Məhkəmə qərarları › İş №2-1(112)-1290/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1290/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1290/2024 19.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-149337/2023 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə xx.xx.2009-cu il və xx.xx.2015-ci illər, xx.xx.2015-ci il və xx.xx.2021-ci illərin ayrı-ayrılıqda 6 illərin hesabında toplanmış sosial sığorta kapitalının 72 aya bölünməklə pensiyasına əlavə olunmaqla indeksləşdirilərək əmək pensiyasının yenidən hesablanması, cavabdeh tərəfdən xx.xx.2017-ci il tarixindən işdən çıxma haqqında verdiyi yalan məlumat və ya saxta sənədin ləğv edilməsi, cavabdeh tərəfin xx.xx.2009-cu il - xx.xx.2023-cü il tarixinə kimi əskik (43966,97 manat) ödəmiş məbləği ödəməsi haqqında qərar qəbul edilmsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildən “Azneft” istehsalat birliyi “Neft Daşları” Neft və Qazçıxarma idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində 39 ildir ki, ağır və zərərli işlərdə işləyir və işləməyə davam edir. xx.xx.2009-cu ildən ağır və zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən imzaladığı sərəncamında bildirilmişdir ki, pensiyaya çıxmış pensiyaçı təqaüd təyin olunduğu gündən sonra işləməyə davam edərsə işlədiyi hər 6 ildən bir 6 il ərzində hesabında toplanmış sosial sığorta kapitalı 72 aya (6x12) bölünməli və alınan məbləğ pensiyasına əlavə olunmalı və indeksləşdirilərək əmək pensiyası yenidən hesablanmalıdır. Bu sərəncamdan sonra xx.xx.2009-cu il və xx.xx.2015-ci illər arası 6 illərin hesabında toplanmış 45111,60 manat sosial sığorta kapitalını 72 aya bölünərək (4511,60 : 72 = 626,55 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55 + 761,29 = 1387,84 manat) indeksləşdirilməklə xx.xx.2021-ci il tarixinədək 1962,77 manat əmək pensiyası almışır. İkinci 6 il xx.xx.2015-ci il və xx.xx.2021-ci il tarixində tamam olmaqla əlaqədar xx.xx.2021ci il tarixində ərizə və əmək kitabçasının təsdiq olunmuş surətini mərkəzi filiala təqdim etmiş, ikinci 6 il ərzində hesabında toplanmış 83933,89 manat sosial sığorta kapitalının 90 faizi nəzərə alınmaqla (83933 x 90 = 75540,50 manat) 75540,50 manatı 72 aya bölünməsi alınan məbləğin (7550,50:72-1049,17 manat) pensiyasına əlavə olunması və indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin düzgün hesablama aparılmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixində **********3 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci ildən işdən çıxmışdır, halbuki, o fasiləsiz 39 ildir ki, işləyir və işləməyə davam edir. Belə ki, idiaçının 6 il ərzində toplanılmış sosial sığorta kapitalı 45111,60 manat deyil, 45874,40 manatdı. Ona səhvən 45111,60 manat deyil 45874,40 manatı 72 aya bölünmüşdür. 45874,40 manatı 130-a bölünməlidir (6 il 130 ay etmir 72 ay edir, bu da 72 aya bölünməlidir). Bunlar 45874,40 manatı 130 aya bölərək 45874,70 : 130 = 352,88 manatı 761,29 + 352,88 = 1114,17 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 1575,61 manata 387,16 manat azaldaraq və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul ödədiklərini bildirmişdir. İddiaçı onu indeksasiya faizləri ilə hesablayaraq 761,29 + 626,55 = 1387,84 manat xx.xx.2009-cu il tarixdən indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 1962,77 manat etmir, xx.xx.2009-cu ildən xx.xx.2021-ci il tarixə kimi iddiaçının əmək pensiyası 2785,15 manat olmalı idi. Cavabdehin dediyi xx.xx.2017-ci il - xx.xx.2021ci illər arasındakı dövr ərzində iddiaçıya 30480,90 manat əskik ödəniş ediblər. ...Cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli ikinci məktubu ilə bildirmişdir ki, onun pensiyası yenidən hesablanaraq məlum etmişdir ki, əmək pensiyası yenə düzgün hesablanmayıb. Belə ki, xx.xx.2009-cu ildən idiaçının əmək pensiyası 761,29 manat deyil, 819,39 manat məbləğində əmək pensiyası ödəməli olduğu halda ona səhvən 761,29 manat əskik əmək pensiyası ödəmişlər. Bu da (819,39 - 761,29 = 58,10 manat) iddiaçıya xx.xx.2009-cu il tarixdən hər ay 58,10 maanat əskik ödəmişlər. Belə ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixinə kimi 58,10 manatı indeksasiya faizləri ilə indeksləşdirəndə 13486,07 manat əskik, ümumiyyətlə 13486,07 + 30480,90 = 43966,97 manat əskik əmək pensiyası ödəmişlər və mənə külli maqdarda maddi ziyan vurublar. Həmin məktubda göstərir ki, xx.xx.2009-cu il və xx.xx.2015-ci illərin 6 ilin hesabında 45874,40 manat toplanmış sosial sığoıta kapitalı 130-a bölərək 45874,40 : 130 =352 manatı qanuni əmək pensiyasının 819,39 manatın üzərinə əlavə edilərək 352,88 + 819,39 = 1172,27 manatı indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinə 1657,77 manat olduğunu yazmışdır. Ancaq təəssüf ki, 352,88 + 819,39 = 1172,27 manatı xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək pensiyası 2352,54 manat olmalıdır. xx.xx.2023-cü il tarixinə kimi əmək pensiyası 2809,22 manat olmalıdır. Məhkəmədən xahişi ondan ibarətdir ki, ölkə başçısı tərəfindən xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi ilə bağlı imzalanmış sərəncama əsasən onun əmək pensiyası düzgün hesablansın və düzgün indeksasiya faizləri ilə indeksləşdirilsin. Yəni xx.xx.2009-cu il və xx.xx.2015-ci illərin 6 ilin hesabında 45874,40 manat toplanmış sosial sığorta kapitalı 72 aya bölünsün: 45874,40:72=637,14 manat. 637,14+819,39=1546,53 manat indeksləşdirlməklə, xx.xx.2015-ci ilə kimi 1769,95 manat, xx.xx.2005-ci il və xx.xx.2021-ci illərin 6 il hesabında toplanmış 83933,89 manat sosial sığorta kapitalı 90 faizi nəzərə alınmaqla 75540,50 manatı 72 aya bölünməklə 75540,40:72-yə=1049,17 manat, 1049,17+1769,95=2819,12 manatı indeksləşdirərək xx.xx.2015-ci ildən xx.xx.2023-cü ilə kimi əmək pensiyası 5534,40 manat olmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianən dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Bildirilir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Baba Murad oğluna məxsus olan sənədlərə əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 30 il, güzəştli iş stajı isə 20 il təşkil edir. İddiaçı təyin edilmiş əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 10 ilə görə 20% (10*2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 10% (10*1%) olmaqla orta aylıq əmək haqqının 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2006cı il tarixə orta aylıq əmək haqqına uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, İddiaçı səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 761,29 manat)) əmək pensiyası müəyyən edilməklə əskik pensiya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Həyata keçirilmiş araşdırma zamanı, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1657,77 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021ci il tarixədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 1730,80 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 1985,22 manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını arsaşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya verilmiş 26 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 noyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Fondun Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya 3 fevral 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında’’ Qanunun 37.3.1 -ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının 30 mart 2021-ci il tarixli ərizənizə əsasən aparılmış araşdırmalar zamanı Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində işdən çıxmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 45874,40 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 il 6 ay - 58 il 8 ay = 58 ay +144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) əmək pensiyanızın (761,29 manat) üzərinə əlavə edilərək (761,29+352,88=1114,17 manat (indeksləşdirilərək hazırda 1575,61 manat)) sizə ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 45111,60 manat sığorta kapitalı 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə (761,29+626,55=1387,84 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 1962,77 manat)) iddiaçıya ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının pensiyasının növbəti dəfə yenidən hesablanması məsələsinə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədiyinə yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxılacağı, əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasından 6 il müddətin başa çatmadığı, əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixindən etibarən 1575,61 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürüldüyü bildirilmişdir. - Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya verilmiş 05 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 05 iyul 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Fondun Yasamal rayon şöbəsi tərəfindən sizə 3 fevral 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərində qeyd olunanlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 30 il, güzəştli iş stajı isə 20 il təşkil edir. Əmək pensiyasının əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 10 ilə görə 20% (10*2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 10% (10*1%) olmaqla orta aylıq əmək haqqının 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, onun əmək pensiyasının 01.01 2006-cı il tarixinə orta aylıq əmək haqqına uyğun 309,97 manat 40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixinə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsi xx.xx.2009-cu il tarixinə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək 01.11 2017-ci il tarixinədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və 01.01 2006-cı il tarixinədək iş stajına uyğun səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) uyğun olaraq. 531,81 manat 432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinədək 761,29 manat)) əskik əmək pensiyası ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək olan redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririlmişdir ki, aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən Fondun Yasamal rayon şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənizə əsasən adıçəkilən şöbə tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1657,77 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1962,77 manat)) iddiaçıya artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfin dən iddiaçıya verilmiş 26 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, 27 mart 2023-cü il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və əvvəlki məktublarda qeyd olunanlarla yanaşı əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1 % olmaqla lakin 100%- dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında mövcud olan sənədlərinizdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 30 il, güzəştli iş stajınız isə 20 il təşkil edir. Əmək pensiyanız əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq oian 10 ilə oörə 20% M0*2%). 10 ildən artıcı olan güzəştli is stajına görə 10% (10*1%) olmanla orta aylıq əmək haqqınızın 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyasının xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqınıza uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixinə ümumilikdə indeksləşdirilərək 473,24 manat hesablanaraq, xx.xx.2006-xx.xx.2009-cu il tarixiəri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixinə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi) +26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, sizə səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixinədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyasının sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinədək 761,29 manat)) əmək pensiyası müəyyən edilməklə əskik pensiya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı xx.xx.2017-ci il tarixli ərizəyə əsasən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1657,77 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1962,77 manat)) sizə artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, ona ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilmiş pul vəsaiti 2022-ci ilin iyul ayından etibarən hissəhissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Məktubda əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 1730,80 manat müəyyən edilib. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən pensiyanın indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının xx.xx.2023-cü il tarixindən etibarən 1985,22 manat təşkil edir. - Yasamal RPİ tərəfindən verilmiş, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -iddiaçıya məxsus ИТ-İ № 0219570, saylı xx.xx.1979-cu il tarixdə doldurulmağa başlanılan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən surətindən görünür ki, iddiaçı 27 iyul 1975-ci il tarixdə əmək fəalliyətinə başlamış, hal-hazıradək işləyir. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki: -DSMF-in Xəzər rayon şöbəsinin 341 nömrəli qərarı ilə iddiaçıya 03 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -DSMF-in Yasamal rayon şöbəsinin 183 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********1 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə (6 il və daha çox işlədiyi üçün yenidən hesablama) əsasən yenidən hesablanmış və 1575,61 manat pensiya məbləği müəyyən edilmişdir. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7674/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1985,22 manat pensiya məbləği müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş araşdırma zamanı, iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1657,77 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun pensiyası düzgün hesablanmamışdır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçısı kimi işlədiyi müddətdə hər 6 ildən bir 6 il ərzində hesabında toplanmış sosial sığorta kapitalı 72 aya (6x12) bölünməli və alınan məbləğ pensiyasına əlavə olunmaqla indeksləşdirilərək əmək pensiyası yenidən hesablanmalıdır. Yəni iddiaçı onun 50 yaşdan güzəştli şərtlər əsasında pensiyaya çıxdıqdan sonra da işləyən əmək pensiyaçısı olduğunu nəzərə alaraq 6 il ərzində toplanmış sosial sığorta kapitalının 130 aya deyil, 72 aya bölünməli olduğunu qeyd edərək xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə pensiyanın yenidən hesablanmasını istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. -1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. -4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -37.3.1. (xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiya) Yaşa görə əmək pensiyasının yalnız baza hissəsi ödənilir, sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Həmin şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra əmək pensiyalarının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılır... -37.3.1. (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiya) Yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. -45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilən normalara əsasən iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonrakı müraciəti əsasında yenidən hesablandığından “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində göstərilən şərtlərlə, ancaq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma olan həmin qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dispozisiya şərtlərinə uyğun qaydada həyata keçirilə bilərdi. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Göründüyü kimi, 01 iyul 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmək pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını təsbit etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki yeni tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. İddiaçı ona əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı hazırda da işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı pensiya kapitalını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 130 aya (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay = 130 ay) aya bölməklə yenidən hesablaması qanuni olmuşdur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar