Məhkəmə qərarları › İş №2-1(112)-12907/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12907/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12907/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan yaşayış sahəsinin təqdim olunmuş cizgiyə uyğun, yəni mülkiyyətində olan sahə 16,0 kv.m; 10,0 kv.m.-dən ibarət olan iki yaşayış otağından , 4,6 kv.m.-dən ibarət dəhlizdən; 5,7 kv.m. olan mətbəxdən 3,3 kv.m. olan sanitar qovşaqdan ibarət olan sahələrin reyestrdə qeydiyyata alınması, 2001-ci ildən artıq onun mülkiyyətində olmayan və X1 mülkiyyətində olan yaşayış sahəsinin onun mənzilinin texniki pasportundan xaric edilərək onun mənzilinə ayrıca texniki pasportun və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-12907/2024 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8827/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsindəki 6 saylı evin 1-ci mənzilinin mövcud vəziyyətdə qeydiyyata alınması” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-8827/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbi ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə dair yeni çıxarışın və texniki pasportun verilməsindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd edilən işlər üzrə icraatın bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Göründüyü kimi hər iki iddia üzrə tərəflər, müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. İPM-in: 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, birlikdə baxılması üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12907/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-8827/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsindəki 6 saylı evin 1-ci mənzilinin mövcud vəziyyətdə qeydiyyata alınması” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)- 8827/2023 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzbati-Prosessual Məcəlləsinin 56, 83.3.4 və 83.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12907/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-8827/2024 saylı (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsindəki 6 saylı evin 1-ci mənzilinin mövcud vəziyyətdə qeydiyyata alınması” tələbinə dair) inzibati işə birləşdirilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş 2-1(112)-8827/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar