Məhkəmə qərarları › İş №2-1(112)-13068/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13068/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13068/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 504,76 manat və İcbari Tibbi Sığorta Fonduna 35,65 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Çin istehsalı olan 1 ədədin qiyməti 1800 manat olan 1 ədəd “Gold” markalı kondisioner olmaqla ümumilikdə 1800 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 1528,64 manat və İcbari Tibbi Sığorta Fonduna 271,71 manat məbləğində yaranan borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Çin istehsalı olan 1 ədədin qiyməti 1800 manat olan 1 ədəd “Gold” markalı kondisioner olmaqla ümumilikdə 1800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********4 və **********2 saylı protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 504,76 manat və İcbari Tibbi Sığorta Fonduna 35,65 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergi tutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. **********7 saylı xx.xx.2023-cü il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ümumilikdə 1906,39 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1352,50 manat, maliyyə sanksiyaları üzrə 100,00 manat, faizlər üzrə 453,89 manat, inzibati cərimə üzrə 0,00 manat manat borcu var. **********4 saylı xx.xx.2023-cü il tarixli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ümumilikdə 271,72 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 214,00 manat, maliyyə sanksiyaları üzrə 0,00 manat, faizlər üzrə 57,72 manat, inzibati cərimə üzrə 0,00 manat manat borcu var. Əmlakın siyahıya alınması haqqında **********2 saylı xx.xx.2023-cü il protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********2 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Çin istehsalı olan 1 ədədin qiyməti 1800 manat olan 1 ədəd “Gold” markalı kondisioner olmaqla ümumilikdə 1800 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********4 saylı xx.xx.2023-cü il protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********4 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Çin istehsalı olan 1 ədədin qiyməti 1800 manat olan 1 ədəd “Gold” markalı kondisioner olmaqla ümumilikdə 1800 manat məbləğində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikasının X1 Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********918700 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, borclu Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********2 saylı qərar üzrə sosial sığorta ödənişinə 99,02 manat, **********4 saylı qərar üzrə isə icbari tibbi sığortaya 35,65 manat borcu var. Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barədə xx.xx.2023-cü il tarixli əmlakın siyahıya alınması barədə tərtib edilmiş protokollar, aktlar, qərarlar və xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsindən çıxarış təqdim edilmişdir. Əmlakın siyahıya alınması zamanı əmlakların qiymətləndirilməsi vergi ödəyicisinin ifadələrinə əsasən müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixli 19151 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh 500 manat pul məbləğini Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixli 12588 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh 1000 manat pul məbləğini Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X4 Portalı xx.xx.2023-cü il tarixli 12442491 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh 95 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X4 Portalı xx.xx.2023-cü il tarixli 12442491 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh 370 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən cavabdehə təqdim edilmiş **********721100 saylı xx.xx.2023-cü il tarixli “Vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilib-yetirilməməsi hallarının mövcud olubolmamasına dair məlumat”dan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə: vergilər, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdə sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə borcu yoxdur. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsini tam müdafiə etdiyini bildirmiş və iş yükünün çox olması nəzərə alınaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəmədən icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən cavabdehə təqdim edilmiş **********721100 saylı xx.xx.2023-cü il tarixli “Vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilib-yetirilməməsi hallarının mövcud olub-olmamasına dair məlumat”dan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə: vergilər, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdə sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə borcu yoxdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar