Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12941/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 29/04 saylı qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 29/04 saylı qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmas barədə iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət edərək M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən ərazidən M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 29/04 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsinin rəsmiləşdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair iddiaçının adına verilmiş xx.xx.2007-ci il tarixli, 29/04 saylı qərarı, bələdiyyənin xx.xx.2008-ci il tarixli, 20/29 saylı qərarı ilə qüvvədən düşmüş və həmin torpaq sahəsi bələdiyyənin xx.xx.2008-ci il tarixli, 25/25 saylı qərarı ilə X3 mülkiyyətinə verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh iddiaya dair etirazını onunla əsaslnadırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən qərarın tarixi xx.xx.2024-cü il qeyd edilməklə həmin qərar təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər X3 adınadır və X5 ilə iddaçı arasında əlaqələndirici sənəd olmadığı üçün ərizənin icrası mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilməsinə şərait yaradılmamışdır. İddiaçı tərəfindən təqdim edilən Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 25/25 nömrəli qərarı və xx.xx.2024-cü il tarixli, 02/177 saylı məktubundan aydın olur ki, ona torpaq sahəsinin ayrılmasına əsas olmuş xx.xx.2007-ci il tarixli, 29/04 saylı qərar, M.Ə.Rəsulzadə Bələdiyyə iclasının xx.xx.2008-ci il tarixli 20/29 saylı qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlər ilə X3 etibarnamə üzrə nümayəndəsi X1 ********** saylı, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciəti mövcuddur. X3 müraciəti zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ilkin müqavilədən müəyyən edilir ki, X5 torpaq sahəsini X4 özgəninkiləşdirmişdir. Göründüyü kimi iddiaçının müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - “M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 29/04 saylı qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Lakin həmin qərar cavabdehə və ya məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsindən məlum olur ki, sözügedən qərarla iddiaçıya ayrılmış torpaq sahəsi digər şəxsin mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 25/25 nömrəli, 30 may 2008-ci il tarixli Qərarından məlum olur ki, İddiaçı mülkiyyətinə verilmiş Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 500 kv.m torpaq sahəsi, onun tərəfindən imtina etdiyi səbəbindən, bələdiyyə mülkiyyəitnə qaytarılmış, daha sonra fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə bələdiyyə tərəfindən vətəndaş X3 mülkiyyətinə verilmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsində cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları göstərilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 29/04 saylı qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova