Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13052/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRESİ yaxınlığında olan 10 saylı sahəsi 0,06 ha olan bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Xəzər” bağçılıq - yoldaşlıq cəmiyyətinin üzvü olmuş və Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 10/580 saylı qərarı ilə 4 №-li trestə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRESİ yaxınlığında yoldaşlıq bağçılıq cəmiyyətinin ərazisində yerləşən 10 saylı sahədə 0,06 hektar bağ yeri ayrılmışdır. Ayrılmış bağ sahəsinə plan-ölçü sxeminin verilməsi tələbilə aidiyyatı quruma rəsmi müraciəti müsbət həll olunmadığından məhkəməyə müraciət etmiş və nəticədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2in(82)- 309/2011 saylı qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ayrılmış bağ sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyi qoyulması ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarda onun ata adı texniki səhv olaraq “Məhərrəm” kimi qeyd edildiyindən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərarda yol verilmiş yanlışlıq düzəldilərək “İddiaçırəm oğlu” əvəzinə “İddiaçı” göstərilmişdir. Hazırkı tələblə cavabdeh inzibati orqana müraciətinə yoldaşlıq-bağçılıq vəsiqəsində doğum ili qrafasında qeyd edilmiş texniki səhvə görə imtina verilməsi qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Xəzər” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır Həmçinin təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsün”də (kadastr planı) hüquq sahibinin ata adı Məhərrəm və bağçının üzvlük kitabında doğum tarixi xx.xx.1961-ci il qeyd edilsə də, şəxsiyyət vəsiqəsində ata adı Məhər doğum tarixi xx.xx.1956-cı il qeyd olunmuşdur. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümükün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə iclasında iddiaçı və iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından təqdim olunmuş Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 25 oktyabr 1988-ci il tarixli kollektiv bağçılıq təsərrüfatlarının layihələşdirilməsinə razılıq verilməsinə dair 10/580 saylı qərarına əsasən dövlət torpaq fonduna daxil olan Əzizbəyov rayonu ərazisinə daxil olan Şimal dresin Şimal-Şərqdəki boş ərazidə Azərbaycan SSR Tikinti Nazirliyinin 4 saylı trestinin 138 üzvü üçün yoldaşlıq-bağçılıq təsərrüfatı yaradılmaqla torpaq sahəsi ayrılmışdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 25 oktyabr 1988-ci il tarixli kollektiv bağçılıq təsərrüfatlarının layihələşdirilməsinə razılıq verilməsinə dair 10/580 saylı qərarına müvaifq olaraq Sənaye Tikinti Nazirliyi 4 komplektləşdirilmiş texnoloji istehsalat idarəsi işçiləri üçün 14 nəfərlik bağçılıq-bostançılıq təsərrüfatı yaradılmış və siyahı tərtib olunmuşdur. Ayrılmış torpaq sahəsinin kollektiv üzvləri arasında bölüşdürülməklə sxem tərtib ounmuşdur. İşdə olan “Xəzər” yoldaşçılıq-bağçılıq cəmiyyəti idarə heyətinin sədri N.Mustafayev tərəfindən verilən arayışdan görünür ki, İddiaçı həqiqətən də, “Xəzər” yoldaşlıq-bağçılıq cəmiyyətinin üzvüdür və Bakı şəhər XDS İK-nin 25 oktyabr 1988-ci il tarixli 10/580 saylı qərarı ilə 4№-li trestə Şüvəlan qəsəbəsi, “Şimal” DRESİ-nin yaxınlığında y/b üçün ayrılmış sahədəki 10 saylı 0,06 hektarlıq bağ yeri həqiqətən onun adınadır. Həmçinin arayışa əlavə edilmiş bağ sahəsinin cizgisindən də, görünür ki, həmin ərazi İddiaçı məxsusdur. İşdə olan “Xəzər” bağçılıq-yoldaşçılıq cəmiyyəti idarə heyətinin sədri N.Mustafayev tərəfindən verilən arayışdan görünür ki, İddiaçı həqiqətən “Xəzər” yoldaşlıq-bağçılıq cəmiyyəti ərazisindki öz adında olan 10 saylı 600 kv.metrlik bağ sahəsində 1991-1992-ci illərdə şəxsi vəsaiti hesabına 2 (iki) otaqlı yarımçıq bağ evi tikib. İşdə olan Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 №-li trestinin komplektləşdirilmiş texnoloji istehsalat idarəsi tərəfindən verilən 04 aprel 1990-cı il tarixli 025-21/13ht saylı 4 №-li İTDİ-nin işçilərinin bağçılıq və bostançılıq təsərrüfatına olan siyahıda İddiaçı da adı göstərilmişdir. İşdə olan notarial qaydada təsdiq olunmuş bağçılığın 10 №-li üzvlük kitbçasından görünür ki, İddiaçı “Xəzər” yoldaşçılıq-bağçılıq cəmiyyətinin üzvüdür. Yoldaşlıq üzvülüyünə 21 may 1990-cı il tarixli 1 №-li protokola əsasən qəbul olunub, bağ sahəisi 600 kv.m, sahə № 10. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)- 309/2011 saylı qərarından müəyyən edilir ki, İddiaçırəm oğlu ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 10 saylı bağ sahəsinə plan cizginin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə cavabdehin imtinası və tələbə etirazı onunla əsaslanmışdır ki, ərizənin icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərsnaye Tikinti Nazirliyinin “Xəzər” yoldaşçılıq-bağçılıq cəmiyyətinin üzvlərindən ibarət siyahıda İddiaçırəm oğlunun adı aşkar edilməmişdir, həmçinin İdarənin arxivində vətəndaşa bağ sahəsinin ayrılmasını təsdiqləyən hər hansı məlumat və sənəd aşkar edilməmişdir. Məhkəmənin qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçırəm oğluтa məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 10 saylı bağ sahəsinə plan cizginin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)-309/2011 saylı qərarı ilə İddiaçırəm oğlunun adına 600 kv m sahəsi olan 10 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X5 kitabında xx.xx.2012-ci il tarixdə 30597 nömrə ilə uçota alınmışdır. İşdə olan Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-cxi il tarixli 2in(82)- 309/2011 saylı qərardadından görünür ki, 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-309/2011s saylı 29 iyun 2011-ci il tarixli qərarında yol verilmiş yanlışlıq düzəldilərək qərarda iddiaçı “İddiaçırəm oğlu” əvəzinə “İddiaçı” göstərilmiəsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********69 saylı məktubu ilə “Xəzər” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş və qeyd edilmişdir ki, surətləri təqdim olunan xx.xx.1989-cu il tarixli 7 nömrəli, xx.xx.2000-ci il tarixli 24 nömrəli və xx.xx.1990-cı il tarixli 7 nömrəli protokolların arxiv qovluğunda yalnız surətləri mövcuddur. Arxiv qovluğunda saxlanılan xx.xx.1987-ci il tarixli 4 nömrəli protokol ilə təsdiq edilmiş siyahının bir neçə səhifəsi fiziki zədəyə məruz qalmışdır. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının adı üzvlərin siyahısında mövcud deyil. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********68 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə bağlı bildirilmişdir ki, 1saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Xəzər” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışır. Həmçinin tərəfindən təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsünün”də (kadastr planı) hüquq sahibinin ata adı Məhərrəm və bağçının üzvlük kitabında doğum tarixi xx.xx.1961-ci il qeyd edilsə də, şəxsiyyət vəsiqəsində ata adı Məhər, doğum tarixi xx.xx.1956-cı il qeyd olunmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən **********68 nömrəli, xx.xx.2022-ci il tarixli məktub almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 10/580 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən dövlət torpaq fonduna daxil olan Əzizbəyov rayonu ərazisinə daxil olan Şimal dresin Şimal-Şərqdəki boş ərazidə Azərbaycan SSR Tikinti Nazirliyinin 4 saylı trestinin 138 üzvü üçün yoldaşlıq-bağçılıq təsərrüfatı yaradılmaqla torpaq sahəsi ayrılmışdır. Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 №-li trestinin komplektləşdirilmiş texnoloji istehsalat idarəsi tərəfindən verilən 04 aprel 1990-cı il tarixli 025-21/13ht saylı 4No-li İTDİ-nin işçilərinin bağçılıq və bostançılıq təsərrüfatına olan siyahıda İddiaçı da adı göstərilmiş, ona “Xəzər” yoldaşçılıq-bağçılıq cəmiyyətinin üzvü olmasına dair üzvlük kitabçası verilmiş, bağ sahəsi 600 kv.m, sahə №10 göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)- 309/2011 saylı qərarı ilə İddiaçırəm oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 10 saylı bağ sahəsinə plan cizginin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə həvalə edilmişdir və həmin qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 600 kv.m sahəsi olan 10 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cavabdeh tərəfindən hazırkı iş üzrə imtinada və etirazda iddiaçının adının “Xəzər” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamasına istinad edilsə də, işdə olan Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 №-li trestinin komplektləşdirilmiş texnoloji istehsalat idarəsi tərəfindən verilən 04 aprel 1990-cı il tarixli 025-21/13ht saylı 4№-li İTDİ-nin işçilərinin bağçılıq və bostançılıq təsərrüfatında olan siyahıda İddiaçı da, adının olması və ona bağ sahəsi 600 kv.m, sahə №10. “Xəzər” yoldaşçılıq-bağçılıq cəmiyyətinin üzvü olmasına dair üzvlük kitabçası verilməsi və bu sənədlərə istinad olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)- 309/2011 saylı qərarı ilə İddiaçırəm oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 10 saylı bağ sahəsinə plan cizginin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Baxmayaraq ki, həmin məhkəmə işi üzrə də, cavabdehin imtinası və etirazı eyni əsasla olmuşdur, cavabdeh məhkəmənin xx.xx.2011-ci il tarixli qərarını mübahisələndirilməmiş və həmin qərara əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 600 kv.m sahəsi olan 10 saylı bağ evi tikintisi üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bununla yanaşı məhkəmə eləcə də, qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********69 saylı məktubu ilə “Xəzər” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunmuş və qeyd edilmişdir ki, surətləri təqdim olunan xx.xx.1989-cu il tarixli 7 nömrəli, xx.xx.2000-ci il tarixli 24 nömrəli və xx.xx.1990-cı il tarixli 7 nömrəli protokolların arxiv qovluğunda yalnız surətləri mövcuddur. Arxiv qovluğunda saxlanılan xx.xx.1987-ci il tarixli 4 nömrəli protokol ilə təsdiq edilmiş siyahının bir neçə səhifəsi fiziki zədəyə məruz qalmışdır. Təqdim edilmiş həmin siyahılarda iddiaçının adının olmaması onu göstərir ki, qovluqda bütün siyahılar və protokollar mövcud deyil, belə ki, iş materiallarında iddiaçının da, adı qeyd edilmiş Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 №-li trestinin komplektləşdirilmiş texnoloji istehsalat idarəsi tərəfindən verilən 04 aprel 1990-cı il tarixli siyahı mövcuddur. Məhkəmə, eyni zamanda cavabdehin imtina və etirazında iddiaçının bağçının üzvlük kitabında doğum tarixinin xx.xx.1961-ci il qeyd edilsə də, şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1956-cı il qeyd olunmasına dair dəlillərini də, əsassız hesab edir. Belə ki, texniki səhv olaraq iddiaçının doğum ili səhv göstərilən bağçının üzvlük kitabçası artıq qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)- 309/2011 saylı qərarında sübutlar siyahısında göstərilmiş və ona istinad olunmuşdur. Azərbaycan Repsublikası MPM-nin 82.3 maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eləcə də, cavabdehin imtina və etirazında iddiaçı tərəfindən təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsünün”də (kadastr planı) hüquq sahibinin ata adı Məhərrəm qeyd edilsə də, şəxsiyyət vəsiqəsində ata adı Məhər qeyd olunmasına dair dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2in(82)- 309/2011 saylı qərarı əsasında tərtib edilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2in(82)-309/2011 saylı qərardadından görünür ki, 2 saylı Bakı- İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-309/2011s saylı 29 iyun 2011-ci il tarixli qərarında yol verilmiş yanlışlıq düzəldilərək qərarda iddiaçı “İddiaçırəm oğlu” əvəzinə “İddiaçı” göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən dəlillər əsassızdır və iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas kimi götürülə bilməz. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), X5nın tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.0-ci bəndinə əsasən DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və X5nın tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4, 81və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRESİ yaxınlığında olan 10 saylı, sahəsi 0,06 ha olan bağ sahəsinə dair İddiaçı hüquqlarının (mülkiyyət) daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540- cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13052/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13052/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver