Məhkəmə qərarları › İş №2-1(112)-1306/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1306/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1306/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər X1rşı (üçüncü şəxslər X11 və Cavabdeh1 cəlb olunmaqla) qərar və əmrlərin ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə (üçüncü şəxslər X11 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8nə) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamını X10 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1102/2018 saylı, xx xxxxxxx 2018ci il tarixli qərarına əsasən iddia rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 40/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(85)-1102/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İşə yenidən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılarkən mübahisənin vəziyyəti və Sumqayıt Apelyasiya Məhkəməsinin mövqeyi müzakirə olunduqdan sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X11 Buzovna qəsəbəsi Südçülük-Tərəvəzçilik Sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-648/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən iddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Prezidenti X16 Təsərrüfatı X2 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovan Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1186/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadına əsasən təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1306/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün məhkəməyə göndərilmişdir. İşə yenidən Bakı İnzibati Məhkəməsində baxılarkən məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadında göstərilən mövqeyinə əsasən iddiaçılar tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, xx xxxxxxxx 2020-ci il tarixli qərardadla ərizəni icraata qəbul etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına İddiaçı1, üçüncü şəxs X14 gəlmişlər, digər İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 və üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə digər tərəflərin iştirakları olmadan iş materiallarını araşdırıb iddianın mümkünlüyü məsələsinə qiymət verilməsi nəticəsinə gəlmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsində hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx xxxxxx 2003-cü il tarixli əmri ilə baş planına uyğun olaraq onlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilmişdir. Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə eyni torpaq sahəsinə dair X10 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair sərəncam X11 aid hissədə ləğv edilməlidir. Cavabdeh1 üzrə sərəncamından çıxarışdan görünür ki, həyətyanı torpaq sahəsi ayrılması haqqında xx xxxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə Buzovna Tərəvəzçilik-Südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınaraq X11 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti X13 qəsəbəsində Tərəvəzçilik-Südçülük Sovxozunun əmək kollektivi Şurasının və Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 1999-cu il tarixli qərarı və sovxozun xx xxxxxx 1999-cu il tarixli 27/K saylı əmri nəzərə alınmalıdır. X5 adına verilmiş Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamdan xx xxxxxx 1999cu il tarixli vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında çıxarışda cavabdeh “X14”nun adı yazılmış hissədə və 30 iyul sözlərində düzəlişlər edilməsi açıq aydın görünür. X10 adına torpaq vergisi xx.xx.2017-ci ildə ödənilmişdir. Halbuki əgər həmin torpaq sahəsi cavabdehə sərəncamda göstərilən vaxtda ayrılmışsa həmin vaxtdan vergi ödəməli idi. Sərəncamdan görünür ki, torpaq sahəsi həmin sovxozda işləyən və ehtiyacı olan şəxslərə verilmişdir. X18 qəsəbəsində Tərəvəzçilik-Südçülük sovxozunda heç vaxt işləməmişdir. Həmçinin ayrılmış həyətyanı torpaq sahəsinin sxemi 2017-ci ildə tərtib etdirmişdir. Bunlar onu göstərir ki, torpağa dair Osedovun adına verilmiş sənədlər qanunsuzdur. Cavabdeh1 arxiv çıxarışından görmək olur ki, Osedovun adına verilmiş sənədlərlə Cavabdeh1 üzrə sərəncamda göstərilən qərar və məktubların tarixlərində uyğunsuzluqlar vardır. Onların hər ikisi Laçın rayonundan məcburi köçkünlərdir. Onlar ev tikmək üçün verilən torpaqdan başqa qeyri nə torpaqları, nə də hər hansı bir başqa evləri yoxdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X14 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edərək izahatında göstərdi ki, X12, İddiaçı1 və İddiaçı2 Laçın rayonundan məcburi köçkün düşərkən Ağcabədi rayonunda müvəqqəti məskunlaşmışlar. Sonradan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvanski küçəsi, döngə 17 ünvanında məskunlamışlar. Özlərinin yaşayış sahəsi olduğu halda ona məxsus torpaq sahəsini 2018-ci ildə zəbt edərək məskunlaşmağa çalışırlar. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx xxx 2003-cü il tarixli 28 saylı əmrinə əsasən Buzovna qəsəbəsində yerləşən Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu müəssisəsinin balansında olan torpaq sahəsindən fərdi mənzil tikintisi üçün ona 0,10 ha hesabı ilə 3-355 kodlu torpaq sahəsi verilmişdir. Lakin ona və qonşusuna məxsus torpaq sahəsini Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər İddiaçı1 və İddiaçı2 tərəfindən 2018-ci ildə 20 sota yaxın torpaq sahəsini ələ keçirmişlər, eyni zamanda qaçqınlıq statusundan sui-istifadə etməklə onun hüquqlarını pozmuşlar. O və qonşusu öz növbəsində ayrı-ayrılıqda Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmışlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində 0,10 ha torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılmasına qərar verilmişdir. Buna baxmayaraq İddiaçı1 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6069/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına məhəl qoymayaraq həmin torpaq sahəsinə mişar daşı tökməklə 2018-ci ilin aprel ayında qanunsuz tikinti işləri aparmağa başlamışdır. İcra sənədi üzrə Xəzər rayon İcra şöbəsində başlanmış icraat zamanı müxtəlif icra hərəkətləri həyata keçirilmiş, icra məmurunun qanuni tələblərinə əməl etməyən borclu İddiaçı1 Bkaı şəhəri Xəzər Rayon Məhkəməsinin müvafiq qərarı ilə 500 manat məbləğində inzibati tənbeh edilsə də, hərəkətlərindən nəticə çıxarmamış, dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq həmin torpaq sahəsində tikinti işləri aparmış, hasar çəkmiş, 2 otaq tikmiş, qərəzli olaraq məhkəmənin qərardadını icra etməmişdir. Ona görə də İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci il maddəsi ilə məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən İddiaçı1 qazancından dövlət nəfinə 15 faiz tutulmaqla, 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 nümayəndəsi İmanov Söhrab Vasif oğlu iddiaya qarşı yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik-südçülük” sovxozu Azərabycan Respublikası Prezidentinin x xxxxxx 1992-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarixli, 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun bazasında təsisçisi işlər İdarəsi olmaqla onun tabeliyində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “X8” yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin xx xxxxxx 1999-cu il tarixli 22 saylı məktubuna əsasən Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Tərəvəzçilik-südçülük” sovxozunun torpaq sahələrindən sovxozun bir sıra fəhlə və mütəxəssislərə, Azərbaycan Respublikası Prezidentinin Admnistrasiyasının, İşlər İdarəsinin bəzi əməkdaşlarının hər birinə 0,10 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. “xxxxxxxxxxxxxxxx” Müəssisəsinin keçmiş rəhbərliyi bu haldan istifadə edərək və səlahiyyətlərini aşaraq özbaşına müəssisənin istifadəsində olan torpaqların qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün hüquqi şəxslərə fermer təsərrüfatı yaradılması pərdəsi altında satmışdır. Keçmiş rəhbərlik qanunsuz əməllərinə görə xx.xx.2010-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdir. “X8” 2006-cı ildən faktiki olaraq fəaliyyət göstərmədiyindən İşlər müdirinin 11/3-18 nömrəli xx xxxxxx 2008-ci il tarixli Sərəncamı ilə onun fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2015ci il tarixli Fərmanına uyğun olaraq X11 hüquqların dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək üçün torpaq sahəsinin vətəndaş X11 məxsus olması barədə xx.xx.2017-ci ildə 850 saylı arayış və plan cizgi təqdim edilmişdir. İddiaçı1 və İddiaçı2 “xxxxxxxxxxxxxxxx” Müəssisəsinə dəfələrlə müraciət etmiş, torpaq sahəsinin ayrılmasına dair əmrlər yoxlanılmış, torpaq sahəsinin ayrılması barədə əmrin məharətlə saxtalaşdırılaraq tərtib edildiyi və arxiv kitablarında torpaq sahəsinin həmin şəxslərə ayrılmasına dair məlumatların olmadığı izah olunmuş və bu səbəbdən onların sənədləri qəbul olunmamışdır. İddiaçılar Ağcabədi rayonu ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış “Taxta-Körpü” qəsəbəsində qeydiyyatda olsa da, məcburi köçkün statusuna arxalanaraq “xxxxxxxxxxxxxxxx” Müəssisəsinin balansındakı torpaq sahəsinə aid X11 məxsus 3-355 kodlu torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Azərbaycan Respublikası Prezidentini İşlər İdarəsinin “X8”nin istifadəsində olan torpaqların mövcud istifadə vəziyyətinin araşdırılması məqsədilə “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin” “xxxxxxxxxxxxxxxx” Müəssisəsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3120 nömrəli, xx xxxx 2017-ci il tarixli sərəncamı ilə dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə Komissiya yaradılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı1 və İddiaçı2 iddia qaldırmağa əsası və hüquqi sənədi olmadığından iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçılar cavabdeh Azərbaycan Respublikası Prezidenti X16 Təsərrüfatı X2 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin ləğv edilməsini tələb edirlər. İddiaçılar göstərilən qərar və əmrlərin ləğv edilməsinə əsas kimi Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə onlara Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən torpaq sahəsindən hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi ayrılması və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx xxxxxx 2003-cü il tarixli əmri ilə baş planına uyğun olaraq onlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsinə baxmayaraq, Cavabdeh1 Başçısının xx xxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı üzrə eyni torpaq sahəsinə dair X10 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair sərəncamın verilməsini, həmin sərəncam əsasında xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovan Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrin verilməsi göstərmişlər. Məhkəmə araşdırması nəticəsində iddiaçıların subyektiv hüququnun olub-olmaması araşdırılmış və bununla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8nə sorğu göndərilərək, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X6 baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı1 0,09 ha hesabı ilə 828 №li həyətyanı torpaq sahəsinin ayrılması haqqında 828 №li xx xxxxxx 2003-cü il tarixli Əmrdən Çıxarışın, X9 0,09 ha hesabı ilə 569 №li həyətyanı torpaq sahəsinin ayrılması haqqında 569 №li xx xxxxxx 2003-cü il tarixli Əmrdən Çıxarışın və İddiaçı1 0,09 ha hesabı ilə verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 096 №li xx xxxxx 1999-cu il tarixli, X9 0,09 ha hesabı hesabı ilə verilmiş həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında 096 №li xx xxxxx 1999-cu il tarixli Cavabdeh1 üzrə sərəncamından çıxarışların surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 tərəfindən verilmiş 039 saylı, xx xxxx 2020-ci il tarixli məktub ilə bildirmişdir ki, İddiaçı1 və X7 adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 tərəfindən 828 saylı xx xxxxxx 2003-cü il tarixli əmri ilə torpaq sahəsi ayrılmamışdır. Torpaq sahəsi xx.xx.2003-cü il tarixli 28 saylı əmri ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 arxiv qovluğunda həmin vətəndaşların adları eynilik təşkil etdiyi halda ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün arxiv arayışı və yerləşmə sxemi təqdim edilir. Belə ki, vətəndaş İddiaçı1 və İddiaçı2 adlarına tərtib olunan sənədlər məharətlə saxtalaşdırılaraq tərtib edilmişdir. Beləliklə məhkəmə araşdırması nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin əsası kimi istintad etdikləri sənədlərin əsassız olması, yəni onların adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 tərəfindən 828 saylı xx xxxxxx 2003-cü il tarixli əmri ilə torpaq sahəsi ayrılması müəyyən edilməmiş, iddiaçılar tərəfindən istinad olunan sənədlərin saxta olmasına dair əsaslı şübhələr mövcud olduğu, əksinə X10 adına verilmiş sənədlərin hüququ əsasının olması müəyyən edilmişdir. Belə olan halda iddiaçıların torpaq sahələrinə dair hər hansı hüquqları mövcud olmadığı halda, hüquqlarını pozduğuna istinad edərək göstərilən əsaslarla Azərbaycan Respublikası Prezidenti X16 Təsərrüfatı X2 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin onların hüquqlarına toxunması əsası ilə ləğv edilməsini tələb etməyə subyektiv hüquqlarının mövcud olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu, hazırki iddia tələbinin irəli sürülməsində iddiaçıların subyektiv hüquqlarının mövcud olduğu müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər X1rşı (üçüncü şəxslər X14 və Cavabdeh1 cəlb olunmaqla) Azərbaycan Respublikası Prezidenti X16 Təsərrüfatı X2 Buzovna qəsəbəsi, Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsi ayrılmasına dair xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin, Buzovan Südçülük-Tərəvəzçilik sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxoz direktorunun xx.xx.1999-cu il tarixli 27/k saylı əmrinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar