Məhkəmə qərarları › İş №2-1(112)-13004/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13004/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13004/2023 15.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2016-cı ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabrın ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləğinin hesablanaraq xx.xx.1999cu il təvəllüdlü övladı İddiaçı qəyyumu qismində anası X4 ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibb-Sosial Komissiyası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli kəmağıllıq-kəskin imbesillik dərəcəsində oligofreniya, kobud nitq və davranış pozuntuları ilə tez-tez qıcolma tutmaları ilə nitq artikulyasiyasının pozuntusu xəstəliyi vardır. Birinci qrup əlildir. Buna müvafiq olaraq, 10 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsi tərəfindən 030529 saylı əlillik vəsiqəsi təqdim edilmişdir. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-2894/2019 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 40 saylı Sərəncama əsasən fəaliyyət qabiliyyətsiz xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qəyyumu anası X6 təyin edilmişdir. xx.xx.1999-cu il təvəllüdlü İddiaçı təyin olunmuş 2019-cu ilin oktyabr ayından etibarən əlillər üçün nəzərdə tutulmuş sosial müavinəti alır. Lakin həmin məbləğ hüququnun yarandığı dövrdən bu günə qədər ona ödənilməmişdir. Sonuncu üç il üçün, yəni 2016-cı ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabrın ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləği hesablanmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, aylıq müavinətlər müraciət etmə vaxtında asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. Yuxarıda qeyd olunanlara əsasən, 2016-ci ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabrın ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləğinin hesablanaraq xx.xx.1999cu il təvəllüdlü İddiaçı qəyyumu qismində anası X4 ödənilməsi ilə bağlı olaraq tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət olunsa da, İddiaçı qeyd etdiyi dövrlər üzrə əlilliyinin olması barədə məlumat olmadığına istinad edilərək tələbindən imtina edilmişdir. Halbuki, İddiaçı anadan gəlmə qüsurludur, bununla bağlı olaraq öncələrdə müayinədən keçirilmiş, lakin onun əlilliyi dayandırılmalı olmadığı halda 2015-ci ildə dayandırılmışdır. Dayandırılmanın bərpa edilməsi ilə bağlı dəfələrlə müraciət etsə də buna məhəl qoyulmamışdır. Ambulator çıxarışdan da görünür ki, ağır dərəcəli kəmağıllıq kəskin nəzərə çarpan inbesillik dərəcəsində kobud nitq və davranış pozuntusu ilə tez-tez qıc olma tutmaları xəstəliyi vardır və bu xəstəlik həmin ambulator çıxarışında da görünür ki doğuş travması ilə anadangəlmədir. Buna baxmayaraq hər dəfə müayinə keçərək müvafiq cavabdeh orqana göndərilsə də nə imtina verilmiş, nə də müavinət təyin edilməmişdir. Daha sonra Prezident Administrasiyasına etdiyi şikayət nəticəsində 2019-cu ilin oktyabr ayında onun əlilliyi yenidən müəyyən edilərək ona sosial müavinət təyin edilmişdir. Göründüyü kimi cavabdehin imtinası İddiaçı hüquqlarını pozmaqdan başqa bir şey deyildir. Buna görə də cavabdehin imtinası əsassız hesab edilməlidir. Odur ki, 2016-cı ilin oktyabr ayının 10-dan 2019-cu ilin oktyabrın ayının 10-dək ödənilməli olan aylıq sosial müavinət məbləğinin hesablanaraq xx.xx.1999-cu il təvəllüdlü İddiaçı qəyyumu qismində anası X4 ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qanunauyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüquququn müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. X1 sisteminin “Əlillik” altsistemində qeyd edilmiş məlumatlara əsasən bildiririk ki, İddiaçı xx.xx.2019-cı il tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. İddiaçının sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********5 nömrəli “müraciətin cavablandırılması haqqında” məktubunda X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının əlilliyi xx.xx.2019-cı il tarixdən müəyyən olunduğu üçün həmin tarixdən əvvəlki dövrlər üzrə sözügedən təqaüdün təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin əlillik statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik əlilliyə olan şəxslər üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin edilir. X1 sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı müayinə əsasında ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə xx.xx.2019-cu il tarixdən müddətsiz şəkildə əlilliyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə verilən Prezident təqaüdü təyin edilmiş, hazırda ödənişləri davam etdirilir. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Lakin hazırki iş üzrə iddiaçının əlilliyə görə sosial müavinət və Prezident təqaüdünün əvvəlki 3 il üzrə ödənilməsinə münasibətdə hər hansı hüququnun qazanılmasından söhbət gedə bilməz. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “əlilliyə görə müavinətin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq ödənilməsi” tələbinə dair 2-1(112)-13004/2023 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi (anası) X6 iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 07417756 nömrəli şəxsiyyəti vəsiqəsi məlumatından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyəti vəsiqəsi məlumatından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik – “qulluq və müalicə tələb edən ciddia davranış pozuntusu, ağır dərəcəli kəmağıllıq (kəskin imbesillik dərəcəsində pligofreniya), kobud nitq və davranış pozuntuları ilə, tez-tez qıcolma tutmalar ilə. Nitq artikulyasiyasının spesifik pozuntusu” səbəbi ilə müddətsiz birinci dərəcə əlildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı 06 sentyabr 2023-cü il tarixli, 3-17-1/2- 203706/2023 nömrəli məktubu ilə göndərilmiş İddiaçı müavinət ödənişinə dair sənədlərinin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 yaşadək uşağın SER TSE-01 № 010571 nömrəli TSEK-də müayinə aktından çıxarışda qeyd olunmuşdur ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildə müayinə olunmuş, TSEK diaqnozu: epilepsiya (siruptomatik – epilepsiyası) psixo-fiziki, nitqi inkişafın geriliyi. Qərarın müddəti xx.xx.2009, növbəti müayinə tarixi xx.xx.2009. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Kommissiyası Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın SER TSE-01 № 063575 nömrəli TSEK-də müayinə aktından çıxarışda qeyd olunmuşdur ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildə müayinə olunmuş, TSEK diaqnozu: epilepsiya (gicgah nahiyyəsinin cəlb olunması) psixi və nitqi inkişafın ləngiməsi ilə. Qərarın müddəti xx.xx.2013, növbəti müayinə tarixi xx.xx.2013. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 saylı Səbail Tibbi Sosial Ekspert Kommissiyası Sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın SER TSE-01 № 003071 nömrəli TSEK-də müayinə aktından çıxarışda qeyd olunmuşdur ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2013-cü ildə müayinə olunmuş, TSEK diaqnozu: epilepsiya (gicgah nahiyyəsinin cəlb olunması) psixi və nitqi inkişaf geriliyi ilə. Qərarın müddəti xx.xx.2015, növbəti müayinə tarixi xx.xx.2015. - Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Səbail şöbəsinin xx.xx.2007-ci il tarixli 634 nömrəli Qərarı ilə X4 16 yaşınadək uşağa görə xx.xx.2007-dən xx.xx.2009-dək 35 manat müavinət təyin edilmişdir. - Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Səbail şöbəsinin xx.xx.2012-ci il tarixli sərəncamı ilə X4 xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixədək sosial müavinət verilmişdir. - Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Səbail şöbəsinin xx.xx.2013-cü il tarixli sərıncamı ilə X4 xx.xx.2013-cü ildən xx.xx.2015-ci il tarixədək sosial müavinət verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Səbail rayon şöbəsinin Müavinət və təqaüd təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli, 106 nömrəli Qərarı ilə İddiaçı birinci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən müddətsiz müavinət təyin edilmişdir. -Azərbaycan Respublikası Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin Başçısının İddiaçı üzərində qəyyum təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 40 nömrəli Sərəncamı ilə X6 fəaliyyət qabiliyyəti olmayan xx.xx.1999-cu il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilməsi və qəyyum təyin edilmiş X6 yaşayış yerini dəyişdiyi halda bu barədə məlumatı Qəyyumluq və Himayəçilik Komissiyasına verməli olduğu nəzərinə çatdırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin 13.09.203-cü il tarixli, 3-17-4/2-24880/2023 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti 33 nömrəli Şəhər Poliklinikasının 2767003AACK9 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. Həmin məktubla göndərilmiş əlillik alt sistemindən çıxarışa əsasən İddiaçı əlillik vəziyyətinə xx.xx.2019-cu il tarixdə baxılmış və Səbəb: ümumi xəstəlik, X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79, Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Ağır dərəcəli kobud nitq və davranış pozuntuları ilə, tez-tez qıcolma tutmaları ilə. Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllıq, həmçinin anadangəlmə idiotiya yaxud kəskin nəzərə çarpanınbesillik (İQ 35-dən aşağı olanla) səbəbi ilə müddətsiz birinci dərəcə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı tərəfindən iddiaçının qanuni nümayəndəsi X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məlumat üçün bildiririk ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən müddətsiz olaraq İ dərəcə əlilliyi müəyyən edilmiş, müvafiq olaraq ona qeyd olunan tarixdən müddətsiz olaraq İ dərəcə əlilliyə görə sosial müavinət və İ dərəcə əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə İddiaçı əlilliyinin olması barədə məlumat olmadığına görə ötən dövr üçün (3 il geriyə) müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, sosial müavinətin verilməsi ilə bağlı hüquq əlillik dərəcəsi təyin edilmiş İddiaçı məxsus olmaqla fəaliyyət qabiliyyəti olmayan şəxs kimi qəyyumu (qanuni nümayəndəsi) X6 iddianı onun adından qaldırmaqda səlahiyyətli olmuşdur. İddia, mahiyyət üzrə əsassızdır. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu il tarixindən müddətsiz olaraq İ dərəcə əlilliyi müəyyən edilmiş, müvafiq olaraq ona qeyd olunan tarixdən müddətsiz İ dərəcə əlilliyə görə sosial müavinət ödənilir. İddiaçının tələbi ona 2016-2019-cu il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsidir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşağıdakı normalara istinad edir. Hüquq münasibətlərinin yarandığı dövr (2016-2019) qüvvədə olmuş: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyası): -1.0.1-ci maddəsinə görə əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. -1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. -1.0.17-ci maddəsinə əsasən əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə görə əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə görə əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Tibbi Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -7.0-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. -9.1-ci maddəsinə görə (.......) aylıq müavinətlər (....) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə. İddiaçıya aid müavinət işi və əlillik təyinatı alt sistemi məlumatlarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyti TSEk tərəfindən ilkin olaraq xx.xx.2007-ci ildə qiymətləndirilmiş və ona 2 il müddətinə xx.xx.2009-cu il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. Növbəti dəfə iddiaçının əlilik vəziyyəti xx.xx.2011-ci ildə qiymətləndirilmiş və sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2013-cü ilədək müəyyən edilmiş, daha sonra xx.xx.2013-cü ildə müayinə olunmuş, TSEK-in qərarı ilə sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2015-ci il tarixədək təyin edilmişdir. Qeyd edilən əlillik təyinatlarına mütənasib olaraq sosial müdafiə orqanı tərəfindən xx.xx.2007-dən xx.xx.2009-dək, xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013cü ildən xx.xx.2015-ci il tarixədək sosial müavinət verilmişdir. İddiaçıya aid müavinət işində növbəti əlillik təyinatı ilə bağlı sənəd iddiaçının yetkinlik yaşına çatdıqdan sonra Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixdən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Ağır dərəcəli kobud nitq və davranış pozuntuları ilə, tez-tez qıcolma tutmaları ilə” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi barədə qərardır. Qeyd edilən əlillik təyinatı qərarı ilə əlaqədar iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Səbail rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 106 nömrəli qərarı ilə birinci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən müddətsiz müavinət təyin edilmişdir. Göründüyü kimi iddiaçının əlillik təyinatı sənədlərində onun 2016-cı ildən 2019-cu ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması barədə TSEK-in qərarının olduğu müəyyən olunmur. İddiaçının qanuni nümayəndəsi da məhkəmə iclasında verdiyi izahatda həmin tarixlərdə TSEK tərəfindən iddiaçıya əlillik təyinatı barədə qərar verilmədiyini bildirmişdir. Başqa sözlə, iddiaçının tələb etdiyi 2016-2019-cu ilədək olan dövr ərzində iddiaçının əlillik statusu olmadığından ona həmin dövr ərzində əlilliyə görə (sağlamlıq imkanlarının məhdudluğuna görə) sosial müavinət verilməmişdir. Beləliklə, cavabdehin hazırkı halda iddiaçıya keçmiş dövr üzrə əlilliyə görə sosial müavinətin ödnilməsindən imtinası qanunazidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar