeyd edilən ağacların əkilməsindən illərlə sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx.xx.2018-ci il tarixli 218 nömrəli məktubla müraciət edərək, sözügedən torpaq sahəsi mülkiyyət hüququ əsasında onlara məxsus olduğunu bidirmişlər. Həmçinin müəyyən edilmişdir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Maraqlı şəxs MMC arasında bağlanmış 07 oktyabr 2008-ci il tarixli, 8647 nömrəli icarə müqaviləsində göstərilən qeyri yaşayış sahəsi 2008-ci il tarixindən bu yana həmin ərazidə mövcud olmamışdır. Bu isə həmin müqavilənin və digər müqavilələrin formal bağlandığına sübutdur. Belə ki, Maraqlı şəxs ərazidə salınmış onlarla ağacın kökünə qazma və beton tökmə yolu ilə ziyan vuraraq dirəklər basdırmış, eləcə də istixanaların örtüklərini məhv etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsinə əsasən iddiaçının tələbi Maraqlı şəxs MMC-yə Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsindən ibarətdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunu müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsi və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqü ilə Maraqlı şəxs MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının mübahisələndirilən torpaq sahələrinə dair mülkiyyət, istifadə və ya icarə hüquqununa dair müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”Azərbaycan Universiteti” MMC-yə Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ”Azərbaycan Universiteti” MMC-yə Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi, 11-ci kilometr, 6 B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12837/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12837/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver