Məhkəmə qərarları › İş №2-1(112)-1304/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1304/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1304/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili XN, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı 20 noyabr 202N-ci il tarixdən 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx N69-cu ildə anadan olmuşdur. 20 noyabr 202N-ci ildə 52 yaşı tamam olmuşdur. Bu səbəbdən də həmin tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün müraciət etsə də müraciəti təmin edilməyibdir. Mərkəzi Filialın 3N mart 2022-ci il tarixli məktubunda qeyd edir ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N2 il 06 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, N yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (N il 2 ay N gün (xx.xx.N87xx.xx.N87-ci il, xx.xx.N87- xx.xx.N89-cu il, xx.xx.N90-xx.xx.N92-ci il, xx.xx.N92-xx.xx.2005-ci il tarixlər arasındakı dövrlər və xx.xx.N93- xx.xx.N93-cü il və xx.xx.N93-xx.xx.N94-cü il tarixləri arasındakı dövrlər cəmi N il N ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh tərəfin imtinasını qanunsuz və əsassız hesab edir. Çünki 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həmdə xüsusi stajı vardır. Belə ki, o: N87-N92-ci illərdə Bakı Neft-Energetika Kollecində əyani oxumuşdur-2 il, 09 ay, 23 gün; N87-N89-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur - 2 il; “Əmək pensiyası haqqında” Qanunun 2N.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (N92-ci il yanvarın N-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil omaqla) müddəti sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.N73-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı qüvvvələrinin tərkibində, SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq yığma qoşunu və partizan dəstələrində qulluq, əgər qulluqdan azad olunma tarix ilə işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxil edilir. N5 iyul N92-ci ildən N yanvar 2006-cı ilə kimi SOCAR-da əvvəlcə lay təzyiqinin saxlanması üzrə operator, sonra isə neft-qazçıxarma üzrə usta peşəsində işləmişəm- N3 il, 05 ay 25 gün. 23 yanvar 2007-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan N93-cü il 2N iyun 320 saylı qərarı ilə təsdiq edilmiş N nömrəli siyahı üzrə NN00000b-N5868 nömrəli kodla lay təzyiqinin saxlanması peşəsi üzrə operator və NN00000b-23N87 nömrəli kodla neft-qazçıxarma üzrə usta peşəsi əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının, hərbi biletin, Bakı Neft- Energetika Kollecinin 23 iyun N92-ci il tarixli 095648 nömrəli diplomunun təsdiq edilmiş surətlərinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin N3 dekabr 202N-ci il tarixli arayışına əsasən ümumi sığorta stajı 20 il, 03 ay N7 gün təşkil edir. Cavabdeh orqan onun 0N fevral N93-cü ildən 0N sentyabr N93-cü il və N noyabr N93-cü ildən N2 may N94- cü ilə kimi Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrü düzgün hesablamayıbdır. Ona görə də ümumi stajı 20 ildən az çıxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi N5 iyul N92-ci il tarixli ******* nömrəli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq ümumi iş stajının 20 ildən az olması səbəbilə, cavabdeh orqan tərəfindən 3N,03.2022-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən N yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun N3-cü maddəsinin "a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı N0 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N93-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş N №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. İddiaçı təqdim edilən sənədlərində (əmək kitabçası, diplomu, hərbi bileti, güzəştli arayışı) qeyd olunan məlumatlardan göründüyü kimi, N yanvar 2006- cı il tarixədək ümumi iş stajı 20 ildən az (N il 2 ay N gün (xx.xx.N87-xx.xx.N87-ci il tarixləri təhsil dövrü, xx.xx.N87-xx.xx.N89-cu il tarixləri hərbi xidmət dövrü, xx.xx.N90-22,06.N92-ci il tarixləri təhsil dövrü, xx.xx.N92-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.N93-xx.xx.N93-cü il və xx.xx.N93-xx.xx.N94-cü il tarixləri arasındakı dövrlər cəmi N il N ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı Meh valı oğluna Qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq sizdən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.N69-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, 36 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.N87-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.N89-cu ildə xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.N92-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı Mehbalı oğlu xx.xx.N92-ci ildə Neft və qaz quyularının istismarı üzrə Bakı Neft texnikomunu bitirib təyinatla gəlmiş gənc mütəxəssis ATSSS üçüncü dərəcəli operator qəbul edilmiş, xx.xx.N96-cı ildən həmin peşə üzrə 4-cü dərəcə təqdim edilmiş, xx.xx.200N-ci ildən həmin peşə üzrə 5-ci dərəcə təqdim edilmiş, xx.xx.2005-ci ildən əmək müqaviləsində edilmiş dəyişikliyə müvafiq olaraq Neft qazçıxarma üzrə 3 saylı dərin dəniz özülünə N2-ci dərəcəli neft-qazçıxarma ustası keçirilmiş, xx.xx.202Nci ildən əmək müqaviləsində edilmiş dəyişikliyə əsasən 3 saylı Neft-qazçıxarma sahəsinə N2ci dərəcəli neft-qazçıxarma üzə usta vəzifəsinə keçirilmiş, xx.xx.202N-ci il tarixli qeydə əsasən hal-hazira kimi işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft - Energetika Kollecinin xx.xx.202Nci il tarixli N525 nömrəli arxiv arayışına əsasən verilir İddiaçı Mehbalı oğluna ona görə ki, o, həqiqətən, NN avqust N87-ci il tarixində 452 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 20 oktyabr N87-ci il tarixində 609 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. N6 yanvar N90-cı il tarixində 37 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. “Neft və qaz quyularının istismarı’' ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə Dövlət ixtisas komissiyasının 22 iyun N92-ci il tarixli qərarına əsasən ona “texnik-texnoloq’' ixtisas dərəcəsi və PT-İ №095648 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.N97-ci il tarixli N0N/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır. İş materiallarına əlavə edilmiş 095648 nömrəli diplomun surətinə əsasən İddiaçı Mehbalı oğlu N87-ci ildə Bakı Neft Texnikomuna daxil olmuşdur, xx.xx.N92-ci ildə təhsilini bitirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-7604 nömrəli məktubunda bildirilmişdir ki, Gədəbəy RHK tərəfindən göndərilmiş X3 N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 29 №-li əmrilə (əsas: bənd 48, səh 338, əmrdə soyadı Zadanov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci tabur komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 44 №-li əmrilə sıravi İddiaçı (əsas: bənd N, səh 93) 2-ci taburun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək hesab nömrəsi vəzifəsinə təyin olunmuş və əmək haqqı xx.xx.N93-cü il tarixdən hesablanmışdır. N №-li hərbi hissə komandirinin N may N93-cü il tarixli 59 №-li əmrilə sıravi İddiaçı (əsas: sıra N8, səh N34, əmrdə vəzifəsi göstərilməyib) aprel ayı üçün 3(üç) qat əmək haqqı ödənilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N93-cü il tarixli 94 №-li əmrilə sıravi İddiaçı (əsas: § 2, sıra N, səh 44, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) minamyot batareyasının tərkibindən azad edilərək 5-ci bölükdə atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N avqust N93-cü il tarixli NNN №-li əmrilə sıravi İddiaçı (əsas; sıra 2, səh 59, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə məzuniyyətə buraxılmışdır. Taburu özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 0N oktyabr N93-cü ii tarixli N4N №-li əmrilə (əsas: bənd N, sıra 3, səh 93, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) sentyabr N93-cü il üçün 3(üç) qat pul məvacibindən məhrum edilmişdir. Hərbi biletində “çavuş" hərbi rütbəsi olduğuna görə İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N93-cü il tarixli N53 №-li əmrində (əsas: § 3, sııa 2, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi rütbəsinin göstərilən qaydada nəzərə alınması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N noyabr N93-cü il tarixli N58 №-li əmrilə sıravi İddiaçı (əsas: bənd 2, sıra 6, səh NNN, əmr hərni hissə komandiri tərəfindən imzalanmamışdır) atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 3N dekabr N93-cü il tarixli N8N №-li əmrilə çavuş İddiaçı (əsas: sıra 22, səh N58, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) dekabr ayı üçün 3(üç) qat əmək haqqı ödənilmişdir. N7N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli N №-li əmrilə çavuş İddiaçı Mehbalı oğlu (əsas: sıra 2, səh N8, əmrdə atasının adı Mehbalı yazılmışdır) 2-ci taburda baş atıcı vəzifəsinə təyin olunmuşdur. N7N №-li hərbi hissə komandirinin N iyun N94-cü il tarixli 90 №-li əmrilə sürücü hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, sıra 25, səh 230) may N94-cü il üçün 3(üç) qat əmək haqqı ödənilmişdir. N7N №-li hərbi hissə komandirinin N avqust N94-cü il tarixli N73 №-li əmrilə çavuş İddiaçı Mehbalı oğlu (əsas: § N2, sıra N5, səh 6N, əmrdə atasının adı Mehbalı yazılmışdır, vəzifəsi göstərilməyib) 2-ci taborun şəxsi heyətinin siyahısından çıxarılaraq 5-ci tabor komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.0N,N96-cı il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə Ordu sıralarından tərxis olunmuş, sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin N4 mart N96-cı il tarixli 72 №-li əmrilə (əsas: § 5, sıra 2, səh N09, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nizami RHK-nın sərəncamına göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Socar “Azneft” İstehsalat Birliyi “28 may” NQÇİnin xx.xx.2022-ci il tarixli, 0N-03/274 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı halhazırda “28 May" NQÇİ-nin 3 saylı neft və qazçıxarma sahəsində N2-ci dərəcəli neft və qazçıxarma üzrə usta vəzifəsində çalışır. İşçiyə öz ərizəsinə əsasən güzəştli şərtlərlə təqaüd alması məqsədi ilə xx.xx.2022-ci il tarixli 03/5N nömrəli arayış təqdim olunmuşdur (əlavədə təqdim olunur). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 92 nömrəli xx.xx.2004cü il tarixli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısfnm Vİ. Neft və qaz sənayesi bölməsinin N5-ci bəndinə əsasən Lay təzyiqinin saxlanması üzrə operator (N92-2005) və 26-cı bəndinə əsasən Neft və qazçıxarma üzrə usta (2005-ci ildən hal - hazıra kimi) vəzifəsində şalışdığı illərdə 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Eləcə də qeyd etmək istəyirik ki, “28 May” NQÇİ-nin struktur bölmələrində iş yerlərində aparılmış attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq, İddiaçı tarif maaşına Lay təzyiqinin saxlanması sahəsində lay təzyiqinin saxlanması üzrə operator peşəsində çalışdığı müddət ərzində (xx.xx.N92xx.xx.2005) 8% (səkkiz) və 3 saylı Neft və qazçıxarma sahəsində neft və qazçıxarma üzrə usta vəzifəsində çalışdığı müddət ərzində (xx.xx.2005-ci ildən hal-hazıradək) 4% (dörd) əlavə ödəniş verilir. Həmin məktubla göndərilmiş xx.xx.2022-ci il tarixli 03/5N nömrəli arayışda qeyd olunmuşdur ki, verilir “28 May" Neft və Qazçıxarma idarəsinin Neftqazçıxarma üzrə 3 saylı Dərin dəniz özülünün N2-ci dərəcəli neft-qazçıxarma üzrə ustası İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.N92-xx.xx.2005- lay təzyiqinin saxlanması üzrə operator ((NN00000a- N5868) N3 il 02 av 03 gün), xx.xx.2005-xx.xx.2022-neft qazçıxarma üzrə usta ((NN00000b- 23N87)N6 il 04 ay 29 gün), hal hazıra kimi cəmi 29 il 07 ay 02 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N93-cü il tarixli 320 saylı qərarındakı istehsalatın, peşə və vəzifələrin N saylı siyahısının X bölməsinə, 2a və 2b yarımbölməsinə əsasən “28 May" NQÇİ-də lay təzyiqinin saxlanması üzrə operator, neft-qazçıxarma üzrə usta peşəsində güzəştli şərtlərlə iş stajı 29 il 07 av 02 gün təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9 8-ci maddəsinə əsasən N yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun N3-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı N0 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N93-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş N №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə hesablanmaqla güzəştli şərtlərlə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizi N yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (N il 2 ay N gün (xx.xx.N87-xx.xx.N87-ci il, xx.xx.N87xx.xx.N89-cu il, xx.xx.N90-xx.xx.N92-ci il, xx.xx.N92-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.N93-xx.xx.N93-cü il və xx.xx.N93-xx.xx.N94-cü il tarixləri arasındakı dövrlər cəmi N il N ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı N2 il 6 ay çalışmış kişilərin və azı N0 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan N nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı N0 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının N3 iyun N97-ci il tarixli 32N-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun N3-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri N97-ci il avqustun N-dən başlayaraq 2000-ci il avqustun N-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun N0 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.N69-cu il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.202N-ci ildə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun N.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 2N.N-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli N75 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.N-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.N.N. 2006-cı il yanvarın N-dək olan dövr üzrə: N. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.N.2. 2006-cı il yanvarın N-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.N.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan diplom, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək iş stajı ümumi olaraq aşağıdakı dövrlərdən ibarətdir: -xx.xx.N87-xx.xx.N89-cu il tarixədək Azərbaycan SSR dövründə hərbi xidmət dövrü; -xx.xx.N87-22 iyun N92-ci il tarixədək ali təhsil dövrü; -xx.xx.N92-xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü; -xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü ilədək və xx.xx.N93-cü il tarixdən xx.xx.N96-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövr. Məhkəmə yuxarıda qeyd edilən iddiaçının ümumi iş stajına hesablana bilən dövrlər üzrə aşağıdakı qiymətləndirməni aparır. İ. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının xx.xx.N87-xx.xx.N89-cu il tarixədək 02 il N3 gün Azərbaycan SSR dövründə hərbi xidmət dövrü bütövükdə onun ümumi iş stajına daxil edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.N87-xx.xx.N89-cu il tarixədək hərbi xidmət dövrü ilə xx.xx.N87-22 iyun N92-ci il tarixədək təhsil dövrü qismən üst-üstə düşmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 22.N-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici təhsil və hərbi xidmət dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının təhsil dövrünün hərbi xidmət dövrü ilə üstüstə düşən hissəsini ümumi iş stajına hesablamır, lakin eyni zamanda iddiaçının təhsil dövrünün hərbi xidmət ilə üst-üstə düşməyən hissəsini, yəni xx.xx.N87-ci il tarixdən (Bakı Neft Texnikumuna xx.xx.N87-ci il tarixdən daxil olsa da əyani təhsil üzrə tədris müddətinin 0N sentyabr tarixdən başlanıldığını nəzərə alaraq məhkəmə təhsil dövrünü xx.xx.N87-ci il tarixdən hesablayır) hərbi xidmətə çağırıldığına görə akademik məzuniyyət verildiyi xx.xx.N87-ci il tarixinədək 0N ay 20 gün və hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbəyə bərpa edildiyi xx.xx.N90-cı il tarixindən xx.xx.N92-ci il tarixədək 02 il 05 ay 07 gün olan dövrü ümumi iş stajına daxil edir. İİ. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.N92-xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrünün Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövr xx.xx.N93 -xx.xx.N93cü ilədək və xx.xx.N93- xx.xx.N96-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövr ilə üst-üstə düşür. Bu zaman məhkəmə əmək fəaliyyətinin hərbi xidmətlə üst-üstə düşən hissəsi istisna olmaqla qalan dövrün xx.xx.N92-xx.xx.N93-cü ilədək 06 ay N7 gün və xx.xx.N96-xx.xx.2006-cı il tarixədək 09 il NN ay 08 gün olmaqla ümumi iş stajına hesablanmasını əsaslı sayır. İİİ. İddiaçının xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü ilədək və xx.xx.N93-cü il tarixdən xx.xx.N96-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrün ümumi iş stajına hesablanmasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası Azərbaycan Respublikasının N sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir. Hazırkı iş üzrə iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrün bir hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünə təsadüf edir. Belə ki, məhkəmə sorğusu ilə Müdafiə Nazirliyindən əldə edilmiş hərbi xidmətkeçmə ilə əlaqədar arayışdan görünür ki, iddiaçının xx.xx.N93-xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94-cü ilədək (atəşkəsə qədər) hərbi xidmət dövrü bilavasitə döyüş şəraitində aktiv döyüş əməliyyatlarında iştirak dövrüdür. Atəşkəsdən sonra tərxis olunanadək olan dövr isə, yəni xx.xx.N94-xx.xx.N96-cı il tarixədək olan dövr ümumi hərbi xidmət dövrü olmuşdur. Qeyd edilməlidir ki, məhkəmə yuxarıda adıçəkilən hərbi xidmət dövründən xx.xx.N94xx.xx.N96-cı il tarixədək olan 0N il 08 ay N3 gün N qat olaraq ümumi iş stajına hesablanmasını qanuni hesab edir. Cavabdeh iddiaçının xx.xx.N93-xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94-cü ilədək olan, cəmi 0N il 0N ay N0 gün olmaqla xidmət dövrünü N sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin edilmiş dəyişikliyə uyğun olaraq ikiqat ölçüdə hesablayaraq iş stajına daxil etmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun N6-cı maddəsinə görə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli 63N nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli 63N nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun N6-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il N3 sentyabr tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının N sentyabr 2005-ci il tarixli 977- İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il N iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin N92-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin hərbi qulluqçu kimi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, xx.xx.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 20N4cü il tarixli Qərarında qeyd edilmişdir ki: (...)Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il N sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il N3 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn bublik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın N2 və N6-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il N sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.N4.N-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının N92-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır” Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə N saylı Protokolun N-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § N00). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X4 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 3N). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X2-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § N73; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Beləliklə, adları çəkilən Plennum Qərarlarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi N93-N94cü il tarixlərdə iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi məhz döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünü 3 qat ölçüdə hesablanmasını nəzərdə tutmuşdur, xx.xx.2005-ci il tarixli qanunla edilmiş dəyişikliklə həmin dövrün 3 qat deyil 2 qat ölçüdə hesablanması şəxsin hərbi xidmət keçdiyi dövrdə artıq qazandığı pensiya hüquqlarının pozulmasına gətirib çıxarır. Başqa sözlə, yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanıldığından iddiaçının məhz yeni dəyişikliyə qədər stajının 3 qat ölçüdə hesablanması ilə bağlı tələb hüququ da saxlanılmışdır, qüvvədədir və məhdudlaşdırmaya məruz qalmamalıdır. Qeyd edilənlənlərə əsasən məhkəmə iddiaçının xx.xx.N93-xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94-cü ilədək olan, cəmi 0N il 0N ay N0 gün xidmət illəri 3 qat ölçüdə, yəni 03 il 04 ay olmaqla ümumi iş stajına daxil edilməlidir. Beləliklə, iddiaçının yuxarıda qeyd edilənlərə əsasən iddiaçının ümumi iş stajı xx.xx.N87-xx.xx.N89-cu il tarixədək Azərbaycan SSR dövründə hərbi xidmət dövrü 02 il N3 gün, xx.xx.N87-xx.xx.N87-ci il tarixinədək 0N ay 20 gün və xx.xx.N90- xx.xx.N92-ci il tarixədək 02 il 05 ay 07 gün olan təhsil dövrü, xx.xx.N92-xx.xx.N93-cü ilədək 06 ay N7 gün və xx.xx.N96-xx.xx.2006-cı il tarixədək 09 il NN ay 08 gün olmaqla əmək fəaliyyəti dövrü, xx.xx.N93-xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94-cü ilədək dövrü 3 qat ölçüdə hərbi xidmət dövrü 03 il 04 ay, xx.xx.N94-xx.xx.N96-cı il tarixədək olan hərbi xidmət dövrü 0N il 08 ay N3 gün olmaqla, cəmi 20 il 0N ay N8 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının NN dekabr 20N7-ci il tarixli N7 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.N.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N93-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Təqdim edilmiş güzəştli arayışa əsasən iddiaçının xx.xx-N92-xx.xx.N93-cü ilədək xx.xx.N96-xx.xx.2005-ci ilədək lay təzyiqinin saxlanması üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N93-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı”nın NN000000 Neft-qaz və qaz kondensatının hasilatı bölməsində NN00000a—N5868 laylarda təzyiqin saxlanması üzrə operatorlar vəzifəsinə, xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək neft qazçıxarma üzrə usta vəzifəsi Siyahıda NN00000b—23N87 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifəsinə uyğundur. Qeyd edilən dövrlər üzrə güzəştli iş stajı cəmi N0 il 05 ay 25 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 52 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar