Məhkəmə qərarları › İş №2-1(112)-12892/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12892/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12892/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (bacısı) X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı, X7 və X3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X13 ilə birlikdə pasport qeydiyyatına alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X8 və X13 inzibati məhkəmə icraatına birgə iddiaçı qismində cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 orderlə iddiaçının yoldaşı X4 babası X11 məxsus olmuşdur. Belə ki, onun ölümündən sonra əmlaka çıxarış alınmamış, miras vərəsəlik qaydasında sənədləşdirilməmişdir. Buna görə də mənzilin mülkiyyətçisinin razılıq ərizəsinin təqdim edilməsi və həmin ünvana qeydiyyata alınmaq bu günədək mümkün olmamışdır. İddiaçının yoldaşı X9 həmin ünvanda qeydiyyatdadır, iddiaçının və uşaqlarının həmin ünvana qeydiyyata alınmağına notarial qaydada razılıq ərizəsi vermişdir. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmağı ilə bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh xx.xx.2025-cü il tarixində imtina etmiş və məhkəməyə müraciət etməyi izah etmişdir. Nəticədə iddiaçı məcbur olub məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat“ haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən, şəxsin (şəxslərin) A.Məhərrəmov küçəsi, ev 62 mənzil 64 ünvanına qeydiyyata alınması üçün, yaşayış sahəsinə köçməyə əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz, əmlakın dövlət reyestrindən çıxarış yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və şəxsiyyəti təsdiq edən sənədlərlə istənilən “Asan xidmət” mərkəzlərinə müraciət edilə bilər. Məlumat üçün bildirilir ki, ailə üzvlərinizin bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ var.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

6. Bakı şəhəri İcraiyyə Komitəsi Xalq Deputatları Soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli 04068 nömrəli Orderə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, A.Məhhərəmov küçəsi, ev 62, 64 saylı mənzil ailə tərkibi ilə X12 ayrılmışdır: - X15, - X16 - X17 - X14

7. İİ-JQ 373387 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 xx.xx.1982-ci il tarixində ölmüşdür.

8. AZ-İ 320657 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X14 xx.xx.1998-ci il tarixində baş beyinə qansızma, kəllə sümük sınıqları səbəbilə ölmüşdür.

9. AZ-İ 857783 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X17 xx.xx.2017-ci il tarixində sağ süd vəzinin xərçəngi səbəbilə ölmüşdür.

10. AZ-İİ 323059 nömrəli Ölüm haqqında Şəhadətanməyə əsasən X18 xx.xx.2018-ci il tarixində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbilə ölmüşdür.

11. xx.xx.2024-cü il tarixli **********107 nömrəli Ərizəyə əsasən X1 Elnurə Bəxtiyar qızının, X3 və X7 ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata düşmələrinə etiraz etmir.

12. AZ-İ 932513 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X9 və X10 arasında xx.xx.2014-cü il tarixində nikah bağlanmışdır.

13. AZ-İİİ 499187 nömrəli Doğum haqqında şəhadətnamə əsasən X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır.

14. AZ-İİİ 499187 nömrəli Doğum haqqında şəhadətnamə əsasən X13 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. X2, anası İddiaçıdır.

15. 31 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, X9 ünvan 6 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır: h/yoldaşı - İddiaçı oğlu - X8 oğlu - X13

16. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktuba əsasən məhkəmə iclasının cavabdehin səlahiyyətli nümayəndəsi olmadan keçirilməsi xahiş edilmişdir.

17. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı və nümayəndəsi (bacısı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

18. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

19. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

20. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

21. Cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

24. İddia ərizəsinin məzmunundan görünür ki, birgə iddiaçılar İddiaçı, X8 və X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına qeydiyyatına alınmağı tələb edir.

25. Məhkəmə iş materiallarını araşdıraraq ilkin olaraq müəyyən edir: - Bakı şəhəri İcraiyyə Komitəsi Xalq Deputatları Soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli 04068 nömrəli Orderə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, A.Məhhərəmov küçəsi, ev 62, 64 saylı mənzil ailə tərkibi ilə X12 ayrılmışdır: X15, X16, X17, X14 - İİ-JQ 373387 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X15 xx.xx.1982-ci il tarixində ölmüşdür. - AZ-İ 320657 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X14 xx.xx.1998-ci il tarixində baş beyinə qansızma, kəllə sümük sınıqları səbəbilə ölmüşdür. - AZ-İ 857783 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X17 xx.xx.2017-ci il tarixində sağ süd vəzinin xərçəngi səbəbilə ölmüşdür. - AZ-İİ 323059 nömrəli Ölüm haqqında Şəhadətanməyə əsasən X18 xx.xx.2018-ci il tarixində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbilə ölmüşdür.

26. Məhkəmə nəzərə alır ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********107 nömrəli Ərizəyə əsasən X1 Elnurə Bəxtiyar qızının, X3 və X7 ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata düşmələrinə etiraz etmir.

27. Məhkəmə eyni zamanda nəzərə alır ki, 31 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X9, İddiaçı, X8 və X13 ünvan 6 ünvanında faktiki olaraq yaşayırlar.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçıların həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.

29. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

30. Qeyd edilən yanaşma X30 məhkəməsinin təcrübəsinə də əsaslanır. X30 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X30 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. Birgə iddiaçılar İddiaçı, X7 və X3 ünvan 7 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar