Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12961/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “qanuni təmsilçi kimi reyestrdən çıxarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə elektron informasiya sistemində müvafiq dəyişikliklərin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 2852/2019 saylı qiyabi qətnaməsi ilə "xxxx" ASC-nin üzərinə İddiaçı "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmək və həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək vəzifəsi qoyulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(006)-2852/2019 saylı qiyabi qətnaməsi onunla əsaslandırılmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilmişdir. Lakin bununla bağlı məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinin tələbləri nəzərə alınaraq dəyişikliyin qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin üzərinə İddiaçı "xxxx" ASC-nin ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmək və həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək vəzifəsi qoyulmalıdır."xxxx" ASC isə İdarə Heyətinə yeni sədr seçmədən fəaliyyətini dayandırdığından, üzərinə qoyulmuş vəzifənin onun tərəfindən icrası mümkün olmamışdır. Bununla belə, istənilən halda İddiaçı "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilmişdir və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən İddiaçı "xxxx" ASCnin X4 vəzifəsindən azad edilməsi barədə dəyişiklik hökmən qeydiyyata alınmalıdır. Yəni dəyişikliyin qeydiyyata alınmaması inzibati məsuliyyətə cəlb edilmə üçün əsasdır. Odur ki, "xxxx" ASC-nin İdarə Heyətinə yeni sədrin seçilməməsi və fəaliyyətini dayandırması, qanunun imperativ normasının qeyri müəyyn müddətə icra edilmədən qalmasına əsas ola bilməz.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3 cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.Göründüyü kimi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-2852/2019 saylı qiyabi qətnaməsi bütün şəxslər, o cümlədən müvafiq qeydiyyat hərəkətlərini aparmaq vəzifəsi yalnız özünə aid olan cavabdeh üçün də məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır, onun icra olunmaması məsuliyyətlə nəticələnir.“Hüquqi şəxslərin. dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Göründüyü kimi, İddiaçı "xxxx" ASC-nin X3 təmsilçi vəzifəsindən azad edilməsi barədə əmr mövcuddur və bununla bağlı dəyişiklik hökmən qeydə alınmalıdır və bu qeydiyyat istənilən halda cavabdeh tərəfindən aparılmalıdır. Belə olan halda müvafiq qeydiyyatla bağlı formal olaraq hansısa hərəkətlərin "xxxx" ASC-yə həvalə edilməsi, onun isə bu vəzifəsini icra edə bilməməsi, iddiaçının iradəsindən asılı olmayan haldır və hüquqi şəxslərin dövlət reyestrində yanlış məlumatların saxlanılmasına əsas ola, qanunun imperativ normasının isə icra edilməməsinə əsas ola bilməz. Odur ki, İddiaçı "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə elektron informasiya sistemində müvafiq dəyişikliklərin aparılması cavabdehdən xahiş olunmuşdur. Lakin cavabdeh 2 iyun 2025-ci il tarixli 3-21-2-2-1/2-M-12xx-xx/2025 saylı məktubu ilə müvafiq qeydiyyat hərəkətlərini aparmaqdan imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 2852/2019 saylı qiyabi qətnaməsinə əsasən tələbin icrası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi üçün nəzərdə tutulmamışdır. Cavabdeh nəzərə almamışdır ki, İddiaçı "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilmişdir və bu dəyişiklik hökmən qeydə alınmalıdır. Odur ki, hər bir halda müvafiq qeydiyyat hərəkətlərini aparmalı olan cavabdehin qətnamədə vəzifənin özünə aid edilməməsi əsası ilə İddiaçı "xxxx" ASC-nin X3 təmsilçi vəzifəsindən azad edilməsi barədə dəyişikliyi qeydə almaqdan imtinası qanunsuzdur.Azərbaycan Respublikası Konstitusiyasının 35 -ci maddəsinin İ və İİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Cavabdehin bu hərəkətsizliyi nəticəsində İddiaçı uzun müddətdir ki, dövlətin təminat verdiyi əmək hüququnu da həyata keçirə, özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçə, maddi təlabatım ödəmək üçün qazanc əldə edə bilmir.Azərbaycan Respublikasının İnzibati- Prosessul Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqan olaraq çatışmamazlıqların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə borcludur. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı "xxxx" ASC-nin ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə dəyişikliyin hüquqi şəxslərin dövlət reyestrində qeydə alması cavabdehə həvalə edilməlidir.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin 2-1(112)-12961/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, iş üzrə iddia tələbi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “iddiaçının X4 vəzifəsindən azad edilməsi və s.” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Məhkəmənin 2-1(112)-12961/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “İddiaçı dair Hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliklər aparılmaqla iddiaçının ”Mehmanxana Bakı” ASC-nin qanuni təmsilçisi (ASC-nin X4) kimi reyestrdən çıxarılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdehin etirazından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) X4 vəzifəsindən azad edilməsi və reyestrdə müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdeh Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddiaçının iddia tələbi əsassızdır və qanunvericiliyə zidd olduğu üçün rədd edilməlidir: Belə ki, hüquqi şəxsiərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda bildirilir ki, Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Həmçinin onu da bildirilir ki, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 107.1.3-cü maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Məcəllənin 107-1.4-cü və 107-1.5-ci maddələrinə müvafiq olaraq səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli, habelə ümumi yığıncağının çağırılması barədə səhmdarlara və ya nominal saxlayıcılara yazılı bildiriş göndərilməlidir və səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə səhmdarların ümumi yığıncağının gündəliyi də göstərilməlidir. Məcəllənin 106-2-ci maddəsinə əsasən, səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. Həmçinin Məcəllənin 106-2.2-ci maddəsinə və Azərbaycan Respublikasının “Qiymətli kağızlar bazarı” haqqında Qanunun 17.1.4-cü maddəsinə əsasən Səhmdar Cəmiyyətin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 -ci və 16.2-ci maddələrinə müvafiq olaraq, mərkəzi depozitar depozitar sistemini idarə edən Milli Depozit Mərkəzidir və “mərkəzi depozitar” sözlərindən öz adında yalnız Milli Depozit Mərkəzi istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.X1 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni İddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür.Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquqi şəxsin rəhbər dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün səhmdarların ümumi yığıncağının protokolu, “Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış”ın əsli, səhmdarların ümumi yığıncağının çağırılmasına dair kütləvi informasiya vasitələrində yerləşdirilmiş müvafiq elan və səhmdarlara göndərilmiş bildiriş, habelə yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti müvafiq ərizə formasına əlavə edilməklə yeni qanuni təmsilçi tərəfindən İdarəyə təqdim olunmalıdır. Göründüyü kimi iddiaçının hüququ qeydiyyatı həyata keçirən inzibati orqan tərəfindən pozulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci, 35-ci və 48.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1 -ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 21-2-2-1/2-M-12xx-xx/2025 saylı məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-2852/2019 nömrəli qiyabi qətnaməsinə əsasən tələbin icrası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi üçün nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2-213038/2025 saylı məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X5 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2752 nömrə ilə dövlət qeydiyyatından keçməsi və səhmdarlarının ümumi yığıncağının protokoluna əsasən adının xx.xx.2013-cü il tarixdə dəyişdirilib "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması barədə məlumat mövcuddur. Cəmiyyətin fəaliyyəti hazırkı dövrdə aktivdir. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən Cəmiyyətin əsas fəaliyyətinin “Mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olması və xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində vergilər və sair daxilolmalar üzrə ödənişi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli RK-463 nömrəli əmrinə əsasən xx.xx.1999-cu il tarixindən səhmin birinci ümumiyığıncağı çağırılanadək olan müddətdə "xxxx"ATSC-nın X4 vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı D.Ə.K-nın RK 463 nömrəli xx.xx.1999-cu il tarixli əmrinə əsasən xx.xx.1999-cu il tarixindən səhmin birinci ümumiyığıncağı çağırılanadək olan müddətdə "xxxx"ATSC-nın İdarə heyyətinin sədri vəzifəsinə təyin edilmişdir, ATSC-nin ümumi yığıncağının xx.xx.2000-ci il tarixli 1 nömrəli protokolu ilə xx.xx.2000-ci il tarixindən "xxxx"ATSC-nin ümumi yığıncağının qərarına əsasən ATSC-nin sədri seçilmişdir, Müşahidə şürasının xx.xx.2014-cü il tarixli protokolu ilə xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə "xxxx"ASC-nin İH-nın sədri vəzifəsindən azad edilmişdir. "xxxx"ASC-nin İddiaçı "xxxx"ASC-nin X4 vəzifəsindən azad olunması haqqında xx.xx.2014-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə "xxxx"ASC-nin İH-nın sədri vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilməsi, "Mehmanxana Bakı” ASC-nin üzərinə İddiaçı "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmək və həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək vəzifəsi qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2852/2019 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkəmənin 2(006)-2852/2019 nömrəli mülki işi üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. I. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. II. Məhkəmənin mövqeyi Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1249/2024 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsindən: Maddə 47. Hüquqi şəxsin nizamnaməsi 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 102.1. Səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. 107.5. Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9.2-1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz; 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli, 48 saylı Fərmanı:
2. Müəyyən edilsin ki: 2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü, 4.6-cı, 5.1-ci, 5.6-cı (ikinci cümlədə birinci və ikinci halda), 8.2-ci, 8.3-cü, 8.4-cü, 8.5-ci, 9.2-ci (birinci və ikinci cümlələrdə), 10.1-ci, 11.3.1-ci, 11.3.4cü, 11.4-1-ci (birinci və ikinci cümlələrdə), 12.1-ci, 13.1-ci, 15.2-ci, 15.5-ci, 16.1- ci, 16.2-ci (16.2.4-cü maddə istisna olmaqla), 16.4-cü, 16.5-ci, 16.7-ci, 17.0-cı, 18.1-ci, 20.3-cü və 20.4cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası prezidentinin 1997-ci il 7 aprel tarixli, 571 nömrəli fərmanının 1-ci və 2-ci bəndlərinə, 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3-cü bəndinin ikinci abzasına, 2002-ci il 24 avqust tarixli, 758 nömrəli fərmanının 8-ci bəndinə və 2003-cü il 23 oktyabr tarixli, 947 nömrəli fərmanının 2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının X11 üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının X11 üzrə İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər; Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. Hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı artıq "xxxx" ASC-nin X4 deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır. Nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir. Bu baxımdan işin halları təhlil edildikdə görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə "xxxx"ASC-nin İH-nın sədri vəzifəsindən azad edilmiş, bu barədə onun əmək kitabçasında qeydlər edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2852/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən "Mehmanxana Bakı” ASCnin üzərinə İddiaçı "xxxx" ASC-nin X4 vəzifəsindən azad edilməsi və Cəmiyyətin qanuni təmsilçisi olmadığı barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etmək və həmin dəyişikliyi təsdiq edən sənədləri təqdim etmək vəzifəsi qoyulması qət edilmişdir, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd edilənlər o qənaətə gəlməyə əsas verir ki, X4 (qanuni təmsilçi) kimi iddiaçının barəsində qeydin reyestrdə qalmasının hüquqi əsası yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ”Mehmanxana Bakı” ASC-nin qanuni təmsilçisi kimi adının X4 kimi dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adının ”Mehmanxana Bakı” ASC-nin qanuni təmsilçisi (X4) kimi reyestrdən çıxarılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova