Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1296/2022 17.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyası ali peşə ixtisaslı Federal Dövlət büdcə Hesablı Təhsil Müəssisəsi “Akademik S.P.Korolyov adında X2 Universiteti (milli təqdiqat Universiteti)”-nin “Radioelektron vasitələrin layihələndirilməsi və texnologiyası” fakültəsinin qiyabi şöbəsini bitirməyi və Dövlət Attestasiya komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə ona “Radioelektron vasitələrin layihələndirilməsi və texnoligiyası” istiqaməti üzrə mühəndis ixtisası verilməsi barədə K № 31340 nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Rusiya Federasiyası ali peşə ixtisaslı Federal Dövlət büdcə Hesablı Təhsil Müəssisəsi “Akademik S.P.Korolyov adında X2 Universiteti (milli təqdiqat Universiteti)”-nin “Radioelektron vasitələrin layihələndirilməsi və texnologiyası” fakültəsinin qiyabi şöbəsini bitirməsi və Dövlət Attestasiya komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə ona “Radioelektron vasitələrin layihələndirilmsi və texnoligiyası” istiqaməti üzrə mühəndis ixtisası verilməsi barədə К № 31340 nömrəli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildə Rusiya Federasiyası ali peşə ixtisaslı Federal Dövlət büdcə Hesablı Təhsil Müəssisəsi "Akdemik S.P.Korolyov adına X2 Universiteti (milli tədqiqat Universiteti)"-nin "Radioelektron vasitələrin layihələndirilməsi və texnologiyası" fakültəsinin qiyabi şöbəsini bitirmiş və Dövlət attestasiya komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə ona "Radioelektron vasitələrin layihələndirilməsi və texnologiyası" istiqaməti üzrə mühəndis ixtisası verilməsi barədə К № 31340 nömrəli diplom verilmişdir. Ali təhsilini başa vurduqdan sonra diplomunun Azərbaycan Respublikası ərazisində tanınması üçün Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və nostrifikasiya idarəsi tərəfindən xx.xx.2016-ci il tarixli məktubla diplomunun ölkə ərazisində tanınmasından imtina olunmuş və imtinanın səbəbi olaraq ona bildirilmişdir ki, o, əyani təhsil almışdır və "Akdemik S.P.Korolyov adına X2 Universiteti (milli tədqiqat Universiteti)"nin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalenliliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" nın 3.7-ci bəndinə əsasən müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. O, yenidən müraciət edərək, əyani deyil, qiyabi təhsil aldığını bildirmişdir. Belə olan halda ona verilən cavab yenidən yoxlanmalıdır və o, "Akdemik S.P.Korolyov adına X2 Universiteti (milli tədqiqat Universiteti)"-nin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə kifayət qədər olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmişdir. 2016-ci ildən hazıra kimi o, dəfələrlə Təhsil Nazirliyində olmuş və ərizəsinə cavab verilməsini təkid etmiş, sonuncu tərəfindən hər dəfə ona qeyri-müəyyən cavablar verilmiş, sonuncu dəfə ona verilmiş S-112/03-TKTA saylı xx.xx.2021 tarixli cavab məktubunda ona 2016-cı ildə rədd cavabının verilməsi göstərilmiş və onun sonrakı müraciəti barədə münasibət bildirilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtina məktubu qanunsuzdur və diplomu Azərbaycan Respublikası ərazisində tanınmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 2 ay 13 gün, İİ il - 26 gün, İİİ il - 18 gün, İV il - 20 gün, V gün - 15 gün). Bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri- mümkün hesb edilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1296/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Rusiya Federasiyası ali peşə ixtisaslı Federal Dövlət büdcə Hesablı Təhsil Müəssisəsi “Akademik S.P.Korolyov adında X2 Universiteti (milli təqdiqat Universiteti)”-nin “Radioelektron vasitələrin layihələndirilməsi və texnologiyası” fakültəsinin qiyabi şöbəsini bitirməsi və Dövlət Attestasiya komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə ona “Radioelektron vasitələrin layihələndirilməsi və texnologiyası” istiqaməti üzrə mühəndis ixtisası verilməsi barədə К № 31340 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1296/2022 saylı qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyasının Akademik S.P.Korolyov adına X2 Universiteti (Milli Tədqiqat Universiteti) tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli K № 313 diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Akademik S.P.Korolyov adına X2 Universiteti ( Millii Tədqiqat Universiteti) tərəfindən verilmiş K № 31340 saylı diplomun tanınmasına dair T 027140 və İ026520 №-li şəhadətnamələr verilmişdir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1296/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1296/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver