Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12928/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrlərin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının iddiaçının barəsində qəbul etdiyi 19 fevral 2024-cü il tarixli 40 ş/h saylı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uvğunsuzluğa görə N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1ci yarımqrupunun komandiri vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin, bu əmrə istinadən N saylı hərbi hissə komandirinin 3-13-14- 19/Ə31/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və həmin vəzifəyə, xidmətə bərpa olunmağı barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Quba rayonu, İsmayıllı rayonu, Bakı şəhəri Nardaran qəsəbəsi və Siyəzən rayonunda baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında iştirak etmişdir. 2014-cü il sentyabrın 15-dən 2015-ci il martın 14-ə qədər X6 hərbi məktəbində "Gizir" hazırlama kursunu bilirib. Gizir hərbi rütbəsində xidmətinə davam etmişdir. 2015-ci il may ayının 15-dən rotasiya qaydasına uyğun olaraq N saylı hərbi hissədə, 2021-ci il sentyabrın 19-dan isə Zaqatala rayonunda yerləşən N saylı hərbi hissədə rotasiya qaydasına uyğun olaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə dünyada baş vermiş COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərində DİN-nin X4 əməkdaşları ilə birgə tədbirlərə cəlb olunmuşdur. 44 günlük vətən müharibəsi zamanı həm pandemiya ilə mübarizə tədbirlərində, həm də Sumqayıt şəhərində qurulmuş Komendant postlarında silahlı xidmətə cəlb olunmuşdur. 2023-cü il sentyabrın 18-i l okal Anti-terror əməliyyatlarına cəlb olunaraq daimi dislokasiya yerini tərk edərək Ağdam rayonunun Evoğlu kəndinə və oradan da Əskəran rayonuna xidməti xəzilə borcunu yerinə yetirmək üçün xidmətə cəlb olunmuşdur. Sonuncu isə 2024-cü il yanvar ayında Xocalı rayonunun Malıbəyli kəndində müvəqqəti yaradılmış Xocalı-5 postunda silahlı xidmətə cəlb olunmuşdur. Qeyd etdiyi kimi 2021-ci il sentyabrın 19-dan X3 rayonunda yerləşən N saylı hərbi hissəsinin Xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrup komandiri vəzifəsində xidmətimi daxam elditmişdir. Yuxarıda qeyd etdiyi kimi xidməti zərurətlə əlaqədar olaraq daha sonra xidmətimi digər hərbi hissələrdə davam etdirmişdir. N illik qüsursuz fəaliyyətə görə medalla təltif olunmuşdur. 2024-cü il fevralın 19-da ona məlum olmayan səbəblərdən xidmətinə xitam verilmişdir. Hesab edir ki, iddiaçı haqsızlığa məruz qalmış, pozulmuş hüquq və mənafeyinin bərpa olunması üçün bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlmişdir. Buna görə də işdən azad olunmağına əsas olmuş cavabdehin qəbul etdiyi qərarın, əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni 18 mart 2024-cü il tarixdə qəbul etsə də, ərizəyə cavab verilməmişdir. Buna görə də o, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı kimi iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının İdarəsinə qarşı "xidmətdən (işdən) azad olunmağına əsas olmuş cavabdehin qəbul eldiyi qərarın, əmrin surətinin ona təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzərinə qoyulması barədə" qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddia tələbinə baxarkən cavabdeh iddia tələbi ilə tələb etdiyi sənədləri məhkəməyə təqdim etmişdir. Buna görə də Bakı İnzibati Məhkəməsi 02 iyul 2024-cü il tarixli 2-1(112)-9305/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xilam verilmişdir. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərin surəti ona verilmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edəndən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrlərdən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə qeyd olunur: Daxili İşlər Nazirliyi X1 40 ş/h nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən gizir İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uvğunsuzluğa görə) müvafiq olaraq N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtivala buraxılsın. N saylı hərbi hissə komandirin 3-13-14-19/031 2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 19 fevral 2024-cü il tarixli 40 nömrəli səxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xüsusi vasitələrin təlbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunda 1ci yarımqrup komandiri gizir İddiaçı 19 fevral 2024-cü ildən hissənin şəxsi heyətinin siyahısından bütün təminat növlərindən çıxarılsın. Cavabdeh heç bir əsas olmadan bu məzmunlu əmr verməklə onun hüquqlarını pozmuşdur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən hərbi qulluqçunun xidməti uvğunsuzluğa görə ehtiyata buraxılması üçün zəruri əsaslar olmalı və bu ehtiyata buraxılmanın bu növünün seçilərək, tətbiq ediməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir.
3. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan gizir İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalı və mümkünsüz hesab olunmalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlamış, Quba rayonu, İsmayıllı rayonu, Bakı şəhəri Nardaran qəsəbəsi və Siyəzən rayonunda baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında iştirak etmiş, 2014-cü il sentyabrın 15-dən 2015-ci ilin mart ayının 14-ə qədər X6 Hərbi Məktəbində “Gizir” hazırlayan kursu bitirmiş, rotasiya qaydasına uyğun olaraq N saylı hərbi hissədə, 2021-ci il sentyabr ayının 19-dan isə Zaqatala rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Həmçinin, İddiaçı ərizəsində bildirmişdir ki, 2020-ci ildə COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərində X4 əməkdaşları ilə birgə tədbirlərə cəlb olunmuş, 44 günlük Vətən müharibəsi zamanı həm pandemiya ilə mübarizə tədbirlərində, həm də Sumqayıt şəhərində qurulmuş komendant postlarında silahlı xidmətə cəlb olunmuş, 2023-cü il sentyabrın 18-i Lokal Anti - terror əməliyyatlarına cəlb olunaraq daimi dislokasiya yerini tərk edərək Ağdam rayonunun Evoğlu kəndinə və oradan Əskəran rayonuna xidməti vəzifə borcunu yerinə yetirmək üçün xidmətə cəlb olunmuş, sonuncuda isə 2024-cü il yanvar ayında Xocalı rayonunun Malıbəyli kəndində müvəqqəti yaradılmış Xocalı-5 postunda silahlı xidmətə cəlb olunmuşdur. Eyni zamanda, İddiaçı ərizəsində qeyd etmişdir ki, 2021-ci il sentyabr ayının 19-dan X3 rayonunda yerləşən N saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrup komandiri vəzifəsində xidmətini davam etdirmiş, xidməti zərurətlə əlaqədar olaraq daha sonra xidmətini digər hərbi hissələrdə davam etdirmiş, N illik “qüsursuz xidmətə görə” medalı ilə təltif edilmiş, 2024-cü il fevral ayının 19-da ona məlum olmayan səbəblərdən xidmətinə xitam verilmiş, hesab edir ki, haqsızlığa məruz qalmış, pozulmuş hüquq və mənafeyinin bərpa olunması üçün bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlmiş, buna görə də, işdən azad olunmasına əsas olmuş cavabdehin qəbul etdiyi qərarın, əmrin surətinin ona təqdim edilməsini xahiş etmiş, cavabdeh ərizəsini 18 mart 2024-cü il tarixdə qəbul etsə də, cavab verməmiş, buna görə də, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı kimi iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı xidmətdən azad edilməsinə əsas olmuş qərarın, əmrin surətinin təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinə baxılarkən tələb etdiyi sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim olunduğundan məhkəmənin qərarı ilə icraata xitam verilmişdir. Bundan başqa, İddiaçı ərizəsində bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ehtiyata buraxılması ilə əlaqədar əmrlərdən çıxarışlar məhkəməyə təqdim olunmuş, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 40 ş/h nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, N saylı hərbi hissə komandirinin 3-13-14-19/Ə31/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışında Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli 40 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunda 1-ci yarımqrup komandiri gizir İddiaçı 19 fevral 2024-cü ildən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Cavabdeh heç bir əsas olmadan bu məzmunlu əmr verməklə onun hüquqlarını pozmuşdur. Eyni zamanda İddiaçı ərizəsində “Hərbi xidmət keçmə haqqında” Əsasnamədən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən, Azərbaycan Respublikası Konstitusiyasından və “İnsan hüquqları haqqında” Ümumi Bəyannamədən əsaslar göstərərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının onun barəsində qəbul etdiyi 19 fevral 2024-cü il tarixli 40 ş/h nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) vəzifəsindən azad edilərək ehtiyata buraxılması barədə əmrin, bu əmrə istinadən N saylı hərbi hissə komandirinin 3-13-14-19/Ə31/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, həmin vəzifəyə xidmətə bərpa olunması barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edir, iddia mümkün sayılmamalı və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan gizir İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmişdir (239 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışı və müvafiq əmrlər). Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli 40 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin 3-13-14-19/Ə31/2024 nömrəli xx.xx.2024cü il tarixli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndərilmişdir. İddiaçı daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli 40 nömrəli şəxsi heyət üzrə əmri ilə tanış olması barədə öz imzası ilə qeydiyyat aparmışdır. Eyni zamanda, İddiaçı daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2024-cü il tarixli 40 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və N saylı hərbi hissə komandirinin 3- 13-14-19/Ə31/2024 nömrəli xx.xx.2024-cü il tarixli nizami hissə üzrə əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elan olunaraq ona hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndəriş verilmişdir, göndəriş onun tərəfindən N saylı hərbi hissənin 2024-cü il üçün göndərilən sənədlərin (məzuniyyət, ezamiyyət, göndəriş, arayış, etibarnamə və s.) qeydə alınması kitabında 302-ci sıra nömrəsində xx.xx.2024-cü il tarixdə imza olunaraq qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan gizir İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan mümkün hesab olunmaması xahiş edilir.
4. Məhkəmənin 2-1(112)-9305/2024 saylı 02 iyul 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin surətinin təqdim edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
5. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndələri etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdirlər.
II. İddianın mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
8. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı cavabdehin inzibati aktın yuxarıda qeyd olunan əlamətlərinə malik müvafiq əmrlərinin ləğv edilməsi və həmin xidmətə bərpa olunmağına yönəlmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
15. Mübahisələndirilən əmrlər xx.xx.2024-cü il tarixlidir.
16. İddiaçı hazırkı iddia ərizəsində qeyd edir ki, ilkin olaraq məhkəməyə xx.xx.2024-cü il tarixdə “əmrlərin ona təqdim edilməsi” tələbi ilə müraciət etmiş, cavabdeh tərəfindən həmin əmrlərdən çıxarışların surətləri xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ona təqdim edildiyindən həmin vaxt məlumatlı olmuşdur. Daha sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə yenidən müraciət edərək həmin əmrləri mübahisələndirmişdir.
17. Məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 19 fevral 2024-cü il tarixli 40 ş/h saylı və 3-13-14-19/Ə31/2024 nömrəli əmrlərdən çıxarışların məhkəmə gedişatında iddiaçıya təqdim edilməsinin müəyyən olunmasına baxmayaq, iddiaçı qeyd edilən tarixdən (xx.xx.2024) xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən və hansı səbəbə xitam verildiyi ona bəllidir, belə ki, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrlərdən xəbərdar olmasını təsdiq edir.
18. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunur ki, 19 fevral 2024-cü il tarixli əmrlərə əsasən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması elə həmin vaxt ona elan olunaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinə göndəriş verilmişdir, həmin göndəriş iddiaçı tərəfindən sənədlərin qeydə alınması kitabında 302-ci sıra nömrəsində xx.xx.2024-cü il tarixdə imza olunaraq qəbul edilmişdir.
19. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən xx.xx.2024-cü il tarixli əmrlər barədə elə həmin gün məlumatlı olmuşdur.
20. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə müvafiq tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin əmrlərin ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.
21. Beləliklə, əmrlərin mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
22. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan N gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva