Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-130/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxs X20 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X36 və X45 işə cəlb edilməklə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X36 və X45 işə cəlb edilməklə daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikasının vətəndaşı X37 adına Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 ha torpaq sahəsinə dair aparılmış seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli və Azərbaycan Respublikasının vətəndaşı X31 adına Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.12 ha torpaq sahəsinə dair aparılmış seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli qeydiyyatın, ilkin hüquqmüəyynəedici sənədlərə, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına, Bibiheybət qəsəbə nümayəndəsi C.Bağırovun tərtib etdiyi cizgiyə və yerləşmə planına uyğun olmadığına görə ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizə ilə Səbail rayon Bələdiyyəsinə müraciət edərək 20-ci sahə, Salyan şosesi, İİİ döngədə ev 133 B-yə bitişik, yolun sağ tərəfində vətəndaş X4 məxsus 1800 kv.m (0.18 ha) torpaq sahəsini qarşılıqlı razılıq əsasında onun adına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail rayon Bələdiyyəsinin 24 sentyabr 2003-cü il tarixli, 256 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şosesi, İİİ döngədə, ev 133 B-yə bitişik, yolun sağ tərəfində vətəndaş X4 məxsus 1800 kv.m ( 0.18 ha) torpaq sahəsi qarşılıqlı razılıq əsasında onun adına sənədləşdirilmiş və həmin tarixdə torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli müvafiq sərəncamlarına əsasən Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X37 adına Bakı şəhəri Sabail rayonu, Bibi Heybət qəsəbəsi ərazisində 0.06 h. torpaq sahəsi ilkin qeydiyyatdan keçmiş və alqı-satqı müqaviləsinə əsasən X21 adına özgəninkiləşdirilmiş və Azərbaycan Respublikasının vətəndaşı X31 adına Bakı şəhəri, Sabail rayonu, Bibi Heybət qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmiş və alqı-satqı müqaviləsinə əsasən X25 adına özgəninkiləşdirilmişdir. O, torpağa baxış keçirərkən X37 və X31 adına ilkin qeydiyyatdan keçmiş torpaq sahələrinin bir hissəsi Səbail rayon Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Bu fakt isə onun torpaq üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarımnı pozur. Qeyd etmək istəyir ki, X46 və X38 ayrılmış torpaq sahələri, ilkin hüquq müəyyənedici sənədlərə əsasən ona ayrılmış torpaq sahələrindən kənarda olmuş, sonradan X56 və X50 həmin torpaq sahələrini sataraq ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli, 506 saylı sərəncamına əsasən X46 və X38 fərdi ev tikintisi üçün «Bibiheybət» qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən "köhnə bağ" sahələrinin ərazisindən torpaq sahəsi ayrılmışdır. Təqdim edilmiş arxiv məlumatlarında olan "köhnə bağ" sahəsinin təstiq edilmiş cizgisində yaxınlıqda 32 №-li yataqxana da, olması göstərilir. Həmin ərazidə qəbristanlığın olması göstərilmir. Lakin, Bələdiyyə tərəfindən ona verilmiş sənədlərdə və torpaq sahəsinin planında qəbiristanlığın olması qeyd olunur. İlkin torpaq ayırma sənədlərində, yəni Səbail RİH başçısını 11 aprel 1997-ci il tarixli sərəncamında torpağın harada yerləşməsi əks olunmuşdur. Bu da, onu deməyə əsas verir ki, X37 və X31 mülkiyyət sənədində qeyd edilən torpaq sahələri tamam başqa sahələrdir, başqa ərazidə yerləşir və qeydiyyat orqanı qeydiyyatı düzgün aparmamışdır. Bununla əlaqədar, o, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edilərək Daşınmaz Əmlakın Dövlət Reyestrində Azərbaycan Respublikasının vətəndaşı X37 adına Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 ha torpaq sahəsinə dair aparılmış seriya RX, ******* saylı, xx.xx.2016-cı il tarixli və Azərbaycan Respublikasının vətəndaşı X31 adına Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.06 ha torpaq sahəsinə dair verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli və Azərbaycan Respublikasının vətəndaşı X31 adına Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi ərazisində ilkin qeydiyyatdan keçmiş 0.12 ha torpaq sahəsinə dair aparılmış RX seriyalı, xx.xx.2016-cı il tarixli qeydiyyatın və tərtib edilmiş texniki pasportun tamamilə ləğv edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2022-ci l tarixli, **********57 saylı cava məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsi və digər 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - Səbail rayon İcra Hakimiyyətinin 506 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə cizgisinə istinad edilərək Bibiheybət qəsəbəsi, Salyan şosesi 32 ünvanda yerləşən köhnə bağ sahələri X3, X10, X15, X6, X16, X11, X12, X22, X17, X26, X7, X18, X39, X8, X23, X40, X9, Qədimov Başağa Əlişan oğlunun, X19, X27, X32, X28, X29, X37, X31, X41, X13, X14, X24 və Bibiheybət qəsəbəsi, N.Quliyev 45 saylı ünvanda yerləşən köhnə bağ sahəsi X5 adına sənədləşdirilmiş və orada fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi X37 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi X31 xüsusi mülkiyyətindədir. X50 və X45 arasında bağlanılmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi X2. X56 və X42 arasında bağlanılmış AN-İ seriyalı, ******* saylı xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə səasən Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi X1. - Bakı şəhəri Səbail Bələdiyyəsinin 05 nömrəli, 18 yanvar 2002-ci il tarixli sərəncamına əsasən Səbail rayonu, 20-ci sahə, ünvan 3 ünvana bitişik yerde 1800 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında N.Z.Hüseynovun mülkiyyətinə verilmişdir. - Bakı şəhəri Səbail Bələdiyyəsinin 256 nömrəli, 24 sentyabr 2002-ci il tarixli sərəncamına əsasən Səbail Bələdiyyəsi sədrinin xx.xx.2002-ci il tarixli 05 saylı sərəncamına əsasən N.Z.Hüseynovun adına sənədləşdirilmiş 1800 kv.m torpaq sahəsi M.Y. Qədimbəylinin adına keçirilmişdir. - Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 22 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-15806/2025 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən şərti sərhədlərlə göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 1800.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən torpaq sahəsi Salyan şossesi yolu kənarında relyefi mürəkkəb olan dağ ətəyi (maili) ərazidə yerləşir. Sahə bir tərəfdən qəbiristanlıq (qəbir daşları) ərazisi ilə həmsərhəd olduğundan, hazırda qəbiristanlıq ərazisi genişlənərək sözü gedən sahənin bir hissəsində qəbir daşları vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən 1800.0 kv.m sahənin üst-üstə düşmə halı yoxdur. Torpaq sahəsinə dair ilkin cizgidə (iddiaçıya aid olan) heç bir dəqiq istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Həmçinin digər cizgidə də, (RİHB-nın 506 saylı 11 aprel 1997-ci il sərəncamına aid) istinad məsafələri olmadığından yerləşməsini dəqiqləşdirmək mümkün deyildir. Göründüyü kimi, əldə edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşmə halı mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, onun hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə üçüncü şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və torpaq sahəsini plan və ölçü sənədi Səbail rayon İcra Hakimiyyəti başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamına istinad olunaraq verilmişdir. İddiaçıya isə torpaq sahəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 256 nömrəli, 24 sentyabr 2002-ci il tarixli sərəncamına əsasən ayrılmışdır və iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı 3-cü şəxslərlə onun arasında hər hansı bir mübahisə (üst-üstə düşmə halı) mövcud deyildir. Bu halda, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağını nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı yenidən cavabdehə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-130/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-130/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver