Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1295/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı vəkili X3 oglunun Cavabdeh Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuya cavab verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y yənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin 11 aprel 2022-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuya cavab verilməsi vəzifəsinin onların üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıvsiyasətçidir. O, mütəmadi olaraq ölkədəki mövcud ictimai-siyasi, sosial problemlərlə bağlı sosial şəbəkə hesablarından, YouTube kanalından açıqlamalar yayır, müxtəlif internet kanallarındakı müzakirələrdə aktiv iştirak və çıxışlar edir. İddiaçı 11 aprel 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı informasiya sorğusu ilə müraciət etmişdir: 1-ci və 2-ci Qarabağ müharibəsi nəticəsində ümumilikdə neçə nəfər əlilliyi olan şəxs olub? Sorğu poçtla göndərilmiş və hər iki cavabdehə xx.xx.2022-ci il tarixində çatdırılmışdır. Birinci cavabdeh iddiaçının sorğusuna cavab verməmiş və 20 aprel 2022-ci il tarixində yazılı olaraq göndərdiyi cavabda imtinaya əsas olaraq onu göstərmişdir ki, bu məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə toplu şəkildə təqdim olunub, buna görə də sorğunu aidiyyəti orqana göndərmək daha məqsədəmüvafiqdir. İkinci cavabdeh isə sorğunu ümumiyyətlə cavablandırmamış və bununla bağlı iddiaçıya heç bir məlumat verməmişdir. Odur ki, cavabdehlərin hərəkətlərini qanunsuz hesab edir. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsini müdafiə edərək, mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri iddia ərizəsinə etiraz edərək, eyniməzmunlu izahatlarında bildirmişlər ki, Dövlət Statistika Komitəsinə 2022-ci il 13 aprel tarixində daxil olmuş iddiaçının 2022-ci il 11 aprel tarixli informasiya sorğusuna Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın 3.10-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 02/2-116 nömrəli cavab məktubu müraciət edənin göstərdiyi elektron poçt ünvanına göndərilmişdir. Əlilliyi olan şəxslərə dair məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 22 aprel tarixli 14/09s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Dövlət sosial müavinətləri, kompensasiyaları və təqaüdləri haqqında” 1-sosial müavinət, kompensasiya və təqaüd №-li rüblük/illik rəsmi statistika hesabatı forması əsasında toplanılır. Sözügedən rəsmi statistika hesabatı forması Azərbaycan Respublikasının qanunvericiliyinə, eyni zamanda “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına uyğun olaraq hazırlandığı üçün İddiaçı iddia ərizəsində göstərdiyi bölgüyə uyğun məlumatlar Dövlət Statistika Komitəsində müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil. Həmin statistik məlumatların toplu formada təqdim olunduğu iddiaçıya bildirilmiş, eyni zamanda daha detallı məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə müraciət olunması məktubda qeyd edilmişdir. Sonda iddianın mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Hazırki işdən görünür ki, iddiaçının cavabdehlərə qarşı tələbi 11 aprel 2022-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğuya cavab verilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş: - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə xx.xx.2022-ci il tarixdə göndərilmiş informasiya sorğusunda 1-ci və 2-ci Qarabağ Müharibəsi nəticəsində ümumilikdə neçə nəfər əlilliyi olan şəxsin olması soruşulmuşdur. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 02/2-116 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyi olan şəxslərə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən toplu şəkildə təqdim olunduğundan sorğu olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. Məhkəmə sorgusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 09/2-27 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Statistika Komitəsinə 2022-ci il 13 aprel tarixində daxil olmuş İddiaçı 2022-ci il 11 aprel tarixli informasiya sorğusuna Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın 3.10-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 02/2-116 nömrəli cavab məktubu müraciət edənin göstərdiyi elektron poçt ünvanına göndərilmişdir. Məhkəmə sorgusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 15/2-93 nömrəli məktubunda bildirilmişdir ki, əlilliyi olan şəxslərə dair məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 22 aprel tarixli 14/09s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Dövlət sosial müavinətləri, kompensasiyaları və təqaüdləri haqqında” 1-sosial müavinət, kompensasiya və təqaüd №-li rüblük/illik rəsmi statistika hesabatı forması əsasında toplanılır. Sözügedən rəsmi statistika hesabatı forması Azərbaycan Respublikasının qanunvericiliyinə, eyni zamanda “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına uyğun olaraq hazırlandığı üçün İddiaçı iddia ərizəsində göstərdiyi bölgüyə uyğun məlumatlar Dövlət Statistika Komitəsində müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil. Həmin statistik məlumatların toplu formada təqdim olunduğu İddiaçı bildirilmiş, eyni zamanda daha detallı məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə müraciət olunması Komitənin 2022-ci il 20 aprel tarixli 02/2-116 nömrəli məktubunda qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən məhkəməyə daxil olmuş iddiaya yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış 11 aprel 2022-ci il tarixliu informasiya sorğusu cavablandırılması üçün aidiyyəti üzrə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilmişdir. Sorğu Agentlik tərəfindən xx.xx.2022-ci il tarixli **********1 saylı məktubla cavablandırılmışdır. Bu səbəbdən məhkəmənin hazırkı sorğusu da, baxılmaq üçün aidiyyəti üzrə Agentliyə göndərilmişdir. İddiaçı iddia ərizəsində Nazirliyə Birinci və İkinci Qarabağ müharibəsi nəticəsində ümumilikdə neçə nəfər şəxsə əlillik təyinatı aparılması barədə məlumat verilməsi ilə bağlı müraciət etdiyini, lakin ərizəsinə cavab verilmədiyini bildirmişdir. Bildirilir ki, yuxarıda qeyd edildiyi kimi Agentlik tərəfindən iddiaçının müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixli **********1 saylı məktubla cavab verilmişdir. Bu səbəbdən İddiaçı tərəfindən irəli sürülən “informasiya sorğusuna cavab verilməsi”nə dair iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehlərin hərəkətsizliyindən şikayətlənir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə xx.xx.2022-ci il tarixdə 1-ci və 2-ci Qarabağ Müharibəsi nəticəsində ümumilikdə neçə nəfər əlilliyi olan şəxsin olması barədə İnformasiya sorğusu göndərilmişdir. Dövlət Statistika Komitəsinə 2022-ci il 13 aprel tarixində daxil olmuş iddiaçının 2022-ci il 11 aprel tarixli informasiya sorğusuna Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”-nın 3.10-cu bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixli 02/2-116 nömrəli cavab məktubu müraciət edənin göstərdiyi elektron poçt ünvanına göndərilmişdir. İddiaçıya izah edilmişdir ki, əlilliyi olan şəxslərə dair məlumatlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 22 aprel tarixli 14/09s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Dövlət sosial müavinətləri, kompensasiyaları və təqaüdləri haqqında” 1-sosial müavinət, kompensasiya və təqaüd №-li rüblük/illik rəsmi statistika hesabatı forması əsasında toplanılır. Sözügedən rəsmi statistika hesabatı forması Azərbaycan Respublikasının qanunvericiliyinə, eyni zamanda “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı uyğun olaraq hazırlandığı üçün iddiaçı bölgüyə uyğun məlumatlar Dövlət Statistika Komitəsində müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil. Həmin statistik məlumatların toplu formada təqdim olunduğu iddiaçıya bildirilmiş, eyni zamanda daha detallı məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə müraciət olunması qeyd edilmişdir. İddiaçının digər cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış 11 aprel 2022-ci il tarixli informasiya sorğusu cavablandırılması üçün aidiyyəti üzrə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirilmiş və sorğu Agentlik tərəfindən xx.xx.2022-ci il tarixli **********1 saylı məktubla cavablandırılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının sorgusuna qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanların hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1295/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1295/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver