Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12985/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı, 11 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini və həmin qərar əsasında artıq hesablanmış 21167,02 manat əlavə vergi və ya sığorta məbləğinin silinməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı, 11 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini və həmin qərar əsasında artıq hesablanmış 21167,02 manat əlavə vergi və ya sığorta məbləğinin silinməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı 11 iyul 2023-cü il tarixli qərarına əsasən 2023-cü ilin aprel ayı ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları aşkar edildiyindən kameral qaydada hesablama aparılmış və 21167, 02 manat əlavə vergi və ya sığorta məbləği hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı 11 iyul 2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" MMC ilə "xxxx" MMC və "xxxx" MMC arasında qara metal tullantıları və qırıntılarının alqı-satqısına dair müqavilələr olmuşdur. Bundan başqa, qeyd edilən alqı-satqı qaydalarına riayət edilmiş, köçürmələr rəsmi olmuşdur. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli **********150700 saylı qərar vergi orqanı tərfindən ləğv edilmiş və yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********803400 nömrəli Qərar qəbul edilmişdir. İlkin inzibati akt olan xx.xx.2023-cü il tarixli **********150700 saylı Qərar Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ləğv edildiyi və yeni xx.xx.2023-cü il tarixli **********803400 nömrəli Qərar qəbul edildiyi üçün həmin qərar mübahisələndirmə haqqında iddanın predmeti ola bilməz. Bununla yanaşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********803400 saylı qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinə elektron qaydada göndərilmiş və həmin tarixdə də oxunmuşdur. Buna baxmayaraq iddiaçı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə iddia ərizəsini, cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının hazırki iddiası “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı, 11 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin qərar əsasında artıq hesablanmış 21167,02 manat əlavə vergi və ya sığorta məbləğinin silinməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı, 11 iyul 2023-cü il tarixli qərarından görünür ki, 2023-cü ilin aprel ayı üçün bəyannamə əsasında Cəmiyyət 11995,15 manat göstərildiyindən, kameral vergi yoxlaması nəticəsində əlavə 21167,02 manat vergi hesablanmışdır. Hal-hazırda məhkəməyə təqdim edilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə **********803400 nömrəli Qərarının 6-cı bəndindən görünür ki,**********150700 nömrəli inzibati akt bu qərara əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. - 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********150700 saylı, 11 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini və həmin qərar əsasında artıq hesablanmış 21167,02 manat əlavə vergi və ya sığorta məbləğinin silinməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12985/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12985/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver