Məhkəmə qərarları › İş №2-1(112)-1295/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1295/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1295/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı “ona dəymiş maddi ziyana görə 1936 manat məbləğində, mənəvi ziyana görə 2000 manat məbləğində pul vəsaitin, ümumlikdə 3936 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhər DYPİ YPX 10-P-033 dövlət nişanlı xidməti motosikletdə xidmətdə olan Bakı şəhər Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı şəxsin mülkiyyətində olan "Kia Picanto" markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayaraq bildirib ki avtomobildə EQ/7243089 protokola əsasən ödənilməmiş cərimə olduğu üçün maşını cərimə duracağına yerləşdiriləcək. Həmin EQ/7243089 nömrəli protokol həm birinci instansiya məhkəməsi tərəfindən həm Apellyasiya məhkəməsi tərəfindən ləğv olunaraq işə xitam verilməsi barədə qərarların sürəti avtomobilində idi. Bunları inspektorun diqqətinə çatdırsada, o, məhkəmə qərarlarına heç bir məhəl qoymadan idarə etdiyi avtomobili cərimə meydançasına aparmağa məcbur etdi. Akt tərtib olundu və maşın təhvil verildi. Əlavə olaraq bildirilir ki həmin Süleymanlı Süleyman adında inpektor xx.xx.2022 tarixində avtomobili həmin ödənilməmiş cəriməyə görə saxlayaraq və məhkəmə qərarlarını görərək ona yaxşı yol arzuladı və bu faktla bağlı sübutları var. Mülkiyyətində olan "Kia Picanto" markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cərimə meydançasında qalmış və avtomobil cərimə meydançasında qaldığına görə ona 35 manat pul ödənilməsinə dair 079090 seriyalı qəbz verilmişdir. X3 və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığım şikayət ərizələrin cavablarını gözləyənə gədər, avtomobili iş avtomobili olduğu üçün və bu səbəbdən avtomobilsiz qalmaq qeyri mümkün olduğu üçün xx.xx.2022-ci il tarixdə 40 saylı notariusda bağlanmış müqaviləyə əsasən 117 manat müqavilə rüsumu, 19 manat avtomobili idarə etmək üçün etibarnamənin rüsumu ödəyərək şəxsi hesabına avtomobil icarəyə götürdü. xx.xx.2022-ci il tarixində Bakı ş. prokurorun köməkçisi şifahi müdaxiləsi nəticəsində və onun tərəfindən inzibati işlər üzrə inspektorların rəisi polkovnikə göstərişlər verilməsi nəticəsində avtomobili ona geri qaytarılması üçün BDYP idarəsində ona talon verildi. Lakin avtomobil uzun müddət hərəkətsiz qaldığına görə, akkumulyatoru yararsız hala düşüb, avtomobil işə düşmürdü və avtomobilimi yalnız xx.xx.2022 tarixində dostumun köməkliyi ilə duracaqdan çıxara bildi. xx.xx.2022-ci il tarixində icarə haqqı olaraq müqaviləyə əsasən 1650 manat pul ödədi. xx.xx.2022-ci il tarixdə isə "Mutlu" akkumulyatoru yararsız hala düşdüyünə görə 85 manata yeni ucuz "Mega Power" akkumulyator əldə etdi. Göstərilənlərdən göründüyü kimi Bakı şəhər Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı mülkiyyətində olan "Kia Picanto" markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomaşınını saxlayaraq avtomobilini EQ/7243089 protokola əsasən ödənilməmiş cəriməyə görə cərimə duracağına yerləşdirməsi qanuna zidd idi və məntiqsiz idi, çünki onun protokol üzrə aparılan inzibati xəta haqqında işə məhkəmə tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerlşdirilməsi barədə xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, YPX inspektoru polis baş siyahı X1 xx.xx.2022-ci il tarixdə saat 14:44-də yol hərəkətinə nəzarət zamanı Kia markalı, 90SU854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.1979-ci ildə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 1 ünvanında olan İnzibati Xətalar Məcəlləsinin 327.1-327.2 maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Beləliklə nəqiyyat vasitəsi dayandırılır, ödənilməyən cərimə borcu Səbail №16 mühafizə olunan duracağa yerləşdirilir. Nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(001)-4196/2021 saylı məktubundan görünür ki, şikayət təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair xx.xx.2021 -ci il tarixli, EQ ******* nömrəli qərarı ləğv edilmiş və iş üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Azərbaycan Respublikasının adının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)-111/2022-ci il tarixli qərarından görünür ki, inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini Elşən Kazımov tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə olunmasına dair 18 avqust 2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilərək, iş üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair İddiaçı şikayətinin təmin edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. X4 və İddiaçı xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC 033849 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi JN1BCAC11Z0032023,mühərrikin nömrəsi 077584 və buraxılış ili 2008-ci il olan NİSSAN TİDA MİNİK markalı 90FA839 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ona məxsus hissəsindən tam mülkiyyət hüququ üzrə İddiaçı xx.xx.2022-ci il tarixədək icarəyə verilir. Bakı şəhəri BPİ DYPİ-nin İXHİÜİŞ-nin BN seriyalı 00745 nömrəli arayışdan görünür ki, Kia markalı 90SU85 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanma səbəbi qaldırıldığından onun vətəndaş İddiaçı tərəfindən mühafizə olunan duracaqdan götürülməsinə etiraz edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən 3-13- 16/2-121798/24 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sözügedən nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə bilavasitə tabe olan “Siqnal” İLİ İdarəsinin nəznində mühafizə olunan müvəqqəti duracaqlarda saxlanılmayıb. X6, Yol hərəkəti Təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2022-i il tarixli TP ******* saylı qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X6, Yol hərəkəti Təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında ******* saylı protokoldan görünür ki, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X2 xx.xx.2022-ci il tarixində, saat 13:49-da KİA PİCANTO Minik markalı, 90SU854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı tərəfindən 327.1, 327.2 hallarına yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 046-327315-4222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, o xx.xx.2022-ci il tarixdə “Kia" markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, İstiqlaliyyət küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq 4.1.3 “sola hərəkət” yol nişanının tələbinə riayət etməyib düzünə hərəkət edərək 3.1 “giriş qadağandır” yol nişanının təsir sahəsində hərəkətinizi davam etdirdiyinə görə qeyd olunan ərazidə xidmət aparan YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı əvvəllər törədilmiş yol hərəkəti qayda pozuntusuna görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol üzrə çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən iki ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədiyinə görə nəqliyyat vasitəsinin saxlanılıb müvəqqəti duracağa yerləşdirilməsi barədə qərarın olması aşkar edildiyindən avtomobili mühafizə olunan duracağa yerləşdirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobilin saxlanılma səbəbi aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi mühafizə olunan duracaqdan buraxılmışdır. Araşdırma zamanı yol verdiyi inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq ərizə ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəldiyi üçün mümkün deyil. İddia tələbinə əsasən, məhkəmə müəyyən edir ki, iddiaçı faktiki olaraq polisin inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarından: 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən: 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. FƏSİL 29 Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 327.1-2. Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir.[ 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. ... Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar