Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1302/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində sahibliyində olan torpaq sahəsində inşa etdiyi ümumi sahəsi 86,5 kv.m olan ikimərtəbəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının tanınaraq mülkiyyətə verilməsi, mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət Qeydiyyatına alınması, reyestrdən çıxarışla rəsmiləşdirilməsi, reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci ildə 188 saylı sərəncamı ilə rəsmiləşdirilən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində inşa edilən ümumi sahəsi 86,5 kv.m olan ikimərtəbəli qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 174 saylı qərarı ilə Biləcəri qəsəbəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X1 50-kvm torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi sonradan vətəndaş X4 razılıq ərizəsi və Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli 1204-saylı qərarı ilə X8 adına rəsmiləşdirilmişdir. X8 razılıq ərizəsinə əsasən sahibliyinə verilmiş 50-kvm torpaq sahəsinin 25 kv.m-nin X15 adına keçirilməsi barədə razılıq ərizəsinə əsasən Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 46-saylı qərarı ilə həmin torpaq sahəsinin 25 kvm-i X15 adına rəsmiləşdirilmişdir. X3 rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin 02.12 2004-ci il tarixli 1204-saylı qərarı ilə sahibliyində qalmış 125 kvm torpaq sahəsini xx.xx.2017-ci ildə 11 saylı DNK-da bağladığı 3M-948-saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. İddiaçı sahibliyində olan 50-kv.m torpaq sahəsində ikimərtəbəli qeyri-yaşayış sahəsini tikmək məqsədlə eskiz layihəsini hazırladaraq Binəqədi rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Layihə Binəqədi rayon İcra Hakimiyyətində təsdiq edildikdən sonra həmin layihə əsasında qeyri-yaşayış sahəsini başa çatdırmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən tikdiyi qeyri-yaşayış sahəsinə baxılmış və X21, İddiaçı Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində inşa edilmiş ümumi sahəsi 86.5 kvm olan ikimərtəbəli qeyri-yaşayış binası təqdim edilmiş layihə əsasında göstərilən ölçülərlə mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı xx.xx.2018-ci ildə 188 saylı sərəncam vermişdir. İddiaçı birinci Qarabağ müharibəsində ayağını itirərək Qarabağ müharibəsi əlili olduğundan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən apardığı tikinti işinə və inşa etdirdiyi sənədləşdirilməsinə hər-hansı problem yaradılmamışdır. İddiaçı xx.xx.2021-ci ildə Azərbaycan Respublikası yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə tələb olunan sənədləri əlavə etməklə ərizə ilə müraciət edərək Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində sahibliyində olan torpaq sahəsində inşa etdiyi ümumi sahəsi 86,5 kv.m olan ikimərtəbəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının tanınaraq mülkiyyətinə verilməsi, mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət Qeydiyyatına alınması, reyestrdən çıxarışla rəsmiləşdirilməsi, reyestrdən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh müraciətinin müsbət həllindən imtina etmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********290 saylı etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə) təqdim edilməmişdir, ərizəyə əlavə edilmiş Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixindən sonra verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin, eskiz layihə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır, bundan əlavə istismara icazə sənədi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********40 saylı cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: - DSMF-nun Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 005664 saylı vəsiqədən görünür ki, iddiaçı 2-ci qrup Qarabağ əlilidir. - “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi tərəfindən verilmiş “müharibə veteranı medalı”nın 1674 saylı vəsiqəsindən görünür ki, iddiaçı eyni adlı medalla təltif edilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********0 saylı imtina məktubunda iddiaçının ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə razılaşdırılmış layihə) təqdim edilməmişdir. Biləcəri bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixindən sonra verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Eskiz layihə Bakı şəhəri Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamışdır, bundan əlavə istismara icazə sənədi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Eskiz layihə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə edilməmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 188 saylı Sərəncamından görünür ki, X15 və İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində (dəmir yolu parkının yanında) inşa edilmiş ümumi sahəsi - 86,5 kv.m olan 2 (iki) mərtəbəli qeyri-yaşayış binası təqdim edilən layihə ("xxxx" Kiçik Müəssisəsinin işi) əsasında göstərilən ölçülərlə mövcud vəziyyətdə rəsmiləşdirilmişdir. Sərəncamın surətləri müvafiq qaydada sənədləşdirmə işlərinin aparılması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, məlumat üçün isə vətəndaş O.A.Kazımova və İddiaçı göndərilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 75 saylı xx.xx.2018-ci il tarixli İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində (dəmir yolu parkının yanında) inşa edilmiş ümumi sahəsi - 86,5 kv.m olan 2 (iki) mərtəbəli qeyri-yaşayış binasın istismarına icazə verilmişdir. - X15 və İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində (dəmir yolu parkının yanında) inşa edilmiş ümumi sahəsi 86,5 kv.m olan 2 (iki) mərtəbəli qeyriyaşayış binasının layihəsindən görünür ki, memarlıq-planlaşdırma həlli layihəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. - Bakı şəhəri Biləcəri Bələdiyyəsi 46 saylı 30 noyabr 2017-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 46 saylı xx.xx.2002-ci ij tarixli qərarı ilə vətəndaş X5 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə sənədləşdirilmiş 50,0 kv.metr torpaq sahəsinin sonradan bələdiyyənin 1204 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə vətəndaş X10 adına sənədləşdirilmiş 50,0 kv.metr torpaq sahəsindən 25,0 kv.metrini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X10 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş X15 adına sənədləşdirilməsi, qərarın bir nüsxəsi X13 verilməsi, X17 tapşırılmışdır ki, həmin torpaq sahəsinin addan-ada sənədləşdirilməsi üçün bələdiyyənin müvafiq qərarına uyğun aidiyyatı üzrə müəyyən edilmiş torpaq rüsumunu Biləcəri bələdiyyəsinin hesabına ödəməsi və ödəmə barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsi 1204 saylı xx.xx.2004-cu il tarixli qərarından görünür ki, Bakı şəhər Binəqədi rayon Biləcəri bələdiyyəsinin 174 saylı xx.xx- 2002-ci il tarixli qərarına əsasən Bakı şəhər sakini X6 adma Biləcən qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə cizgi əsasında ayrılmış 50 kv.m torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X5 adından Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının xx.xx.2004-cü il tarixli 124 saylı protokolunun qərarı ilə X10 adına sənədləşdirilmişdir. - Torpaq sahəsinin xx.xx.2017-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Biləcəri bələdiyyəsi ərazisində 50,0 kv.metr torpaq sahəsini iddiaçıya satılması barədə X14 ilə iddiaçı arasında ilkin razılığa gəlmişlər. - Torpaq sahəsinin xx.xx.2017-ci il tarixli alqı-satqısına dair müqavilədən görünür ki, Biləcəri bələdiyyəsi ərazisində 50,0 kv.metr torpaq sahəsini iddiaçı almışdır. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 01-05/01-05/9-16 saylı arayışından görünür ki, Biləcəri bələdiyyəsinin 21 oktyabr 2002-ci il tarixli adına Biləcəri qəsəbəsi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 50 kv.m torpaq sahəsi ayrılmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Biləcəri bələdiyyəsi ərazisində 50,0 kv.metr torpaq X7 ayrılmışdır. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 88 saylı qərarından görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 174 saylı xx.xx.2002-ci il tarixli qərarı ilə X5 adma sənədləşdirilmiş sonradan həmin bələdiyyənin 1204 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə X9 adma sənədləşdirilmiş 50,0 kv.metr torpaq sahəsindən daha sonra həmin bələdiyyənin 46 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə X15 adına sənədləşdirilmiş 25,0 kv.metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı adına sənədləşdirilmişdir. - X15 xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində (dəmir yolu parkının yanında) inşa edilmiş ümumi sahəsi - 86,5 kv.m olan 2 (iki) mərtəbəli qeyriyaşayış binasının İddiaçı adına sənədləşdirilməsinə və vahid reyestrdən çıxarış verilməsinə etiraz etməmişdir. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 174 saylı qərarı ilə Biləcəri qəsəbəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X1 50-kvm torpaq sahəsi ayrılmış, sonradan X4 razılıq ərizəsi və Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli 1204-saylı qərarı ilə X8 adına rəsmiləşdirilmiş, X2 verilmiş 50-kvm torpaq sahəsinin 25 kv.m-nin X15 adına keçirilməsi barədə razılıq ərizəsinə əsasən Binəqədi rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 46-saylı qərarı ilə həmin torpaq sahəsinin 25 kvm-i X15 adına rəsmiləşdirilmiş, X3 rayonu Biləcəri qəsəbə Bələdiyyəsinin 02.12 2004-ci il tarixli 1204-saylı qərarı ilə sahibliyində qalmış 125 kvm torpaq sahəsini xx.xx.2017-ci ildə 11 saylı DNK-da bağladığı 3M-948-saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış, iddiaçı sahibliyində olan 50-kv.m torpaq sahəsində Binəqədi rayon İcra Hakimiyyəti ilə təsdiq edilmiş layihə əsasında qeyri-yaşayış sahəsini tikmiş, X21 və İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində inşa edilmiş ümumi sahəsi 86.5 kvm olan ikimərtəbəli qeyri-yaşayış binası təqdim edilmiş layihə əsasında göstərilən ölçülərlə mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı xx.xx.2018-ci ildə 188 saylı sərəncam vermişdir. İddiaçı birinci Qarabağ müharibəsində ayağını itirərək Qarabağ müharibəsi əlili olduğundan X21 həmin əmlakın iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. Göstərilən sənədləri ərizəyə əlavə edilməklə iddiaçı tərəfindən cavabdehə həmin qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət edilsə də, sonuncu tərəfindən ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə, daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.10, 139-1.10.1-ci maddələrinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 və 8.0.10.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi qeyriyaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) mövcuddur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmçinin, iddiaçı tərəfindən inşa edilmiş tikili qeyri – yaşayış sahəsi olduğu üçün qanunverciliyin yuxarıda göstərilən tələblərinə riayət edilərək icazə alımışdır. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci ildə 188 saylı sərəncamı ilə rəsmiləşdirilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində inşa edilən ümumi sahəsi 86,5 kv.m ikimərtəbəli qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci ildə 188 saylı sərəncamı ilə rəsmiləşdirilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində inşa edilən ümumi sahəsi 86,5 kv.m olan ikimərtəbəli qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1302/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1302/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver