Məhkəmə qərarları › İş №2-1(112)-12902/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12902/2025

10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12902/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ünvana dair düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1963-cü il tarixli 20 saylı protokoluna əsasən 8 yanvar 1964-cü il tarixdə 709439 saylı orderlə Qaradağ rayonu, Sahil qəsəbəsi, Kirov prospekti (indiki Zahid Qasımov küçəsi) bina 33, mənzil 2 kimi düzəliş edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1963-cü il tarixli 20 saylı protokoluna əsasən 8 yanvar 1964-cü il tarixdə 709439 saylı orderlə Qaradağ rayonu. Sahil qəsəbəsi, Kirov prospekti (indiki Zahid Qasımov küçəsi) bina 33. mənzil 2 ünvanında mərhum babası X8 yaşayış üçün mənzil verilmişdir. Həmin qərar dövlət arxivində öz əskini tapmışdır. Lakin binanın nömrəsi 33 olduğu halda arxiv arayışında binanın nömrəsi 3 kimi göstərilmişdir. Hazırda həmin mənzildə o yaşamaqla qeydiyyatdadır və mənzili özəlləşdirmək istəyir, lakin binanın nömrəsində olan bu uyğunsuzluğa görə mənzilin özəlləşdirilməsi mümkün olmur. Yol verilmiş texniki səhvlərin düzəldilməsi üçün cavabdeh təşkilata müraciət edilmişdir. Lakin protokolda yol verilmiş texniki səhvlərin düzəldilməsi cavabdeh təşkilatın özü tərəfindən düzəldilməsi mümkün olduğu halda əsassız olaraq onlara imtina verilmişdir. Göründüyü kimi həmin texniki səhvlərin düzəldilməsi hüquq sahiblərinə, yəni onlara heç bir ziyan vurulmadığı üçün aparılması mümkün olduğu halda bundan imtina edilmişdir. Bundan sonra Qaradağ rayon məhkəməsinə müraciət etmişdir və inzibati məhkəməyə müraciət elməyi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir və etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. İddiaçının oğlu X2 ünvana düzəliş edilməsi barədə Cavabdehnə daxil olmuş ərizəsinə cavab olaraq hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiçının mərhum atası X3 adına olan Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış sahəsinin ayrılması barədə 09439 nömrəli orderə düzəliş edilməsi tələbi qoyulmuşdur. Orderdə digər şəxslərin də adları qeyd olunub bu halda vərəsələrin dairəsi müəyyən olunmalı, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Vərəsəliklə bağlı sənədlər təqdim olunmamışdır. Təqdim olunan orderin kötüyü Cavabdehndə aşkar edilməmişdir. Order həmin dövrlərdə Əzizbəyov (indiki Xəzər) rayon XDS İK tərəfindən verilmiş orderlərdən kəskin şəkildə fərqlənir, tarix, nömrələnmə və orderi imzalayan vəzifəli şəxslər tamam fərqlidir. Anoloji işə Bakı İnzibati Məhkəməsində inzbati işə baxılmış və iddia mümkün sayılmamamışdır. Bundan əlavə, təqdim olunan Əzizbəyov rayon ZDS İK-nin xx.xx.1963-cü il tarixli, 20 nömrəli protokolunda mərhum X3 adı qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, olan İddiaçı Cavabdehnə qarşı ‘’ünvana düzəliş edilməsi’’ tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf hazırkı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.1964-cü il tarixli 09439 nömrəli Orderə əsasən Primorski qəsəbəsi, ev 33, mənzil 2 ünvanında yerləşən 2 otaqlı 32 kv.m sahəsi olan mənzil X8 3 əlavə 2 nəfər ailə təkibində -Həmidova Ş. və Həmidova S. istifadəsinə verilmişdir. -Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3-52- 13-4/2-321/24 nömrəli Arayışdan görünür ki, İddiaçı hal-hazırda Sahil qəsəbəsi Zahid Qasımov küçəsi ev 33, mənzil 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mənzil keçmiş Əzizbəyov rayon XDSİK-nin xx.xx.1963-cü il tarixli, 20 saylı protokoluna əsasən mərhum atası X3 adına Bakı şəhəri Sahil qəsəbəsi Kirov prospekti (indiki Zahid Qasımov küçəsi) bina 33, mənzil 2 ünvanına xx.xx.1964-cü il tarixli, 09439 saylı orderlə verilmişdir. Bəzi sənədlərdə “33” saylı binanın nömrəsi texniki səhv olaraq “3” kimi getmişdir. -109 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 379 nömrəli Arayışdan görünür ki, İddiaçı hal-hazırda ailəsi ilə birlikdə yaşadığı mənzil Z.Qasımov küçəsi ev 33 mənzil 2-dir. Bina 1963-cü ildə istifadəyə verilib, əvvəlki ünvanı Kirov prospekti 8-ci kvartal, ev 33, mənzil 2 adlanırdı. -Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-13/1-H-107-091/23 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyənəşdirilməsini həyata keçirir. Bununla əlaqədar toxunulan məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğundur. -Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-12/2-H-44- 092/2024 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan məsələ Cavabdeh səlahiyyətləri xaricində olduğundan, hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. -AZ-İİ seriyalı 366558 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 310 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 827636 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 603 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 031350 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X11 xx.xx.2012-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-cı il tarixdə 145 nömrəsi ilə qeyd edilmişdir. -Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 20 nömrəli Protokolundan Çıxarışdan görünür ki, Primorski qəsəbəsinin Kirov prospektində yerləşən 3 nömrəli 36 mənzilli yaşayış binasında mənzillərin bölüşdürülməsi üçün təqdim edilmiş siyahı təsdiq edilir. 14 nəfər qeydiyyatda olan rezident və 9 nəfər ali təhsilli mütəxəssis olmaqla 23 nəfərə əmr verilib. Bakı Şəhər İH-nin qərarını alandan sonra yerdə qalan 13 nəfərə sərəncam verilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli 183 nömrəli Arayışa əsasən İddiaçı xx.xx.2016-cı ildə vəfat etmiş atası X11 axırıncı daimi yaşayış yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 33, mənzil 2 olmuşdur. Daimi qeydiyyatda olanlar: İddiaçı, X12, X13, X9r. -Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 3953/2024 nömrəli Qərardada əsasən ərizəçi X2 maraqlı şəxs Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktına dair mülki iş üzrə icraata xitam verilmişdir -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınjın xx.xx.2025-ci il tarixli 2(103)- 1779/2025 nömrəli Qərardadına əsasən ərizəçi X2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3953/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. -Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixi 189 nömrəli məktubda göstərilmişdir ki, 12.06.225-ci ildə Bakı şəhəri 45 saylı notariat ofisində vətəsəlik işi tanınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-22385 nömrəli məktubunda göstərilmişdir ki, Araşdırma zamanı xx.xx.1966-cı il təvəllüdlü İddiaçı. X2, xx.xx.1989-cu il təvəllüdlü xx.xx.1992-ci il təvəllüdlü X5, xx.xx.1997-ci il təvəllüdlü X1 ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-4/2-170/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi (keçmiş Kirov pr-ti), ev 33, mənzil 2 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 109 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. 109 saylı MKİS-nin yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə tərəfimizdən mövcud vəziyyətdə təhvil alınmışdır. 109 saylı MKİS-in məhkımə sorğusuna dair verilmiş xx.xx.2025-ci il tarixli cavabında bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayon, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi ev 33 mənzil 2 Qaradağ rayon MKTB-nin balansındadır. Qaradağ rayon Sahil qəsəbəsi keçmiş Kirov prospekti hal-hazırda Zahid Qasımov küçəsi ev 33 mənzil 2 adlanır. Hazırda həmin ünvanda aşağıda adları göstərilən şəxslər qeydiyyatdadırlar və yaşayırlar: 1.İddiaçıxx.xx.1966-özü, 2.X12-xx.xx.1989-oğlu, 3. X13-xx.xx.1992-oğlu, 4. X14-xx.xx.2022nəvəsi, 5.X16-xx.xx.2024-nəvəsi. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-1963/2025 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Əzizbəyov rayonu ZDS İK-nin arxiv fondu üzrə 28.121963-cü il tarixli, 20 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Kirov prospekti (indiki Zahid Qasımov küçəsi) bina 33, mənzil 2 keçmiş Əzizbəyov rayon(indiki Xəzər) XDSİK-nin xx.xx.1963-cü il tarixli, 20 saylı protokoluna və xx.xx.1964-cü il tarixli, 09439 saylı orderə əsasən X8 əlavə 2 nəfər ailə tərkibinə (Həmidova Ş. və Həmidova S.) istifadəsinə verilmişdir. Orderdə mənzilin ünvanı ünvan 9ə mənzilin hazırkı ünvanı ünvan 10ydə alınmışdır. Sözügedən mənzilin balansaxlayıcısı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi olmaqla mənzilə dair sərəncamverici orqan yerli icra hakimiyyəti olan Qaradağ rayon İcra Hakimiyyəti çıxış edir. İddiaçı mərhum X3 övladı olmaqla həmin mənzilə dair atasının adına verilmiş orderdə binanın nömrəsində yol verilmiş texniki səhvin düzəldilməsini xahiş edir. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi order inzibati akt olmayıb mənzilə dair köçmə barədə sənəddir. Qeyd edilən sənəd inzibati akt hesab olunmadığından inzibati məhkəmə icraatını predmeti qismində çıxış etmir və həmin sənəddə yol verilmiş texniki səhvin düzəldilməsi mümkün deyildir. Bundan əlavəq qeyd edillməlidir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi 09439 nömrəli xx.xx.1964-cü il tarixli order keçmiş Əzizbəyov rayon ZDS İK (indiki Cavabdeh) tərəfindən verilmiş olsa da mübahisələndirilən mənzil dövlət mənzil fonduna aid olmaqla yerləşdiyi bina Bakı şəhəri, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Beləliklə, mənzilin balansında olduğu Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirən Qaradağ rayon İcra Hakimiyyəti olduğu nəzərə alındıqda hesab edilir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair kirayə müqaviləsinin balanması barədə sərəncam vermək hüququ da məhz Qaradağ Rayon İcra Hakimiyyətinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.” İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.” Hazırkı halda mübahisəli mənzilə dair verilmiş orderdə iddiaçının adı göstərilməmiş, mənzilə dair iddiaçının adına hüquqmüəyyənedici sənəd verilməmişdir. 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş): -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Qüvvədə olan Mənzil Məcəlləsinin: -59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. -60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. -68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. -68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. -69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. -69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. -69.3-cü maddəsinə görə vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur -81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. -82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər -82.5-ci maddəsinə görə sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Sadalanan normalardan görünür ki, sosial kirayə müqaviləsi üzrə mənzilin kirayəçisi tanınmış şəxsin öz ailə üzvlərini və ya onunla birgə təsərrüfat aparan digər şəxsləri kirayəçisi olduğu mənzilə köçürmək hüququ vardır. Kirayəçi ilə birgə yaşayan onunla birgə təsərüfat aparan şəxs statusu alır və həmin şəxslər kirayəçi vəfat etdiyi halda kirayəçi ilə birgə təsərrüfat apardığı şəxs vəfat etmiş kirayəçinin yerinə özlərinin mənzilin kirayəçi kimi tanınmasını və yaxud kirayə müqaviləsinin adına bağlanmasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının hüquqi marağı mərhum atasına verilmiş və özünün adının qeyd edilmədiyi mübahisəli mənzilə dair orderdə texniki səhvin düzəldilməsi deyil, həmin mənzilə dair dövlət mənzil fonduna aid mənzilin sərəncamvericisi kimi çıxış edən yerli icra hakimiyyəti orqanından onunla kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın veirlməsindən ibarətdir. Qeyd edilən tələblə iddiaçı istifadəsində olduğu mənzilin kirayəçisi kimi tanınmasına nail olmaqla yanaşı orderdə yol verilmiş texniki səhvin aradan qaldırılmasına da nail olması mümkündür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar