Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12869/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X11, X31, X19 və X20 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra mətndə Nizami RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 45 ünvanında yerləşən evin 68 saylı mənzilində pasport qeydiyyatında olan X5, X21, X8 və X9 qeydiyyatdan çıxarılmaları öhdəliyinin Nizami RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzildə X11, X31, X19 və X20 pasport qeydiyyatındadırlar. Onun etibarnamə üzrə nümayəndəsi (X12) mülkiyyətində olan mənzildən X5, X21, X8 və X9 pasport qeydiyyatından çıxarılmasına dair tədbirlərin görülməsi barədə Nizami RPİ-yə müraciət etmişdir. Nizami RPİ-nin xx.xx.2023-ci il tarixli 3- 13-52/2-N-267xx/xx/2023 saylı cavab məktubuna əsasən ünvan 1 ünvanında yerləşən evin 68 saylı mənzilində pasport qeydiyyatında olan X5, X21, X8 və X9 qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X11, X31, X19 və X20 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh inzibati orqan Nizami RPİ-nin və üçüncü şəxslərin iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçı və cavabdeh inzibati orqan ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; İddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1947-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 146699 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu barədə 1266 saylı reyestr kitabında 190079-cu səhifədə 3/190079 № ilə xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. “ASAN 4” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X11, X31, X19 və X20 ünvan 2 ünvanında qeydiyyatdadırlar. ünvan 4rəfindən verilmiş 471 №-li, xx.xx.2023-cü il tarixli arayışıda qeyd olunmuşdur ki, İddiaçı, X18, X22, X11, X31 B.Çobanzadə, ev 45, mənzil 68-də qeydiyyatda olsalar da, həmin mənzildə uzun müddətdir yaşamırlar. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Resbublikasının Daxili İşlər Nazirliyi Baş Basport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-27453/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X11 xx.xx.2005-ci il tarixdən, X31, X19 və X20 xx.xx.2016-cı il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Nizami RPİ-nin 3-13-52/2-32302/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X5, X21, X8 və X9 ünvan 6 ünvanına qeydiyyata düşməsinə əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4-13-7827/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, valideynləri xx.xx.1936-cı il təvəllüdlü X4 ilə xx.xx.1947ci il təvəllüdlü İddiaçı olan xx.xx.1977-ci il təvəllüdlü X3 doğumu xx.xx.1977-ci ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Ruhiyyə Nəzərova (Pirəliyeva) ilə xx.xx.1975-ci il təvəllüdlü X23 nikahı xx.xx.2001-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. X1 ilə X11 olan xx.xx.2004-cü il təvəllüdlü X21 doğumu xx.xx.2005-ci ildə, xx.xx.2008-ci il təvəllüdlü X8 doğumu xx.xx.2010-cu ildə, xx.xx.2013-cü il təvəllüdlü X9 doğumu isə xx.xx.2014-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********42 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan şəxslərin ünvan 5 ünvanına istifadə hüquqlarının olub-olmaması və həmin ünvanına dair sənədlərin surətinin verilməsi eləcə də X5 və X23 adlarına ölkə üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlaklara dair məlumatın verilməsi ilə bağlı müraciətə Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. X5 adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Sahə 15 ünvanında yerləşən 0,12 ha, ünvan 9 ünvanında yerləşən 0,12 ha və ünvan 9 ünvanında yerləşən 0,12 ha torpaq sahələri, X23 adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 544 «tavh fərdi vasavıs evi, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-cməhəllə, ev 21, 151 saylı mənzil, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 883S ünvanında yerləşən 0.06 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. X23 adına Göyçay rayonu, Veysəlli kəndində yerləşən 0,31 ha torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN : 42A nömrəli şəhadətnamə verilmişdir. Məktuba əlavə olunmuş: Nizami rayon X29 tərəfindən verilmiş 027420 saylı orderin surətindən müəyyən olunur ki, İddiaçı (5 (beş) nəfər ailə tərkibinə özü 1947-ci il təvəllüdlü İddiaçı, əri 1936-cı il təvəllüdlü Pirəliyev A.M, qızı 1973-cü il təvəllüdlü Pirəliyeva S.A, qızı 1977-ci il təvəllüdlü Pirəliyeva R.A, qızı 1980-ci il təvəllüdlü İddiaçıA.) Çobanzadə küçəsi, ev 45 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 45,95 kv. m. olan 68 saylı mənzil ayrılmışdır. 76 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 427 №-li, xx.xx.2003cü il tarixli arayışın surətindən müəyyən olunur ki, Pirəliyeva X2, ev 45, mənzil 68 ünvanında yaşayır. İddiaçı ailəsi 5 (beş) nəfərdən ibarətdir. Özü-İddiaçı, əri X4, qızı - X10, qızı X6, qızı X13. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RPİ tərəfindən verilmiş 3-13/52/2-N-26730/1 saylı, xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: - yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən: - başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən: - azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında: -yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X7, X21, X14 və X15 ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. İstinad olunan həmin qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun normalarında şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq göstərilmişdir. Həmin normaya əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Nəzərə almaq lazımdır ki, yaşayış sahəsindən çıxarılmaya dair qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun mövcud olmadığının müəyyən edildiyi təqdirdə qəbul olunur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub, orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün sonuncunun yaşayış sahəsindən çıxarılması barədə müvafiq məhkəmədə iddia qaldırmalıdır. Şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas qismində çıxış edir. İşin araşdırılan hallarından da göründüyü kimi, X11 iddiaçının (ailə üzvü-qızı) olmaqla yanaşı mübahisəli mənzil iddiaçıya ayrılarkən, mənzilə köçmək üçün verilmiş orderdə onun da adı qeyd olunmuşdur. İş materiallarından göründüyü kimi, X5 və onun övladları X21, X8 və X9 yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən onun istifadə hüququna xitam verilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin ünvan 11 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-12869/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12869/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver