Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12901/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi qismində vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "müqavilənin və sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhəri Cavabdeh1 tərəfindən “Mənzillərin əvəzsiz olaraq verilməsi barədə” xx.xx.1994-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakmiyyəti başçısının 409/185 nömrəli, xx.xx.1994-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, mənzil 14 -ün mərhum X3 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncamın, MH seriyalı, № 143446 saylı, xx.xx.1994-cü il tarixli, 205 № li reyestr kitabından 30214-cü səhifənin 30 № altında qeydiyyata alınmış və 205-ci səhifədə 30214 № ilə qeydiyyata alınan 30/30214 №-li “Qeydiyyat vəsiqəsi”lərinin etibarsız hesab edilərək ləğv edilməsi, eyni zamanda ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı adına geri qayatarılması barədə sərəncam imzalanması öhdəliklərinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum oğlu X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı qəhrəman ana olduğu üçün (12 övladı olduğu üçün ) ünvan 5 (əvvəlki adı ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı dövlət (Bakı şəhəri Cavabdeh1 xx.xx.1994-cü il tarixli, 200/17 nömrəli sərəncamına əsasən) tərəfindən hədiyyə olunmuşdur. AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilinin başqasına özgənkiləşdirilməsinə dair hər-hansısa bir sənəd mövcud olmadığı təsdiq edilmişdir. İddiaçı ilə onun oğlu X5 arasında hər hansı bağışlama, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mövcud deyildir. Bildirilir ki, Bakı Şəhəri Cavabdeh1 tərəfindən “Mənzillərin əvəzsiz olaraq verilməsi barədə” xx.xx.1994-cü il tarixli müqavilə, eyni zamanda Bakı şəhəri Nəsimi Rayon İcra Hakmiyyəti başçısının 409/185 nömrəli, xx.xx.1994-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, mənzil 14-ün mərhum X3 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncam verilmişdir. Nəzərə çatdırıldığı kimi, AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilinin başqasına özgənkiləşdirilməsinə dair hər-hansısa bir sənəd mövcud olmadığı təsdiq edilmişdir. Eyni zamanda İddiaçı qəhrəman ana olduğu üçün (12 övladı olduğu üçün) ünvan 4 (əvvəlki adı ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı qızma dövlət tərəfindən hədiyyə olmuşdur. Bundan əlavə hazırki iddiaçı mövcud məsələdən oğlunun ölümündən sonra açılmış “vərəsəlik işi” üzrə əmlakın mərhuma məxsus olmasının deyilməsi və sonuncunun ona dair vərəsəlik şəhadətnaməsinin verilməsinə etirazın bildirmiş və hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında həmin sənədlərin mübahisələndirilməsi üzrə iddia tələbi irəli sürmüşdür. Məlumat üçün bildirilir ki, Bakı Şəhəri Cavabdeh1 tərəfindən “Mənzillərin əvəzsiz olaraq verilməsi barədə” xx.xx.1994-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakmiyyəti başçısının 409/185 nömrəli, xx.xx.1994-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, mənzil 14 -ün mərhum X3 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı adma geri qayatarılması barədə sərəncam imzalanması cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 tərəfindən həyata keçirilməsi xahiş olunmuşdur. Lakin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1 tərəfindən hər hansısa geri dönüş edilməmişdir. Odur ki, hesab edir ki, hazırda Bakı Şəhəri Cavabdeh1 tərəfindən “Mənzillərin əvəzsiz olaraq verilməsi barədə” xx.xx.1994-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakmiyyəti başçısının 409/185 nömrəli, xx.xx.1994-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, mənzil 14-ün mərhum X3 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncamın etibarsız hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsi , eyni zamanda ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı adma geri qayatarılması barədə sərəncam imzalanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh1nə həvalə edilməsi mütləq və zəruridir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mənzillərin əvəzsiz olaraq verilməsi barədə” xx.xx.1994-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş Bakı şəhəri Cavabdeh1 başçısının 409/185 nömrəli, xx.xx.1994-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, mənzil 14-ün mərhum X3 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncamın etibarsız hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh1 başçısının 409/185 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamından görünür ki, Rayon İcra Hakimiyyəti başçısının qiymət komissiyasının rəyi təsdiq olunmuş, mənzil 22325.69 rub. qiymətləndirilmişdir və Azərbaycan Respublikası ərazisində mənzillərin özəlləşdirilməsi haqqında xx.xx.1993-cü il tarixli qanuna əsasən, R.Axundov küçəsi, 7 nömrəli evin 7 otaqlı ümumi sahəsi 170.4 kv.m, yaşayış sahəsi 110 kv.m olan bütün kommunal şəraitli 14 nömrəli mənzilin vətəndaş X3 əvəzsiz olaraq şəxsi mülkiyyət kimi verilmişdir. Göstərilən mənzilin yerli sovetin yaşayış fondundan çıxarılıb şəxsi yaşayış fonduna salınması rayon MTİ-nə tapşırılmışdır. Mənzil sərəncamına əsasən mənzilə qeydiyyat vərəqəsinin hazırlanması Bakı şəhəri, Texniki İnventarlaşdırma bürosundan xahiş olunmuşdur. Cavabdeh1 ilə X5 arasında bağlanmış mənzillərin əvəzsiz olaraq verilməsi barədə xx.xx.1994-cü il tarixli müqavilədən görünür ki, X5 Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən R.Axundov küçəsi 7 nömrəli yaşayış evi, 7 otaqlı bütün kommunal şəraitli 170.4 kv.m ümumi istifadə sahəsi 110 kv.m yaşayış sahəsi olan 14 nömrəli mənzilin əvəzsiz olaraq Cavabdeh1nə verir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı 143446 nömrəli xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, R.Axundov küçəsi 7 nömrəli yaşayış evinin 14 nömrəli mənzili X5 adına, digər paylar üzrə 5 y/ot, X6 2 y/ot xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1994-cü il tarixli 30/30214 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, R.Axundov küçəsi 7 nömrəli yaşayış evinin 14 nömrəli mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. AZ-İİ seriyalı 280984 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli 2V-109 nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X1 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv.m olan mənzilə dair vərəsələri: həyat yoldaşı-X7, oğlu-X8, qızı- X4r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-36575/2025 saylı məktubundan görünür ki, ünvan 6 (əvvəlki adı ünvan 7 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə X5 arasında müqavilənin (bağışlama, alqısatqı və s.) və etibarnamənin rəsmiləşdirilməsinə dair sənədlərin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, xx.xx.2007-ci ildən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində İddiaçı ilə X5 arasında təsdiq edilmiş müqavilə və etibarnamə aşkar edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. (Nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı “mənzillərin əvəzsiz olaraq verilməsi barədə” xx.xx.1994-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş Bakı şəhəri Cavabdeh1 başçısının 409/185 nömrəli, xx.xx.1994-cü il tarixli Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 7, mənzil 14-ün mərhum X3 şəxsi mülkiyyət kimi verilməsi haqqında sərəncamın etibarsız hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsi”ni tələb edir. Göründüyü kimi, qeyd edilən müqavilə sərəncam əsasında bağlanmışdır və iddianın müqavilənin mübahisələndirilməsi hissəsi əsas iddiadan asılı iddiadır, əsas iddianın mümkünsüzlüyü əlavə iddianın mümkünsüzlüyü ilə nəticələnir. İddia tələbi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməməsini sərəncam barədə məlumatsız olması ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, qeyd edilən mənzil digər layihə çərçivəsində yenidən inşa edilmiş və həmin dövr üçün kirayə haqqı ona ödənmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən mənzilin digər layihə çərçivəsində yenidən inşa edilməsinə dair müqavilə tərəfi kimi razılığının iddiaçıdan tələb olunmaması və bununla bağlı məlumatlı olmaqla iddiaçının hərəkətsizliyi sərəncam barədə məlumatsız olması dəlilini əsassız edir. Odur ki, inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, iddiaçının dəlili prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia tələbi qeyd edilən hissədə mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №2-1(112)-12901/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12901/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver