Məhkəmə qərarları › İş №2-1(112)-1287/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1287/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1287/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi X19, Üçüncü şəxs X8 vəkili Nümayəndə2, Üçüncü şəxs X20, Üçüncü şəxs X21 nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X36, X37, X38, X18, X47) “koordinatların uyğunlaşdırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X10 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsi barədə əvvəlki JN- 13094H (kod ********) və alqı-satqıdan sonrakı JN-17225D (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmadığı nəzərə alınmaqla) ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamında və ona əlavə edilmiş plan-cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə“ 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa İcra hakimiyyəti tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN- 1309H saylı (kod ********) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi ona verilmişdir. Torpaq sahəsinin hüdudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “400” nömrəlidir. Həmin cizgi plana və hazırkı yerləşməyə elə vizual baxanda da onun evinin yerləşməsi və yanıdakı yoldan da görünür ki, əmlakı elə ona təqdim edilən 400 nömrəli torpaq sahəsində yerləşir. İddaçı orada 1995ci ildən ev inşa etmişdir, ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsininin ətrafını bütövlükdə hasarlamışdır. Daha sonra evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m hissəsini satmaq qərarına gəlmişdir. 30 oktyabr 2004cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən göstərilən torpaq sahəsinin 300 kv.m hissəsini Ariz Xasıyevə satmışdır, alqı-satqıdan sonra Ariz Xasıyevə satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Ariz Xasıyev 11 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 0.03 ha torpaq sahəsini Cəmilə Zakaryayevaya satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair 02 fevral 2008-ci il tarixli çıxarış verilmişdir. O da həmin torpaq sahəsini daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə almışdır. O, 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış, ayıraraq alıcıya vermişdir. Həmçinin torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. İddiaçı cavabdehlər X24, X25, X26, X11, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi qəbul edilmiş, iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilir ki, 1. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin JN-13094H (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş cizgisi həmin “400" nömrəli torpaq sahəsinin ayrılmasına dair Sərəncama əlavə edilmiş ilkin torpaq ayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində 0.06 ha torpaq sahəsi hal-hazıırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar 30 metr ölçülərdə qeyd edilmişdir. JN1309411 (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaq ayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar 19.35 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissəsinin qarşı tərəli 32 metr göstərilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi ilkin torpaq ayırma sxeminə əsasən satdığı torpaq sahəsində deyil, öz mülkiyyətində qalmış 0.03 ha torpaq sahəsində yerləşir. 2. İddiaçı ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin 0.03 ha hissəsi xx.xx.2004-cü ildə satılarkən həmin 0.06 ha torpaq sahəsinin cənub hissəsi satılmışdır. Həmin 0.03 ha torpaq sahəsi satılarkən hazırlanmış bölgü cizgisi naturaya (torpaqdan faktiki istifadə vəziyyətinə uyğun) uyğun hazırlanmamışdır. bu uyğunsuzluq ondan ibarətdir ki, alqı-satqı yuxarıda da qeyd edildiyi kimi ilkin torpaq ayırma sxeminə uyğun hazırlanmamış JN-1309411 (kod ********) saylı şəhadətnaməyə əsasən aparılmışdır. 3. xx.xx.2004-Cü ildə İddiaçı satdığı 0.03 ha torpaq sahəsi hal-hazırda taktiki daş hasara alınıb istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, cənub hissədə İddiaçı daş hasarına bitişik boş sahədir. 4. X27 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış ”415“ nömrəli 0.06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0.06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. ”400" nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0.03 hektarlıq hissəsindən hal-hazırda İddiaçı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0.03 hektarı isə boşdur. ”415” nömrəli torpaq sahəsinin harada yerləşməsini isə müəyyən etmək mümkün olmadı. Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatlar Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxemə uyğun qeydə alınmamışdır. Bu səbəbdən də əvvəl A.Xasıyevə, daha sonra C.Zakaryayevaya faktiki satılmış və hazırda onun mülkiyyətində olan 0.03 ha torpaq sahəsinə dair şəhadətnamələr və dövlət reyestrində aparılmış qeydiyyat düzgün olmamışdır. C.Zakaryayevanın adına dövlət reyestrində qeydiyyata alınmış ərazi iddiaçının faktiki satmadığı və hazırda da iddiaçının mülkiyyətində olan sahədir. C.Zakaryayevanın faktiki aldığı və onun hazırda mülkiyyətində olan 0.03 ha torpaq sahəsi isə cavabdeh Y.Quluyevanın adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları ilə üst-üstə düşür. Belə ki, Y.Quluyevaya sərəncamın əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin faktiki yerini müəyyən etmək mümkün olmamışdır. İşdə olan sübutlarla təsdiq edilir ki, daşınmaz əmlakın Dövlət reyestrində ilkin torpaqayırına sənədlərinə zidd olaraq torpaq sahəsinin koordinatları düzgün qeydiyyata alınmamış, əsassız qeydiyyata alınmışdır. Cavabdehlər Namiq Qasımov, İlahə Quluzadə tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3976/2021 saylı qərardadı ilə həmin iddia tələbi üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsinin qismən, yəni “Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və C.Zakaryayevanın mülkiyyətində olan 0.03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə” uyğunlaşdırılması barədə tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixli qətnamə ilə isə hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış, onun əsasında X36 və X38 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında X21 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən" xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış X36 və X37 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" və bu müqavilə əsasında X20 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Ali Məhkəmənin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)- 399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qətnamədən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmişdir. Qərar onunla əsaslandırılır ki, X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatla bağlı münasibətlərdən irəli gəlir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə qərarına əsasən müraciət etmişdir. Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X32 mülkiyyətində olan torpaq sahəsi barədə əvvəlki JN-13094H (kod ********) və alqı-satqıdan sonrakı JN-17225D (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrdə qeyd edilmiş cizgilərin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğun olmadığı nəzərə alınmasını, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X10 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamında və ona əlavə edilmiş plan-cizgi sxemində göstərilmiş qaydada uyğunlaşdırılmasını, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamının və ona əlavə plan cizginin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamının və ona əlavə edilmiş plan cizginin arxivdən məlumatları əldə edilməsini, inzibati icraat başlanılmasını, əlaqədar şəxslər cəlb edilməsini, onun mülkiyyət hüququnu pozduğundan, X22 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı, X21 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* nömrəli, X20 xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* nömrəli qeydin əsassız aparıldığından ləğv edilməsini xahiş etmişdir. Lakin inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qanunsuz olaraq heç bir inzibati icaat aparmadan xx.xx.2022-ci il tarixli **********79 saylı məktubu ilə məhkəmə qərarı ilə onların üzərinə hər hansı bir öhdəlik qoyulmamasını əsas gətirmiş, inzibati icraatın aparılmasını həyata keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9233/2022 nömrəli qərardadı ilə X36, X37, X38, X18, X47 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9233/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı tərəfindən məhkəmə mübahisəsi gedişində müvafiq iddia tələbi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli, xx.xx.2023cü il tarixli ərizələr ilə müaricətlər daxil olmuş, **********79 nömrəli, xx.xx.2022-ci il tarixli və **********36 saylı, xx.xx.2023-cü il cavab məktubları ünvanlanmışdır. Yenidən aparılan araşdırılma zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlərin əsli ilə müraciət edəcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məktub ünvanlanmışdır. Müraciətdə qeyd olunan digər məsələ (inzibati icaatın başlanılması və s.) İdarənin fəaliyyəti istiqamətlərinə aid deyildir. Bundan başqa xx.xx.2023-cü il tarixli müraciəti zamanı iddiaçıya bildirilmişdir ki, yaranmış mübahisə ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edilmiş və mülki iş üzrə mübahisə yekunlaşmışdır. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-128/2020 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair Nağıyev Rafiq İsabala oğlunun adına verilmiş JN-13094H nömrəli, ********* kodlu şəhadətnamə, Nağıyev Rafiq İsabala oğlu ilə X48 arasında Bakı şəhəri 36 saylı DNK-da bağanmış, AN-İ ******* nömrəli, xx.xx.2004-cü il tarixli reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə X48 ilə X18 arasında Bakı şəhəri 14 saylı Dövlət Notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli 11 avqust 2005-ci il tarixli reyestrdə 4Ə-522 nömrə ilə qeydə alnmış alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X8 adına verilmiş xx.xx.2008-ci il tarixli, 002457 nömrəli torpaq sahəsinin plan və ölçüsü, habelə xx.xx.2008-ci il tarixli, ******* nömrəli çıxarış X25 və X26 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kv.metr hissəsində etibarsız hesab edilməsi müəyyən edilmişdir. Müvafiq icra vərəqəsi İdarəyə daxil olmuş, lakin Bakı İnzibati Məhkəməsinin icraatında müvafiq torpaq sahəsi ilə bağlı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı sənədlərin sərəncama uyğunlaşdırılması tələbinə dair inzibati iş mövcuduğu, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9233/2022 saylı inzibati işi ilə bağlı yekun məhkəmə aktı İdarəyə daxil olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 128/2020 saylı icra vərəqəsinin icrasının tərəflərindən mümkün olmaması barədə Səbail rayon İcra Şöbəsinə **********62 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsiini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı aid hüquqmüəyyənedici sənədlər: -Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə, fərdi ev tikmək üçün İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. (20 yanvar küçəsi, ev 13) torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır. -xx.xx.2004-cü il tarixli JN-13094H, KOD 00400016 nömrəli Şəhadətnaməyə əsasən İddiaçı Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı Sərəncamı ilə 0.06 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -AN–İ №0014427 nömrəli xx.xx.2004-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 hektar olan torpaq sahəsindən 0.03 hektar hissəsini alıcı X41 mülkiyyətinə verir. - JN 17227D saylı, xx.xx.2004-cü il tarixli Şəhadətnaməyə əsasən X44 Bakı şəhəri 36 saylı Notariat Kontorunun 30 oktyabr 2004-cü il tarixli 4Ə-03-561 saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. - JN 17225D saylı xx.xx.2004-cü il tarixli nömrəli Şəhadətnaməyə əsasən İddiaçı 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. Üçüncü şəxslərə aid hüquqmüəyyənedici sənədlər -AN - İ № ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X47 Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 hektar torpağı alıcı X8 mülkiyyətinə verir. -xx.xx.2005-ci il tarixli JN-24079D, KOD 00400016 nömrəli Şəhadətnaməyə əsasən X11 Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə/522 saylı müqaviləsi ilə satılmış 0.03 hektar fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsbəsində yerləşən sahəsi 0.03 ha. olan torpaq sahəsi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2008-ci il tarixli, AA 002457 nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0.03 ha. olan torpaq sahəsi ilə bağlı X8 adına **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Səbail Rayon İcra Hakimiyyətinin Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 30 dekabr 1998 il tarixli, 1975 nömrəli Sərəncamının Arxiv çıxarışında qeyd olunmuşdur ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ..., X33, ... 600 \altı yüz\ kv.m. torpaq sahəsi ayrılsın. -Azərbaycan Respublikası Dövlət Torpaq v Xəritəçəkmə Komitısinin xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsü əsasən Səbail RİH-nin xx.xx.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə 600 kv.m torpaq sahəsi ilə bağlı X28 adına tərtib edilmiş və X57 Kitabında xx.xx.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cü döngə, 415 saylı sahədə yerləşən 0,03 ha torpaq sahəsi X22 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN – İ №0399240 nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X22 adından Bakı şəhəri 28 saylı NK tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən Nümayəndə1 Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.01 ha torpaq sahəsini alıcı X21 mülkiyyətinə verir. -AN – İ №0399241 nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X22 adından Bakı şəhəri 28 saylı NK tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-03-2200 reyestrli etibarnamə əsasında çıxış edən Nümayəndə1 Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0.03 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini alıcı X20 mülkiyyətinə verir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 sahənin bir hissəsi 0.01 ha torpaq sahəsi X21 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 sahənin bir hissəsi 0.02 ha torpaq sahəsi X20 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Tərəflər arasında baxılmış mülki mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktları: İ.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-136/2016 nömrəli iş üzrə 28 aprel 2016-cı il tarixli qətnaməsi ilə Zakaryayeva Cəmilə X1, X25, X26 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair Nağıyev Rafiq İsabala oğlunun adına verilmiş şəhadətnamənin, Nağıyev Rafiq İsabala oğlu ilə X48 arasında bağlanmış alqı-satqı müqaviləsinin, habelə X48 ilə Zakaryayeva bəmilə Alavutdinovna arasında bağlanmış alqı-satqı müqaviləsinin, X8 adına verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün, habelə xx.xx.2008-ci il tarixli çıxarışın X25 və X26 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kvadrat metr hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-2601/2016 nömrəli iş üzrə 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə X8 Nağıyev Rafiq İsabala oğluna və X45 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmuş, Nağıyev Rafiq İsabala oğlunun öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı X8 mülkiyyətində olan 243 kvadrat metr torpaq sahəsindən tikililərin Rafiq Nağıyevin öz vəsaiti hesabına sökülərək çıxarılması, X39 42000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq X11 ödənilməsi qət edilmişdir. Apellyasiya baxışı zamanı adıçəkilən işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-551/2018 nömrəli iş üzrə 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə X18, X48 və Nağıyev Rafiq İsabala oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 28 aprel 2016-cı il tarixli və 14 iyun 2016-cı il tarixli qətnamələri ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq X8 “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X29 xx.xx.2014-cü il tarixdə verilən çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X8 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kvadrat metr hissədə, X36 və X38 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X26 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X8 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 54 kvadrat metr hissədə; X36 və X37 arasında bağlanan 19 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsi və bu müqavilə əsasında X25 dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarış, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X8 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kvadrat metr hissədə etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixli çıxarış əsasında X8 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış tikililərin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, ilkin iddia tələbləri qalan hissələrdə, habelə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6519/2018 nömrəli iş üzrə 15 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı X8 kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Nağıyev Rafiq İsabala oğlunun kassasiya şikayəti tam təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi Nağıyev Rafiq İsabala oğlunun 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə X18, X48 və Nağıyev Rafiq İsabala oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi “Nağıyev Rafiq İsabala oğlunun 243 kvadrat metr torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək xx.xx.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında X8 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində Nağıyev Rafiq İsabala oğlu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-156/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qərarı ilə cavabdeh Nağıyev Rafiq İsabala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2020 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi baxılan hissədə - “X8 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kvadrat metr hissəsində sonuncu tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İİ. Bakı şəhəri Səbail-Rayon Məhkəməsinin 2(009)-90/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı, şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən X8 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğunlaşdırılması, X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışın, onun əsasında X36 və X38 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və bu müqavilə əsasında X21 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarışın, X36 və X37 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və bu müqavilə əsasında X20 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışın etibarsız,hesab olunması və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsinin qismən, yəni “Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və C.Zakaryayevanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail RİH başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə” uyğunlaşdırılması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış, onun əsasında X36 və X38 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında X38 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış; X36 və X37 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında X37 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-399/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-399/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Mülki iş üzrə əldə edilmiş ekspert və mütəxəssis rəyləri: -İ. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinin Daşınmaz Əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsinin Torpaq sahələrinin plan və ölçülərinin hazırlanması sektorunun yerquruluşu üzrə mühəndisi K.Cəbrayılovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, X12 mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin ilkin sənədləri DTXK-nin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş JN 24079D nömrəli şəhadətnamədir və mübahisəli torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Lakin xx.xx.2008-ci il tarixli ********** nömrəli ərizə ilə dövlət reyestrinə qeydiyyata alınan zaman torpaq sahəsinin plan-ölçüsü faktiki konfiqurasiyaya uyğun tərtib edilməmiş və bu səbəbdən (ilkin sənəd əsasları Səbail RİHB-nın xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncam və torpaq sahəsini kənarından yüksək gərginlikli elektrik xətti keçdiyi üçün mühafizə zolağı çıxılaraq 003 ha torpaq sahəsinə DTXK-nin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş plan-ölçü olan) X22 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə 56.0 kv.m üst-üstə düşür. X22 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi sonradan alqı-satqı müqaviləsi ilə 0.02 ha torpaq sahəsi X20 adına, 0.01 ha torpaq sahəsi isə X21 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. -İİ. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10353 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinin Daşınmaz Əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsinin Torpaq sahələrinin plan və ölçülərinin hazırlanması sektorunun yerquruluşu üzrə mühəndisi K.Cəbrayılovun tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq MH seriyalı ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr **********98, qeydiyyat tarixi xx.xx.2008-ci il) əsasən xüsusi mülkiyyət hüququ üzrə X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin sənədlərinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş JN-24079D nömrəli şəhadətnamənin olduğu, xx.xx.2008-ci il tarixli ********** nömrəli ərizə ilə dövlət reyestrinə qeydiyyata alınan zaman torpaq sahəsinin planölçüsünün faktiki konfiqurasiyaya uyğun tərtib edilmədiyi və bu səbəbdən X11 məxsus 003 ha torpaq sahəsinin X23 mülkiyyətinə verilmiş torpaq sahəsinin 56.0 kv.m hissəsi ilə üstüstə düşdüyü, eləcə də Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamı ilə X29 ayrılmış 0.06 ha (6 sot) torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündə 0.03 ha (3 sot) göstərilməsinin səbəbinin həmin torpaq sahəsinin sərhədlərindən keçən elektrik xəttinin mühafizə zolağına çıxması müəyyən edilir. -İİİ.ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il il tarixli 24476 nömrəli ekspert rəyində göstərilmişdir ki:

1. RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (reyestr №-si **********81, qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən xüsusi mülkiyyət hüququ üzrə X29 məxsus Bakı şəhəri, ünvan 2 0,03 ha torpaq sahəsinin (sonradan RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X20 adına rəsmiləşdirilmiş 0,02 ha və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixdə aparılmış **********35 reyestr nömrəli qeydiyyata əsasən X21 adına rəsmiləşdirilmiş 0,01 ha torpaq sahəsinin) koordinatları müəyyən edilməklə sərhədləri müəyyən edildi.

2. MH seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (reyestr №-si **********98, qeydiyyat tarixi xx.xx.2008-ci il) əsasən xüsusi mülkiyyət hüququ üzrə X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0,03 ha torpaq sahəsi ilə RX seriyalı ******* №li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (reyestr №-si **********81, qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən xüsusi mülkiyyət hüququ üzrə X29 məxsus, Bakı şəhəri, ünvan 2 0,03 ha torpaq sahəsinin (sonradan RX seriyalı ******* №-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X20 adına rəsmiləşdirilmiş 0,02 ha və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixdə aparılmış **********35 reyestr nömrəli qeydiyyata əsasən X21 adına rəsmiləşdirilmiş 0,01 ha torpaq sahəsinin) 57 kv.metri üst-üstə düşür. İddiaçı, X44 və X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas sənədlər barədə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin arxiv və elektron bazasında məlumat yoxdur. X29 (0.03 ha), X25 (0.02 ha) X26 (0.01 ha) məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə 415 saylı torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas sənədlər Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998ci il tarixli sərəncamı və Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini və qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş sxem olmuşdur, müvafiq qanunvericiliyə uyğun hazırlanmışdır. X24 ayrılmış torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998ci il tarixli sərəncamında və 13 yanvar 2011-ci il tarixli Səbail RİH tərəfindən verilmiş cizgidə 6 sot, Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündə 3 sot göstərilməsinin səbəbi ərazinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsidir. -İV. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 18948 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Xidmətinin rəis müavini M.Həsənovun imzası ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli **********70 saylı mütəxəssis məktubunun göstəricilərini nəzərə alaraq mülki iş materiallarının 2-ci cild 19-cu və 20-ci səhifəsinə əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-1 0014427) əsasən JN-13094H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnmə” ilə 0.03 hektar torpaq sahəsinin Ariz Xasiyeva satıldıqdan sonra Nağıyev Rafiq İsabala oğlunun faktiki istifadəsində 0.0542 hektar torpaq sahəsinin mövcudluğu, X8 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********98) olan 300 kv.m torpaq sahəsinin 243 kv.m hissəsinin Nağıyev Rafiq İsabala oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə, 54 kv.m hissəsinin X21 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********35) olan torpaq sahəsi ilə, 3 kv.m hissəsinin isə X20 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********35) olan torpaq sahəsi ilə, 3 kv.m hissəsinin isə X20 xüsusi mülkiyyətində (reyestr nömrəsi **********18) olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. -V.Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 11 iyun 2019-cu il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayon Badamdar qəsəbəsində yerləşən Nağıyev Rafiq İsabala oğlunun adına olan JN-17225 nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» əsasında faktiki istifadəsində olan torpaq sahəsinin və mübahisələndirilən 243 kv.metr torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. X34 faktiki istifadəsində olan torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, üzərində fərdi yaşayış evi və digər tikililər mövcuddur. Məhkəmənin müraciətinə əlavə edilmiş 30 oktyabr 2004-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6, 03 hektar torpaq sahəsinin bölgü sxemində sözügedən torpaq sahəsinin koordinatları göstərilməmişdir. Lakin bölgü sxemində Nağıyev Rafiq İsabala oğlunun mülkiyyətində olan 0,03 hektar torpaq sahəsi qərb istiqamətində göstərilmişdir. Məhkəmənin müraciətinə əlavə edilmiş 30 oktyabr 2004-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 0,03 hektar torpaq sahəsinin bölgü sxemində sözügedən torpaq sahəsinin koordinatları göstərilməmişdir, lakin Nağıyev Rafiq İsabala oğlunun faktiki istifadəsində olan torpaq səhəsi mişar daşı ilə hasarlanmışdır, üzərində fərdi yaşyaış evi və digər tikilillər mövcuddur. -Vİ.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinin 29 dekabr 2019-cu il tarixli rəyində aşağıdaklar müəyyən edildi;

1. Nağıyev Rafiq İsabala oğlunun JN-13094 saylı şəhadətnamə əsasında 0,06 ha torpağı olub. Bu torpaq sahəsinin 0,03 ha hissəsini X13 (əslində satan Ariz Xasiyev olmuşdur) satıb. Nağıyev Rafiq İsabala oğlunun yaşayış evi öz hissəsində inşa edilib. Lakin faktiki vəziyyətdə Zakariyayeva Cəmilənin sənəd üzrə sahəsi Nağıyev Rafiqin əlavə olaraq istifadəsindədir və üzərində həyət tikilisi vardır, (faktiki istifadəsində 0,0521 ha)

2. Sxemdə göstərildiyi kimi Zakariyayeva Cəmilə sənəd üzrə olan sahəni deyil, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olan digər sahəni iddia edir. Lakin bu sahə mühafizə zonası olması ilə yanaşı digər sahələrin yoludur.

3. Nağıyev Rafiq İsabala oğlunun hasarı daxilində olan sənəd üzrə 0,03 ha və əlavə olaraq istifadə etdiyi 0,021 ha (bu sahə X9 sənədlə qanuni yeridir) nəzərə almadan cənub tərəfdəki sahələrin bölünmə mümkünlüyü texniki baxımdan mümkünsüz görünür. Qeyd edirik ki, cənub tərəfdəki sahənin çox hissəsi YGEX-nin mühafizə yeridir. Bundan əlavə olaraq digər sahələrin yolları bu hissədəndir. Bölünmə YGEX ilə bağlı müvafiq qurumun rəyi və tərəflərin notarial təsdiqli bölgü razılığı əsasında formalaşa bilər.

4. X5 sənədlə və faktiki iddia etdiyi sahələr sxemdə aydın göstərilmişdir. Hazırkı iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 74 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 2004-cü il 27 noyabr tarixli 28 nömrəli əmri ilə təsdiq edilmiş “İcra Hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”na əsasən Badamdar qəsəbə nümayəndəliyində saxlama müddəti başa çatmış sənədlər (o cümlədən 2009-cu ilə qədər verilmiş arayışlar, esgiz cizgilər və qeydiyyat kitabları) xx.xx.2014-cü il tarixdə məhv edildiyi üçün məsələyə münasibət bildirilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10- 666/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 405 və 414 nömrəli torpaq sahələrinə dair Sərəncamlar və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.20123-cü il tarixli, 5-19/2-2/10-1413/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 4147 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********79 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsi ilə bağlı uyğunsuzluqların aradan qaldırılması və mülkiyyət hüququnuzun pozulması ilə əlaqədar xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı, xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı və xx.xx.2014-cü il tarixli, RX ******* seriyalı çıxarışların ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, yaranmış mübahisə ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edilmiş və mülki iş üzrə mübahisə yekunlaşmışdır. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırkı iş üzrə iddiaçının torpaq sahəsinin yerləşdirmə koordinatlarının uyğunlaşdırılması ilə bağlı iddiasına inzibati məhkəmə icraatında baxılmasını mümkün hesab edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “C.Zakariyayeva və İddiaçı hesab edirsə reyestrdə aparılmış qeydiyyatlar torpaq sahəsinin faktiki yerləşmə yerinə görə düzgün həyata keçirilməmişdir. Onlar yalnız reyestr qeydiyyatının özünü mübahisələndirməklə (və ya mübahisə tərəfləri bölgü sxemi tərtib edərək notariat qaydasında təsdiq etməklə) koordiatların düzgün müəyyən edilməsini həmin orqandan tələb edə bilərlər. Həmin məsələ isə mövcud iddia tələbindən kənarda olduğundan məhkəmə aidliyyəti ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımdan hazırkı icraatın daxilində həli oluna bilməz”. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatla bağlı münasibətlərdən irəli gəlir. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən X24 xx.xx.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı saylı çıxarış mülki-hüquqi əqdlərin əsasında deyil, ilkin qeydiyyat sənədləri əsasında verilmişdir və ona görə də xx.xx.2014cü il tarixdə verilən RX seriyalı, ******* saylı saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə inzibati məhkəmədə baxılmalıdır.” İddia tələbinin mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 4147 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında Nağıyev Rafiq İsabala oğluna Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmış, xx.xx.2004-cü il tarixli, KOD 004000** JN ***94H nömrəli şəhadətnamə ilə 0.06 ha torpaq sahəsi Nağıyev Rafiq İsabala oğlunun mülkiyyətinə verilmişdir. Nağıyev Rafiq İsabala oğlu xx.xx.2004-cü il tarixdə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0,03 ha hissəsini X15 və JN 17227D saylı, xx.xx.2004-cü il tarixli şəhadətnamə əsasında 0,03 hektar torpaq sahəsi X41 adına qeydə alınmışdır. Nağıyev Rafiq İsabala oğlunun mülkiyyətində qalan 0.03 ha torpaq sahəsinə dair KOD 004000** JN ***25D saylı xx.xx.2004-cü il tarixli şəhadətnamə tərtib edilmişdir. X47 xx.xx.2005-ci il tarixdə sözügedən 0,03 hektar sahəni X11 satmış, X8 adına JN- 24079D nömrəli torpaq şəhadətnaməsi tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən sonuncunun adına xx.xx.2008-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü hazırlanmış, 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə **********98 reyestr nömrəsi ilə X8 adına qeydə alınmışdır. Həmçinin, müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 1975 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı əsasında X24 Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə onun adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 415 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, xx.xx.2014-cü il tarixdə həmin 0,03 hektar torpaq sahəsi mülkiyyət hüququ üzrə X22 adına qeydə alınmış, 19 mart 2014-cü il tarixdə sonuncu 0,02ha torpaq sahəsini X3, xx.xx.2014cü il tarixdə X20 adına qeydiyyata alınmış, 19 mart 2014-cü il tarixdə 0,01 ha torpaq sahəsini X4, xx.xx.2014-cü il tarixdə X21 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Tərəflər arasında mübahisələr üzrə mülki məhkəmə icraatında müəyyən edilmiş işin hallarına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9cu döngədə yerləşən iş üzrə mübahisə predmeti ümumilikdə 0,12 ha torpaq sahəsi olmuş, hüquqmüəyyənedici sənədlərə görə bu torpaq sahəsinin 0,03 hektarı X8, 0,03 hektarı Nağıyev Rafiq İsabala oğlunun, 0,01 hektarı X21, 0,02 hektarı isə X20 xüsusi mülkiyyətində olduğu müəyyən olunmuşdur. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cəmilə Zakaryayevaya məxsus 0,03 ha torpaq sahəsinin 54 kvadrat metr hissəsinin İlahə Quluzadə, 3 kvadrat metr hissəsinin Namiq Qasımov tərəfindən tutulması, Cəmilə Zakaryayevanın mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin çatışmayan 243 kvadrat metr hissəsinin İddiaçı tərəfindən zəbt olunması müəyyən olunmuş və nəticə etibarı ilə üçüncü şəxslərin adlarına aparılmış qeydlər müvafiq olaraq İlahə Quluzadəyə aid 54 kv.m hissəsində, Namiq Qasımova aid 3 kv.m hissədə etibarsız hesab edilmiş, Nağıyev Rafiq İsabala oğlu tərəfindən zəbt edilmiş 243 kv.m hissəsində Rafiq Nağıyev tərəfindən aparılmış həyət tikilisinin onun öz vəsaiti hesabına sökülərək oradan çıxarılması qət edilmişdir. Hazırkı iş üzrə iddiaçı Nağıyev Rafiq İsabala oğlu xx.xx.1994-cü il tarixdə Səbail RİH tərəfindən ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşmə koordinatlarının daşınmaz əmlakın dövlət reyestrində düzgün müəyyən edilmədiyini, Ariz Xasiyevə satdığı 0,03 ha torpaq sahəsinin koordinatlarının uyğunsuzluğu nəticəsində hazırda istifadəsində olan 0,03 ha torpaq sahəsinin yerləşmə koordinatlarının Cəmilə Zakaryayevanın adına verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünə işlənildiyini, C.Zakaryayevanın adına xx.xx.2008-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış ərazinin iddiaçının satmadığı və hazırda da iddiaçının faktiki istifadəsində olan sahə olduğunu, C.Zakaryayevanın aldığı və mülkiyyətində qalmalı olan 0.03 ha torpaq sahəsinin isə cavabdeh Y.Quluyevanın (sonradan digər 3-cü şəxslər N.Qasımov və İ.Quluzadənin adına verilmiş) çıxarışda göstərilən torpaq sahəsində yerləşdiyini, bununla da qeydlərin düzgün aparılmadığını iddia edir və bu əsasdan ona məxsus olmuş torpaq sahəsinin ilkin şəhadətnamələrinin koordinatlarının düzgün müəyyən edilməsini mübahisələndirir. İddiaçının iddiasının əsas dəlilləri: - İddiaçı adına 18 iyun 2004-cü il tarixli JN-13094H (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş 0.06 ha torpaq sahəsinin cizgisi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ayrılmış “400” nömrəli 0.06 ha torpaq sahəsinin ayrılmasına dair sərəncama əlavə edilmiş ilkin torpaqayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində (yerləşmə cizgisində) 0.06 ha torpaq sahəsi hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar (yan tərəf) 30 metr ölçülərdə qeyd edilmişdir. JN-13094H (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaqayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı torpaq sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar (yan hissədə) isə 19.4 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qeyd edildiyi üçün 30 metrlik hissənin qarşı tərəfi 32 metr göstərilmişdir. -İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ona ayrılmış 0.06 ha torpaq sahəsinin 0.03 ha hissəsini xx.xx.2004-cü ildə X7 həmin 0.06 ha torpaq sahəsinin cənub hissəsini, yəni ona məxsus olan fərdi yaşayış evinin cənub hissəsində olan boş torpaq sahəsini satmışdır. İddiaçı tərəf qeyd edilən dəlillərini Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 4147 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə tərtib edilmiş yerləşmə cizgisinə əsasən və həmin dəlillərin sübutu kimi X40 adlı kommersiya hüquqi şəxsin verdiyi rəyə istinadən irəli sürür. Beləliklə, reyestrdəki qeydlərin düzgün aparılmadığına dair iddiaçının dəlilinin əsasında dayanan torpaq sahəsinin yerləşmə cizgisidir ki, məhkəmə hazırkı halda həmin cizginin hüquqmüəyyənedici əhəmiyyətinə həm hüquqi, həm də faktiki vəziyyəti əks etdirmək baxımından hüquqi qiymət verir. Belə ki, işin hallarından görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən ölçüdə torpaq sahəsinə iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə JN-13094H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi kimi Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyinin xx.xx.2004-cü il tarixdə 552 nömrəli möhür ştampı ilə qeydə alınmış torpaq sahəsinin planı təqdim edilmişdir. Təqdim edilmiş həmin cizgidə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin konfiqurasiyası torpağın yola paralel tərəfi 20 metr, yan tərəflərdən isə yola perpendukliyar olmaqla 30 metr olaraq göstərilmişdir (en 20m x uzunluq 30m). İddiaçı məhz həmin cizgidə torpağın yerləşmə vəziyyətinə istinad edərək qeyd edir ki, ona ayrılmış torpaq sahəsinin forması yola perpendukliyar (uzununa) düzbucaqlı şəklində olmuş, həmin torpaq sahəsinin yola baxan 0.03 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, həmin evin cənubunda qalan 0.03 ha hissəni isə A.Xasiyevə satmışdır. Hazırkı halda onun hasarı daxilində olan 543 kv.m torpaq sahəsinin şəhadətnamə ilə mülkiyyətində qalan 0.03ha hissə və həmin hissənin qərbində olan 243 kv.m ölçüdə torpaq sahəsi isə qeydiyyata alınmamış, sənədsiz olan torpaq sahəsi olmalıdır. İddiaçının adına tərtib edilmiş şəhadətnamə, həmin şəhadətnamə əsasında verilmiş bölgü sxem torpaq sahəsinin ilkin cizgisinə uyğun tərtib edilməmiş, nəticədə iddiaçının istifadəsində sənədsiz olan (olmalı) sahənin yerləşdiyi koordinatlar onun şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi kimi qeydə alınmış, daha sonra 0.06 ha torpaq sahəsindən A.Xasiyevə satdığı 0.03 ha hissə isə hazırda üçüncü şəxs C.Zakaryayevanın adına reyestrdə qeydə alınmış torpaq sahəsi kimi işlənmişdir. Məhkəmə iddiaçının hazırkı iddiasının əsasında dayanan yerləşmə cizgisi ilə bağlı ilk öncə qeyd edir ki, adçəkilən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin planının (yerləşmə cizgisi) yalnız RİHB-nın Badamdar qəsəbə nümayəndəsi H.Qasımzadənin imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi torpaq sahəsini 1994-cü ildə ayıran rayon icra hakimiyyəti olduğu halda torpaq sahəsinin yerləşmə cizgisini rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyi 2004-cü ildə tərtib etmişdir. Həmin cizgi torpaqayırma qaydalarına uyğun olaraq rayon icra hakimiyyəti, onun səlahiyyətli qurumları-rayon icra hakimiyyətinin təsərrüfat müdiri, rayon icra hakimiyyətinin memarı və rayon icra hakimiyyətinə aid möhürlə təsdiq edilməmiş, yalnız qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş və qəsəbə nümayəndəliyinə aid möhürlə təsdiq edilmişdir. Halbuki, hazırkı iş üzrə analoji olaraq sorğu ilə əldə edilmiş qonşu torpaq sahələrinə dair ilkin torpaqayırma sənədlərində: həmin ərazidə X30, X35 torpaq sahəsinin ayrılması barədə Səbail RİH-nin xx.xx.1995-ci il tarixli 841 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx.xx.2003-cü ildə tərtib edilmiş yerləşmə cizgisi, X42 Səbail RİH-nin xx.xx.1994-cü il tarixli 2630 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə tərtib edilmiş cizgisindən görünür ki, torpağın naturada ayrılmasını və təhvil verilməsini bilavasitə təsdiq edən yerləşmə cizgisi Səbail RİH memarı, RİH təsərrüfat müdiri, RİH badamdar qəsəbə nümayəndəliyinin imza və möhürləri, eləcə də üçüncü şəxs X29 torpaq sahəsinin ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx.xx.2011-ci ildə tərtib edilmiş yerləşmə cizgisi RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş və Səbail RİH-nin müavinin imza və RİH-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçıya 1994-cü ildə torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də cizginin hazırlandığı 2004-cü ildə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra torpaqayıran qurum tərəfindən hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi qüvvədə olan torpaqayırma qaydalarına uyğun olaraq torpaqayıran rayon icra hakimiyyəti tərəfindən təsdiq edilməmiş, qəsəbə nümayənədəliyi tərəfindən tərtib edilmişdir. Qanunvericilikdə torpaqayırma prosesinin tərkib hissəsi olan yerləşmə cizgisinin tərtib və təsdiq edilməsi səlahiyyətinin tək tərkibdə- yalnız yerli icra hakimiyyətinin icra nümayəndəliyinə məxsus olmasına dair nə müvafiq qanunvericilik aktı (və ya hüquq norması), nə də konkret olaraq Səbail rayon İcra Hakimiyyətinin yerləşmə cizgisinin tərtib edilməsi səlahiyyətinin Badamdar qəsəbə nümayəndəliyinə ötürməsi barədə müvafiq aktı mövcud deyildir. Bu mənada məhkəmə iddiaçının istinad etdiyi yerləşmə cizgisini hüquqi cəhətdən mötəbər sənəd kimi kimi qiymətləndirmir. Eyni zamanda məhkəmə hesab edir ki, sözügedən yerləşmə cizgisi 1994-cü ildə ayrılmış torpaq sahəsinin 2004-cü ildə tərtib edilərkən faktiki vəziyyətinə də uyğun tərtib edilməmişdir. Başqa sözlə, məhkəmə torpaq sahəsinin faktiki vəziyyətinin Badamdar İcra nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş yerləşmə cizgisində öz əksini tapdığı, bu əsasdan torpağın elektron kadastr baza məlumatlarının adıçəkilən Badamdar İcra nümayəndəliyinin yerləşmə cizgisinə uyğunlaşdırılmalı olması dəlili ilə də razılaşmır. Belə ki, iddiaçının iddiasına görə 600 kv.m torpaq sahəsinin naturadakı vəziyyəti yerləşmə cizgisinə uyğun tərtib edilmədiyindən iddiaçının adına 0.06 ha torpaq sahəsinə dair şəhadətnamə, sonrakı 0.03 ha torpaq sahəsinin A.Xasiyevə satılarkən hazırlanmış bölgü sxemi, eləcə də iddiaçının mülkiyyətində qalan 0.03 ha torpaq sahəsi və A.Xasiyevin adına tərtib edilmiş şəhadətnamə də torpağın həqiqi yerləşmə vəziyyətinə uyğun tərtib edilməmişdir. İşdən görünür ki, İddiaçı xx.xx.2004-cü ildə ərizə ilə müraciət edərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının 12 dekabr 1994-cü il tarixli 4147 saylı sərəncamı ilə Badamdar qəsəbəsində ayrılmış 600.0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin verilməsini xahiş etmiş, bu zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin şəhadətnamənin verilməsinə əsas olan sənədlərdən görünür ki, Səbail rayonu ərazisində İddiaçı mülkiyyətinə verilən 0.06 ha həyətyanı torpaq sahəsinin yeruquruluşu planı-köməkçi plan xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yeruquluşu Layihə institutunun torpaq şöbəsinin mütəxəssisi tərəfindən eyni vaxtdaxx.xx.2004-cü il tarixdə tərtib edilmiş, imzalanmış və Komitəyə aid möhürlə təsdiq edilmişdir. Qeyd edilməlidir ki, təqdim edilmiş xx.xx.2004-cü il tarixli yerquruluşu planında İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin konfiqurasiyası yerləşmə cizgisindən fərqli olaraq torpağın yerləşməsi yola paralel hissədə 30 metr, yan tərəflər isə 19.4 metr olaraq göstərilmişdir (en 30m x uzunluq 19.4m). İddiaçı adına 0.06 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN 13094H nömrəli şəhadətnamədə 0.06 ha hissənin konfiqurasiya cəhətinə, elecə də yerləşmə istiqamətinə əsasən uzunluğunun 30 m, eninin 20 m, yola paralel trapesiya formasında olduğu, həmin sahənin sənəd üzrə sağında, naturadakı vəziyyətinə uyğunlaşdırdıqda isə yol tərəfdən qərb hissəsində 9170H nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş qonşu torpaq sahəsinin yerləşdiyi müəyyən olunur. İddiaçı və A.Xasiyev arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən tərəflərin imzaları və ləğv edilmiş DTXK-nin mütəxəsissləri tərəfindən təsdiq edilmiş bölgü sxemində də həmin 13094H nömrəli şəhadətnamədə trapesiya formasında olan torpaq sahəsinin bölgü xətti ilə ayrıldığı, bu zaman sənəd üzrə solda (naturada yol tərəfdən şərq hissədə) qalan 300 kv.m hissənin İddiaçı mülkiyyətində, sənəd üzrə sağ tərəfdə (naturada yol tərəfdən qərb hissədə) 300 kv.m hissənin isə A.Xasiyevə satıldığı müəyyən olunur. İddiaçı adına tərtib edilmiş sonrakı 0.03 ha torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN 17225D nömrəli şəhadətnamədə iddiaçının mülkiyyətində qalan 0.03 ha hissənin planında həmin torpaq sahəsinin sənəd üzrə sağında (naturada yol tərəfdən qərbində) A.Xasiyevə satılmış JN 17227D nömrəli şəhadətnamənin aid olduğu 0.03 ha hissə, A.Xasiyevə aid 0.03 ha torpaq sahəsinin sənəd üzrə sağında (naturada yol tərəfdən qərbində) yenə də 9170H nömrəli şəhadətnamə ilə verilmiş qonşu torpaq sahəsinin yerləşdiyi əks olunur. Eləcə də A.Xasiyevin adına tərtib edilmiş xx.xx.2004-cü il tarixli JN 17227D nömrəli şəhadətnamədə A.Xasiyevə aid torpaq sahəsinin sənəd üzrə solunda (naturada yol tərəfdən şərqində) İddiaçı aid 17225D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsi, sənəd üzrə sağında (naturada yol tərəfdən qərb hissəsində) isə 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi müəyyən olunur. Bundan əlavə C.Zakaryayevanın adına xx.xx.2005-ci il tarixdə JN 24079D nömrəli 0.03 ha torpaq sahəsinə dair DTXK tərəfindən verilmiş şəhadətnamədə torpaq sahəsinin yerləşmə planında C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN 24079D nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin sənəd üzrə solunda 17225D nömrəli şəhadətnamənin aid olduğu yəni İddiaçı mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin, yenə də sənəd üzrə sağ tərəfində qonşu 9170D nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşdiyi görünür. Qeyd edilən sənədlərin müqayisəli təhlili ilə müəyyən olunur ki, İddiaçı məxsus olmuş 0.06 torpaq sahəsinə dair ilkin sənədlər-DTXK tərəfindən tərtib edilmiş yerquruluşu planında iddiaçının adına olan 0.06 ha torpaq sahəsininin yola paralel uzununa 30 m, eninə 20 m trapesiya formasında olduğu əks olunmuş, həmin torpaq sahəsinin cənubunda hər hansı torpaq sahəsi öz əksini tapmamış, yeruquruluşu planında torpaq sahəsinin sağ və solunda qonşu torpaq sahələrinin yerləşdiyi, eyni zamanda həmin 0.06 ha torpaq sahəsinə dair ilkin şəhadətnamədə və İddiaçı, A.Xasiyev və C.Zakayayevanın adına tərtib edilmiş sonrakı şəhadətnamələrdə torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planına uyğun olduğu, həmin şəhadətnamələrdə 0.06 ha torpaq sahəsindən satılmış 0.03 ha torpaq sahəsinin cənub hissədə deyil, sənəd üzrə iddiaçının mülkiyyətində qalan 0.03 ha torpaq sahəsindən sağda (naturada yol hissədən qərbdə) yerləşdiyi müəyyən olunur. Bundan əlavə, məhkəmə iddiaçının iddia etdiyi yerquruluşu planının və sonrakı hüquqmüəyyənedici sənədlərin faktiki vəziyyətinə uyğun tərtib edilməməsi ilə bağlı araşdırma üçün mübahisəli torpaq sahəsinin ətrafında yerləşən daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədləri əldə edərək müqayisəli təhlilini aparmışdır. Belə ki, müəyyən olunur ki, iddiaçının adına 2004-cü ildə tərtib edilmiş JN 13094H nömrəli şəhadətnamədə torpaq sahəsinin planında həmin sahənin qərbində qonşu sahədə 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşdiyi, sonrakı şəhadətnamələrdə- həm A.Xasiyevin adına olan JN 17227D nömrəli şəhadətnamə, C.Zakayayevanın mülkiyyətində olan 0.03 ha JN 24079D nömrəli şəhadətnamə, həm də İddiaçı adına olan JN 17225D nömrəli şəhadətnamədə qonşuluqda yerləşən həmin 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, həmin sahənin yenə də sənəd üzrə mübahisəli torpaq sahələrindən sağda (naturada yol tərəfdən qərbdə) eyni vəziyyətdə, eyni konfiqurasiyada yerləşdiyi görünür. Qeyd edilməlidir ki, sözügedən qonşu JN 9170H nömrəli şəhadətnaməyə aid 0.06 ha torpaq sahəsinin ilkin olaraq X17 adına xx.xx.2003-cü il tarixdə tərtib edilmiş şəhadətnamədə (JN 8687D), sonradan isə xx.xx.2003-cü il X14 adına tərtib edilmiş JN 9170H nömrəli şəhadətnamədə yerləşmə istiqaməti yola paralel düzbucaqlı formasında olduğu müşahidə olunur. İddia olunan ərazinin hazırkı halda ortofoto görüntüsündə də sözügedən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu qonşu torpaq sahəsinin yerləşmə vəziyyətinin dəyişmədiyi, mübahisəli torpaq sahəsinin qərb hissəsində, eyni konfiquriyaslı, eyni ölçü və eyni formada faktiki yerləşdiyi aydın şəkildə adi gözlə görünür. Dolayısı ilə iddiaçının iddia etdiyi kimi torpaq sahəsinin yerləşmə vəziyyətinin düzgün tərtib edilmədiyi, xx.xx.2004-cü ildə tərtib edilmiş yerləşmə cizgisindən təxmini 1 ay fərqlə xx.xx.2004-cü ildə tərtib edilmiş yerquruluşu planının həqiqi vəziyyəti düzgün əks etdirmədiyi öz təsdiqini tapmamışdır. Əksinə, xx.xx.2004-cü ildə yerquruluşu planının iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həqiqi faktiki və hüquqi vəziyyətinə uyğun olduğu müəyyən olunur. Bu həm də onunla əlaqədardır ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən JN 9170H nömrəli şəhadətnamənin aid olduğu torpaq sahəsinin yerləşmə vəziyyəti nə sənəd üzrə, nə də ortofoto görüntüdəki faktiki vəziyyəti 2004-cü ildən hazırkı tarixədək verilmiş hüquqmüəyyənedici sənədlərdə, o cümlədən mübahisəli şəhadətnamələrdə dəyişməmişdir. Başqa sözlə, iddiaçı ona aid torpaq sahəsinin faktiki vəziyyətinin ilkin torpaqayırmadan sonra 2004-cü ildə sənəd üzrə dəyişdirildiyini iddia etsə də lakin həmin torpaq sahəsinin 2004-cü ildə şəhadətnamələri hazırlanarkən onun qonşuluğunda JN 9170H nömrəli şəhadətnaməyə aid 0.06 ha qonşu torpaq sahəsinin forması, ölçüsü, yerləşmə istiqaməti, konfiqurasiyasının dəyişmədiyi, hazıkı ortofoto görüntüdə də həmin sahənin mübahisəli torpaq sahəsinin qərbində olduğu müəyyən olunur. Qeyd edilənlər isə onu deməyə əsas verir ki, iddiaçıya aid torpaq sahəsinə dair yerquruluşu planı, bölgü sxem və şəhadətnamələr 2004-cü ildə tərtib edilərkən inzibati orqan tərəfindən faktiki vəziyyətə uyğun tərtib edilmiş, torpaq sahəsinin yerquruluşu planı mövcud hüquqi və faktiki vəziyyətə uyğun şəkildə elektron kadastr baza məlumatlarına işlənmişdir. İddiaçı, A.Xasiyev və C.Zakaryayeva şəhadətnamələrdə öz əksini tapan torpaq sahəsinin yerləşmə planı ilə tanış olmuş, həmin vəziyyətdə torpaq sahələrini naturada təhvil almış və qeyd edilən şəhadətnamələrdəki torpağın yerləşmə vəziyyətini 2014-cü il tarixədək mübahisələndirməmişlər. Bundan əlavə iddiaçının iddia etdiyi - İddiaçı üzərində yaşayış evi olan hissəsini Ariz Xasayevə (sonradan X16) satılmasının mümkün olmaması, onun yalnız cənub hissəni satdığı, həmin hissənin isə boş olduğu, X31 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış ”415“ nömrəli 0.06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerinin müəyyən edilməsinin mümkün olmaması, X2 0.06 ha torpaq sahəsi ayrıldığı halda cəmi 0.03 ha hissənin onun adına qeydiyyata alındığı dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, mülki iş üzrə yuxarıda adı çəkilən ekspert, mütəxəssis rəyləri, eləcə də hazıkı məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, hazırda İddiaçı hasarı daxlində yola paralel formada faktiki istifadəsində 0,0543 ha torpaq sahəsi mövcuddur. İddiaçı bir tərəfdən məhz cənub hissədə yola perpendukliyar 0.03 ha hissəni satmış olduğunu, digər tərəfdən mülkiyyətində qalan 0.03ha hissənin naturada yol tərəfdən qərbində qalan yola paralel 243 kv.m hissənin hüquqmüəyyənedici sənəd olmayan (zəbt) sahə olduğunu, bütövlükdə isə onun sahibliyində 543 kv.m ölçüdə torpaq sahəsi olduğunu iddia edir. Halbuki qeyd edilən 243 kv.m hissə elekton baza məlumatlarına əsasən A.Xasiyevin, daha sonra C.Zakaryayevanın, cənubda olan 0.03 ha hissə isə üçüncü şəxs N.Qasımovun mülkiyyətindədir. Nağıyev Rafiq İsabala oğlunun yaşadığı fərdi yaşayış evi onun sənəd üzrə onda qalan mülkiyyətindəki 0.03 ha hissədə yerləşir, “sənədsiz” olduğunu iddia etdiyi, eyni zamanda C.Zakaryayevanın mükiyyətində olan və qətnamə ilə iddiaçının çıxarılması qət edilən 243 kv.m hissənin yola tərəf olan hissəsində isə iddiaçı həyət tikilisi inşa etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi kimi onun A.Xasiyevə satmış olduğu sahənin məhz mülkiyyətində olan 0.03 hissədən cənubda yerləşən və hazırda üçüncü şəxsin adına qeydə alnmış sahə olması ilə bağlı dəlili işin hüquqi halları kimi eyni zamanda faktiki halları ilə də eynilik təşkil etməyən mülahizələrdir. Belə ki, Nağıyev Rafiq İsabala oğlunun hasarı daxilində olan sənəd üzrə 0,03 ha və əlavə olaraq istifadə etdiyi 243 kv.m (bu sahə X9 sənədlə qanuni yeridir) nəzərə almadan cənub tərəfdəki sahəni satdığını bildirsə də lakin həmin cənub hissədəki sahənin ölçüsü ümumi hasar daxilində bütövlükdə 0.03 ha sahədən çoxdur. Eyni zamanda İddiaçı satdığını iddia etdiyi 0.03 ha ölçüdə torpaq sahəsi ümumi hasar daxilində yerləşdiyindən həmin sahədən birbaşa, digər sahələrdən təcrid olunmuş şəkildə yola çıxışı yoxdur, həmin sahənin çıxış yolu digər sahələrin yolundan keçir. Başqa sözlə, iddiaçı üçüncü şəxsə təcrid olunmamış, yalnız digər sahələrin yollarından keçməklə çıxışı mümkün olan torpaq sahəsini satması mümkün deyildi. Digər tərəfdən Zakariyayeva Cəmilə təkcə İddiaçı iddia etdiyi cənub hissəni deyil, həm də həmin cənub hissəyə bitişik hazırda İ.Quliyevanın mülkiyyətində olan hissənin və ona bitişik, ümumi hasar daxilində olan sahənin də ona satıldığını iddia etmişdir. Halbuki, bu iddia İddiaçı iddia etmiş olduğu kimi yola perpendukliyar 0.03 ha cənub hissədəki sahənin satılması iddiası ilə uyğunsuzluq təşkil edir. Belə ki, İddiaçı yalnız mülkiyyətində olan 0.03 hissəni A.Xasiyevə sata bilərdi. Zakariyayeva Cəmilənin iddia etdiyi sahə isə mütəxəssis rəyindən də göründüyü kimi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olan digər sahəni də əhatə edir. Lakin bu sahə həmin cənub hissədən kənara çıxmaqla yanaşı eyni zamanda bütövlükdə ölçüsü 0.06 ha sahədən çox olan sahədir və həmin sahə vaxtilə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası olmuşdur. Üçüncü şəxs Y.Quluyevanın adına verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan ölçüsündən də aydın şəkildə görünür ki, hazırda İddiaçı hasarından cənubda yerləşən Y.Quluyevaya sərəncamla ayrılmış 0.06 ha ölçüdə torpaq sahəsinin 0.03 ha hissəsindən qalan hissəsi YGEX-nin mühafizə zonasına düşdüyündən həmin hissə ştrixlə göstərilmişdir. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2015-ci il tarixli 10353 nömrəli ekspert rəyində də qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamı ilə X24 ayrılmış 0.06 ha (6 sot) torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçüsündə 0.03 ha (3 sot) göstərilməsinin səbəbi həmin torpaq sahəsinin sərhədlərindən keçən elektrik xəttinin mühafizə zolağına çıxması olmuşdur. Başqa sözlə, İddiaçı birbaşa çıxış olmayan torpaq sahəsini, eləcə də vaxtilə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşən, ümumi hasar daxilində yerləşən torpaq sahəsini satması ağlabatan hesab olunmur. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış ”415“ nömrəli 0.06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmamasına gəlincə məhkəmə qeyd edir ki, hazırkı halda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Y.Quluyevaya torpaq sahəsinin ayrılması barədə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli 1975 nömrəli sərəncamının etibarsızlığı ilə bağlı tələbini təmin etməyərkən məhkəmə qeyd edilən sərəncamın tərkib hissəsi olan 415 nömrəli sahənin yerləşmə cizgisinə də hüquqi qiymət vermiş və müəyyən etmişdir ki, sərəncamla ayrılmış torpaq sahəsinin xx.xx.2011-ci ildə tərtib edilmiş yerləşmə cizgisi RİHB-nın Badamdar qəsəbə nümayəndəliyi, Səbail RİH-nin müavinin imza və RİH-nin möhürü ilə tərtib və təsdiq edilmişdir. Qeyd edilməlidir ki, həmin cizgidə ümumilikdə torpaq sahələrinin nömrələri qeyri-dəqiq, rəqəmləri bəzən oxunmaz şəkildə (eyni qaydada qonşu torpaq sahələrinə dair yerləşmə cizgilərində də torpaq sahələrinin nömrələri qeyri-dəqiq göstərilib) olmuş olsa da Y.Quluyevaya aid hissənin yerləşmə cizgisində torpaq sahəsinin tərəflərinin ölçüsü, konfiqurasiyası aydın şəkildə təsbit olunmuş, DTXK tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan-ölçüsündəki konfiqurasiyası yerləşmə cizgisindəki konfiqurasiya ilə oxşar (eynilik) təşkil edir. “X57, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun: -1-ci maddəsinə əsasən X57 — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. -5-ci maddəsinə əsasən X57 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. X57 müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. -6-cı maddəsinə əsasən X57na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X57na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X57nın məlumatları tətbiq olunur. X57nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dvıət reyestri haqqında” Qanunun: -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, İddiaçı iddia etdiyi fərdi yaşayış evindən cənub hissədə 0.03 ha hissənin A.Xasiyevə (sonuncunun C.Zakaryayevaya) satılması və bundan sonra onun istifadəsində mülkiyyət hüququ üzrə 0.03 ha və eyni zamanda zəbt olunmuş 243 kv.m (ümumlikdə 543 kv.m) qalması kimi dəlilləri işin faktiki və hüquqi halları ilə uyğunlaşmayan mülahizələr kimi qiymətləndirilir. Yuxarıda da qeyd edildiyi kimi X57nın məlumatları məhkəmələrin qərar qəbul etməsi üçün əsas olduğundan, kadastr məlumatları torpaq sahəsinin DTXK tərəfindən tərtib edildiyi vaxtda torpaq sahəsinin həm də faktiki yerləşmə vəziyyətinə uyğun tərtib edildiyindən iddia tələbinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. Bu əsasdan iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “koordinatların uyğunlaşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar