Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12845/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının ünmayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Bakı şəhəri, Nizami Rayonu, Ş.Mirzəyev 79 saylı binanın həyətində yerləşən 28 il şəxsi istifadəsində olan dəmir qarajın sökülməsi ilə bağlı sərəncam və qərar olmadan, qarajın məhv edilməsi Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçirildiyindən, həmin qurumların əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı, xx.xx.2025-ci il tarixində saat 13:00, 17:32 və 18:04 radələrində 3 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən şikayət cavabdeh tərəfindən araşdırılmadığı üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməllərinin qanunsuz hesab edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh şəxslərin əməllərinə hüquqi qiymət verilməsi və 20.000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nizami Rayonu, Ş.Mirzəyev 79 saylı binanın həyətində yerləşən 28 il şəxsi istifadəsində olan dəmir qarajın sökülməsi ilə bağlı sərəncam və qərar olmadan, qarajın məhv edilməsi Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçirildiyindən, həmin qurumların əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı, xx.xx.2025-ci il tarixində saat 13:00, 17:32 və 18:04 radələrində 3 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən şikayət cavabdeh tərəfindən araşdırılmadığı üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməllərinin qanunsuz hesab edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh şəxslərin əməllərinə hüquqi qiymət verilməsi və 20.000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinin 20 iyul 2004cü il tarixli 12 saylı qərarı əsasında İddiaçı adına 18 kv.m olan dəmir qarajı sənədləşdirilmişdir. xx.xx.2025-ci il tarixində, Bakı şəhəri İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işləri adı altında Bakı şəhəri Nizami rayonu R.Teymurov 36, 36A, Ş.Mirzəyev 79, T.Abbasov 65 və Ə.Hacıyev 54 saylı binaların həyətindən 35-40 il öncə quraşdırılmış 65-dən çox qarajın söküntüsünə başlanılmışdır. Bununla bağlı nə bildiriş gəlmiş, nədəki söküntünün aparılması ilə bağlı Nizami rayon İcra Hakimiyyətinin nə Qərarı, nədəki Sərəncamı təqdim edilməmişdir. Söküntü işlərini həyata keçirən Nizami Rayon İcra müavini Şahmar Ağayevdən, Bakı şəhəri Nizami rayonu MKTBnin rəisi Firdovsi Cəbrayılovdan, Nizami rayonu 141 saylı MKİS-nin əməkdaşlarından və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Emin Hüseynovdan ərazidə abadlıq işlərinin aparılması üçün Nizami rayon İcra Hakimiyyətinin Qərarının surətinin təqdim edilməsini xahiş etsə də, belə bir qərarın olmadığını - söküntünün Bakı şəhəri İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti Başçılarının göstərişi əsasında həyata keçirdiklərini bildirdilər. İddiaçı isə öz növbəsində kompensassiya ödənilmədən, göstəriş əsasında qarajın sökülməsinə icazə verməyəciyini bildirdi. xx.xx.2025-ci il tarixində söküntünün dayandırılması ilə bağlı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısına, eyni zamanda xx.xx.2025-ci il tarixində müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsinə baxmayaraq, adları yuxarıda qeyd edilən qurumların əməkdaşları tərəfindən, 24 aprel 2025-ci il tarixində saat 16:30 radələrində kompensasiya ödənilmədən, iddiaçının xəbəri və icazəsi olmadan Bakı şəhəri Nizami rayonu MKTB-nin rəisi Firdovsi Cəbrayılovun və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Emin Hüseynovun rəhbərliyi ilə şəxsi istifadəsində olan qarajın söküntüsünə başlanmışdır. Söküntünün aparılması ilə bağlı Sərəncam olmadan, qaraj sahibinə kompensasiya ödənilmədən söküntü aparmaq qanunsuzdur. söküntünün aparılması ilə bağlı Sərəncam olmadan, qaraj sahibinə kompensasiya ödənilmədən söküntü aparmaq qanunsuzdur. Eyni zamanda, söküntü aparmaq İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil. Çünki Bakı şəhəri Nizami Rayon Bələdiyyəsinin 20 iyul 2004-cü il tarixli 12 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin tələbi ilə etiraz edilmədən azad edilmlidir. Göründüyü kimi, söküntünün aparılması Nizami Bələdiyyəsinin səlahiyyətinə aid olmasına baxmayaraq, faktiki olaraq söküntünü Bakı şəhəri İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti aparmışdır. Bakı şəhəri İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyətinin qanunsuz hərəkərtləri ilə bağlı, xx.xx.2025-ci il tarixində saat 13:00, 17:32 və 18:04 radələrində 3 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edilərək məlumat verilsə də çox təəssüf ki, heç bir tədbir görülməmiş və araşdırma aparılmamışdır. Əksinə, 24 aprel 2025-ci il tarixində saat 18:00 radələrində həmin ünvana gəlmiş, qarajı sökən Bakı şəhəri Nizami rayonu MKTB-nin qaynaqçısı Tahir adlı ustadan söküntünü qayandırmasını tələb etmiş, bundan təxmini yarım saat sonra həmin əraziyə Nizami RPİ əməkdaşları gəlmiş, icra hakimiyyətinin işinə müdaxilə etdiyinə görə zor tətbiq edilməklə ** AP *** dövlət qeydiyyat nişanlı Skoda markalı nəqliyyat vasitəsinə otuzdurulmuş, polis əməkdaşları söküntünün davam etdirilməsinə göstəriş verdikdən sonra Nizami RPİ-nə aparılmışam. 2 saatdan çox qanunsuz olaraq idarədə saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
“Polis haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; Maddə 3. Polis təyinatı və əsas vəzifələri İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə əsasən:
1.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.3. Nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyində olan orqanlar vasitəsi ilə həyata keçirir. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. 2.1. Nazirlik öz işini insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik, habelə təkbaşçılıq prinsiplərinin uzlaşdırılması əsasında qurur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində aşağıdakı funksiyaları həyata keçirir: 2.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması işinin təşkili; 2.1.2. cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, cinayətlərin açılması işinin və istintaqın təşkili;
İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hüquqi marağı dövlət orqanları tərəfindən edilmiş qanunsuz hərəkətlər nəticəsində iddiaçının Daxili İşlər Nazirliyinə müraciəti əsasında hərəkətsizliyinin qanunsuz hesab edilməsi və əmlakının sökülməsi nəticəsində ona vurulmuş 20.000 manat kompensasiyanın ödənilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin “Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 79 saylı binanın həyətində yerləşən 28 il şəxsi istifadəsində olan dəmir qarajın sökülməsi ilə bağlı sərəncam və qərar olmadan, qarajın məhv edilməsi Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçirildiyindən, həmin qurumların əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı, xx.xx.2025-ci il tarixində saat 13:00, 17:32 və 18:04 radələrində 3 dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən şikayət cavabdeh tərəfindən araşdırılmadığı üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməllərinin qanunsuz hesab edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh şəxslərin əməllərinə hüquqi qiymət verilməsi” hissəsində inzibati məhkəmə icraatında baxılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı tərəfindən irəli sürülən tələb mahiyyət etibarilə dövlət orqanlarının və onların vəzifəli şəxslərinin ehtimal edilən qanunsuz hərəkətlərinə (və ya hərəkətsizliyinə) hüquqi qiymət verilməsini, habelə həmin əməllər üzrə məsul şəxslər barəsində hüquqi tədbirlərin görülməsini ehtiva edir. Bu isə inzibati hüquq münasibətlərindən deyil, cinayət hüquq münasibətlərindən irəli gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən, cinayət əlamətləri olan məlumatlar daxil olduqda, cinayət təqibini həyata keçirən orqanlar tərəfindən cinayət işinin başlanılması və ya cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməlidir. Bu qərarların qəbul edilməsi inzibati icraatın deyil, məhz cinayət-prosessual fəaliyyətin predmetinə daxildir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati icraat qaydasında baxılan iddialar müəyyən edilmişdir ki, iddiaçının tələbinin sözügedən hissəsi ikinci maddədə göstərilən iddia növlərinə heç birinə aid deyildir. Halbuki, hazırkı halda iddiaçı cinayət xarakterli əməllərin araşdırılmamasından, yəni cinayət təqibi orqanının prosessual fəaliyyəti ilə bağlı narazılıqdan şikayət edir. Cinayət işinin başlanılması, istintaqın aparılması və ya bu cür hərəkətlərdən imtina edilməsi barədə qərarların qanuniliyinin yoxlanılması yalnız müvafiq ümumi məhkəmələrin səlahiyyətinə daxildir və Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Belə ki, iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Hazırki mübahisə ilə bağlı hüquq isə cinayət məsuliyyəti (təqibi) məsələlərinə dair işlər üzrə fəaliyyətinə aid hüquqdur. Məhkəmə iddia tələbinin digər hissəsi ilə bağlı “20.000 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələbin sözügedən hissəsində məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübut iddia ərizəsinə əlavə edilməmiş, işə baxılan zaman məhkəməyə təqdim edilməmişdir. "Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova