Məhkəmə qərarları › İş №2-1(112)-1299/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1299/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1299/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul təminatının ödənilməsi və s. barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul təminatının ödənilməsi və s. barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər tutduğu tank bölüyü komandiri vəzifəsinin və baş leytenant hərbi rütbəsinin hazırda mğvcud olan vəzifə və rütbə əmək haqları nəzərə alınmaqla 1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müdət üçün almadığı aylıq pul təminatının 3 qat həcmində, 1994-cü ilin mart ayından xx.xx.1994-cü il tarixədək olan müddət üçün ərzaq payı əvəzinə pul kompensasiyasının (hazırki vaxta mövcud olan kompensasiya nəzərə alınmaqla), 1994-cü il üçün maddi yardımın, 1994-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit kimi xidmət etmişdir. N №li hərbi hissədə tank bölüyünün komandiri vəzifəsində xidmət edərkən (xx.xx.1993-xx.xx.1995) xx xxxxx 1994-cü il tarixdə Ağdam rayonu ərazisində döyüş vaxtı əsir götürülmüş və xx xxxxxx 1994-cü il tarixdə əsirlikdən qaçaraq, azad olunmuşdur. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək AR MTN-nin filtrasiya məntəqəsində saxlanılmış, yalnız xx.xx.1995-ci il tarixdə filtrasiya məntəqəsindən çıxarılaraq, hərbi xidmətə qayıtmışdır. Göstərilən müddət ərzində (aprel 1993-mart 1995) heç bir pul təminatı növü ilə (aylıq pul təminatı, 1994-cü il yekunlarına görə birdəfəlik pul mükafatı, maddi yardım və ərzaq payı əvəzinə pul kompensasiyası) təmin edilməmişdir. xx.xx.2020ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, o vaxt tutduğu tank bölüyü komandiri vəzifəsinin və baş leytenant hərbi rütbəsinin hazırki vaxtda mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla 1994-cü il mart ayından 1995-ci il aprel ayınadək olan müddət üçün almadığı aylıq pul təminatının 3 qat həcmində, 1994-cü ilin mart ayından xx.xx.1994cü il tarixədək olan müddət üçün ərzaq payı əvəzinə pul kompensasiyasının (hazırki vaxta mğvcud olan kompensasiya nəzərə alınmaqla), 1994-cü il üçün maddi yardımın, 1994-cü ilin yekunlarına görə birdəfəlik pul mükafatının hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2020-ci il tarixli, 12/1608 №li məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz heasb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 12/2017 №li iddiaya dair yazılı etirazda göstərmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissənin pul paylama cədvəllərinin aradırılması zamanı məlum olmuşdur ki, İddiaçı 1994-cü ilin mart ayından 1995-cü ilin aprel ayınadək olan müddət üçün ona üçqat əmsal tətbiq edilməklə aylıq pul təminatı tam həcmdə ödənilmişdir. O, cümlədən: 1994-cü ilin mart, aprel və may ayları üçün həmin aylarda; 1994-cü ilin iyun ayından 1995-ci ilin yanvar ayı da daxil olmaqla, 1995-ci ilin yanvar ayında; 1995-ci ilin fevral, mart ayları üçün həmin ilin aprel ayında ödənilmişdir. Digər pul təminatı növləri, o, cümlədən maddi yardım, ilin yekunlarına görə birdəfəlik pul mükafatı, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyası hərbi hissələrdə hərbu qulluqçulara əlavə paylama cədvəlləri ilə ödənilir, həmin cədvəllər arxivə təhvil verilmir və onların hərbi hissədə saxlama müddəti N (üç) ildir. Bu müddət bitdikdən sonra həmin cədvəllər müvafiq qaydada məhv edilirlər. Ona görə də İddiaçı pul təminatının digər növlərinin ödənilib-ödənilməməsi barədə məlumat almaq mümkün olmamışdır. İddiaçı hərbi xidmət vaxtı, eləcə də 2009-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra hüquqlarının posulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdyi məsələ 1994-1995-ci illərə aid olsa da o, 25 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Cavabdeh inzibati orqan göstərilənləri və İddiaçı iddiasının əsassız olduğunu nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. ZE seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, “Hərbi Xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 0562 saylı xx.xx.2009-cu il tarixli əmrinə əsasən ehtiyata tərxis olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli iddiaya dair yazılı etiraza əlavə ounmuş “N №li hərbi hissənin yanvar-may 1994-cü il tarixli şəxsi heyətin pul təminat qovluğundan Arxiv Çıxarış”larından müəyyən olunur ki, İddiaçı 1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müddət üçün aylıq pul təminatı tam həcmdə ödənilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 12/1608 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və ona bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissənin pul paylama cədvəllərinin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı 1994-cü ilin mart ayından 1995-cü ilin aprel ayınadək olan müddət üçün ona üçqat əmsal tətbiq edilməklə aylıq pul təminatı tam həcmdə ödənilmişdir. O, cümlədən: 1994-cü ilin mart ayından 1995-ci ilin yanvar ayınadək müddət üçün 1995-ci ilin yanvar ayında; 1995-ci ilin fevral- mart ayları həmin ilin aprel ayında, 1995-ci ilin aprel ayı isə həmin may ayında ödənilmişdir. Digər pul təminatı növləri, o, cümlədən maddi yardım, ilin yekunlarına görə birdəfəlik pul mükafatı, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyası əlavə paylama cədvəlləri ilə ödənilir, onlar arxivə təhvil verilmir və onların hərbi hissədə saxlama müddəti N (üç) ildir. Bu müddət bitdikdən sonra həmin cədvəllər müvafiq qaydada məhv edilirlər. Ona görə də İddiaçı pul təminatının digər növlərinin ödənilib-ödənilməməsi barədə məlumat almaq mümkün olmamışdır. Aşağıdakı hüquqi məsələlərə əsasən məhkəmə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 2.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, hərbi qulluqçular əsirlikdə olduqları, habelə bitərəf ölkələrdə tərksilah edilib nəzarət altında saxlandıqları dövrdə hərbi andı pozmamış və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cinayətləri törətməmişlərsə, onların hərbi qulluqçu statusu saxlanılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 164-cü bəndində göstərilmişdir ki, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar. Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinəti verilir. Həmin Əsasnamənin 165-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 1994-cü ilin mart ayından 1995-ci ilin aprel ayınadək olan müddət üçün aylıq pul təminatı tam həcmdə ona ödənilmişdir. İddia tələbində qeyd olunmuş digər pul təminatı növləri, o, cümlədən maddi yardım, ilin yekunlarına görə birdəfəlik pul mükafatı, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyası bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xidmət etdiyi dövrdə və hərbi xidmətdən 2009-cu ildə ehtiyata tərxis olunarkən qeyd olunan tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməmiş, göstərilən tələblə bağlı həmin orqana yalnız həmin dövrdən 25 il keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh inzibati orqanın bildirdiyinə görə qeyd olunan əlavələr hərbi qulluqçulara paylama cədvəlləri ilə ödənilir, həmin cədvəllər arxivə təhvil verilmir və onların hərbi hissədə saxlama müddəti N (üç) ildir. Bu müddət bitdikdən sonra həmin cədvəllər müvafiq qaydada məhv edilirlər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia sübuta yetirilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar