Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-129/2024 06.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X3 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı üçüncü şəxs qismində X3 cəlb edilməklə “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının ünvan 1 fərdi evə daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının ünvan 1 fərdi evə daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9938/2021 saylı işi üzrə qəbul etdiyi 15 dekabr 2021-ci il tarixli Qərarı ilə, iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının əsassız hesab edilməsi və İddiaçı ünvan 1 fərdi evə qeydiyyata alınmas vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
3. 01.09.2023-cü il tarixdə X3 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9938/2021 saylı, 15 dekabr 2021-ci il tarixli Qərarı onun maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17086/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə, iş üzrə qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-9938/2021 saylı qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və X2 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda bir ildən artıqdır ki, yaşayır. Yaşadığı ünvan iki mərtəbədən ibarət olmaqla atası Nüsrətov Şirvan İsmayıl oğluna məxsusdur. İddiaçı ailəli olsa da, faktiki olaraq atasının yanında yaşayır. İddiaçının iki qardaşı vətənin müdafiəsi uğrunda şəhid olmuşdur. Hal-hazırda o atasına qulluq edir. İddiaçının atası məhkəmə qərarı əsasında həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı atasının razılığ ərizəsini və məhkəmə qərarını Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə təqdim edərək, onun faktiki yaşayış yeri üzrə ünvan 1 fərdi evə pasport qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan isə özünün 23 avqust 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının tələbinin icrasından imtina etmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehdən imtina məktubu alınmış, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və üçüncü şəxsin nümayəndəsi və vəkili hrə biri ayrı-ayrılıqda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahat və çıxışlarını, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı işi üzrə qəbul etdiyi 12 mart 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Nüsrətov Şirvan İsmayıl oğlunun ünvan 4 ünvana qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Nüsrətov Şirvan İsmayıl oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, qeydiyyatda olduğu ünvan 4 ünvanına İddiaçı qeydiyyata alınmasına etiraz etmir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş: “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında X3, Nüsrətov Şirvan İsmayıl oğlu və İddiaçı qeydiyyatdadırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı ünvan 8 ünvanı üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının ünvan 8 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə, üçüncü şəxs Nüsrətov Şirvan İsmayıl oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2289/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Nüsrətov Şirvan İsmayıl oğlu, X5 və İddiaçı qarşı yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə iddia qismən təmin edilmiş, iddiaçı X2 Bakı şəhəri, Sabuçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 3Q ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmış, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə, cavabdeh Nüsrətov Şirvan İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, iddiaçı X2 ünvan 9 ünvanda yerləşən fərdi evə köçürülməsi qət edilmiş, Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2196/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə mülki iş üzrə cavabdeh Nüsrətov Şirvan İsmayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İV. Məhkəmənin mövqeyi
8. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanuna əsasən:
- 1.Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. -2. şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5. yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs (şəxslər), üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mübahisəli ünvanda (ünvan 10aşayış evi özbaşına inşa edilmiş və hüquqi baxımdan özbaşına tikili hesab edilir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə dair də hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılan 2(102)-2196/2022 saylı mülki mübahisə üzrə X2 ünvan 9 ünvanda yerləşən fərdi evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən baxılan 2- 1(102)-202/2023 saylı inzibati mübahisə üzrə X2 ünvan 8 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi hazırki mübahisə üzrə məhkəmə mübahisələri olmuş və məhkəmələr tərəfindən baxılan zaman belə qənaətə gəlinmişdir ki, hazırki inzibati iş üzrə üçüncü şəxs X3 mübahisəli fərdi yaşayış evini mərhum əri Seyran Nüsrətovla birlikdə 2020-ci ilin noyabr ayında əldə etməklə bir müddət həmin evdə yaşamış, əri 2021-ci ilin yanvar ayında öldükdən sonra da həmin evdə yaşamasına maneələr yaradıldığından və ora buraxılmadığından həmin fərdi yaşayış evini tərk etməli olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 fərdi evə daimi pasport qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; -11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
10. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə hərəkəti (hərəkətsizliyi)qanunauyğun olmuşdur, belə ki, iddiaçı ünvan 11 ünvanınamülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı üçüncü şəxs qismində X3 cəlb edilməklə “cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının ünvan 1 fərdi evə daimi pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova