Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-129/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çıxarışın verilməsi tələbi”nə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 V ünvanında yerləşən fərdi yaşayış evə dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X5 təsərrüfatı Müəssisəsinin xx xxxxxx 2000-ci il tarixli 6№-li əmri ilə Abşeron rayonu İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25№-li Qərarı əsasında Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə torpaq fondundan iddiaçıya 0.1 hektar torpaq sahəsi verilmişdir. Verilən torpaq sahəsi qanuni əsaslarla verildiyi üçün yaşayış evinin tikintisi üçün lazım olan bütün lazımi sənədləri hazırladıqdan sonra evin tikintisini həyata keçirmişdir. Bakı şəhəri Abşeron rayonu. Evin tikintisi üçün bütün sənədləşmə hazır olduqdan sonra birmərtəbəli yaşayış evi tikilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan isə məktubda göstərmişdir ki: “Elektron kadastr məlumatına əsasən məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayonu, S.Əliyev adına Südçülük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudlarından (Zabrat Aeroportunun ərazisi ilə həmsərhəddir) kənarda yerləşir.” Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında imtinanı müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan sənədlərdən görünür ki: Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X5 təsərrüfatı Müəssisəsinin xx xxxxxx 2000-ci il tarixli 6 №-li əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 25 №-li qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,1 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. Abşeron rayonu Dövlət arxivi tərəfindən verilmiş xx xxxx 2014-cü il tarixli F-677 nömrəli arxiv çıxarışdan görünür ki, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X6 X1 xx xxxxxx 2000-ci il tarixli əmri ilə İddiaçı fərdi evin tikilməsi üçün 0,1 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı oğluna fərdi yaşayın evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi razılaşdırılaraq sxemi tərtib edilmişdir. Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2018-ci il tarixli **********01 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayonu, S.Əliyev adına Südçülük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudlarından (Zabrat aeroportunun ərazisi ilə həmsərhəddir) kənarda yerləşir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş, sorğuya **********19 nömrəli xx xxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, elektron kadastr bazasının məlumatlarına əsasən İddiaçı ayrılmış ünvan 1 V ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin naturada yeri Abşeron rayonu, S.Əliyev adına Südçülük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilindən kənarda yerləşir. Araşdırma zamanı Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin və tikilinin koordinatları müəyyən edilməklə ölçülmüş. Naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparılmış, elektron kadastr bazasının məlumatlarına əsasən İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin naturada yeri Abşeron rayonu, S.Əliyev adına Südçülük maldarlıq üzrə X5 təsərrüfatı Müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxlindən kənarda yerləşir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1571/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə zərurət yarandığından məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 22294 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən elektron kadastr bazasının məlumatlarına görə İddiaçı ayrılmış ünvan 1 V ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin naturada yeri Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilindən kənarda yerləşir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)- 1236/2020 saylı qərardadı ilə iş üzrə zərurət yarandığından həmçinin, iddiaçının istifadəsində olan torpaq sahəsinin 2001-ci ilədək Abşeron rayonu S.Əliyev adına Südçülük maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsinin hüdudları daxilində yerləşib yerləşməməsini, hazırda hansı inzibati orqanının balansında olmasını müəyyən etmək üçün təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/714 nömrəli ekspert rəyinə əsasən 1 saylı Bakı ərazi İdarəsinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq “xxxx” Aviaşirkəti MMC-nin Zabrat aeroportunun tam sərhəddində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş **********88 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi S.Əliyev adına Südçülük maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsinin hüdudlarından kənarda yerləşir, faktiki olaraq “xxxx” Aviaşirkəti MMC-nin Zabrat aeroportunun tam sərhəddində yerləşir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Qeyd edilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçı, qeydiyyata alınmasını tələb etdiyi tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddəsində nəzərdə tutulmuş, qeydiyyata əsas olmuş sənədlərdən hər hansı birini, yəni iddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüquqlarını təsdiq edən sənədi təqdim etməmişdir. Eyni zamanda iddiaçının tələb etdiyi fərdi yaşayış evinə dair tikilinin qeydə alınması və çıxarışın verilməsinə əsas olmuş hal müəyyən edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və tikilinin qeydiyyatdan keçirilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan ekspertiza xərclərinə dair Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 22294 nömrəli və xx xxxxxx 2020-ci il tarixli 10/714 nömrəli bildirişlərindən görünür ki, hazırki iş üzrə ekspertiza xərci müvafiq olaraq 50 (əlli) manat və 50 (əlli) manat təşkil edir. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar isə 01/29/176 saylı smetadan görünür ki, mütəxəssis rəyi ilə əlaqədar prosessual xərclər 124,55 (yüz iyirmi dörd manat 55 qəpik) təşkil edir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çıxarışın verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan cəmi 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 124,55 manat məbləğində prosessual xərcinin “xxxx” MMC-nin hesabına ödənilməsi vəzifəsi iddiaçı İddiaçı üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-129/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-129/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver