Məhkəmə qərarları › İş №2-1(112)-12975/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12975/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12975/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı ekspert rəyinin ləğv edilməsi və ölkəyə gətirilmiş əmlakın təhvil verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ekspert rəyinin ləğv edilməsi və tərəfindən ölkə ərazisinə gətirilmiş “Bülent Kardeşler” markalı qoşqu-lafetin ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məşğul olduğu kənd təsərrüfatı fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə Türkiyə Respublikasından ölkə ərazisinə “kənd təsərrüfatında istifadə olunan avadanlıqlardan “Bülent Kardeşler” markalı qoşqu-lafet gətirilmişdir. Qeyd edilən yük, Astara Gömrük İdarəsinin 3-33-1300/2-001432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli müraciət məktubu əsasında ekspertizaya göndərilmiş, ilkin ekspertizanın nəticəsi olaraq yükün “özü hərəkət edən döşəməsi olmayan qoşqu-lafet” olduğu və XİF MN-ə görə 8716 39500 0 alt yarımmövqeyində sinifləşdirildiyi qeyd olunmuş və yük gömrük rüsumuna daxil edilmişdir. Halbuki həmin yük sinifləşdirilməli olduğu yarımmövqe XİF MN-ə görə 8716 20000 000 kimi qeyd olunmalı idi. Tərəfindən buna etiraz edilməsinə baxmayaraq ekspertizanın nəticəsi dəyişdirilməmişdir. Belə ki, gətirilən yükün şəkillərindən də göründüyü kimi həmin qoşqu-lafet özü yeriyən sinifinə aid deyildir, hər hansı motorla təmin edilməmişdir və yük tamamilə səhv yarımmövqedə sinifləşdirilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qaldırılan məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Türkiyə Respublikasının hüquqi şəxsi “X10 X9 X1 ve İnşaat Sanayi ve Ticaret Limited” şirkəti arasında bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına mənşə ölkəsi Türkiyə Respublikası olan 1 ədəd “Bülent Kardeşler” markalı, yükgötürmə qabiliyyəti 25 ton, istehsal tarixi xx.xx.2023-cü il olan qoşqu-lafet adlı mal idxal edilmişdir. İdxal edilmiş mal sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün iddiaçı tərəfindən Astara Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə elektron formada təqdim edilən **********3178 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Təqdim edilmiş **********3178 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında (malların təsvirində) 1 ədəd “Bülent Kardeşler” markalı, yükgötürmə qabiliyyəti 25 ton, Seriya no:007, istehsal tarixi xx.xx.2023-cü il olan “kənd təsərrüfatı üçün, ikioxlu, özüboşaldan qoşqular”, 33-cü qrafasında malın X4 mal nomenklaturası üzrə təsnifat kodu 871620 0000, 42-ci qrafasında invoys dəyəri 23000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 43129,00 manat, 46-cı qrafasında statistik dəyəri 25370,00 ABŞ dolları, 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - malın sövdələşmə qiyməti üsulu iddiaçı tərəfindən seçilərək sərbəst iradə ilə bəyan olunmuşdur. Astara Gömrük İdarəsinin gömrük rəsmiləşdirilməsini aparan inspektoru tərəfindən 19AL727/19AL963 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş xx.xx.2023-cü il tarixli **********3178 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş malın gömrük rəsmiləşdirilməsi ilə əlaqədar qeyd olunan gömrük bəyannaməsindəki məlumatların yoxlanılması zamanı malın X4 mal nomenklaturası üzrə təsnifat kodunun düzgünlüyü ilə bağlı şübhə yarandığı üçün malın X4 mal nomenklaturası üzrə təsnifat kodunun mala dair müşayiət sənədləri və malın foto şəkilləri əsasında gömrük ekspertizası aparılaraq müəyyənləşdirilməsi üçün qeyd olunanların Dövlət Gömrük Komitəsinin X3 İdarəsinə göndərilməsi qərara alınmışdır. Astara Gömrük İdarəsi tərəfindən Türkiyə Respublikasından “X10 X9 X1 ve İnşaat Sanayi ve Ticaret Limited” şirkəti tərəfindən fiziki şəxs İddiaçı ünvanına daxil olmuş **********3178 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yükə dair BKT**********038 nömrəli invoysun 1-ci mal mövqeyində qeyd olunan mala dair mal müşayiət sənədləri və şəkillər əsasında malın X4 mal nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilərək rəy verilməsi üçün X3 İdarəsinə 3-33-1300/2-001432/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Gömrük Məcəlləsinin 321-ci maddəsinin müddəalarının mənasından bəlli olur ki, bəyannaməçi tərəfindən malın təsnifat kodu bəyannamədə düzgün göstərilmədikdə, gömrük orqanları özləri həmin malları təsnifatlandırır və bu barədə onların qərarları məcburi xarakter daşıyır. Malın təsnifat kodunun müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların təsnifatlandırılması zəruridir, çünki həmin təsnifata uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Təsnifatlandırma isə X4 mal nomenklaturasında müəyyən edilmiş kodla aparılmalıdır. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların təsnifat kodunun müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malların təsnifat kodunun müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin iddiaçı bununla bağlı gömrük orqanına müraciət etməyərək bu hüququndan istifadə etməmişdir. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322.15-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük ekspertizasının təşkili və aparılması, habelə mallardan prob və nümunələrin götürülməsi, onlar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1.2-ci yarımbəndinə əsasən gömrük ekspertizası - gömrük tənzimlənməsi sahəsində məsələlərin həll edilməsi üçün xüsusi və elmi biliklərdən istifadə etməklə, gömrük ekspertləri və (və ya) digər ekspertlər tərəfindən aparılan tədqiqatdır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında aparılır. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların X4 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən gömrük ekspertizası gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın gəbul edildiyi mərhələdə başlanır. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli “10 sentyabr” 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə xx.xx.2012-ci il tarixdə daxil edilmiş qeydiyyat nömrəsi **********0008 olan və xx.xx.2012-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsi haqqında Əsasnaməyə əsasən gömrük ekspertizalarını keçirən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Dövlət Gömrük Komitəsinin X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33-5300/2-004335/2023 nömrəli ekspert rəyinə əsasən iddiaçının ünvanına **********3178 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş, BKT**********038 nömrəli invoysun 1-ci mövqeyi üzrə gətirilmiş yük “Bülent Kardeşler” markalı özü hərəkət edən döşəməsi olmayan qoşqu-lafet olub, X4 Mal Nomenklaturası üzrə 8716 39 500 0 alt yarımmövqeyində sinifləşdirilir.”. «Astara Gömrük İdarəsinin 3-33- 1300/2-001432/2023 nömrəli, xx.xx.2023-cü il tarixli müraciət məktubuna əsasən iddiaçının ünvanına BKT**********038 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə idxal olunan və **********3178 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükün X4 Mal Nomenklaturası (XİF MN) üzrə sinifləşdirilməsi məqsədi ilə X3 İdarəsinə müraciət olunmuşdur. Yük Bakı şəhərində olmadığından ekspertiza yalnız gömrük idarəsi tərəfindən təqdim olunmuş fotoşəkillərə və müşayiətedici sənədlərə əsasən aparılmışdır. Bununla əlaqədar bildirilir ki, idxal olunan yükün ekspertizası zamanı onun “Bülent Kardeşlər” markalı özü hərəkət edən döşəməsi olmayan qoşqu-lafet olduğu müəyyən edilmişdir. İdxal olunan yük **********3178 nömrəli gömrük bəyannaməsində 8716 20 000 0 kodu altında bəyan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 saylı xx.xx.2017-ci il tarixli, “Azərbaycan Respublikasının X4 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında X6 X2 X5 1-ci bəndinə əsasən mal mövqelərinin mətnlərinin hüquqi xarakter daşıdığını nəzərə alsaq 8716 20 000 0 alt yarımmövqeyinin mətninə əsasən burada yalnız “kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşqular və yarımqoşqular” təsnif edilməlidir. X7 və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 8716 mal mövqeyinin İzahnaməsinin (A) (3) bəndinə əsasən özüboşalan qoşqu və yarımqoşquların döşəməsi hərəkət edərək daşınan yükü boşaltma funksiyasına sahib olmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, “Bülent Kardeşlər” markalı qoşqu döşəməsinin hərəkətə gətirilməsi üçün heç bir mexanizmlə təchiz olunmadığından, daşınan yükün boşaldılmasını yalnız gövdəsi qalxaraq həyata keçirildiyindən, yüklərin nəqli üçün nəzərdə tutulmuş qoşqu-lafet kimi XİF MN üzrə 8716 39 500 0 alt yarımmövqeyində sinifləşdirilmişdir.». X4 mal nomenklaturası üzrə 8716 39 500 0 - “digərləri” təsnifat kodu ilə bağlı bildirilir ki, qeyd olunan təsnifat kodu ilə malın tarif dərəcəsi 5 faiz idxal gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisindən ibarətdir. Daha sonra **********3178 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixdə ekzpertiza rəyinə uyğun olaraq düzəlişin aparılması üçün bəyannaməçiyə qaytarılmış, bəyannaməçi tərəfindən müvafiq düzəlişlər aparıldıqdan sonra xx.xx.2023-cü il tarixdə elektron formada tərtib edilmiş gömrük bəyannaməsi yenidən gömrük orqanına göndərilmişdir. İddiaçı tərəfindən yenidən tərtib olunaraq təqdim edilmiş **********3178 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında (malların təsvirində) 1 ədəd “Bülent Kardeşler” markalı, yükgötürmə qabiliyyəti 25 ton, şassi/ban no: Seriya no:007, istehsal tarixi xx.xx.2023-cü il olan “özü hərəkət edən döşəməsi olmayan, ikioxlu, özüboşaldan qoşqular”, 33-cü qrafasında malın X4 mal nomenklaturası üzrə təsnifat kodu 871639 5000, 42-ci qrafasında invoys dəyəri 23000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 43180,00 manat, 46-cı qrafasında statistik dəyəri 25400,00 ABŞ dolları, 43cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - malın sövdələşmə qiyməti üsulu iddiaçı tərəfindən seçilərək sərbəst iradə ilə bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımı 240,00 manat, mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə ikiqat məbləğdə gömrük yığımları 50,00 manat, idxal gömrük rüsumu 2159,00 manat, əlavə dəyər vergisi 8170,02 manat, dəbbə pulu 185,92 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 90,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 16,20 manat, cəmi 10911,14 manat məbləğ gömrük orqanı tərəfindən hesablanmış və qeyd olunan məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra mala gömrük baxışı keçirilərək xx.xx.2023-cü il tarixdə malın sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı Dövlət Gömrük Komitəsinin X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33-5300/2- 004335/2023 nömrəli ekspert rəyindən sonra idxal etdiyi 1 ədəd “Bülent Kardeşler” markalı, yükgötürmə qabiliyyəti 25 ton, şassi/ban no: Seriya no:007, istehsal tarixi 01,05.2023-cü il olan “özü hərəkət edən döşəməsi olmayan, ikioxlu, özüboşaldan qoşqular” adlı malın X4 mal nomenklaturası üzrə təsnifat kodunu 8716 39 500 0 və gömrük dəyərini 43180,00 manat **********3178 sorğu nömrəli gömrük bəyannaməsində göstərmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq qanunvericiliyə müvafiq gömrük ödənişləri tətbiq etmişdir. Xüsusi olaraq bildirilir ki, iddiaçı **********3178 sorqu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və 1 ədəd “Bülent Kardeşler” markalı, yükgötürmə qabiliyyəti 25 ton, şassi/ban no: Seriya no:Q07, istehsal tarixi xx.xx.2023-cü il olan “özü hərəkət edən döşəməsi olmayan, ikioxlu. özüboşaldan qoşqular” adlı malı xx.xx.2023-cü il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********3178 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi **********3178 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi X4 mal nomenklaturası üzrə təsnifat kodu və gömrük dəyəri əsas götürülmüşdür. **********3178 sorğu nömrəli gömrük bəyannaməsi ilə iddiaçı tərəfindən idxal olunan malın gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Əlavə olaraq qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. İddiaçı Dövlət Gömrük Komitəsinin X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 33-5300/2-004335/2023 nömrəli ekspert rəyində qeyd olunanlarla, yəni idxal etdiyi malın “Bülent Kardeşler” markalı özü hərəkət edən döşəməsi olmayan qoşqu-lafet olub, XİF MNə 8716 39 500 0 alt yarımmövqeyində sinifləşdirilməsi ilə razı olduğundan tərəfindən yenidən tərtib olunaraq təqdim edilmiş **********3178 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında malın X4 mal nomenklaturası üzrə təsnifat kodunu 871639 5000 göstərmişdir. Beləliklə, yuxarıda göstərilənlər iddiaçının iddia tələbinin tamamilə əsassız olduğunu sübut edir. Həmçinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən hansı qanunvericiliyin imperativ normasına əməl olunmadığı, iddiaçının hüquqlarına qarşı hansı qanunsuz hərəkətlərə yol verildiyi iddia ərizəsində öz əksini tapmamışdır və eyni zamanda əsaslandırılmamışdır. Belə ki, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3 İdarəsi tərəfindən aparılmır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsi iddiaçının şəxsi subyektiv fikir və mülahizələrinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Bu baxımdan, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1 -ci maddəsinin tələbi qaydasında iddiaçının hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Hazırki işdə yuxarıda qeyd olunan halların mövcud olmaması iddia tələbinin təmin olunmasını istisna edir, iddianın heç bir hüquqi əsası yoxdur, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl Bakı İnzibati Məhkəməsinə göndərmiş oldudu analoji ərizə ilə inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə nə elektron, nə də poçt vasitəsilə müraciət etməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi “müqavilənin ləğv edilməsi və borcun ödənilməsinə dair iddia ərizəsi”ndə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli Ekspert rəyinin ləğv edilməsi və tərəfimdən ölkə ərazisinə gətirilmiş “Bülent Kardeşler” markalı qoşqu-lafetin mənə təhvil verilməsi barədə qətnamə qəbul edəsiniz.” qeyd olunmuşdur. Lakin İddiaçı qeyd olunan tələblə nəinki Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət etməmiş, həmçinin iddia ərizəsində qeyd olunan “Bülent Kardeşler” markalı qoşqu-lafet tərəfindən gömrük orqanına təqdim edilən **********3178 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük rəsmiləşdirilməsindən keçirilib xx.xx.2023-cü il tarixdə ona təhvil verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasınını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbələri barədə məhkəməyə hər hansl bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iddiaçı elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə malikdir və məhkəmə tərəfindən aparılmış bütün prosessual hərəkətlərdən (sərəncam göndərilməsi, iclas təyin edilməsi, iclasın təxirə salınması və s.) məlumatlı olmuşdur. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının tələbi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ekspert rəyinin ləğv edilməsi və tərəfindən ölkə ərazisinə gətirilmiş “Bülent Kardeşler” markalı qoşqu-lafetin ona təhvil verilməsi barədədir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı həmin ekspert rəyi ilə razı olmamasını, ölkəyə gətirdiyi malın X4 mal nomenklaturası üzrə təsnifat kodunun düzgün müəyyən edilməməsi ilə əsaslandırır və həmin yükün ona təhvil verilməsini istəyir. Yəni əslində iddiaçının hüquqi marağı, həmin malın gətirilməsi zamanı daha az gömrük rüsumu ödənilməsinə yönəlmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, ekspert rəyindən sonra iddiaçı təklif edilən kodla razılaşmış və yeni bəyannamə təqdim edərək mal gömrük idarəsindən buraxılmışdır. Belə olan halda, müəyyən edilir ki, iddia tələbinin ikinci hissəsi (malın ona təhvil verilməsi) artıq aradan qalxmışdır. Ekspert rəyinin ləğv edilməsi isə iddiaçının hüquqi marağına çatmaq üçün uyğun iddia növü deyildir. Belə ki, qeyd olunduğu kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə elektron formada tərtib edilmiş gömrük bəyannaməsi yenidən gömrük orqanına göndərmişdir. İddiaçı tərəfindən yenidən tərtib olunaraq təqdim edilmiş **********3178 sorğu nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasında (malların təsvirində) 1 ədəd “Bülent Kardeşler” markalı, yükgötürmə qabiliyyəti 25 ton, şassi/ban no: Seriya no:007, istehsal tarixi xx.xx.2023-cü il olan “özü hərəkət edən döşəməsi olmayan, ikioxlu, özüboşaldan qoşqular”, 33-cü qrafasında malın X4 mal nomenklaturası üzrə təsnifat kodu 871639 5000, 42-ci qrafasında invoys dəyəri 23000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 43180,00 manat, 46-cı qrafasında statistik dəyəri 25400,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 1 - malın sövdələşmə qiyməti üsulu iddiaçı tərəfindən seçilmişdir. Göründüyü kimi, ekspert rəyinin ləğvi iddiaçının hüquqi marağına çatmaq üçün uyğun iddia növü deyildir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı artıq ödəmə hesab etdiyi rüsumun (ödənişin) geri qaytarılması üçün, inzibati orqana qarşı müvafiq tələblə müraciət edə bilər. İnzibati orqan tərəfindən tələbinin təmin olunmasından imtina olunduğu halda, müvafiq tələblə məhkəmədə iddia qaldıra bilər. Odur ki, iddiaçının qaldırdığı hazırkı iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar