Məhkəmə qərarları › İş №2-1(112)-1299/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1299/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1299/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin “ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və onun müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi göstərilməsi qərara alınmışdır.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1962-ci il təvəllüdlüdür, 2015-ci il tarixdən 2021ci il tarixinədək İİ qrup əllik pensiyası ilə təmin olunmuşdur. Hazırda yaşa görə təqaüdə çıxmaq zəruriyyəli yaranmışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq 2012-ci il tarixində iddiaçının adına istifadə olunmayan, lakin açıq VÖEN-nin mövcud oldluğu bildirilmişdir. İddiaçı həmin VÖEN-dən istifadə etmədiyi üçün artıq bağlandığını düşünmüşdür. İddiaçıya xəbərdar edildikdən sonra sözügedən VÖEN-i bağlatdırmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək çoxuşaqlı ana kimi yaşa görə müavinətin təyin edilməsini xahiş etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 noyabr 2019-cu il tarixli dəyişikliyədək 1.0.2-ci maddəsinin məzmunu aşağıdakı kimi qeyd olunmuşdur: Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları əmək qabiliyyəti olmayan şəxslər hesab olunurlar. Sözügedən Qanunun 1.0.2-ci maddəsi 29 noyabr 2019-cu il tarixli dəyişiklikdən sonra yeni redaksiyada aşağıdakı kimi qeyd olunmuşdur: Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların müavinət yaşı həddi 62 yaş 6 ay müəyyən edilib. Həmin qanunun 8-ci maddəsinin müddəalarına əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Adıçəkilən Qanunun 7.0.10-3-cü maddəsinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur. İddiaçı 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququnun yarandığı tarixdə (xx.xx.2019-cu il tarixdə) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan əlavə, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş müəyyən edildiyindən, həmçinin iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin olunması qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.10-3-cü maddəsinin tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilə bilməz.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. İş materiallarında olan: AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılınası, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək yenidən dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyətini dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot-baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tərəfinizdən sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz təqdim edildiyindən, eyni zamanda müraciətinizdə qeyd edilən digər dövrlər üzrə tərəfinizdən vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə dövriyyə məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Neyrnət qızı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vergi ödəyicisinin fəaliyyəti barədə arayışın təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********563100 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X15 üzrə Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən X2 xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı tərəfindən 01.01 2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergi, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məcburi dövlət sosial sığorta və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Vergi orqanlarının məlumat bazasında vergi ödəyiciləri tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə aparılmış ödənişlər barədə məlumatlar mövcuddur. Əvvəlki dövrlər üçün aparılmış ödənişlər barədə məlumat alınması üçün qeydiyyatda olduğunuz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər (rayon) idarəsinə (şöbəsinə) müraciət edilməsi Sizə tövsiyə olunur. “Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 2019-cu il tarixli Qanuna əsasən 1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək tərəfinizdən sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz təqdim edildiyindən, müvafiq dövrlər üzrə dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixə olan uçot-baza məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tərəfinizdən vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə dövriyyə məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışından görünür ki, İddiaçı (VÖEN:**********) xx.xx.2013-cü il tarixdən fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilmiş, fəaliyyətin bərpa ediləcəyi tarix xx.xx.2018-ci il olaraq müəyyən edilmiş, fəaliyyətin dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı ödənilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə sə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci i! iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların müavinət yaşı həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququnuz yarandığı zaman (xx.xx.2019-cu il tarixində) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmusunuz (xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv VÖEN:**********). Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən Sizə yaşa görə sosial müavinətin təyin olunması qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən Qanunun 7.0.3-cü maddəsinə əsasən Sizə xx.xx.2015-ci il tarixindən ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyinizin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən ödənişi dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə ödənilmiş vergilərin məbləğləri barədə məlumat təqdim olunur: Vergilər üzrə: Ödəmə dövrü Miqdar(Manat) xx.xx.2012 425,00 xx.xx.2013 465,00 xx.xx.2013 420,00 Cəmi: 1310,00 Cədvəldə göstərilməyən dövrlər üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödəniş edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vartaşen rayonu XDS-nin VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş İİİ-JQ seriyalı 464030 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X1 Zülfiyyə Neymət qızı ilə xx.xx.1985-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova familyası verilmişdir. Vartaşen rayonu XDS-nin VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı ildə verilmiş Xİ-JQ seriyalı 387050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X5 xx.xx.1986-cı ildə Vartaşen rayonunda doğulmuşdur. X3, anası İddiaçıdır. Vartaşen rayonu XDS-nin VVAQ şöbəsi tərəfindən xx.xx.1988-ci ildə verilmiş Xİİİ-JQ seriyalı 259428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X7 xx.xx.1988-ci ildə Vartaşen rayonunda doğulmuşdur. X3, anası İddiaçıdır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1991-ci ildə verilmiş AZ-İİİ seriyalı 614287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X8 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. Suraxanı rayonu Zığ qəsəbə soveti tərəfindən xx.xx.1991-ci ildə verilmiş XVİ-JQ seriyalı 332724 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X6 xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixdə uçota alınması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi dövr üzrə dövlət büdcəsinə ödənilmiş vergi məbləği 1310,0 manat təşkil etmişdir. Eyni zamanda ödənilmiş vergi məbləği ödəniş tarixləri üzrə: Dövr - Ödənilmiş vergi məbləği xx.xx.2012 425,00 xx.xx.2013 465,00 xx.xx.2013 420,00. II. İddianın növü və mümkünlüyü

10.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia tələbi sosial müavinətin təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

16. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

17. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (xx.xx.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları) - (xx.xx.2020-ci ilədək olan redaksiyası). 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.1962-ci il tarixdə doğulduğu və «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci ilədək olan redaksiyası) tələblərinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan - xx.xx.2019-cu il tarixdən, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı ona yaşa görə müavinətin təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən Uçot baza məlumatlarına əsasən verilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi dövr üzrə dövlət büdcəsinə ödənilmiş vergi məbləği 1310,0 manat təşkil etmişdir. Eyni zamanda xx.xx.2013-cü il tarixindən sonra iddiaçı tərəfindən dövlət büdcəsinə ödəniş edilməmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2012-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olsa da, aktiv fəaliyyətdə olmamış, xx.xx.2013-cü il tarixindən sonra isə ümumiyyətlə dövlət büdcəsinə vergi ödənişləri həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən də iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.

18. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar