Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1306/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxarılmaq vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərara alınmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, onun güzəştli şərtlərlə pensiya təyininə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə və ağır olan işlərdə (istehsalın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hisslərində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh daha sonra qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.2010-cu il tarixdən bugünədək "xxxx" QSCdə yol fəhləsi və yol mantyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan (1 il 11 ay 23 gün (xx.xx.2001-xx.xx.2003- cü il tarixləri arasındakı dövr)) az təşkil edir. İddiaçı bildirir ki, cavabdeh sadəcə olaraq iddiaçının işlədiyi iş yerlərinin içində Az.SSR Sənaye Tikinti Nazirliyinin Tikinti Maşınları Təmiri zavodunda 3-cü dərəcəli qaz və kəsici işində işlədiyi xx.xx.2001-ci-xx.xx.2003-cü il tarixindəki dövləri nəzərə almışdır. Cavabdeh bu dövrü ona təqdim etdiyi "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş arayışdan müəyyən etdiyi halda həmin arayışda iddiaçının həmin zavodda xx.xx.1980-ci ildən-1984-cü il tarixinədək 6 nömrəli sexində 1-ci dərəcəli fəhlə işlədiyi, 1984-cü ildən-1992-ci ildək isə aluminium sexində 4-cü dərəcəli yığıcı çilingər vəzifəsində işlədiyi dövlər nəzərə alınmamışdır. Bununla yanaşı iddiaçı qeyd edib ki, cavabdeh orqan onun Azərbaycan Respublikası "xxxx" QSC-də işlədiyi müəyyən dövrlərdə tutduğu vəzifələri zərərli iş stajı kimi qəbul etməmişdir. Bunu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı” ilə əlaqələndirmişdir. Halbuki hal-hazırkı vaxta kimi işlədiyi Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək yol fəhləsi peşəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24 faiz xüsusi zərərli əmək şəraiti ilə). xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24 faiz xüsusi zərərli iş şəraiti ilə) peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Onun xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə iş stajı 11 il 04 ay 19 gün (xx.xx.2022-ci il tarixinə kimi) təşkil edir. İddiaçının işlədiyi "xxxx" QSC iddiaçının onun iş yerində tutduğu vəzifəni zərərli hesab etdiyi halda, cavabdeh tərəfindən nəzərə alınmamaqdadır. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq lazım olan iş stajı vardır və yaşa görə əmək pensiyasına çıxa bilmək hüququ vardır.
3. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün aydınlaşdırıcı arayışda qeyd edilir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixində Az.SSR Sənaye Tikinti Nazirliyinin “Tikinti Maşınları Təmiri’' zavodunun 6 nömrəli sexinə 1-ci dərəcəli fəhlə qəbul edilmişdir. 1984-cü ildən aluminium sexinə 4-cü dərəcəli yığıcı çilingər vəzifəsi ilə əvəz edilmişdir. xx.xx.1992-ci ildə öz ərizəsi ilə Az.SSR Sənaye Tikinti Nazirliyinin “Tikinti Maşınları Təmiri" aluminium konstruksiyalı sexindəki işindən azad edilmişdir. xx.xx.2001-ci il tarixində yenidən Az.SSR Sənaye Tikinti Nazirliyinin Tikinti Maşınları Təmiri zavoduna 3-cü dərəcəli qaz və kəsici işinə qəbul edilmişdir. xx.xx.2003-cü ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir.
4. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən A/96 nömrəli xx.xx.2022-ci il tarixli arayışda qeyd edilir ki, o, həqiqətən Bakı Metropoliteninin Yol xidmətində xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək yol fəhləsi peşəsində çalışmışdır (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli əmək şəraiti ilə). xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli iş şəraiti ilə) peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə iş stajı 11 il 04 ay 19 gün (on bir il dörd ay on doqquz gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ Nəqliyyat bölməsinin ********* 2.Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularqa daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir.
5. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
6. Güzəştli şərtlərlə pensiya təyinindən imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2010-cu il tarixindən bugünədək "xxxx" QSC-də yol fəhləsi və yol montyoru vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını 12 il 6 aydan az (1 il 11 ay 23 gün (xx.xx.2001- xx.xx.2003-cü il tarixləri arasındaki dövr)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48240,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35458,89 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia tələbi “İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
8. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı tərəflər iştirak etmir. II. İddianın növü və mümkünlüyü
11. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
14. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
15. Əmək Məcəlləsindən: Maddə 92. Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti
1. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
16. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022-ci il tarixində cavabdeh quruma müraciət etmişdir.
17. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hərbi biletinə və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 39 ilə yaxındır.
18. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - iddiaçının "xxxx" ASC tərəfindən verilən arayışa əsasən xx.xx.2001-xx.xx.2003-cü illərdə əmək şəraiti zərərli və ağır işlərdə stajı cavabdeh tərəfindən - İddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətində fəaliyyətinə münasibətdə məhkəmə qeyd edir ki, iş yeri tərəfindən işçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərərli iş şəraiti ilə) peşəsi üzrə 11 il 04 ay 19 gün işləməsi (xx.xx.2022-ci il tarixədək) və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aid olması və yol montyorunun yol fəhləsi olması əsaslandırılmışdır.
19. Qeyd edilən təfsilatlı əsaslandırma işəgötürən tərəfindən təqdim edilməsinə baxmayaraq, cavabdeh qurumun həmin dövrü əmək şəraiti zərərli və ağır işlər kimi qiymətləndirməməsi əsaslı hesab edilə bilməz.
20. Məhkəmə nəzərə alır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda onun işlədiyi peşənin yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə aid olması əsaslandırılmaqla işlədiyi müddətdə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət verildiyi və əmək haqqına əlavə ödənilmişdir.
21. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
22. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə ən azı 12 il 6 ay stajı mövcuddur.
23. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır. Cavabdeh qurum iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajını mübahisələndirdiyindən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyini məsələsinə münasibət bildirilməsi üçün əlavə müraciətin olmasını mütləq hesab etmir.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
25. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
27. Məhkəmə qeyd edir ki, cavabdeh qurum həmin halın tətbiqi şərtini istisna edən dəlil məhkəməyə təqdim edilməmişdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
29. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva