Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12879/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçıların qanuni nümayəndəsi İddiaçı3 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında İddiaçı3 iddiaçılar qismindən çıxarılmışdır.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası İddiaçı3 Ağdam rayonundan məcburi köçkün düşərək ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti 75, mənzil-31 ünvanında məskunlaşmışdır və məcburi köçkünlər üçün nəzərdə tutuluş bütün imtiyazlardan istifadə edir. O, xx.xx.2005-ci il tarixdə X4 ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan xx.xx.2006-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı1 adlı övladları doğulmuşdur. Onun məcburi köçkün kimi məcburi köçkünlüyünü təsdiq edən vəsiqəsi vardır. Lakin müraciət etsə də, övladlarına məcburi köçkün vəsiqəsi verilmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınlar və X7 Üzrə Dövlət Komitəsi övladlarına məcburi köçkünlüklərini təsdiq edən vəsiqəni verməkdən imtina edir. Səbəb isə göstərirlər ki, Ağdam rayonunun işğalı zamanı 18 yaşa çatmamış və atası mərhum X6 işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olmasını təsdiq edən hər hansı sənəd əldə etmək mümkün olmadığından onlara məcburi köçkün vəsiqəsinin verilməsi mümkün olmamış və ona görə də övladlarının hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.
4. Məcburi köçkün statusunun verilməsi ilə bağlı müraciətdən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, ““Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə Ağdam rayonunun işğalı zamanı 18 yaşa çatmadığından sizin statusunuz atanız X6 işğaldan əvvəl qeydiyyatı və digər sənədlər yoxlanıldıqdan sonra verildiyi üçün araşdırma aparılmış, lakin mərhum atanızın işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olmasını təsdiq edən hər hansı sənəd əldə etmək mümkün olmamışdır. Bildirilir ki, yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq mərhum atanızın işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olmasını təsdiq edən sənəd təqdim etdiyiniz halda övladlarınıza məcburi köçkün statusunun verilməsi məsələsinə yenidən baxılacaqdır.”
5. AZ-İ 142923 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 və X5 xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. X1 Quliyeva soyadı verilmişdir.
6. Azəbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 045180 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 1993cü ildə Ağdam rayonundakı daimi yaşayış yerini tərk etmişdir, xx.xx.2001-ci ildən məcburi köçkün statusuna malikdir.
7. Azəbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 350617 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X4 1993-cü ildə Ağdam rayonundakı daimi yaşayış yerini tərk etmişdir, xx.xx.2016-cı ildən məcburi köçkün statusuna malikdir.
8. AZ-İ 898288 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2007-cİ ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı3, anası X2r.
9. AZ-İ 728363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı3, anası X2r.
10. Ağdam Rayon İcra Hakimiyyətinin sorğuya verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 sentyabr 2023-cü il tarixli, 5-31-12/2-200/2023 nömrəli arayışına əsasən Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahıda İddiaçı2 və İddiaçı1 ailə üzvlərinin adına şəxsi mənzil olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının müvafiq bəndinə uyğun olaraq 2018-ci ildən onlara ödənilən müavinət dayandırılmışdır.
11. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1nün sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıların atası İddiaçı3 “İddiaçı2 və İddiaçı1 məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların tələblərinə əsasən Ağdam rayonunun işğalı zamanı 18 yaşa çatmadığınızdan sizin statusunuz atanız X6 işğaldan əvvəl qeydiyyatı və digər sənədlər yoxlanıldıqdan sonra verildiyi üçün araşdırılma aparılmış, lakin mərhum atanızın işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olmasını təsdiq edən hər hansı sənədi əldə etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq mərhum atanızın işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olmasını təsdiq edən sənəd təqdim etdiyiniz halda övladlarınıza məcburi köçkün statusunun verilməsi məsələsinə yenidən baxılacaqdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi İddiaçı3 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı: Bənd 2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi həyata keçirir.
16. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Əsasnaməsi: Bənd 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bənd 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir; Bənd 3.11. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir.
17. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir.
18. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. İddia tələbi mümkündür.
III. Məhkəmənin mövqeyi
21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
22. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.
23. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.
24. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.
25. Hazırkı iş üzrə müəyyən olunur ki, birgə iddiaçılar onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmişlər, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir səbəbindən onlara məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin dəlili ondan ibarətdir ki, İddiaçı3 atası X6 işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olması müvafiq sənədlərlə təsdiq olunmadığından “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq İddiaçı3 məcburi köçkün statusuna malik olması müəyyən olunmamışdır.
26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.
27. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.
28. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçılara münasibətdə bütün şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçıların atası İddiaçı3 (xx.xx.1975-ci il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) xx.xx.2001-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Ağdam rayonundan məcburi köçkündür, həmçinin iddiaçıların anası X3 (xx.xx.1983-cü il təvəllüdlü, Ağdam rayonunda doğulmuşdur) xx.xx.2016-cı il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Ağdam rayonundan məcburi köçkündür.
29. Cavabdehin etirazının əsası odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların tələblərinə əsasən Ağdam rayonunun işğalı zamanı iddiaçıların atası 18 yaşa çatmadığından onun statusu atası X6 işğaldan əvvəl qeydiyyatı və digər sənədlər yoxlanıldıqdan sonra verildiyi üçün araşdırılma aparılmış, lakin mərhum atasının işğaldan əvvəl Ağdam rayonunda qeydiyyatda olmasını təsdiq edən hər hansı sənədi əldə etmək mümkün olmamışdır.
30. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, iddiaçıların hər iki valideynləri məcburi köçkündür və məcburi köçkün statusunu təsdiq edən vəsiqələrə malikdirlər, həmçinin məcburi köçkünlər üçün nəzərdə tutuluş bütün imtiyazlardan istifadə edirlər. İddiaçıların atasının məcburi köçkün statusu ləğv edilməyib, etibarsız hesab olunmayıb və ya məcburi köçkün statusundan məhrum edilməyib. Bu səbəbdən də məhkəməyə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
31. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçıların qanunla qorunan hüquqları pozulmuşdur.
33. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva