Məhkəmə qərarları › İş №2-1(112)-1299/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1299/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1299/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərcinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.N0N0 tarixli 99N nömrəli əmr əsasında Rusiya Federasiyasının Saratov şəhərinə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək 45 günliik ezamiyyətin ödənilməmiş ezamiyyə xərcinin qcılıq məbləğinin ödənilməsi üçün müvafiq əmrin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə iddia ərizəsində qeyd olunan problem ilə bağlı üç dəfə müraciət olunmuş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.N0N3 tarixli 3-38-10/N-M-N58-N1/N nömrəli rəsmi cavab məktubundan bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində N1 gün dövr üçün hərbi xidməti ezamiyyətə görə ezamiyyə xərci ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin "mailto:muraciet@dsx.gov.azElektron ünvan 1" elektron poçt ünvanından daxil olan xx.xx.N0N4 tarixli rəsmi elektron cavab məktubundan görünür ki, İddiaçı hərbi xidmət yerini tərk edərək xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidməti ezamiyyətdə olmuşdur. xx.xx.N0N0 tarixli 99N nömrəli əmrə əsasən və Dövlət Sərhəd Xidmətinin verdiyi rəsmi məlumatlardan görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı hərbi xidmət yerini tərk etdiyi dövr 45 gün təşkil edir, eyni zamanda Dövlət Sərhəd Xidmətinin verdiyi rəsmi cavab məktubundan görünür ki, ona həmin tarixlərdə xarici dövlətə hərbi xidməti ezamiyyə ilə əlaqədar hərbi xidmət yerini tərk etməli olduğu 45 günlük dövrün N1 gün dövrü üzrə ezamiyyə xərci ödənilmişdir. Nəticədə, İddiaçı hərbi xidmət yerini xarici dövlətə hərbi xidməti ezamiyyət müddəti ərzində tərk etməli olduğu müddət 45 gün təşkil edir, hərbi xidmət yerini xarici dövlətə xidməti ezamiyyətə göndərilmə ilə bağlı tərk etdiyi həmin müddət üzrə cəmi N1 gün dövr üçün ezamiyyə xərci ödənilmişdir. Ona xx.xx.N0N4cü il tarixli cavab məktubunda bildirilir ki, 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olanqalıq məbləğinin hesablanıb ödənilməsi üçün müvafiq əmr verilməyib. İddiaçı, hərbi xidmət yerini xarici dövlətə ezam edildiyi üçün xx.xx.N0N0-ci ilədək tərk edib,bununla bağlı rəsmi cavab var, lakin ezamiyyə xərclərinin ödənilməsi üçün müvafiq əmryoxdur. Hərbi qulluqçu xarici dövlətdə müvafiq əmr olmadan 45 gün qala bilməzdi, çünkiMalaxov X4 hərbi vəzifə borcunu yerinə yetirmək məqsədi iləgöndərilib və orada 45 gün ərzində ona rəsmi tapşırıq verildiyi üçün qalmalı olub. İddiaçı öz şəxsi vəsaiti hesabına N5 gün Rusiya Federasiyasının ərazisində yaşamalı olub, halbuki o ezamiyyətə xx.xx.N0N0-ci il tarixədək getməli idi. xx.xx.N0N0-ci il tarixdən sonra xx.xx.N0N0-ci il tarixədək isə Malaxova Rusiya Federasiyasının ərazisində hərbi vəzifə borcunu davam etmək əmri verilib, buna görə də Malaxov Rusiyada qalmalı olub, lakin qaldığı müddət ərzində bütün xərcləri öz şəxsi vəsaiti hesabına ödəyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq ona ezamiyyə xərci ödənilmədiyi verilən cavab məktubundan aşkar görünür. Malaxovun N1 gün ezamiyyətə göndərilməsi barədə əmr verilib, Rusiyada ezamiyyətdə olduğu dövrdə ona bildiriblər ki, orada qalmağa davam etməlidir. Ola bilməz ki, müvafiq əmr olmadan hərbi qulluqçuya xarici dövlətin ərazisində qalmağa əmr versinlər. Rəsmi cavab məktubundan görünür ki, həqiqətən həmin ezamiyyə N1 gün yox, 45 gün davam edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N5 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları üçün müəyyən edilmiş məbləğdə pul ödənilməsi zəruridir. Əks hal hərbi qulluqçunun mənafeyinə zidd olduğu kimi, qanunvericiliyin tələblərinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına dail olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.N0N3 tarixli 3-38-10/N-M-N58-N1/N nömrəli cavab məktubunda ona Rusiya Federasiyasının Saratov şəhərində N1 gün dövr üçün hərbi xidməti ezamiyyətə görə ezamiyyə xərci ödənildiyini, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin "mailto:muraciet@dsx.gov.azElektron ünvan 1" elektron poçt ünvanından daxil olan xx.xx.N0N4-cü il tarixli elektron cavab məktubundan göründüyü kimi o, hərbi xidmət yerini tərk edərək xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidməti ezamiyyətdə olduğu, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli, 99N nömrəli əmrinə əsasən onun xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə hərbi xidməti ezamiyyətə göndərilmə ilə bağlı hərbi xidmət yerini tərk etdiyi dövrün 45 gün təşkil etdiyini, ona həmin tarixlərdə xarici dövlətə hərbi xidməti ezamiyyə ilə əlaqədar hərbi xidmət yerini tərk etməli olduğu 45 gün dövr üzrə ezamiyyə xərcinin ödənilməli olan qalıq məbləğinin hesablanıb ödənilməsi üçün müvafiq əmrin qəbul edilməsini xahiş etmişdir. İş üzrə toplanmış müvafiq sənədlər Məhkəməyə təqdim edilməklə bildirilir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Dövlət Sərhəd Xidməti rəisinin 1N avqust N0N0-ci il tarixli, 99N ş/h nömrəli əmrinə əsasən onun Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyət müddəti 14 avqust N0N0-ci il tarixdən 10 sentyabr N0N0-ci il tarixədək olan müddəti əhatə etdiyindən və İddiaçı N1 avqust N0N0-ci il tarixdə ezamiyyətə getdiyi üçün ona sonuncu dövr ərzində, yəni N1 günlük ezamiyyət xərci hesablanaraq ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in N.N.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “Mən, İddiaçı 1N avqust N0N0-ci il tarixli 99N nömrəli əmrə əsasən Rusiya Federasiyasının Saratov vilayətinin Engels şəhərində yerləşən 356 nömrəli aviatəmir zavodunda təmirdə olan helikopterlərin təmir müddətinin başa çatması ilə əlaqədar olaraq, helikopterlərin təhvil alınması və Azərbaycan Respublikasına gətirilməsi üçün N1 avqust N0N0-ci il tarixində Rusiya Federasiyasının Engels şəhərinə xidməti ezamiyyətə göndərilmişəm. 5 oktyabr N0N0-ci il tarixində ezamiyyəti başa vuraraq geri dönmüşəm. Ezamiyyətin ümumi müddəti 45 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N5 yanvar tarixli, 14 nömrəli qərarına əsasən Rusiya Federasiyasında ezamiyyət xərclərinin 1 (bir) günlük norması 150 ABŞ Dolları təşkil edir. 19 avqust N0N0-ci il tarixində mənə 16 (on altı) günün normasına uyğun olaraq 4131 (dörd min yüz otuz bir) AZN və NN sentyabr N0N0-ci il tarixində 4 (dörd) günün normasına uyğun 1000 (min) AZN həcmində ezamiyyət haqqı ödənilmişdir. Toplam ödənilən məbləğ N0 (iyirmi) günlük ezamiyyətin normasına uyğun, 5131 (beş min yüz otuz bir) AZN təşkil etmişdir. Qalan N5 (iyirmi beş) günün ezamiyyət norması uyğun olan 6375 (altı min üç yüz yetmiş beş) AZN bu günə qədər mənə ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mənə ödənilməli olan 6375 (altı min üç yüz yetmiş beş) AZN ezamiyyət haqqının ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm.” -iddiaçıya 05 aprel N0N4-cü il tarixdə ünvanlanmış elektron məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətdə olmuşdur. -iddiaçıya N4 aprel N0N4-cü il tarixdə ünvanlanmış elektron məktubda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli müvafiq əmrində İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə göndərilməsi qeyd olunmuşdur. Lakin İddiaçı xx.xx.N0N0-ci il tarixdən deyil, xx.xx.N0N0-ci il tarixdən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə getdiyini nəzərə alaraq ona xx.xx.N0N0-ci il tarixədək iyirmi bir gün üçün ezamiyyət xərci hesablanaraq kart hesabına köçürülmüşdür. Dövlət Sərhəd Xidməti rəisinin ezamiyyət ilə bağlı müvafiq əmrində ezamiyət müddətinin xx.xx.N0N0-ci il tarixədək olduğu və ya ezamiyyətin artırılması ilə əlaqədar əlavə göstəriş olmadığı üçün əlavə ödənişin aparılması imkan xaricindədir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.N0N3-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq, aparılmış araşdırılma nəticəsində Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli müvafiq əmrində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Rusiya Federasiyasının Saratov şəhərinə xidməti ezamiyyətə getməsi, xx.xx.N0N0-ci il tarixdən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə getdiyi nəzərə alınaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən xx.xx.N0N0-ci il tarixədək iyirmi bi gün (N1) gün ezamiyyət xərci hesablanaraq ödənildiyi bidirilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.N0N4-cü il tarixli məktubldan görünür ki, iddiaçının müraciətlərinə baxılaraq mailto:vetendasazerbaycan@gmail.comElektron ünvan N elektron poçt ünvanına cavab göndərildiyi bildirilmişdir. -Saratov Vilayətində yerləşən “ВОЛГА” (ЗАО «Веста») qonaq evi tərəfindən verilən hesab vərəqindən görünür ki, İddiaçı tərəfindən xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci il tarixədək “ВОЛГА” (ЗАО «Веста») qonaq evində qaldığına (yaşadığına) görə günü N500 rubl olmaqla 17 sutka üçün 4N.500,00 rubl pul vəsait ödəmişdir. -Saratov Vilayətində yerləşən “ВОЛГА” (ЗАО «Веста») qonaq evi tərəfindən verilən hesab vərəqindən görünür ki, İddiaçı tərəfindən xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci il tarixədək “ВОЛГА” (ЗАО «Веста») qonaq evində qaldığına (yaşadığına) görə günü N500 rubl olmaqla 19 sutka üçün 47.500,00 rubl pul vəsait ödəmişdir. -Saratov Vilayətində yerləşən “ВОЛГА” (ЗАО «Веста») qonaq evi tərəfindən verilən hesab vərəqindən görünür ki, İddiaçı tərəfindən xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci il tarixədək “ВОЛГА” (ЗАО «Веста») qonaq evində qaldığına (yaşadığına) görə günü N500 rubl olmaqla 7 sutka üçün 17.500,00 rubl pul vəsait ödəmişdir. Cavabdeh tərəfindən etiraz məktubuna əlavə edilmiş: -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1N avqust N0N0-ci il tarixli, 99N ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, RH-0xx-xx-0N49-11-01 nömrəli müqavilənin icrası çərçivəsində Rusiya Federasiyasının Saratov şəhərində yerləşən “356 nömrəli aviatəmir zavodu”nda 1-ci əsaslı təmirdə olan 4 (dörd) ədəd helikopterin təmir müddətinin başa çatması ilə əlaqədar helikopterlərin təhvil alınması və Azərbaycan Respublikasına gətirilməsi üçün X3 Aviasiya dəstəsi (N nömrəli h/h) üzrə N-ci helikopter eskadrilyası komandirinin müavini mayor İddiaçı Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə göndərilmiş hesab edilmişdir. X5 Baş İdarəsi rəisinin xx.xx.N0N0-ci il tarixli N69 nömrəli xidməti məktubu. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 N nömrəli hərbi hissə komandirinin N5 avqust N0N0-ci il tarixli, 0N05 nömrəli əmrindən çıxarışdan görünür ki, təmir müddətinin başa çatması ilə əlaqədar helikopterlərin təhvil alınması üçün N-ci helikopter eskadrilyası komandirinin müavini İddiaçı N1 avqust N0N0-ci il tarixdən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyətə getmiş hesab edilmişdir. X8 Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli 99N nömrəli Əmri. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 0N41 nömrəli əmrdən çıxarışdan görünür ki, N-ci helikopter eskadrilyasının komandirinin müavini, mayor İddiaçı 05 oktyabr N0N0-ci il tarixdən Rusiya Federasiyasının Saratov şəhərindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. X8 Xidməti rəisinin xx.xx.N0N0-ci il tarixli 99N nömrəli Əmri. -Dövlət sərhədindən hərəkət barədə İAMAS bazasında qeydə alınan məlumatdan görünür ki, İddiaçı N1 avqust N0N0-ci il tarixdə C0N8045N7 nömrəli pasport əsasında Rusuya istiqaməti üzrə çıxış etmiş, 05 oktyabr N0N0-ci il tarixdə Rusiyadan çıxış etmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə aşağıdakılar qeyd edilmişdir: “Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən N5 avqust N0N0 tarixli 0N05 nömrəli Əmrdən Çıxarışdan görünür ki, xidmət yerini N1 avqust N0N0-ci il tarixdən etibarən tərk etmişəm. N oktyabr N0N0 tarixli 0N41 nömrəli Əmrdən Çıxarışdan görünür ki, xidmət yerinə qayıtmışam 05 oktyabr N0N0 tarixdən etibarən. 1N avqust N0N0 tarixli 99N nömrəli Əmrdən Çıxarışdan görünür ki. 14 avqust - 10 sentyabr tarixlərində Rusiya Federasiyasında ezamiyyətdə olmalı idim. (Cəmi N7 gün). Mən isə N1 avqustdan 5 oktyabr tarixədək xidmət yerini xidməti ezamiyyə ilə bağlı tərk etmişəm. (Cəmi 45 gün). Mənə ezamiyyətdə olduğum 45 gün ezamiyyə xərclərinin cəmi N1 günü ödənilib. Qalan N4 gün ezamiyyə üçün ödəniş aparılmayıb. Rəsmi cavab məktubları bu faktı təsdiqləyib. 10 sentyabr tarixində xidmət yerinə qayıtmamağımın səbəbi isə mənə verilmiş əmr əsasında ezamiyyətdə qalmağa davam etməyin olmuşdur. Bu fakt da rəsmi sənədlərdən aşkar görünür.” Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə görə, hərbi hissə komandirlərinin əmri ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən edilmiş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyə xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən həyata keçirilir. Həmin Qərarın N-ci bəndinə əsasən, “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir (1 nömrəli əlavə). Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının (1 nömrəli əlavə) 1-ci bəndindən görünür ki, Rusiya Federasiyasına ezamiyyə xərclərinin bir günlük norması 150 ABŞ dolları təşkil etmişdir (4 aprel N0N4-cü il tarixədək qüvvədə olan redaksiya). Həmin Qərarın 8-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.N01N-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin ezamiyyə Qaydaları”ndan:

1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. İİİ. Xarici ölkələrə ezamiyyələr

1. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi şəxsə ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi inzibati orqanın öhdəliyi olaraq müəyyən edilmişdir. Hazırkı işin hallarından müəyyən edilən odur ki, cavabdeh tərəfindən iddiaçıya sözügedən ödənişlər ezamiyyədə olduğu bütün dövr üçün həyata keçirilməmişdir. Cavabdehin dəlili ondan ibarət olmuşdur ki, Dövlət Sərhəd Xidməti rəisinin 1N avqust N0N0-ci il tarixli, 99N ş/h nömrəli əmrinə əsasən İddiaçı Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyət müddəti 14 avqust N0N0-ci il tarixdən 10 sentyabr N0N0-ci il tarixədək olan müddəti əhatə etdiyindən, ona sonuncu dövr ərzində, yəni N1 günlük ezamiyyət xərci hesablanaraq ödənilmişdir. Halbuki, iş materiallarında olan iddiaçı barəsində veriliən ezamiyyə əmrlərilə yanaşı, həmçinin istər müvafiq bank hesabı çıxarışlarından, istər sərhədkeçmə məlumatlarından, istərsə də Saratov şəhərində ezamiyyə müddəti ərzində yaşadığı qonaq evi tərəfindən verilən hesab vərəqələrindən müəyyən olunur ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək ezamiyyədə olmuşdur. Hər nə qədər cavabdeh iddiaçının Dövlət Sərhəd Xidməti rəisinin 1N avqust N0N0ci il tarixli, 99N ş/h nömrəli əmrinə əsasən Rusiya Federasiyasının Saratov şəhərinə ezamiyyət müddətinin 14 avqust N0N0-ci il tarixdən 10 sentyabr N0N0-ci il tarixədək olduğunu iddia etsə də, iş materiallarında olan və cavabdeh tərəfindən təqdim olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli, 0N41 nömrəli əmrdən çıxarışdan görünür ki, N-ci helikopter eskadrilyasının komandirinin müavini, mayor İddiaçı 05 oktyabr N0N0-ci il tarixdən Rusiya Federasiyasının Saratov şəhərindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. Cavabdeh öz mövqeyini iddiaçının ezamiyyətinin 10 sentyabr N0N0-ci il tarixdən N oktyabr N0N0-ci il tarixə qədər uzadılmaması ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ezamiyyət günlərinin uzadılmaması iddiaçı tərəfindən həll edilən məsələ olmadığından, qeyd olunan hal onun ezamiyyə xərcləri ilə təmin edilməsi hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 10 sentyabr N0N0-ci il tarixdən N oktyabr N0N0-ci il tarixə qədər Rusiya Federasiyasının Saratov şəhərində ezamiyyədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, iddia təmin edilməli, İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı N0N0-ci ildə ezamiyyətə göndərildiyindən ezamiyyətlə bağlı ödənişlər “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarın həmin dövrdə qüvvədə olan redaksiyası əsasında həmin tarixdə göstərilən məbləğlər üzrə hesablanıb ödənilməlidir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun N4.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -5N-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N, 33, 5N, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Rusiya Federasiyasının Saratov şəhərində xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək ezamiyyətdə olduğu günlərə görə ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar