Məhkəmə qərarları › İş №2-1(112)-1302/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1302/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1302/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Məmmədəliyev Şövkət Şükür oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı «pensiyanın yenidən hesablanması və ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədəliyev Şövkət Şükür oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx xxxx 2018-ci il 2019-cu il fevral ayı da daxil olmaqla (hər ay üçün 120 (yüz iyirmi) manat ona çatası pensiya məbləğinin birdəfəlik ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən pensiyanın yenidən hesablanması, həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək ödənilməyən pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Samoilenko Roza Şövkətovna iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 2018-ci il iyul ayının ortalarında cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə gedərək pensiyanın təyin edilməsi üçün müvafiq sənədlər təqdim etmişdir - əmək kitabçasının əslini, onun təsdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin təsdiq edimiş surətini, hərbi biletinin surətini və keçmiş iş yerlərindən verilən müxtəlif arayşları. İddiaçı xx xxxx 2018-ci il tarixində cavabdeh DSMFnin Xətai rayon şöbəsinə bir daha gedərək sənədlərinə baxan Əfqan müəllimlə görüşmüşdür. Əfqan müəllim pensiya hüququnun yaranması üçün tələb olunan 25 illik stajına iki ilin və tələb olunan pensiya kapitalına 492 (dörd yüz doxsan iki) manatın çatışmadığını dedi və müvafiq sənədi ona təqdim edərək pensiya hüququnun yaranmadığını qeyd etdi. İddiaçı cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin əməkdaşı Əfqan müəllimin xx xxxx 2018-ci il tarixdə verdiyi cavabla əlaqədar Əmək və X3 Nazirliyi yanında Dövlət X7 xx xxxx 2018-ci il tarixli məktub yazmış və surətini cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə göndərmişdir. DSMF-dən aldığı xx xxxxxx 2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “bununla bağlı müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etsin”. DSMF-dən xx xxxxxx 2018-ci il tarixli daha bir məktub daxil olmuşdur. Lakin bu dəfə məktubda qeyd edilmişdir ki, “Azerbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sıgortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına uyğun olaraq müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı hazırda müvafiq işlər görülməkdədir. Qeyd edilən istiqamətdə işlər yekunlaşdıqda xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi başlanacaqdır”. Xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi ilə bağlı işlərin nə yerdə olduğunu öyrənmək üçün xx xxxxxx 2018-ci il tarixində iddiaçı DSMF-yə daha bir məktub yazmışdır. xx xxxxxx 2019-cu il tarixdə DSMF-dən aldığı xx xxxxxx 2018ci il tarixli məktubda xüsusi hesaba əlavə vəsatinin ödənilməsi ilə bağlı DSMF-nin yerli orqanına müraciət etməyin məqsədəuyğun olduğu bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixində iddiaçı DSMF-dən aldığı xx xxxxxx 2018-ci il tarixli məktubla cavabdeh DSMF-nin Xətai rayon şöbəsində pensiya işinə baxan Əfqan müəllimin yanına getmiş və həmin məktubu ona göstərmişdir. Əfqan müəllim DSMF-nin sosial ödənişlər şöbəsinə zəng etdikdən sonra dedi ki, yanvar ayının yaortasında, ya sonunda ödəniş etmək barədə xəbər gələcək və ona bu barədə məlumat veriləcəkdir. Lakin xx xxxxxx 2019-cu il tarixinədək cavabdeh DSMF-nin Xətai rayon şöbəsindən məlumat gəlmədiyi üçün iddiaçı özü ora gedərək bir daha pensiya işinə baxan Əfqan müəllimlə görüşmüşdür. Əfqan müəllim çatışmayan pensiya məbləğinin keçirməli olduğu bank hesabını və digər rekvizitləri verib, eləcə də ödəməli olduğu məbləği həmin vərəqin üzərində yazıb çatışmayan pensiya məbləğini ödəməsini demişdir. xx xxxxxx 2019-cu il tarixdə Kapitalbankın Xətai rayon fılialında çatışmayan pensiya məbləğini Əfqan müəllimin iddiaçıya dediyi cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin hesabına köçürmüşdür. Elə həmin gün iddiaçı qəbzi Əfqan müəllimə təhvil vermişdir. Əfqan müəllim qəbzi onun şəxsi qovluğuna qoyub demişdir ki, növbəti mart ayında pensiya kartı barədə ona xəbər verəcək.xx xxxx 2019-cu il tarixində pensiya kartına 172 manat 83 qəpik pul daxil olmuşdur. xx xxxx 2019-cu il tarixdə iddiaçı cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin sədrinə məktub yazaraq 2018-ci il iyul ayından 2019-cu il fevral ayınadək (cəmi 8 ay) ona çatası pensiyanının ona ödənilməsini xahiş etmişdir. Məktubda xüsusi olaraq “Əmək pensiyası haqqında” Qanunun 37.7-ci maddəsini vurğulamış və Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən e-sosial.az saytındakı şəxsi kabinetindəki məlumata əsasən pensiya hüququnum xx xxxx 2018-ci il tarixində yarandığını xüsusilə qeyd etmişdir. xx xxxx 2019-cu il tarixli məktubuna cavabdeh DSMF-nin Xətai rayon şöbəsindən cavab gəlmədiyindən iddiaçı xx xxx 2019-cu il tarixində cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin sədrinə daha bir məktub göndərərək xahiş etmişdir ki, onun məktubuna rəsmi cavab verilsin və 2018-ci il iyul ayından 2019-cu il fevral ayınadək ona çatası pensiyanın ödənilməsi barədə göstəriş verilsin. xx xxx 2019-cu il tarixində cavabdeh DSMF-nin Xətai rayon şöbəsində iddiaçının pensiya işinə baxan Əfqan müəllim ona zəng vuraraq şöbəyə gəlməsini demişdir. Əfqan müəllim 2018-ci il iyul ayından 2019-cu il fevral ayınadək pensiyanınona düşmədiyini bildirdi və ona xx xxxxx 2019-cu il tarixli müdir vəzifəsi icra edən E.Qarayev tərəfindən imza edilməli olan, lakin imzalanmayan məktub verildi. Məktubda hansı qanuni əsaslara görə 8 (səkkiz) ayın pensiyasının ödənilməli olmadığı izah edilmədi. Belə ki, iyul ayının ortalarında cavabdeh DSMF-nin Xətai rayon şöbəsində pensiya işinə baxan Əfqan müəllimlə görüşərkəniddiaçıya demişdir ki, onun nə 25 il stajı yoxdur, nə də pensiya almaq üçün tələb olunan 16742,9 manatadək kapitalı, 492 manat ödəməlidir. Bunu iddiaçı“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının4.1.3-cü maddəsində istinad edilən “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydaları ilə tanış olduqdan sonra bilmişdir. Bu səbəbdən xx xxxx 2018-ci il tarixdə DSMF-nin iddiaçısədrinə məktub yazaraq cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə göndərmişdir və xahiş etmişdir ki, “Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasinın 17 №-li xx xxxxxx 2017-ci il tarixli” Qərarının 4.1.3. maddəsinə əsasən tələb edildiyi kimi, pensiya hüququnun yaranması üçün tələb olunan pensiya kapitalına çatışmayan 492 manatı ödəməyin qaydasını və bunun necə mümkün olduğu ona bildirilsin”. Bu məlumatı cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin əməkdaşları iddiaçıya verməmiş, o özüqanunla tanış olduqdan sonra bu barədə xəbər tutmuşdur. İddiaçı şəxsən özü xx xxxxxx 2018-ci il tarixində Asan imza alıb çatışmayan məbləği Qaydaların 2.1-ci maddəsinə əsasən Elektron hökumət portalı vasitəsilə ödəməyə çalışmışdır, lakin Qaydalarda göstərilən bölmə orada olmadığı üçün bu, mümkün olmadı. Yəni buradan görünür ki, iddiaçıəlimdən gələni və qanuna uyğun olan vasitələrə al atmışdır ki, xx xxxx 2018-ci il tarixindən yaranan pensiya hüququna görə onatəyin olunan pensiyanı alsın. İddiaçıxx xxxxxx 1954-cü il təvəllüdlüdür. O vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarına əsasən, kişilər üzrə pensiya yaşı x xxxx 2017 - xx xxxx 2018-ci il müddəti arasında 63 il 6 ay müəyyən edilmişdi. Lakin həmin tarixədək iddiaçınınfərdi hesabının sığorta hissəsində tələb edilən 16742.9 manatdan cəmi 16250.90 manat olduğu üçün, yəni 492 manat çatmadığı üçün və iş stajı tələb olunduğu kimi 25 deyil 23 olduğu üçün həmin qaydalara və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən çatışmayan məbləği ödəmək tələb olunurdu. Həmin məbləği dəfələrlə könüllü surətdə ödəmək istəyinə və cəhdlərinə baxmayaraq, iddiaçıya bunu yalnız xx xxxxxx 2019-cu il tarixində etmək imkanı verildi. Bu səbəbdən, cavabdeh hesab edir ki, iddiaçınınpensiya hüququ x xxxx 2018-ci il tarixində deyil, xx xxxxxx 2019-cu il tarixində yaranıb. Lakin cavabdehin bu iddiası həm daxili, həm də beynəlxalq qanunlara ziddir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında xüsusi hesabın aydın izahı məqsədilə bir sıra misallar verilmişdir. Misal 4-də yazılıb:1954-cü il 1 sentyabr tarixində anadan olmuş, 23 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 13000 manat pensiya kapitalına malik olan kişi 2018-ci ilin 01 oktyabrında yaşa görə pensiya təyin olunması üçün müraciət edir. 2018-ci ilin sentyabr ayının 1-də Qanunla yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə (64 yaş) çatmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi və həmçinin sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Əgər bu şəxs ’’Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır.İddiaçı Məmmədəliyev Şövkət Şükür oğlunun vəziyyətində isə onun fərdi hesabındakı pensiya kapitalı xüsusi hesab vasitəsilə pensiya təminatının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə çatdırıldığı gündən ona pensiya təyin edilib. Beləliklə də, iddiaçının tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçı Məmmədəliyev Şövkət Şükür oğluna məxsus AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədəliyev Şövkət Şükür oğlu xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən iddiaçı Məmmədəliyev Şövkət Şükür oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Fondun Bakı şəhəri Xətai rayon şöbəsinə daxil olmuş müraciətinizlə əlaqədar olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək hər il 6 ay artırılır.Nəzərinizə çatdırırıq ki, Sizin nə fərdi hesabınızın sığorta hissəsində tələb olunan pensiya kapitalınız, nə də tələb olunan azı 25 il sığorta stajınız yığılmadığı üçün ərizənizi təmin etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X9 tərəfindən iddiaçı Məmmədəliyev Şövkət Şükür oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Müraciətinizə Əmək və X3 Nazirliyi yanında Dövlət X6 baxılmışdır. Bildiririk ki, əmək pensiyalarına dair normativ hüquqi aktlara əsasən əmək pensiyasının təyin edilməsi, ödənilməsi, yenidən hesablanması, növünün dəyişdirilməsi şəxsin (ərizəçinin) daimi yaşadığı yer üzrə Əmək və X3 Nazirliyi yanında Dövlət X5 rayon və şəhər şöbələri tərəfindən həyata keçirilir. Bununla bağlı müvafiq sənədlərlə qeydiyyatda olduğunuz ərazi üzrə Fondun yerli orqanına müraciət etməyiniz xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X9 tərəfindən iddiaçı Məmmədəliyev Şövkət Şükür oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Müraciətinizə Əmək və X3 Nazirliyi yanında Dövlət X6 baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin (bu yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx xxxx 2017-ci il tarixdən kişilərin pensiya yaş həddi 63 yaş 6 ay, xx xxxx 2018-ci il tarixdən isə 64 yaş müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi" Qaydasına uyğun olaraq müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı hazırda müvafiq işlər görülməkdədir. Qeyd edilən istiqamətdə işlər yekunlaşdıqda xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsinə başlanılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X9 tərəfindən iddiaçı Məmmədəliyev Şövkət Şükür oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Müraciətinizə Əmək və X3 Nazirliyi yanında Dövlət X6 baxılmışdır.Bildiririk ki, yaşa görə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadıqda və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 25 il sığorta stajına malik olmadıqda sığortaolunanların çatışmayan kapitalı (məbləği) Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi" Qaydasına əsasən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 müvafiq xəzinə hesabına mədaxil etməklə əmək pensiyası ilə təmin olunmaq hüququnu əldə edə bilərlər.Bu səbəbdən qeyd olunan məsələ ilə bağlı qeydiyyatda olduğunuz ərazi üzrə Nazirlik yanında Dövlət X5 yerli orqanına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən iddiaçı Məmmədəliyev Şövkət Şükür oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur:Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsinə təqdim edilmiş sənədlərinizə şöbənin Pensiya təyinatı komissiyasında baxılmışdır. Bildiririk ki, Respublikamızda vətəndaşlann əmək pensiyası hüquqlarının yaranmasının əsaslan, bu hüquqlann həyata keçirilməsi qaydalan xx.xx.2006-cı ildən ‘Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Nəzərinizə çatdırırıq ki, xx.xx.2019-cu il tarixdə fərdi hesabınızın sığorta hissəsində çatışmıyan 570 manat məbləğində vəsaiti ödədiyinizdən xx.xx.2019-cu il tarixdən Sizə 119.81 manat əmək pensiyası təyin edilmişdir.Sizin əmək pensiyanızın məbləği xx.xx.2019-cu il tarixdən 160 manat məbləğinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünürki, həmin tarixdə Məmmədəliyev Şövkət Şükür oğlu tərəfindən DSMF Xətai rayon şöbəsinin hesabına 570 manat çatışmayan pensiya kapitalı ödənilmişdir. İş materiallarında olan Məmmədəliyev Şövkət Şükür oğluna məxsus pensiya işində olan Azərbaycan Respublikası DSMF-nin Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli 1565 nömrəli qərarından görünürki, xx.xx.2019-cu il tarixdən Məmmədəliyev Şövkət Şükür oğluna yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə əsasən xüsusi hesab - əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1-ci maddəsinə əsasən qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır; 4.1.2-ci maddəsinə əsasən qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: x xxxx 2017 – xx xxxx 2018 - 63 il 6 ay; 4.1.3-cü maddəsinə əsasən qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydalarının: 1.1-ci maddəsinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə uyğun olaraq sığortaolunanlar üzrə xüsusi hesaba (bundan sonra - xüsusi hesab) əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir; 2.1-ci maddəsinə əsasən xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) “Elektron hökumət portalı” və ya Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi müəyyən edir; 3.1-ci maddəsinə əsasən xüsusi hesaba ödənilən vəsaitlər Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 müvafiq xəzinə hesabına mədaxil olunur; 5.2-ci maddəsinə əsasən bu Qaydaya uyğun olaraq xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin fərdi hesabın sığorta hissəsində qeydə alınması nəticəsində formalaşan pensiya kapitalına görə sığortaolunana əmək pensiyasının təyin edilməsini və ödənilməsini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasını təyin edən orqan həyata keçirir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur. O, 2018-ci ilin iyul ayında cavabdeh orqana müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi, həmçinin sığorta stajı 25 ildən az olduğu üçün müraciəti təmin edilməmişdir. İddiaçıya çatışmayan kapitalı (məbləği) Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2017-ci il tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi" Qaydasına əsasən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 xəzinə hesabına mədaxil edilməsi bildirilmiş, iddiaçı tərəfindən isə xx.xx.2019-cu il tarixdə DSMF Xətai rayon şöbəsinin hesabına 570 manat çatışmayan pensiya kapitalı ödənilmişdir və həmin tarixdə DSMF-nin Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyanın müraciət etdiyi xx.xx.2018-ci il tarixdən yenidən hesablanmasını tələb edir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərindən də göründüyü kimi, yaşa görə əmək pensiyası hüququ fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaranır. İddiaçı tərəfindən isə çatışmayan pensiya kapitalı xx.xx.2019-cu il tarixdə DSMF Xətai rayon şöbəsinin hesabına ödənilmişdir. Həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının tələblərinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verdiyi tarixdə (həmin gündən) yaşa görə əmək pensiyası hüququ yaranır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçıya çatışmayan pensiya kapitalının ödənildiyi tarixdən də yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmmədəliyev Şövkət Şükür oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı «pensiyanın yenidən hesablanması və ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar