Məhkəmə qərarları › İş №2-1(112)-1297/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1297/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1297/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı direktoru X4, nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı və 20.10.2020-ci il tarixli **********140954 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2019-cu il mənfəət vergisi üzrə əlavə hesablanmış 112.200 manat vergi məbləğinin ləğv edilməsi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.10.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının 2017ci il üzrə mənfəət vergisinin 546.723,20 manat azaldılmasına görə 273.361,60 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-ci il üzrə ƏDV-nin 748.017,25 manat azaldılmasına görə 374.008,63 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-ci il üzrə mənfəət vergisinin 603.920,08 manat azaldılmasına görə 301.960,04 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2018-ci il üzrə ƏDV-yə görə 1.054.309,24 manat əlavə hesablama və 527.154,62 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə mənəət vergisinin 448.792,93 manat əlavə hesablamasına görə 224.396,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2019-cu il üzrə ƏDV-yə görə 215.622,06 manat əlavə hesablamasına 107.811,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,80 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının və həmin İdarənin 20.10.2020-ci il tarixli **********140954 saylı qərarının-2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə müəssisəyə 3.617.384,76 manat əlavə hesablama aparılması və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının və həmin İdarənin 20.10.2020-ci il tarixli **********140954 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə qərarının-2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral qaydada cəmiyyətin şəxsi vərəqəsinə əsassız olaraq 2019-cu il üzrə 112.200,00 manat mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq vergi orqanı həmin qərarın bəyannamədə və ya hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində “Tərəfinizdən 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş DTA 01 ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarınan kənarda 0,0 manat gəlir göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir” kimi göstərilmişdir. Cəmiyyət tərəfindən 01.05.2020-ci il tarixində 2019-cu il vergi dövrü üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən 04.05.2020-ci il tarixli **********487400 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”la kameral vergi yoxlaması aparılmasının mümkün olmadığı bildirilmişdir. Məktubda vergi orqanı kameral vergi yoxlaması aparılmasının mümkün olmamasını aşağıdakı səbəblərlə əlaqələndirmişdir: 1) Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1-ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 110.835,70 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0,00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edlmişdir. 2) Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində cəmiyyət tərəfindən 20.077.849,37 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №li Əlavəsinin 1.1 kodlu (əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” xanalarındakı göstəricilərin cəmi (19.282.760,19 manat) Vergilər Nazirliyinin məlumat bazasında olan göstəricilərin cəmindən 795.089,18 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. 3) 2019 təqvim ilinin ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin Əlavələrində təqdim ediləcək malların, işlərin və xidmətlərin hesabına əvvəlcədən alınmış ödənişlərin (301.1.8 + 301.2.7+302.8+303.42-ci) cəmi 500.446,18 manat avans məbləğləri ilə həmin hesabat ili üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №li Əlavəsinin 2.2.1.2-ci (Alınmış avanslar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda göstərilən 85.332,33 manat məbləği arasında 415.113,85 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Müəssisəyə 27.11.2019-cu il tarixində 100.052,11 avro və 12.12.2019-cu il tarixində isə 31.242,48 avro bonus köçürülmüşdür. Göstərilənlərə əsasən müəssisənin bonus gəliri 561.000,00 manat deyil, 242.895,00 manat olmuşdur. Lakin qeyd olunan kənarlaşmalar faktiki sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05.03.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən İdarənin əməkdaşları tərəfindən Cəmiyyət (VÖEN **********) üzrə 2017-ci il -2019-cu il (ƏDV üzrə fevral 2017-dekabr 2019) tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və 31.08.2020-ci il tarixli **********198097 saylı Səyyar vegi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama 06.03.2020-ci il tarixdə başlanmış və 26.08.2020-ci il tarixdə başa çatdırılmışdır, akt 5 gün müddətində vergi ödəyicisinə verilməli olduğu halda 04.09.2020-ci il tarixində təqdim edilmişdir. Yoxlanılan dövr ərzində müəssisə meşə materiallarından hazırlanmış fanerlərin topdan və qismən pərakəndə satış fəaliyyətini həyata keçirmişdir. Yoxlama Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin 30.01.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzatrətinin həyata keçirilməsi haqqında” Qərara, 30.01.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldığı göstərilmiş ƏDV-yə cəlb edilən əməliyyatlar 62.667.642,53 manat, ƏDV % cəlb edilən əməliyyatlar 1.039.359,24 manat , əvəzləşdirilən ƏDV 9.562.029,16 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Göstərilən hesabların mənbəyi, əsası, açıqlaması verilməmişdir. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə vrgi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan 6.184.998,0 manat əməliyyatın 10 faizi miqdarında, yəni 618.499,8 manat maliyyə sanksiyası isə hansı nağd əməliyyatlara istinad edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair 08.09.2020-ci il tarixli **********096800 №li yazılı etirazda göstərilmişdir ki, Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması zamanı, iddiaçı tərəfindən 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində (217.2-ci sətir) Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 04.06.2020-ci il tarixli **********710800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdrımaya təqdim edilməsi üçün hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mənfəət vergisi üzrə 2019-cu il üçün cəmiyyətə 112.200,00 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya 22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair 12.11.2020-ci il tarixli **********405900 №li yazılı etiraza əlavədə göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05.03.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.02.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə növbəti səyar vergi yoxlaması təyin edilmiş və yoxlama 31.08.2020-ci il tarixli **********198097 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin 30.01.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həuata keçirilməsi haqqında” Qərara, 30.01.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokollara əsasən müəssisədən götürülmüş eletron daşıyıclarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldı. Yoxlanılan dövr ərzində cəmiyyətin vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən cəmiyyətin ƏDV cəlb olunan əməliyyatları 55.862.922,08 manat, ƏDV 0% ilə cəlb olunan əməliyyatları 1.202.043,11 manat, əvəzləşdirilən ƏDV 9.563.373,51 manat, büdcəyə çatan ƏDV 491.952,46 manat olmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV % cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat büdəcəyə hesablanan ƏDV 1718146,50 manat olmuşdur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə 2.017.948 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) cəmiyyətin gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16.157.547,11 manat, xərclər 15.390.442,97 manat, vergiyə cəlb olunan mənfəət 767.104,14 manat, mənfəət vergisi 153.420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19.449.814,39 manat, xərlər 18.836.103,37 manat, vergiyə cəlb olunan mənfəət 613.711,02 manat, mənfəət vergisi 122.742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21.468.160,58 manat, xərclər 20.594.199,17 manat, vergiyə cəlb olunan mənfəət 873.961,41 manat, mənfəət vergisi 174.792,28 manat olmuşdur. Vergi orqanı tərəfindən kameral qaydada cəmiyyətin gəliri 561.000,0 manat artırılmış və nəticədə ümumi olaraq 286.992,28 manat mənfəət vergisi hesablanmışdır. Göründüyü kimi 2017-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.500.720,17 manat mənfəət vergisi 700.144,03 manat, 2018-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.633.311,41 manat, mənfəət vergisi 726.662,28 manat və 2019-cu il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.678.926,05 manat, mənfəət vergisi isə 735.785,21 manat müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama nəticəsində ümumilikdə 1.599.436,21 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş və 799.718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci ildə alınmış 11.600,0 manat (ƏDV-siz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilmişdir. Bundan başqa kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561.000,0 manat (Respublika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246.473,93 manat göstərilmişdir. Yoxlama zamanı iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) əsasında 6.184.998 manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 % miqdarında, yəni 618.499,9 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X9 iddia ərizəsinə və ona edilmiş əlavələrə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinə və ona edilmiş əlavələrə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda və ona edilmiş əlavədə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşin faktiki halları(adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə 17 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış, daha sonra 10.01.2020-ci il tarixdə **********842800 nömrə ilə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən yenidən qeydiyyata alınmışdır (İddiaçı MMCnin nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, Dövlət reyestrindən çıxarış). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə 2019-cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, Cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamə, hesabat üzrə sonuncu tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 174.792,28 manat məbləğində göstərildiyi, vergi orqanı tərəfindən isə aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqının 286.992,28 manat məbləğində təşkil etdiyi müəyyən olunmuş, nəticədə vergi orqanı tərəfindən vergi ödəyicisinə 112.200,00 manat məbləğində əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Belə ki, Cəmiyyət tərəfindən 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi vergidənyayınma halı kimi qiymətləndirilmişdir (22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 05.03.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.02.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə növbəti səyar vergi yoxlaması təyin edilmiş və yoxlama 31.08.2020-ci il tarixli **********198097 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin 30.01.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, 30.01.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokollara əsasən müəssisədən götürülmüş eletron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparılmışdır. İdarə tərəfindən 16 iyul 2020-ci il tarixli **********138175 nömrəli ekspertizanın tyin edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama zamanı zərurət yaranmadığı üçün ekspert rəyi alınmamışdır. Yoxlanılan dövr ərzində cəmiyyətin vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən cəmiyyətin ƏDV cəlb olunan əməliyyatları 55.862.922,08 manat, ƏDV 0% ilə cəlb olunan əməliyyatları 1.202.043,11 manat, əvəzləşdirilən ƏDV 9.563.373,51 manat, büdcəyə çatan ƏDV 491.952,46 manat olmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV cəlb edilən əməliyyatlar 62.667.642,53 manat, ƏDV 0% cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat büdəcəyə hesablanan ƏDV 1.718.146,50 manat olmuşdur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə 2.017.948 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) cəmiyyətin gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16.157.547,11 manat, xərclər 15.390.442,97 manat, vergiyə cəlb olunan mənfəət 767.104,14 manat, mənfəət vergisi 153.420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19.449.814,39 manat, xərlər 18.836.103,37 manat, vergiyə cəlb olunan mənfəət 613.711,02 manat, mənfəət vergisi 122.742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21.468.160,58 manat, xərclər 20.594.199,17 manat, vergiyə cəlb olunan mənfəət 873.961,41 manat, mənfəət vergisi 174.792,28 manat olmuşdur. Vergi orqanı tərəfindən kameral qaydada cəmiyyətin gəliri 561.000,0 manat artırılmış və nəticədə ümumi olaraq 286.992,28 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə 2017-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.500.720,17 manat mənfəət vergisi 700.144,03 manat, 2018-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.633.311,41 manat, mənfəət vergisi 726.662,28 manat və 2019-cu il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.678.926,05 manat, mənfəət vergisi isə 735.785,21 manat müəyyən edilmişdir. Yoxlama nəticəsində ümumilikdə 1.599.436,21 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş və 799.718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci ildə alınmış 11.600,0 manat (ƏDV-siz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilməsi təklif olunmuşdur. Yoxlama zamanı iddiaçı cəmiyyətdən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) əsasında 6.184.998 manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 % miqdarında, yəni 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.10.2020-ci il tarixli **********140954 saylı qərarına əsasən aşağıdakılar: 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 632775,33 manat artıq hesablama nəzərə alınmaqla 421.533,91 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə, 158.979,22 manat artıq hesablama nəzərə alınmaqla 56.642,84 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasına görə, 791.754,55 manat artıq hesablama nəzərə alınmaqla 2.825.630,21 manat əlavə hesablama aparılması və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Bundan başqa kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561.000,0 manat (Respublika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246.473,93 manat göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1996 №li 23.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən 31.08.2020-ci il tarixli **********198097 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yoxlama ilə aparılmış vergilər (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618.499,8 manat məbləğində maliyyə sanksiyası üzrə əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, 22.06.2020-ci il tarixli **********329300 saylı vergilərin, sosial sığorta, işsizlik səğortası haqlarının hesablanması barədə qərarda da göstərilənlərin düzgünlüyü müəyyən olunmadı. Həmçinin İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla müəssisənin 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında göstərilən əlavə hesablanmış mənfəət vergisinin, ƏDV-nin azaldılması və 618.499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət barəsində 22.06.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabddehin 22.06.2020-ci il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Bundan əlavə yuxarıda qeyd olunanlardan aydın olur ki, həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə cavabdeh vergi orqanı tərəfindən əlavə vergi məbləğinin hesablanmasına əsas “qara mühasibatlıq” sənədləri olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.6-cı maddəsinə əsasən mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyətəsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikası Prezidentinin 16.06.2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 9-cu bəndinə əsasən bu Qaydada nəzərdə tutulan “Elektron qaimə-faktura”, “İstehsal ehtiyatlarının elektron alış aktı”, “Malların alınması üçün vəkalətnamə” və “Yük avtonəqliyyatı üçün yol vərəqi” istisna olmaqla, “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəəpul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30.01.2017-ci il tarixli Q-01 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 7.1-ci bəndinə əsasən mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən ilkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. Yuxarıda qeyd olunan normaların qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki, müəssisə və təşkilatlar, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslər mühasibat uçotunu, o cümlədən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirməli və aparılan maliyyə-təsərrüfat əməliyyatlarını baş verdiyi anda (bu mümkün olmadıqda başa çatdıqdan sonra) qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş, zəruri rekvizitləri özündə ehtiva edən və ciddi hesabat blankı sayılan ilin uçot sənədləri əsasında rəsmiləşdirməlidir. İş materialarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, İddiaçı MMC vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə desək Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şüphə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə İddiaçı MMC-yə əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur. İş materiallarına əlavə edilmiş “qara mühasibatlıq” sənədləri ilə bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdeh vergi orqanı İddiaçı MMC-yə kameral və səyyar vergi yoxlamaları ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət və əlavə dəyər vergilərin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir, əksinə iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədləri və Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə ekspert rəyi əsasında İddiaçı MMCtərəfindən yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan vergilərin düzgün hesablandığı və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilmədiyi müəyyən edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və həmin İdarənin 20.10.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” Qərarı-2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı MMC-dən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22.06.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.10.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” Qərarı-2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar