Məhkəmə qərarları › İş №2-1(112)-12998/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12998/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12998/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə qarşı “iddiaçının Fövqəladə Hallar Nazirliyinə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə aylıq əmək haqqının ödənilməsi” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçının Fövqəladə Hallar Nazirliyinə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə aylıq əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə, 0124/Ş saylı əmrə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə işə qəbul olunmuşdur. Bu vəzifədə 13 (on üç) il qüsursuz xidmət göstərmiş, işlədiyi müddətdə, işində heç bir nöqsana yol verməmiş və bu barədə rəhbərliyin heç bir iradı, töhməti və əmri olmamışdır. Ancaq, xx.xx.2023-cü il tarixdə onun heç bir günahı olmadan və yanlış anlaşılmış hadisə nəticəsində heç bir ciddi araşdırma aparılmadan, xx.xx.2023-cü il tarixdə, 2936/Ş əmrə əsasən, iddiaçı və digər iki əməkdaş X1 xaric edildilər. Belə ki, guya həmin gün iddiaçı və digər iki əməkdaş X3 Xidmətinin Bakı şəhəri Nərimanov rayon X3 hissəsinin 17 nömrəli Yanğından Mühafizə bölməsinin ərazisinə kənar şəxs gətirərək, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol vermişdir. Halbuki baş vermiş hadisədə onun heç bir günahı olmamışdır. Həmin hadisə dərindən araşdırılmış, təhqiqat işləri aparılmamış, hadisənin şahidlərindən ətraflı izahatlar alınmamışdır. Hadisə şahidləri də bunu məhkəmədə öz ifadələri ilə təsdiq edə bilərlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.” İddiaçının hazırki tələbi- Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə aylıq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş digər iş materiallarından müəyyən edilir ki, iddiaçının eyni məzmunlu, eyni faktiki və hüquqi əsasa söykənən, eyni predmetli iddiası Bakı İnzibati Məhkəkməsinin 2-1(112)-8478/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbinin mümkün hesab edilməməsi qərara alınmışdır. İddiaçı qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4077/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8478/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bundan əlavə iddiaçının eyni məzmunlu, eyni faktiki və hüquqi əsas söykənən, eyni predmetli digər iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9582/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə mümkün hesab edilməmişdir. Göründüyü kimi, iddiaçı üçüncü dəfə eyni tələb ilə məhkəməyə müraciət edir, iddianın mümkün sayılmamasına əsas omuş hallar bu dəfə də aradan qaldırılmamışdır. Beləki, iddiaçının - işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi –“xidmətdən xaric olunması barədə xx.xx.2023-cü il tarixli, 2936/Ş nömrəli əmr ilə əlaqəli olduğundan, həmin əmr qüvvədə olduğundan, sözügedən əmri mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından hazırkı iddiaçının iddia tələbinə baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar