Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-130/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (üçüncü şəxs X1) qarşı “plan və ölçü sənədinin ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiadan imtina barədə ərizəyə hazırlıq icraatı mərhələsində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (üçüncü şəxs X1) qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş, X4 kitabında 28 yanvar 2013-cü il tarixdə 33389 nömrə ilə qeydiyyata alınmış AN-426821 seriyalı “Torpaq sahəsinin plan və ölçü sənədi”nin verilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi və həmin plan və ölçü sənədinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1242/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1429/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1242/2020 saylı, 09 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddiadan imtina barədə ərizənin təmin edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiadan imtina barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiadan imtinanın qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, hesab edir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (üçüncü şəxs X1) qarşı “plan və ölçü sənədinin ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim F.Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-130/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-130/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver