Məhkəmə qərarları › İş №2-1(112)-1294/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1294/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1294/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X5 və X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş əmək haqqının, eləcə də onun verilməsi işəgötürənin təqsiri üzündən uzun müddətində gecikdirildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, habelə həmin müddətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 qat əmək haqqının, müalicələri üçün 2 aylıq məbləğində yardım, eləcə də 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin verilməsi, sonuncu iş yeri üzrə böyük köməkçi” vəzifəsi və “kiçik ədliyyə müşaviri” rütbə maaşlarına müvafiq olaraq hesablanması və ona ödənilməsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək 3 aydan artıq müddətdə sərəncamda olduğuna görə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətlərinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə zidd olmasının hesab edilməsi, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş əmək haqqının, eləcə də onun verilməsi işəgötürənin təqsiri üzündən uzun müddətində gecikdirildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün ona əmək haqqınının azı bir faizi məbləğində ödənc verilməsi, habelə həmin müddətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 qat əmək haqqının, müalicələri üçün 2 aylıq məbləğində yardım, eləcə də 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin verilməsi, sonuncu iş yeri üzrə böyük köməkçi” vəzifəsi və “kiçik ədliyyə müşaviri” rütbə maaşlarına müvafiq olaraq hesablanması və ona ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə olunması barədə qərar, 2000-2009-cu illər üzrə əmək cədvəlində göstərilən onun sərəncamda xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olduğu həmin müddət ərzində cavabdeh tərəfindən 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000,000 manat və dekabr aylarında 450000,000 manat məbləğində, cəmi 90.000.000 manat məbləğində guya ona pul mükafatlarının verilməsi faktının araşdırılması və ona hüquqi qiymət verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcmini artıraraq barəsində yenidən son haq-hesab aparılması və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş əmək haqqının ödənilməsindən əlavə, 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərin dəyərinin yenidən hesablanması və müəyyən edilmiş ümumi məbləğdən aldığı müavinətlər çıxmaqla, almadığı qalan müavinətlərin hamısının ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə olnması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək barəsində son haqq-hesab üzrə hesablanma aparılması və onun nəticəsində müəyyən edilmiş 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərdən müəyyən edilmiş cəmi 468,5 gün məzuniyyətlərin dəyərinin, müəyyən edilmiş bir gün əmək haqqı məbləği olan 52,79 manat məbləğə vuraraq, əldə edilən 24732,11 manat məbləğdə vəsaitdən, cavabdeh tərəfindən ona ödənilmiş 20140 manat vəsait çıxmaqla, qalan 4592,11 manat dəyərində vəsaitin, bundan əlavə, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş (sonuncu əmək haqqı olan 1070,25 manat məbləğində hər ay olmaqla) cəmi 8562 manat əmək haqqının və hər iki vəsaitlər üzrə ümumilikdə müəyyən edilmiş 13154,11 manat dəyərində vəsaitin, eləcə də sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğində yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək barəsində yenidən son haq-hesab üzrə hesablama aparılması və onun nəticəsində müəyyən edilmiş 1989, 1990, 1991, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərdən müəyyən edilmiş cəmi 469,5 gün məzuniyyətlərin dəyərinin, müəyyən edilmiş bir gün əmək haqqı məbləği olan 52,79 manat məbləğə vuraraq əldə edilən 24784,90 manat məbləğdə vəsaitdən cavabdeh tərəfindən ona ödənilmiş 20140 manat vəsait çıxmaqla qalan 4644,90 manat dəyərində vəsaitin, bundan əlavə xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş (sonuncu əmək haqqı olan 1070,25 manat məbləğində hər ay olmaqla) cəmi 8562 manat əmək haqqının və hər iki vəsaitlər üzrə ümumilikdə müəyyən edilmiş 13206,90 manat dəyərində vəsaitin, eləcə də sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğdə yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, prokurorluq orqanlarında xx xxxxxxx 1981-ci il tarixdən xx xxxx 2009-cu il tarixədək xidmət etmişdir. Azərbaycan Respublikasına 1989-cu ilin aprel ayının 19-dan keçmiş SSRİ Baş Prokurorluğundan köçürmə yolu ilə gəlmiş və həmin vaxtdan xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikasının prokururluq orqanlarında, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunda, Bakı şəhəri Xətai və Sabunçu, eləcə də Abşeron rayon prokurorluqlarında müvafiq olaraq baş müstəntiq, prokurorun böyük köməkçisi, prokurorun müavini və Baş prokurorluğun idarə prokuroru vəzifələrində xidmət etmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər vardır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunda xidmət etdiyi zaman, xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorunun müavini vəzifəsindən aşağı vəzifəyə keçirilməsi haqqında barəsində Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən xx.xx.2000-ci il tarixli, 02/60-03/239-k saylı (qanunsuz) əmr verilmişdir. Aşağı vəzifəyə keçirilməsi haqqında verilmiş həmin əmrdən sonra xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilə tarixədək, yəni 8 ay müddətində sərəncamda olmuş və yalnız xx.xx.2001-ci il tarixdə Baş Prokurorun N03/207-K saylı əmri ilə o, Abşeron rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur. Sərəncamda olduğu 8 ay müddətində ona heç bir əmək haqqı və qanunla nəzərdə tutulan digər müavinətlər verilməmişdir. Bu fakt aşağıda göstərdiyi sübut və dəlillərlə təsdiq edilir: İlk növbədə bildirir ki, məlum olduğu kimi 2000 və 2001-ci illərdə prokurorluq orqanlarında əmək haqqının işçiyə verilməsi tabellər üzrə ona rəsmi imza etdirilməklə həyata keçirilirdi. Həmin tabellərin surətini, eləcə də əmək haqqının ona verilməsi faktını təsdiq edən digər rəsmi sənədi cavabdehdən tələb etməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinin tələblərini ciddi pozaraq, onları təqdim etməkdən əsassız olaraq imtina etmişdir. Hətta bu barədə etdiyi müraciətlərinə də cavab verməmişdir. Cavabdeh tərəfindən sərəncamda olduğu həmin müddət üzrə əmək haqqı barədə ona heç bir sənəd verilməmişdir ona görə ki, həmin müddət üzrə ona əmək haqqı ödənilməmişdir və bu səbəbdən də əmək haqqının ona verilməsini təsdiq edən hər hansı bir rəsmi sənəd Baş Prokurorluqda olmamış və halhazırda da yoxdur. Sərəncamda olduğu həmin müddətdə ona verilməmiş əmək haqqının yenidən ödənilməsindən ötrü tərəfindən cavabdehə mütəmadi olaraq müraciətlər göndərməsinə baxmayaraq, onun tərəfindən bu barədə heç bir araşdırma aparılmamış və ona şifahi olaraq bildirilmişdir ki, ona verilməmiş həmin müavinətlərə hamısı guya 2009-cu ildə onun işdən azad edildiyi vaxtı barəsində aparılmış son haqq-hesab ödənilən zaman hesablanıb ödənilmişdir. Bildirir ki, bu əsla həqiqətə uyğun deyildir və onun yalan olması rəsmi sənədlərə təsdiq edilir. Belə ki, 2009-cu ildə işdən azad edildiyi vaxt cavabdeh tərəfindən barəsində aparılmış son haqq-hesab zamanı, eləcə də bundan sonra 2018-ci ilin iyun ayında onun cavabdehə göndərdiyi ərizələri üzrə aparılmış əlavə hesablama vaxtı cavabdeh tərəfindən onun sərəncamda olduğu həmin 8 ay müddət üzrə ona verilməli olan əmək haqqı hesablanmamış və onun ödənilməsi təmin edilməmişdir. Son haqq-hesab barədə sənədlərdən açıq-aydın görünür ki, 2009-cu ilin dekabr ayında aparılmış haqqhesab zamanı Azərbaycan Respublikasında xidmət etdiyi 20 il müddətində yalnız məzuniyyətdən istifadə etmədiyi illər üzrə ödəmələr hesablanmışdır. Eləcə də həmin vaxt ona ödənilmiş vəsaitə dair hesablama arayışından da açıq-aydın görünür ki, sərəncamda olduğu müddət üzrə almadığı əmək haqqı nəzərə alınmamış və hesablanmamışdır. Bundan əlavə sərəncamda olduğu 8 ay müddətində ona əmək haqqının verilməməsi faktı digər sübutlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində (1989-2009) o cəmi 6 dəfə, yəni 1990, 1991, 1998-ci, 2004-2006-ci illərdə məzuniyyətə getmişdir. Qalan 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə isə məzuniyyət hüququndan istifadə etməmişdir. Barəsində son haqq hesablama 2009-cu ilin dekabr ayında və 2018-ci ilin iyun ayında aparılmış, 2009-cu ildə ona 18963.13 manat, 2018-ci ildə isə əlavə olaraq 2081 manat vəsait ödənilmişdir. Cavabdeh tərəfindən barəsində aparılan 2009 və 2018-ci illərdə son haqq hesablama düzgün aparılmamış, həmin vaxtlar qüvvədə olan qanun və normativ aktlar düzgün tətbiq olunmamış, hesablama düzgün aparılmamış və ona ödəniləcək müavinətlərin məbləği həddindən artıq aşağı məbləğdə müəyyən edilmişdir. Cavabdeh barəsində hesablama apararkən 1989-cu ildən 1999-cu il müddət üzrə həmin zaman qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin normalarını düzgün tədbiq etməmiş, eləcə də 2000-ci ildən bəri müddət üzrə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normalarını ciddi pozmuşdur. Hesablama zamanı 1989-1999-cu illər üzrə cavabdeh həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin tələblərini əsaslı olaraq tətbiq etsə də, onun tələblərini düzgün tətbiq etməmişdir: Yəni 1998-1999-cu illər üzrə məzuniyyət verilməsinə dair həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 2-ci hissəsinin, 70-ci maddəsinin 4-cü bəndinin, 71-ci maddənin 2-ci hissəsinin, 72-ci maddəsinin 3-cü bəndinin, eləcə də əlavə məzuniyyətlərin verilməsi və onların hesablanmasına dair SSRİ Nazirlər Sovetinin Əmək və Əmək haqqı üzrə Dövlət Komitəsinin və X4 X8 Heyətinin xx xxxxxx 1962-ci il tarixli, 377/30 nömrəli birgə Qərarının tələblərini pozmuşdur. Hesablama zamanı qeyd etdiyi bu qanun və normaların tələblərini tətbiq etmək əvəzinə cavabdeh ona 1989-cu il üzrə məzuniyyət əvəzi kompensasiya verməmək məqsədilə, bilərəkdən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinin tələblərini tətbiq etmiş və 11 ay işləmədiyinə görə onun 1989-cu ildə guya məzuniyyət hüquqlarının əmələ gəlməməsini göstərərək həmin il üzrə məzuniyyət günlərini əsassız olaraq nəzərə almamışdır. Qanun və Normaların tələblərinə əsasən o Azərbaycan Respublikasına köçürmə yolu ilə gəldiyinə görə 1989-cu ildə ona məzuniyyət verilməsindən ötrü Azərbaycan Respublikasında 11 ay xidmət etmək zəruriyyəti yaranmamışdır. Eləcə də həmin vaxt onun artıq 9 il iş stajı olduğuna görə, ona 1989-cu il üzrə 27 gün deyil, 39 gün (yəni 15 gün əsas məzuniyyət +24 gün əlavə məzuniyyət günləri və bunun cəmi = 39 gün) müddətində məzuniyyət verilməli idi. Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyinin SSRİ Baş Prokurorluğuna etdiyi müraciəti və onun razılığı əsasında onun şəxsi işi 1989-cu ilin aprel ayında Belarus Respublikası Prokurorluğundan Azərbaycan Respublikası Prokurorluğuna göndərilmiş və Azərbaycan Respublikası Prokurorunun xx.xx.1989-cü il tarixli əmri ilə köçürmə qaydasında o artıq Azərbaycan Respublikasının prokurorluq orqanlarında xidmət etməyə başlamışdır. Azərbaycan Respublikasına gələndən əvvəl və sonra 1989-cu il üzrə o məzuniyyətdən istifadə etməmişdir. Azərbaycan Respublikasına köçürmə ilə gələndə onun artıq 9 il iş stajı olduğuna və sadaladığı həmin Qanun və normalarının tələblərinə uyğun olaraq ona 1989-cu ildə və ondan sonra 27 gün deyil, 39 gün (yəni əsas məzuniyyət günü olan 15 gün və əlavə məzuniyyət günü 24 gün) müddətində məzuniyyət günlərinin verilməsi nəzərdə tutulmuşdur. 1990 və 1991-ci illərdə məzuniyyətə çıxdığı vaxtlar ona cavabdeh tərəfindən məzuniyyət günləri də düzgün müəyyən edilməmişdir. Bundan əlavə hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110, 114, 116, 131 və 136-cı maddələrinin tələblərinə əsasən iş stajına görə 2009-cü il üzrə də onun 36 gün məzuniyyət hüququ olduğu halda, lakin həmin ildə onun işdən azad edildiyinə görə və cəmi 5 ay işlədiyi səbəbindən ƏM-nin 144-cı maddəsinin 3-cü bəndinə əsasən ona 30 gün məzuniyyətdən istifadə hüququ əmələ gəldiyinə görə ona mütənasib olaraq 12,5 gün hesablamaq əvəzinə cavabdeh yalnış olaraq həmin il üzrə ona cəmi 3 gün hesablamışdır. Cavabdehin barəsində tərtib etdiyi 2000-2009-cu illər üzrə əmək cədvəlindən göründüyü kimi 2009-cu ildə o 01 iyun ayınədək, yəni 5 ay müddətində işləmişdir. Ona görə də qanunvericiliyin tələblərinə əsasən 2009-cu il üzrə iş stajına görə ona verilməsi nəzərdə tutulan məzuniyyətin ümumi 30 günü bölünür 12-yə və vurulur 5 aya, nəticədə 12,5 gün məzuniyyət günü müəyyən edilir. 30:12X5=12,5. Lakin cavabdeh bu illər üzrə də hesablama zamanı ƏM tələblərini pozaraq bunu etməmişdir. Əvvəla 2009-cu ildə barəsində apardığı hesablama zamanı 2009-cu il üzrə 6 gün müəyyən etmişdir. Bundan sonra 2018-ci ildə təkrarən hesablama apardığı zaman 2009-cu il üzrə cəmi 3 gün məzuniyyətdən istifadə etmədiyi müddəti yanlış müəyyən etmişdir. Hesablama zamanı 1989-cu ildən 1999-cu ilədək həmin vaxtı qüvvədə olan əmək qanunvericiliyin, bundan sonra 2000-ci ildən 2009-cu ilədək qüvvədə olan əmək qanunvericiliyin normalarını tətbiq edərək, ona 1989-ci il üzrə 39 gün, 1990- 1991-ci il üzrə 25 gün, 1992-ci -1997-ci ilədək hər il üzrə 39 gün, 1999-cu il üzrə 39 gün, 2000-2003-cü illər üzrə hər il 30 gün və 2009-cu il üzrə 5 ay işlədiyi səbəbə görə 12,5 gün olmaqla, cəmi- 469,5 gün müəyyən edilib hesablanmalı idi. (ƏM-114, 116, 136 və 144-cü maddələri). Lakin cavabdeh tərəfindən 402 gün müəyyən olunmuşdur. Bundan əlavə cavabdeh tərəfindən barəsində son haqq-hesablamanın düzgün aparılmaması, hesablama zamanı orta əmək (bir gün əmək) haqqının məbləğinin də düzgün müəyyən edilməməsi ilə təsdiq olunur. Ona sonuncu məzuniyyət 2008-ci il üzrə xx xxxxxx 2008-ci il tarixli, 367 saylı əmrlə verilmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə həmin dövrdə 12 təqvim əmək haqqının cəmləşmiş məbləği 19259,27 manat təşkil etmişdir. Bu məbləği 12 aya böləndə 16004,93 manat məbləğində orta aylıq əmək haqqı müəyyən edilir. Bundan sonra həmin 16004,93 manatı 30,4 böləndə 52,79 manat məbləğində bir günlük əmək haqqı müəyyən edilir. Həmin məbləği müəyyən olunmuş ümumi məzuniyyət günlərinə vuranda, yəni 52,79 manatı 469,5 günə vuranda 24784,90 manat məbləğində vəsait müəyyən edilir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxx 1989-cu il tarixdən xx xxxx 2009-cu il tarixdək Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluq keçərək müxtəlif vəzifələrdə işləmişdir. Qeyd edilən dövrdə İddiaçı 1989/1990-cı, 1990/1991-ci, 1997/1998-ci, 2003/2004-cü, 2004/2005-ci, 2005/2006-cı, 2006/2007-ci və 2007/2008-ci iş illəri hesabına əmək məzuniyyətlərindən istifadə etmişdir. İddiaçı 1992-1997-ci, 1999-2003-cü və 2009cu illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ümumilikdə 17585,1 manat, 2004-2006-cı illər üzrə məzuniyyət üçün 2 qat müavinət – cəmi 2376,09 manat hesablanaraq vergi və digər ödənişlər çıxandan sonra 18963,13 manat vəsait ödənilmişdir. Sonradan illər üzrə məzuniyyət günlərinin hesablanmasında dürüstləşmə aparılaraq 51 gün əlavə hesablanmış və İddiaçı 2081 manat ödənilmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, prokurorluq orqanlarında işlədiyi dövrdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ona 1989-cu il üzrə 39 gün, 1992-1997-ci illərin hər biri üzrə 39 gün, 1999-cu il üzrə 39 gün, 2000-2003-cü illərin hər biri üzrə 36 gün və 2009-cu il üzrə 5 ay işlədiyi üçün 12,5 gün olmaqla, cəmi 468,5 gün üçün kompensasiya hesablanmalı olduğu halda, kompensasiya ödənilməli olan məzuniyyət günlərinin sayı və kompensasiya məbləği düzgün hesablanmamışdır. İddiaçı xx xxxxxxx 1981-ci ildən xx xxxxx 1989-cu ilədək Belarusiya SSR Mogilyov vilayət prokurorluq orqanlarında qulluq keçmiş, Mogilyov vilayət prokurorunun xx xxxxx 1989-cu il tarixli 45-k nömrəli əmri ilə Belarusiya SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən (başqa işə keçməsi ilə əlaqədar) xx xxxxx 1989-cu ildən prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan SSR prokurorunun xx xxxxx 1989-cu il tarixli 120 nömrəli əmri ilə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul edilərək xx xxxx 2009-cu ilədək qulluq keçmişdir. Belarusiya SSR-in xx xxxx 1972-ci il tarixdə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 98-ci maddəsinin 1-ci hissəsinə və Azərbaycan SSR-in xx xxxxxx 1971-ci il tarixdə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 109-cu maddəsinə əsasən fəhlə və ya qulluqçu işdən çıxarkən müəssisədən, idarədən, təşkilatdan ona düşən bütün məbləğlər onun işdən çıxdığı gün verilir, işçi işdən çıxdığı gün işləməmişsə, müvafiq məbləğlər onun haqq-hesab çəkilməsini tələb etdiyi vaxtdan ən geci bir gün sonra verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Belarusiya SSR Əmək Qanunları Məcəlləsinin 71-ci maddəsində və Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsində işçilərə hər il əmək məzuniyyətinin iş ilinə görə verildiyi təsbit edilmişdir. İddiaçı Azərbaycan Respublikasının prokurorluq orqanlarında iş ili xx xxxxx 1989-cu ildə onun qulluğa qəbul ediliyi tarixdə başlamış və Bakı şəhər prokurorunun xx.xx.1991-ci il tarixli, 09 nömrəli əmri ilə ona 1989/1990-cı iş ili üçün tam əmək məzuniyyəti verilmişdir. Beləliklə Belarusiya SSR prokurorluq orqanlarında işlədiyi xx xxxxxxx 1988-ci ildən xx xxxxx 1989-cu ilədək olan dövr üçün istifadə etmədiyi məzuniyyət günləri (olduğu halda) üçün pul əvəzi İddiaçı qanunvericiliyə əsasən həmin dövlətin prokurorluq orqanlarından xaric edilərkən ödənilməli idi. Əlavə olaraq iddiaçı ona 1988/1989-cu iş ili üçün 39 təqvim günü müddətində əmək məzuniyyətinin verilməsi barədə tələbini SSRİ Nazirlər Sovetinin Əmək və əmək haqqı məsələləri üzrə Dövlət Komitəsinin və X2 X13 Heyətinin “Zərərli əmək şəraitinə görə əlavə məzuniyyət və qısaldılmış iş gününün tətbiq edilməsi qaydası barədə” xx xxxxxx 1962-ci il tarixli 377/30 nömrəli birgə Qərarı ilə əsaslandırmağa çalışaraq, həmin qərarda normalaşdırılmayan iş günləri olan işçilərə əsas məzuniyyət günlərinə əlavə olaraq 12 gün, 2 ildən artıq müddətdə bir təşkilatda daimi işləyən həmin işçilərə isə 24 iş günü müddətində məzuniyyət verilməsinin nəzərdə tutulduğunu göstərmişdir. Əvvəla adıçəkilən qərar SSRİ Nazirlər Sovetinin Əmək və əmək haqqı məsələləri üzrə Dövlət Komitəsinin və X2 X13 Heyətinin “Əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən zərərli əmək şəraiti olan istehsalatların, sexlərin, peşələrin və vəzifələrin Siyahısının tətbiqi qaydası barədə Təlimatın təsdiq edilməsi haqqında” xx xxxxxx 1975-ci il tarixli 273/П-20 nömrəli birgə Qərarının qəbulu ilə hələ xx xxxx 1976-cı ildə qüvvəsini itirmişdir. Bundan əlavə, həmin qərarların heç birində prokurorluq orqanları və işçiləri barədə hər hansı müddəa, habelə iddiaçının istinad etdikləri nəzərdə tutulmamışdır. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının xx xxxx 1994-cü il tarixli Qanununun qəbulunadək prokurorluq işçilərinin illik növbəti əmək məzuniyyətinin ümumi müddəti 24 iş günü təşkil etmişdir. 1994-cü ildən 1999-cu ilədək olan dövr ərzində əmək məzuniyyətləri ilə əlaqədar bütün məsələlər “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. Həmin qanuna əsasən məzuniyyət iş günü ilə deyil, təqvim günü ilə verilirdi. Hal-hazırda qüvvədə olan əmək qanunvericiliyində də əmək məzuniyyətləri təqvim günü əsasında verilir. Odur ki, hər hansı səbəbdən işdən xaric edilmiş əməkdaşın 1993-cü il də daxil olmaqla istifadə etmədiyi əmək məzuniyyətləri günlərinin müəyyən edilməsi üçün iş günlərinin təqvim günlərinə çevirilməsi tələb olunurdu. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx xxxxxx 1994-cü il tarixli izahat hazırlanmışdır. Həmin izahata əsasən iş günləri ilə göstərilmiş əmək məzuniyyəti müddətinin bütöv təqvim həftəsinə 1 gün əlavə etməklə iş günləri təqvim günlərinə çevirilməlidir. Göründüyü kimi 24 iş günündə 3 tam təqvim həftəsi var. Ona görə də 24 iş günün üstünə 3 gün gəlməklə 27 təqvim günü alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin qüvvəyə minməsilə xx xxxx 1999-cu ildə qüvvəsini itirmiş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının xx xxxx 1994-cü il tarixli Qanununun 6-cı maddəsinə əsasən prokurorluq işçilərinin əsas məzuniyyəti 30 təqvim günü, 12-ci maddəsinə əsasən on beş ildən çox əmək stajı olan işçilərə verilən əlavə məzuniyyətin müddəti 9 təqvim günü müddətində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edildiyini, başqa normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilmədiyini təsbit etmişdir. 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997 və 1998/1999-cu iş illərinə görə istifadə etmədiyi əmək məzuniyyətlərinin hər biri üçün iddiaçıya 39 məzuniyyət gününün hesablanması onun ərizəsində istinad etdiyi uydurma əsaslarla bağlı olmamaqla, Konstitusiyanın məhz yuxarıda qeyd edilən müddəasından irəli gəlir. İddiaçının 2000-2003-cü illərdə əmək stajının 15 ildən artıq olması nəzərə alınaraq Əmək Məcəlləsinin 116-cı maddəsinin tələblərinə əsasən ona 1999/2000, 2000/2001, 2001/2002 və 2002-2003-cü iş illərinin hər biri üzrə 36 məzuniyyət günü üçün kompensasiya hesablanmalı olması barədə tələbi də qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndinə əsasən prokurorluq işçilərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. İddiaçı istinad etdiyi Əmək Məcəlləsinin 116-cı maddəsi isə adından göründüyü kimi, əmək stajına görə əlavə məzuniyyətlərdən bəhs edir. İddiaçı 2009-cu ildə işlədiyi 5 aylıq müddət üzrə ona 12,5 məzuniyyət günü üçün kompensasiya hesablanmalı olmasına dair tələbi də qanunsuzdur. Bu iddiaçının “təqvim ili” və “iş ili” məfhumlarını dəyişik salması ilə şərtlənir. Azərbaycan Respublikası Əmək Məcələsinin 113-cü maddəsinin 3-cü hissəsində əmək məzuniyyətinin hər il müvafiq iş ili üçün verilməsi, iş ilinin işçinin işə götürüldüyü gündən başlanması və növbəti ilin həmin günü başa çatması müəyyən edilmişdir. İddiaçı prokurorluq orqanlarında sonuncu iş ilinin xx xxxxx 2009-cu ildə başlanması və onun xx xxxx 2009-cu ildə prokurorluq orqanlarından xaric edilməsi nəzərə alınaraq ona qeyd edilən dövr (1 ay 12 gün) üçün 3 məzuniyyət gününün hesablanması tamamilə qanunauyğundur. İddiaçının 2000-2001-ci illərdə 8 ay müddətində sərəncamda olması ilə bağlı irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. Həmçinin İddiaçı 2000-2001-ci illərdə əmək haqqı və digər (maddi yardım, mükafat və s.) ödənişlər Baş Prokurorluğun xəzinəsindən nağd qaydada ödənilmişdir. Bayram və əlamətdar günlərdə maddi yardım və ya mükafatların sərəncamda olanlara verilməməsi barədə qeyd olmaması səbəbindən bütün işçilərə ödənişlər aparılmışdır. Prokurorluq işçiləri sərəncamda olduqları hallarda əmək haqqı nağd qaydada ödənilmişdir. Mühasibat və digər maliyyə sənədlərinin saxlama müddəti beş il olmuş və sənədlər müvafiq qaydada məhv olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X9 və X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 11/352 nömrəli məktubuna əlavə edilmiş sabiq prokurorluq əməkdaşı İddiaçı prokurorluq orqanlarında fəaliyyətinə dair arayışdan görünür ki, İddiaçı Belarus SSR Moqilyov vilayət prokurorunun xx xxxxxxx 1981-ci il tarixli, 102-k nömrəli əmri ilə prokurorluq orqanlarında qulluğa qəbul edilərək aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1981-ci ilədək ildən xx.xx.1982-ci Belarus SSR Moqilyov vilayətinin Bobruysk şəhəri Lenin rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor; xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək Belarus SSR Moqilyov vilayətinin Bobruysk şəhəri Lenin rayon prokurorluğunun müstəntiqi; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək Belarus SSR Moqilyov vilayətinin Bobruysk şəhəri Lenin rayon prokurorluğunun böyük müstəntiqi; xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Belarus SSR Moqilyov vilayət prokurorluğunun İstintaq idarəsinin prokuroru; xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Belarus SSR Moqilyov vilayətinin Bobruysk şəhəri Lenin rayon prokurorluğunun böyük müstəntiqi; Belarus SSR Moqilyov vilayət prokurorunun xx xxxxx 1989-cu il tarixli 45-k nömrəli əmri ilə İddiaçı Azərbaycan SSR prokurorluq orqanlarına köçürülməsi ilə əlaqədar xx xxxxx 1989-cu ildən Bobruysk şəhəri Lenin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsindən azad edilmişdir. İddiaçı Azərbaycan SSR prokurorunun xx xxxxx 1989-cu il tarixli, 120 nömrəli əmri ilə köçürülmə qaydasında Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluğa qəbul edilərək aşağıdakı vəzifələrdə çalışmışdır: xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək Azərbaycan SSR Prokurorluğunun qəbul şöbəsinin prokuroru; xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək Bakı şəhəri Şaumyan (hazırkı Xətai) rayon prokurorluğunun böyük müstəntiqi; xx.xx.1992ci ildən xx.xx.2000-ci ilədək Bakı şəhəri Sabunçu prokurorunun müavini; xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Baş Prokurorluğun sərəncamında; xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək Abşeron rayon prokurorunun böyük köməkçisi. Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluq keçdiyi müddət ərzində İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1991-ci il tarixli 367 nömrəli əmri ilə təşəkkür elan edilməklə 200 manat (rubl) məbləğində pul mükafatı verilmişdir. İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1995-ci il tarixli, 411L/A nömrəli əmri ilə şiddətli töhmət elan edilmiş, xx.xx.2000-ci il tarixli, 02/60-03/239-K nömrəli əmrlə aşağı vəzifəyə keçirilmiş, xx xxxx 2009-cu il tarixli, 10/31-11/141-K nömrəli əmrlə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx xxxxxx 1993-cü il tarixli, 68-L nömrəli əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. - İddiaçı cavabdeh tərəfindən məzuniyyətlərin verilməsi haqqında əmrlərin surətlərindən görünür ki, iddiaçıya xx xxxx 1991-ci il tarixli əmrlə 1990-cı ilin hesabına xx.xx.1991-ci il tarixdən xx xxxxx 1991-ci il tarixədək; 168 saylı, xx xxxxxxx 1991-ci il tarixli əmrlə 1991-ci ilin hesabına xx.xx.1991-ci il tarixdən 26 iş günü müddətinə; 15 saylı, xx xxxxxx 1999-cu il tarixli əmrlə 1998-ci ilin hesabına xx.xx.1999-cu il tarixdən 40 təqvim günü müddətinə; 174 saylı, xx xxxxxx 2004-cü il tarixli əmrlə 2004-cü ilin hesabına xx.xx.2004-cü il tarixdən 36 təqvim günü müddətinə; 09/46-k saylı, xx xxx 2005-ci il tarixli əmrlə 2005-ci ilin hesabına xx.xx.2005-ci il tarixdən 36 təqvim günü müddətinə; 84 saylı, xx xxxx 2006-cı il tarixli əmrlə xx.xx.2006-cı il tarixdən 2006-cı ilin hesabına 10 təqvim günü müddətində, 314 saylı, xx xxxxxx 2006-cı il tarixli əmrlə 2006-cı ilin hesabına xx.xx.2006-cı il tarixdən 26 təqvim günü müddətində, 351 saylı, xx xxxxxx 2007-ci il tarixli əmrlə 2007-ci ilin hesabına xx.xx.2007-ci il tarixdən 36 təqvim günü müddətinə, 367 saylı, xx xxxxxx 2008-ci il tarixli əmrlə 2008-ci ilin hesabına xx.xx.2008-ci il tarixdən 36 təqvim günü müddətinə növbəti əmək məzuniyyəti verilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Baş X1 aparılmış yoxlama nəticəsində və Bakı şəhər prokurorluğunun arayışına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçdiyi xx xxxxx 1989-cu ildən xx xxxx 2009-cu ilədək müddət ərzində İddiaçı istifadə etmədiyi əmək məzuniyyətləri aşağıdakı kimi olmuşdur: 1991/1992 iş ili – 27 təqvim günü; 1992/1993 iş ili – 27 təqvim günü; 1993/1994 iş ili – 39 təqvim günü; 1994/1995 iş ili – 39 təqvim günü; 1995/1996 iş ili – 39 təqvim günü; 1996/1997 iş ili – 39 təqvim günü; 1998/1999 iş ili – 39 təqvim günü; 1999/2000 iş ili – 30 təqvim günü; 2000/2001 iş ili – 30 təqvim günü; 2001/2002 iş ili – 30 təqvim günü; 2002/2003 iş ili – 30 təqvim günü; 2008/2009 iş ili – 30 təqvim günü; xx.xx.2009-xx.xx.2009 iş ili – 3 təqvim günü; cəmi 402 gün. - Azərbaycan Respublikası Baş X12 tərəfindən verilmiş 08/61 №-li, xx.xx.2002-ci il tarixli əmrdən görünür ki, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılması müddətlərinə dair” Siyahı xx.xx.2002-ci il tarixdən icraya yönəldilməlidir. - Azərbaycan Respublikası Baş Prokuroru Z.B.Qaralov tərəfindən xx.xx.2002-ci il tarixdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A.Ə.Paşayev tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğu orqanlarında sənədlərin saxlanılmasına dair Siyahıdan görünür ki, maliyyə və təsərrüfat məsələləri üzrə əmək haqqı və sosial sığortanın verilməsi cədvəllərinin saxlanılma müddəti 5 il müəyyən edilmişdir. - Azərbaycan Respublikası Baş X12 tərəfindən xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş sənədlərin və işlərin məhvə ayrılması haqqında aktın surətindən görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli, 08/3 saylı əmrinə əsasən aşağıdakı tərkibdə X7 yaradılmışdır. Komissiyanın sədri: Azərbaycan Respublikası Baş prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Eldar Nuriyev, komissiyanın sədr müavini: Təşkilat-analitik İdarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Əzizağa Həsənov, komissiyanın üzvləri: Müraciətlərə baxılması İdarəsinin rəisi baş ədliyyə müşaviri Behbud İsmayılov, Maddi-texniki təminat şöbəsinin baş mühasibi İmran Mikayılov, Müraciətlərə baxılması İdarəsinin böyük prokuroru (arxiv müdiri) ədliyyə müşaviri Zöhrə Hacıyeva, Müraciətlərə baxılması İdarəsinin böyük mütəxəssisi (arxiv işləri üzrə) Afət Həsənova. Komissiya “Azərbaycan Respublikası prokurorluğu orqanlarında sənədlərin saxlanılma müddətlərinə dair” Baş prokurorun 08/61 №-li, xx.xx.2002-ci il tarixli əmri ilə xx.xx.2002-ci il tarixdən icraya yönəlmiş Siyahını rəhbər tutaraq tarixi-elmi, praktiki əhəmiyyətini itirmiş və gələcəkdə saxlanılması lazım olmayan 42566 (qırx iki min beş yüz altmış altı) sənəd və işlər məhvə ayrılmışdır. Məhvə ayrılmış sənədlərin siyahısında 5 il saxlama müddəti müəyyən edilmiş 1996-2000-ci illərə aid 133 qovluq mühasibatığın xəzinə və memorial xarakterli sənədləri və onlara əlavə olunan sənədlər (bank sənədləri), 1996-2000-ci illərə aid 12 ədəd xəzinə kitabları, 1996-2000-ci illərə aid 30 qovluq əmək haqqının hesablanması və verilməsinə dair tabel, cədvəl və sənədlər qeyd edilmişdir. - “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 16/2237 №li məktubdan görünür ki, “xxxx” ASC-nin avtomatlaşdırılmış əməliyyat sistemində İddiaçı adına olan bank hesabları aşkar edilməmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 18/529 №-li sonuncunun 2000-2009-cu illərdə aldığı əmək haqqı və digər müvainətlər haqqında məlumatdan görünür ki, İddiaçı 2000-ci ilin yanvar ayından 2009-cu ilin iyun ayına kimi əmək haqqı və digər müvainətlər ödənilmiş, 2009-cu ilin dekabr ayında son haqq hesab (kompensasiya 17584,91 manat, 2 qat müvinət 2736,09 manat) ödənilmişdir. - Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2000-ci il tarixli, 03/507-K №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə Respublika prokurorluğu orqanlarının bütün işçilərinə bir aylıq vəzifə maaşları məbləğində pul mükafatı verilmişdir. - Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2000-ci il tarixli, 03/616-K-a №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 12 noyabr- müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 5 illiyi münasibətilə Respublika prokurorluğu orqanlarının bütün işçilərinə bir aylıq vəzifə maaşları məbləğində maddi yardım verilmişdir. - Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2000-ci il tarixli, 03/683-K №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibətilə prokurorluğun bütün əməkdaşlarına 2 aylıq vəzifə maaşları məbləğində maddi yardım göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddiaçı xidməti münasibətlərdə olduğu hazırki cavabdehdən pul tələbini qanunvericiliyin yuxarıda qeyd olunan müddəasında təsbit olunmuş 1 illik müddət keçdikdən sonra irəli sürür. Nəzərə alınmalıdır ki, iddiaçı 2009-cu ildə xidmətdən xaric olunmuş və o cavabdeh inzibati orqan tərəfindən 2018-ci ildə aparılmış son ödənişləri razılaşaraq qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi inzibati prosessual qanunvericilik inzibati mübahisələrin yalnız iki növ üzrə icraatda sübutetmə yükünü cavabdeh inzibati orqanın üzərinə qoyur: - “mübahisələndirmə haqqında” və “məcburetmə haqqında” iddialar. İddiaçının iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid edildiyindən hazırki mübahisəyə İPM-nin 68-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlar əsassında qiymət verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan SSR prokurorunun xx xxxxx 1989-cu il tarixli, 120 nömrəli əmri ilə köçürülmə qaydasında Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluğa qəbul edilərək xx xxxx 2009-cu il tarixədək prokurorluq orqanlarında qulluq keçmiş, xx xxxx 2009-cu il tarixli, 10/31- 11/141-K nömrəli əmrlə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı 1992-1997-ci, 1999-2003-cü və 2009-cu illər üzrə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə ümumilikdə 17585,1 manat, 2004-2006-cı illər üzrə məzuniyyət üçün 2 qat müavinət – cəmi 2376,09 manat hesablanaraq vergi və digər ödənişlər çıxandan sonra 18963,13 manat vəsait ödənilmişdir. Sonradan illər üzrə məzuniyyət günlərinin hesablanmasında dürüstləşmə aparılaraq 51 gün əlavə hesablanmış və İddiaçı 2081 manat ödənilmişdir. Ümumilikdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin sayı 402 gün müəyyən edilmişdir. Hazırda İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin cavabdeh inzibati orqan tərəfindən düzgün müəyyən edilməməsini, 1989-cu il üzrə məzuniyyət günlərinin nəzərə alınmamasını (iddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin sayının 469,5 gün olduğunu iddia edir), məzuniyyət üçün ödənilməli olan bir gün əmək haqqının düzgün müəyyən edilməməsini, həmçinin sərəncamda olduğu müddətdə əmək haqqının və digər ödənişlərin ona ödənilməməsini məhkəmə qaydasında mübahisələndirir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin 1989-cu iş ili üzrə 39 gün, 1989/1990-ci iş ili üzrə 39 gün, 1990/1991-ci iş ili üzrə 39 gün, 1991/1992-ci iş ili üzrə 39 gün, 1992/1993-cü iş ili üzrə 39 gün, 2009-cu ildə isə 12,5 gün olduğunu iddia edir və iddiasını 1989-1993-cü illər üzrə olan dövrü xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinin 4-cü bəndinə, 71-ci maddənin 2-ci hissəsinə, 72-ci maddəsinin 3-cü bəndinə, eləcə də əlavə məzuniyyətlərin verilməsi və onların hesablanmasına dair SSRİ Nazirlər Sovetinin Əmək və Əmək haqqı üzrə Dövlət Komitəsinin və X4 X8 Heyətinin xx xxxxxx 1962-ci il tarixli, 377/30 nömrəli birgə Qərarına, 2009-cu il üzrə isə qüvvədə olan Əmək Məcəlləsinin 112, 114, 116 və 144-cü maddələrinə istinad etməklə əsaslandırır. Cavabdeh inzibati orqan isə iddiaçının 1989-ci iş üzrə məzuniyyət hüququnun olmaması, eləcə də “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının xx xxxx 1994cü il tarixli Qanununun qəbulunadək prokurorluq işçilərinin illik növbəti əmək məzuniyyətinin ümumi müddəti 24 iş günü təşkil etməsi, tərəflərindən iddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiiyə uyğun hesablandığını və müvafiq ödənişlərin aparıldığını, həmçinin iddiaçının sərəncamda olduğu dövrdə müvafiq məbləğlərin ödənildiyini, ödəniş sənədlərinin qanunauyğun saxlanılma müddətinin keçməsi ilə əlaqədar məhv edildiyini bildirir və iddianı qəbul etmir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı istifadə etmədiyi məzuniyyət günləri düzgün müəyyən edilərək müvafiq kompensasiyanın hesablanaq ödənilməsi zamanı iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Belə ki, İddiaçı xx.xx.1989-cu il tarixdən köçürmə qaydasında Azərbaycan Respublikası prokurorluq orqanlarına işə qəbul edilmişdir. Həmin dövr Azərbaycan Respublikası ərazisində qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə əsasən on bir ay fasiləsiz işləmiş qulluqçuya məzuniyyət verildiyindən və İddiaçı xx.xx.1989-cu il tarixdə qəbul olunduğu Azərbaycan Respublikası prokurorluq orqanlarında 11 ay fasiləsiz işləmədiyindən onun 1989-cu il üzrə məzuniyyət hüququ yaranmamışdır. xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə əsasən işin birinci ili üçün fəhlə və qulluqçulara məzuniyyət həmin müəssisədə, idarədə, təşkilatda on bir ay fasiləsiz işdən sonra verilir. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə hər il 15 iş günü müddətində məzuniyyət verilir və məzuniyyət müddəti tədricən artırılır. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının xx xxxx 1994-cü il tarixli Qanununun qəbulunadək prokurorluq işçilərinin illik növbəti əmək məzuniyyətinin ümumi müddəti 24 iş günü təşkil etmişdir. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məzuniyyət iş günü ilə deyil, təqvim günü ilə verildiyindən həmin iş günləri təqvim günlərinə çevrilməklə həmin müddət 27 təqvim gün müəyyən edilmişdir. Belə olan halda iddiaçının 1994-cü ilədək istifadə etmədiyi məzuniyyətlərin günü 27 təqvim günü olmuş və cavabdeh inzibati orqan da həmin müddəti düzgün müəyyən edərək iddiaçıya müvafiq kompensasiya məbləğini ödəmişdir. İddiaçının istinad etdiyi SSRİ Nazirlər Sovetinin Əmək və əmək haqqı məsələləri üzrə Dövlət Komitəsinin və X2 X13 Heyətinin “Zərərli əmək şəraitinə görə əlavə məzuniyyət və qısaldılmış iş gününün tətbiq edilməsi qaydası barədə xx xxxxxx 1962-ci il tarixli 377/30 nömrəli birgə Qərarı isə normallaşdırılmayan iş günləri olan işçilərə aiddir və prokurorluq işçilərinin normallaşdırılmayan iş günləri olan işçilərə aid olması müəyyən edilməmişdir. İddiaçının 2009-cu il üzrə məzuniyyət günlərinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilinə məhkəmə qiymət verərək hesab edir ki, həmin hissədə də cavabdeh inzibati orqan tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 113-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. - 113-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. - 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. - 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndinə əsasən məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən prokurorluq işçiləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1989-cu ildə Azərbaycan Respublikası prokurorluq orqanlarında işə qəbul edildiyindən sonuncu iş ili xx xxxxx 2009-cu ildə başlayır və onun xx xxxx 2009-cu ildə prokurorluq orqanlarından xaric edilməsi nəzərə alınaraq ona qeyd edilən dövr (1 ay 12 gün) üçün 3 məzuniyyət gününün hesablanması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iddia tələbinin iddiaçının sərəncamda olduğu müddət üzrə əmək haqqının və digər ödənişlərin ödənilməməsi hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə də iddia tələbi əsassızdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 2000-2001-ci illər üzrə əmək haqqı və digər ödənişlər prokurorluq işçilərinə cavabdeh inzibati orqan tərəfindən nağd şəkildə ödənilmiş, əmək haqqının hesablanması və verilməsinə dair tabel, cədvəl və sənədlərin saxlanılma müddəti beş il müəyyən edildiyindən həmin sənədlər müvafiq qaydada məhv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya sərəncamda olduğu müddətdə aylıq əmək haqqı və digər pul ödənişlərinin edilməməsi barədə iddiaçının dəlilləri əsassızdır. Bu hal həmçinin ona cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 18/529 №-li, 2000-2009-cu illərdə aldığı əmək haqqı və digər müvainətlər haqqında məlumatla da öz təsdiqini tapır. İddiaçının sərəncamda olan şəxsə maddi yardım və mükafatların verilməməsi ilə bağlı irəli sürdüyü dəlillə məhkəmə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2000-ci il tarixli, 03/507-K №-li əmri, xx.xx.2000-ci il tarixli, 03/616-K-a №-li əmri və xx.xx.2000-ci il tarixli, 03/683-K №-li əmri bütün prokurorluq işçilərinə aid edilmişdir. Məhkəmə iddia tələbinin “sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğdə yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Belə ki, xx.xx.2001-ci il tarixdən qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun: - 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. - 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. - 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, həmçinin əmək haqqının iki qatı həcmindən az olmayaraq maddi yardımın verilməsi nəzərdə tutulsa da, iddiaçı 2001-ci ildə məzuniyyətdən istifadə etməmiş (həmin il üzrə kompensasiya hesablanaraq ona ödənilmişdir), həmin dövrdə müalicə olunması ilə bağlı müavinət alınması üçün müvafiq qaydada yazılı müraciət etməmiş, maddi yardım isə iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 18/529 №-li məlumatdan da göründüyü kimi ona ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının cəmi 90.000.000 manat məbləğində mükafatların Baş Prokurorluqda mənimsənilməsi faktı üzrə araşdırılma aparılması və Azərbaycan Respublikası CM-in 179-cu maddəsinə müvafiq olaraq cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatəti ilə bağlı qeyd edir ki, vəsatətdə göstərilən hallar məhkəmə araşdırılmasında öz təsdiqini tapmadığından iş üzrə xüsusi qərardadın qəbul edilməsinə əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar