Məhkəmə qərarları › İş №2-1(112)-12903/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12903/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12903/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ümümvətəndaş pasportunun verilməsi qarşı “ümümvətəndaş pasportunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ümümvətəndaş pasportunun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsiyyət vəsiqəsi olduğu halda xx.xx.2023-cü il tarixdə 4 saylı Asan Xidmətə yaxınlaşaraq Ümumvətəndaş pasportunun verilməsi ilə sıra № B105-sini götürmüş, növbəsi çatdıqda isə onu qəbul etmədilər. Bundan sonra dəfələrlə get-gələ düşsə də, nəticədə Ümumvətəndaş pasportu bu günədək verilməmişdir, nə də verilməməsinin səbəbləri barədə əsaslandırılmış rəsmi imtina verilməmişdir. Ümumvətəndaş pasportunun verilməməsi, eləcə də süründürməçilik hallarının baş verməsi səbəbiylə 4 saylı Asan Xidmət mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. 4 saylı Asan Xidmət tərəfindən ərizə müvafiq olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən xx.xx.2023-cü il tarixində iddiaçıya cavab məktubu göndərilmiş və həmin məktubda “müraciətiniz ilə bağlı keçirilmiş yoxlama zamanı ikili vətəndaşlığınız olduğu müəyyən edildiyindən hazırda vəsatətinizin icrası mümkün deyildir” qeyd edilmişdir. Qanunvericliyik Ümumvətəndaş pasportunun verilməsini 10 gün məhdudlaşdırsa da, artıq get-gələ düşsələr də, heç bir nəticə yoxdur. İddiaçı əslən Azərbaycanlıdır, ata və anası da əslən azərbaycanlıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində bildirmişdir ki, cavabdeh tərəfindən ona Ümumvətəndaş pasportunun verilməsi təmin olunmuşdur. İddiaçı 2-1(112)-12903/2023 saylı işə xitam verilməsini məhkəmədən xahiş etmişdir.

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

6. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar