Məhkəmə qərarları › İş №2-1(112)-12840/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12840/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12840/2025 13.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı “etibarnamə üzrə iddiaçıya məxsus olan VAZ-21043 minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, t.göy metallik rəngli, 1991-ci il buraxılışı nəqliyyat vasitəsini qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı “etibarnamə üzrə iddiaçıya məxsus olan VAZ-21043 minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, t.göy metallik rəngli, 1991-ci il buraxılışı nəqliyyat vasitəsini qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan X1 adına qeydiyyata alınmış «VAZ-21043» minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, t.göy metallik rəngli, 1991-ci il buraxılışı avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işləri aparılması və arxa ban nömrəsiz olması ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Daxili işlər Naziliyinin Baş İstintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılaraq notarial qaydada etibarnamə ilə idarə etdiyi «VAZ-21043» minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, t.göy metallik rəngli, 1991-ci il buraxılışlı avtomobil iddiaçının qardaşı X6 məxsusdur. Avtomobili 2025-ci ilin fevral ayında etibarnamə əsasında almışdır. Hazırda avtomobili adına qeydiyyat etdirmək istədiyi üçün 22 may 2025-ci il tarixdə ona etibarnamə vermişdir. Həmin etibarnamə əsasında avtomobili qardaşı Vüsalın adına qeydiyyat edilməsində iştirak etməli idi. Odur ki, bu məqsədlə 23 may 2025-ci ildə BDYPİ-na müraciət edildi. Orada avtomobilin texniki baxışı keçirilən zaman avtomobilin qabaq hissəsində olan ban nömrəsi ətrafında qaynaq işləri aparılması və arxa yük yerində ban nömrəsi olmadığı bildirilib qeydiyyat işləri aparılmamışdır. Sonra BDYPİ-nin əməkdaşı bildirmişdir ki, 1991-ci ildə istehsal edilmiş bu marka avtomobillərdə arxa yük yerində ban nömrəsi olmur. Odur ki, hazırda avtomobil duracağa yerləşdirilməklə qeydiyyat hərəkətləri aparılmayıbdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20 iyun 2025-ci il tarixli, 25/226 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «VAZ-21043» minik markalı, baxış zamanı üzərində **-RS-*** dövlət qeydiyyat nişanları olan avtomobilin mühərrik bölümündə ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş ban nömrəsində olan XTA210430N0340797 hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin mühərrik bölümündə olan ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Avtomobilin arxa yük yerində olan ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində ban nömrəsinin hərf və rəqəm göstəriciləri aşkar edilmədi, yoxdur. Belə ki, VAZ avtomobillərində istehsalçı zavod 1998-ci ildən ban nömrəsini təkrar olaraq arxa yük yerində həkk edilir. Tədqiqata təqdim edilmiş nəqliyyat vasitəsinin «ACN050098» nömrəli qeydiyyat şəhadətnaməsinin surətində avtomobilin buraxılış ili 1991 qeyd edilmişdir. Avtomobilin iki ədəd tıxacla pərçimlənmiş zavod lövhəsi (birka) üzərində avtomobilin ban nömrəsini göstərən hərf və rəqəmlərin 1-9cu mövqelərində duran hərf və rəqəmləri çap üsulu ilə qara boya ilə yazıldığından qismən pozulmuş vəziyyətdədir. 10-17-ci mövqeyində duran C2046710 hərf və rəqəmləri isə zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş mühərrik nömrəsində olan 21214 ******* rəqəmlər zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Həmin 21214 ******* rəqəmlərindən 21214 rəqəmləri mühərrikin modelini (tipini), «9460006» rəqəmləri isə mühərrikin nömrəsini bildirir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş nömrəsində olan «21214 ******* rəqəmlər zavod üsulu ilə vurulmuş standart xarakterikdir. Həmin 21214 9460006» rəqəmlərindən «21214» rəqəmləri mühərrikin (tipini), «9460006» rəqəmləri isə mühərrikin nömrəsini bildirir. Araşdırma zamanı müəyyən edilmişdir ki, «VAZ-21043» minik markalı, **-RS-***qeydiyyat nişanlı, universal tipli. ******* mühərrik nömrəli, XTA210430N0340797 bar T.Göy metallik rəngli, 1991-ci il buraxılışı avtomobilin ban nömrəsinə müdaxilə avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edir ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin ban şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 sim göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirilməsi qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobil stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur, qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmin nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət etmir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bır fakt müəyyən edilməmişdir. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu izlənilən detalların eyniləşdirilməsində həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillər edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur -- -2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: M a d d ə 2 7 . Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. İİ. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; M a d d ə 3 2 . Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası 32.İ. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə əsasən: 1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra “nəqliyyat vasitələri”) dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri”) onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatdan keçirməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na əsasən: 1.1. Bu qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir. 2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra "arayış") verir. 2.5. Arayış nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotda olduğu ərazi üzrə qeydiyyat məntəqəsi tərəfindən verilir... 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. 2.10. Ərizəçi, arayış verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq arayışı almaq üçün bu qaydalara uyğun olaraq qeydiyyat məntəqəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən: - AC N 060098 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, XTA210430N0340797 ban nömrəli “VAZ-21043” minik markalı nəqliyyat vasitəsi X1 adına qeydiyyata alınmışdır. - “Nəqliyyat vasitəsinə sərəncam verilməsi”nə dair etibarnamədən görünür ki, X3 XTA210430N0340797 ban nömrəli “VAZ-21043” minik markalı nəqliyyat vasitəsi barəsində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər edilməsi səlahiyyətlərini İddiaçı vermişdir. Etibarnamə xx.xx.2025-ci ilədək qüvvədədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-8/2-11335/2025 nömrəli məktubunda bildirilmişdir : 24 may 2025-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək ünvan 1 ünvanında qeydiyyatda olan X1 adına qeydiyyata alınmış, «VAZ-21043» minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, T.Göy metallik rəngli, 1991-ci il buraxılışlı avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işləri aparılması və arxa ban nömrəsiz olması ilə bağlı araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma 27 may 2025-ci il tarixdə aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20 iyun 2025-ci il tarixli, 25/226 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «VAZ-21043» minik markalı, baxış zamanı üzərində 1O-RS-73O dövlət qeydiyyat nişanları olan avtomobilin mühərrik bölümündə ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş ban nömrəsində olan «*XTA210430N0340797*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin mühərrik bölümündə olan ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20 iyun 2025-ci il tarixli, 25/226 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «VAZ-21043» minik markalı, baxış zamanı üzərində 1O- RS-73O dövlət qeydiyyat nişanları olan avtomobilin mühərrik bölümündə ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş ban nömrəsində olan «*XTA210430N0340797*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin mühərrik bölümündə olan ban nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Avtomobilin arxa yük yerində olan ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində ban nömrəsinin hərf və rəqəm göstəriciləri aşkar edilmədi, yoxdur. Belə ki, VAZ avtomobillərində istehsalçı zavod 1998-ci ildən ban nömrəsini təkrar olaraq arxa yük yerində həkk edilir. Tədqiqata təqdim edilmiş nəqliyyat vasitəsinin «AC№050098» nömrəli qeydiyyat şəhadətnaməsinin surətində avtomobilin buraxılış ili «1991» qeyd edilmişdir.Avtomobilin iki ədəd tıxacla pərçimlənmiş zavod lövhəsi (birka) üzərində avtomobilin ban nömrəsini göstərən hərf və rəqəmlərin 1-9-cu mövqelərində duran hərf və rəqəmləri çap üsulu ilə qara boya ilə yazıldığından qismən pozulmuş vəziyyətdədir, 10-17-ci mövqeyində duran «C2046710» hərf və rəqəmləri isə zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir.Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş mühərrik nömrəsində olan«**********06» rəqəmlər zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Həmin «21214 9460006» rəqəmlərindən «21214» rəqəmləri mühərrikin modelini (tipini), «9460006» rəqəmləri isə mühərrikin nömrəsini bildirir.Araşdırma zamanı müəyyən edilmişdir ki, «VAZ-21043» minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, T.Göy metallik rəngli, 1991-ci il buraxılış avtomobilin ban nömrəsinə müdaxilə edilməklə avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi, həmçinin ban nömrəsinin kəsilib qaynaq edilməsi (banın dəyişdirilməsi ehtimalı) həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin, həmçinin istehsal ilinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin gövdəsi və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hər hansı bir fakt müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat işlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin səlahiyyətinə daxildir. Göründüyü kimi «VAZ-21043» minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, T.Göy metallik rəngli, 1991-ci il buraxılış avtomobilin ban nömrəsinə müdaxilə olunmaqla ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır.” İddia ərizəsindən göründüyü kimi, iddiaçının hüquqi marağı- X2 mülkiyyət hüququ ilə məxsus avtomobilinin etibarnamə əsasında mülkiyyətçi tərəfindən verilmiş səlahiyyətlərinə əsasən avtomobilin qardaşı X5 adına dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Yuxarıda istinad edilmiş normativ hüquqi aktlardan da göründüyü kimi, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində maraqlı olan şəxs müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış verir. İş materiallarından göründüyü kimi iddiaçıya belə bir arayışın verilməsindən imtina edilmişdir. Arayış olmadan isə avtomobilin özgəninkiləşdirməklə iddiaçının qardaşının adına dövlət qeydiyyatına alınması qanunvericiliyinin tələblərinə ziddir. Arayışın verilməsindən imtina edilməsi kimi hərəkətlər iddiaçı və ya avtomobilin mülkiyyətçisi tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə onuda qeyd edir ki, iddiaçının mübahisəli avtomobil üzrə səlahiyyətləri etibarnamə ilə müəyyən edilmiş, hansı ki müddəti xx.xx.2025-ci il tarixində başa çatmışdır. Belə olan halda, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ da mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının -1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. -2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. -5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. -5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. -8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. -8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. -8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. -8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. -8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Beləliklə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasını arzulayan iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində onun hüquqlarının pozulması halları göstərməmişlər. Belə olan halda cavabdeh tərəfindən iddiaçıların hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıların hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçı İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı “etibarnamə üzrə iddiaçıya məxsus olan VAZ-21043 minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA210430N0340797 ban nömrəli, T.Göy metallik rəngli, 1991-ci il buraxılışı nəqliyyat vasitəsini qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar