Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-129/2020 25.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, X2 Röşən qızının (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 (Bakı şəhəri, Azərbaycan prospekti 7 ünvanında qeydiyyatda olan) iştirakı ilə, X2 Röşən qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Röşən qızı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməllərinə son qoyulması və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin əməlləri nəticəsində kompensasiya kimi ona dəymiş 3.000 min manat məbləğində maddi ziyanın, 300.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2690/2019 saylı xx xxxx 2019-cu il tarixli Qırardadı ilə Heydərova Səyyarə Röşən qızının iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2227/2019 saylı xx xxxxxx 2019-cu il tarixli Qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2690/2019 saylı xx xxxx 2019-cu il tarixli Qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı bildirdiyinə görə 2010-cu il tarixində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı polkovnik Fazil İmamverdiyev onun yaşadığı evin qarşısında baş nahiyəsindən zərbə endirərək hadisə yerindən qaçıb getmişdir. Həmin zaman şikayəti əsasında Fazil İmamverdiyevin təqsirləndirilməsinə dair Cinayət İşi açılmış və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə təqsirli bilinmişdir. Lakin təqsirləndirilən şəxsin cəzalandırlmasına dair heç bir tədbir görülməmişdir. Qeyd olunanlarla bağlı müvafiq instansiyaya şikayət etmişdir. Daha sonra yaşadığı evin pəncərəsinin şüşəsi naməlum şəxs və yaxud şəxslər tərəfindən sındırılmışdır. Bu barədə ərazi aidiyyəti üzrə 36- cı Polis Bölməsinə şikayət etdikdən sonra 36-cı Polis Bölməsinin əməkdaşı tərəfindən iş üzrə maddi sübut kimi “daş” götürülsə də sonradan cinayət işi açılmamış və heçbir tədbir görülməmişdir. X5 Nazirliyinin 102 çağrı xidmətinə zəng edərək şikayətim əsasında heçbir prosedurun aparılmaması və heçbir tədbir görülməməsi barədə şikayətlər etmişddir. İyun ayında qapısını tanımadığı şəxs döyərək ondan qarajı icarəyə verdiyini soruşmuş, həmin şəxsə “bəli” cavabı verərək icarə haqqının 50 manat təşkil etdiyini bildirmişdir. Həmin gün o iddiaçıya şəxsiyyət vəsiqəsini qoymuş və qarajın açarını götürmüşdür. Hər şey də bundan sonra başlamışdır. Evində oğurluq hadisəsi baş vermiş, xx xxxx 2018-ci il tarixindən indiyədək cinayət işi hələ açılmamış, heçbir tədbir görməmişdir.....O evdə tək yaşadığını, valideynlərinin hər ikisinin vəfat etdiyini, heçkiminin olmadığını, günlərlə acsusuz qaldığını, bu halın dəfələrlə polisə bildirsə də heçbir müsbət addım atılmadığını və və polisin qeyd olunan hərəkətsizliyi nəticəsində qızıllarının lambarda qoyub pul götürmüşdür. İddiaçı qeyd edir ki, Vüqar adlı şəxs onun evindən 700 manat kosmetika çantasından pul, svarovskiy qaşlarla bəzədilmiş brelok, qaşlarla bəzədilmiş açar brelok, 10 manat pul, flyaşkart, maqazin kartlarını oğurlayaraq ona 1.121 manat ziyan vurmuşdur. Həmçinin qeyd ediir ki, onun qarajından anasının ona verdiyi yadigar qədimi samovarı da yoxdur. Bu barədə də polis idarəsinə məlumat verməsinə baxmayaraq həmin cinayətin üstü də açılmayıb. xx xxxxxx 2019 tarixində daha bir hadisə olmuşdur. Belə ki, o Xətai Rayon Polis İdarəsinə gəlmiş, Daxili İşlər Nazirliyinin Oğurluq şöbəsinin rəisi Natiq Mirzəyevə zəng etmiş, lakin rəis onu qəbul etməmiş, o polis bölməsindən məcburi şəkildə çıxardılmış, bunun nəticəsində qol əzələsi möhkəm zədələnmişdir, onun müraciətinə baxılmayaraq cinayət işi açılmamışdır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 300.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərilmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciəti Bakı şəhər BPİ-yə daxil olmamışdır. Eyni zamanda X2 Rövşən qızının Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinə qarşı qaldırdığı iddia əsassızdır və rədd olunmalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərilənlərin məzmununa uyğun izahat verərək iddianın eədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlar dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan, - Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X2 Röşən qızına ünvanladığı 101-51971H-32 saylı xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, iddiaçının müxtəlif dövlət instansiyalarına ünvanladığı müraaciətlərə baxılaraq xx xxxx 2018-ci il tarixdə yaşadığı mənzildə baş vermiş oğurluq faktı ilə bağlı Xətai RPİ-nin əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi, müsbət nəticənin olduğu halda iddiaçıya məlumatın veriləcəyi bildirilmişdir. - Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin X2 Röşən qızına ünvanladığı 005-21968/2 saylı xx xxx 2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, iddiaçının əmlakının oğurlanması və pulunun ələ keçerilməsi ilə bağlı tədbirlər görülməməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılaraq bildirilmişdir ki, iddiaçının yaşadığı evdən əmlakının oğurlanması faktına görə Xətai rayon X3 şöbəsində Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 177.1 (oğurluq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə xx xxxxxxxx 2018-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Hazırda cinayətin açılması istiqamətində tədbirlərin davam etdirildiyi, həmçinin iddiaçının pulunun ələ keçirilməsi barədə tanıdığı Ülviyyə Abdalovanın şikayət ərizəsi əsasında Səbail rayon X3 Şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmadığına görə xx xxxxx 2019-cu ildə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi, qərarlardan Xətai və Səbail rayon Prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüquququnun olduğu izah edilmiş, müraciətə cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilmiş qərarın əsaslığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəti və Səbail rayon prokurorlarına göndərildiyi bildirilmişdir. - Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X2 Röşən qızına ünvanladığı 040-2636-1218 saylı xx xxxxxx 2019-cu il tarixli məktubun surətindən müəyyən olunur ki, iddiaçının yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Xətai RPİ 36-cı PB-nin əməkdaşı Sadiq Həsənov tərəfindən aparılan araşdırmadan iddiaçının narazı olması barədə DİN-nin Polis Akademiyasının rəhbərliyinə ünvanladığı müraciətə Bakı şəhər Baş Polis İdarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə iddiaçının yaşadığı evdə təmir işləri aparmış Vüqar adlı şəxs tərəfindən pul və əşyaların oğurlanması barədə iddiaçının DİN-nin “102” Xidməti-Zəng mərkəzi sisteminə verdiyi məlumat və ərizəsi əsasında Xətai RPİ 36-cı PB-də təhqiqat araşdırması aparılaraq toplanmış material RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və orada faktla bağlı xx.xx.2018-ci il tarixdə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Müraciətə baxılmasının nəticəsindən narazı qaldığı halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquququ izah edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 (üç yüz min) manat məbləğində pul vəsaiti tələb edir. Öz iddiasının əsası olaraq iddiaçı cavabdehin ona qarşı törətdiyi qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərin vurulması ilə əsaslandırmağa cəhd etmişdir. Məhkəmə iddia tələbinin həlli üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Hazırkı halda iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə, cavabdehin təqsirini, bunun nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 300.000 (üç yüz min) manat miqdarında hesablanmasının əsaslandırdığına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 040-2636-1218 saylı xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, , iddiaçının yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Xətai RPİ 36-cı PB-nin əməkdaşı Sadiq Həsənov tərəfindən aparılan araşdırmadan iddiaçının narazı olması barədə DİN-nin Polis Akademiyasının rəhbərliyinə ünvanladığı müraciətə Bakı şəhər Baş Polis İdarəsində baxılaraq, müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə iddiaçının yaşadığı evdə təmir işləri aparmış Vüqar adlı şəxs tərəfindən pul və əşyaların oğurlanması barədə iddiaçının DİN-nin “102” Xidməti-Zəng mərkəzi sisteminə verdiyi məlumat və ərizəsi əsasında Xətai RPİ 36-cı PB-də təhqiqat araşdırması aparılaraq toplanmış material RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və orada faktla bağlı xx.xx.2018-ci il tarixdə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlamış, aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Müraciətə baxılmasının nəticəsindən narazı qaldığı halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquququ izah edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində və məhkəmə araşdırması zamanı göstərdiyi xüsusatlar həmin dövrdə aidiyyatı orqan tərəfindən araşdırılaraq əsassız olması öz təsdiqini tapmışdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, aparılmış araşdırma nəticəsində iddianın əsassız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-129/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-129/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver