Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1308/2020 18.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Vəkillər X1 nümayəndəsi və vəkili X5 qızının iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Vəkillər X1 Cavabdeh qarşı “vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbayan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 1 saylı Hüquq Məsləhətxanasının müdir vəzifəsini icra edən Sərdar Qasımov həmin məsləhətxananın vəkili Cavabdeh üzvlük haqqına görə Vəkillər Kollegiyasına borcu olması barəsində arayışla Azərbaycan Respublikası Vəkillər X2 müraciət etmişdir. Həmin müraciət göstərilən xüsusatlarının araşdırılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma apararaq 22 fevral 2019-cu il tarixli rəylə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 1 saylı Hüquq məsləhətxanasının vəkili Cavabdeh üzvlük haqqını altı aydan artıq müddətə üzürsüz səbəbdən Vəkillər Kollegiyasına ödəməmiş və bununla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci 1.5-ci bəndlərinin və Azərbayan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Belə ki, müraciət belə əsaslandırılmışdır ki, vəkil Cavabdeh 01.01.2016-01.01.2019-cu il üçün Bakı şəhəri 1 saylı Hüquq məsləhətxanasına ümumi borcu 3.600 manat, Vəkillər X2 borcu 1.688 manat 60 qəpik təşkil edir. İntizam icraatı üzrə araşdırma ilə əlaqədar vəkil E.H.İskəndərov elektron qaydada təqdim etdiyi izahatında göstərmişir ki, İİ-ci qrup gözdən əlildir və eyni zamanda şəkərli diabet xəstəliyyindən əziyyət çəkir. Göstərilən səbəbdən müştərilər onunla müqavilə bağlamaqdan boyun qaçırır bunun nəticəsində vəkil üzvlük haqqı və digər xərclərin ödənilməsində çətinlik çəkir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağının (konfransının) 04 noyabr 2004-cü il tarixli qərarına əsasən Vəkillər Kollegiyasının üzvləri tərəfindən Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqının miqarı minimum əmək haqqının 40%-i həcmində müəyyən edilmişdir. “Minimum əmək haqqının artırılması haqqına” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-ü il tarixli Sərəncamına əsasən minimum əmək haqqının məbləği 2013-cü il sentyabr 1-dən 105 manat, 21 yanvar 2017-ci il tarixli sərəncamına əsasən minimum əmək haqqının məbləği 2017-ci il yanvar ayının 1-dən 116 manat və 25 dekabr 2017-ci il tarixli sərəncamına əsasən isə minimum əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Belə olan halda Vəkillər Kollegiyasına ödənilməli olan aylıq üzvlük haqqının miqdarı 01 sentyabr 2013-cü il tarixdən 01 yanvar 2017-ci il tarixədək 42 manat (105 x 40%=42), 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək 46,4 manat (116 x 40%=46,4) və 01 yanvar 2018-ci il tarixdən 52 manat (130 manat x 40%=52) təşkil etmişdir. Vəkillərin İntizam Komissiyası tərəfindən 22 fevral 2019cu il tarixdə qəbul edilmiş rəy Azərbaycan Respublikası Vəkillər X2 təqdim edilmişdir. Azərbaycan Respublikası Vəkillər X3 25 fevral 2019-cu il tarixli iclasına, Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınaraq, Bakı şəhəri 1 saylı Hüquq məsləhətxanasının vəkili Cavabdeh VəkillərKollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və həmin məsələ ilə əlaqədar məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Bakı şəhəri 1 saylı Hüquq məsləhətxanasının vəkili İsgəndərov Eldəniz Həmzə oğlu üzvlük haqqını altı aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədiyinə və peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında qanunun, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin yuxarıda göstərilən tələblərini pozduğundan Vəkillər Kollegiyası üzvlüyündən xaric olunmalıdır. İddiaçı “Vəkillər və vəkillik fəaliyyəti hqqında” Azərbayan Respublikası qanununun 1-ci, 16-cı, 18-ci maddələrinə, “Vəkillərin davranış qayaları haqqında” Əsasnamənin 1.2-ci, 1.5-ci bənlərinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinə istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə hesab edir ki, tərəflər arasında olan münasibətlər vəkillik təsisatı üzrə idarəetmə münasibətləri üçün xarakterik olduğundan məhkəmə hazırki mübahisənin inzibati mübahisə olması qənaətinə gəlir. Belə ki, iddiaçı vəkillik təsisatı üzrə yeganə idarəetmə səlahiyyətlərinə malikdir və onun Rəyasət Heyətinin kollegiya üzvlüyündən xaric etmə səlahiyyətinin müstəsna daşıyıcısı olduğuna görə, cavabdehin kollegiya üzvlüyündə xaric edilməsinə dair məhkəməyə müraciət edilməsi və məhkəmə qərarının qanuni qüvvəyə minənədək onun fəaliyyətinin dayandırılması barədə qərarı ümumi (publik) hüquq sahəsinə aid olan və belə mahiyyət kəsb edən hakimiyyət tədbirlərli qərar kimi səciyyələndirilməlidir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli (İş № 2(102)-3816/16) qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə tələbinə dair mübahisə subyektiv tərkibinə, predmetinə, eləcə də hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə olduğu üçün, belə mübahisələrə dair işlər üzrə məhkəmə icraatı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdir vəzifəsini icra edən Sərdar Qasımov 04/13 nömrəli 04 fevral 2019-cu il tarixli arayışla Vəkillər X2 müraciət edərək, Bakı şəhəri 1 saylı Hüquq məsləhətxanasına fəaliyyət göstərən vəkil Cavabdeh 1 saylı Hüquq məsləhətxanasının saxlanılmasına və üzvlük haqqına görə yekun illər üzrə 01.01.2016-0101.2019-cu il üçün 3600 manat və Azərbaycan Respublikası Vəkillər X2 1.688,60 manat, ümumi 5.288,80 manat borcu olduğunu bildirmişdir. (2016-cı il üçün: hüquq məsləhətxanasının saxlanılmasına görə-1100 manat, üzvülük haqqına görə-456 manat; 2017-ci il üçün: hüquq məsləhətxanasının saxlanılmasına görə-1200 manat, üzvülük haqqına görə-556,80 manat; 2018-ci il üçün: hüquq məsləhətxanasının saxlanılmasına görə-1200 manat, üzvülük haqqına görə-624 manat; 2019-cu il üçün: hüquq məsləhətxanasının saxlanılmasına görə-100 manat, üzvülük haqqına görə-52 manat) Həmin intizam icraatı üzrə araşdırmanın nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən 22 fevral 2019-cu il tarixli rəy tərtib olunaraq Azərbaycan Respublikası Vəkillər X2 təqdim olunmuşdur. Azərbaycan Respublikası Vəkillər X3 25 fevral 2019-cu tarixli 05 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İntizam Komissiyasının rəyi və arayışı nəzərə alınaraq Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxansının vəkili Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, onun vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Göründüyü kimi, cavabdeh ödəməli olduğu üzvlük haqqını üzrsüz səbəbdən uzun müddət ödəmədiyindən, müdir vəzifəsini icra edən Sərdar Qasımovun müraciəti ilə əlaqədar Vəkillərin İntizam Komissiyası tərəfindən onun barəsində intizam araşdırması başlanılmış, onun 01.01.2016-cı il tarixdən üzvlük haqqını ödəməməsinin üzrsüz səbəblə bağlı olduğu nəticəsinə gəlinmiş və 22 fevral 2019-cu il tarixdə rəy verilərək, baxılması üçün Rəyasət Heyətinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) 04 noyabr 2004-cü il tarixli qərarına əsasən, Vəkillər Kollegiyasının üzvləri tərəfindən Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqının miqdarı minimum əmək haqqının 40%-i həcmində müəyyən edilmişdir. “Minimum əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli Sərəncamına əsasən minimum əmək haqqının məbləği 2013-cü il sentyabr 1-dən 105 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, minimum əmək haqqının məbləği 2017-ci il yanvar ayının 1-dən 116 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən, minimum əmək haqqının məbləği 2018-ci il yanvar ayının 1-dən 130 manat müəyyən edilmişdir. Belə olan halda Vəkillər Kollegiyasına ödənilməli olan aylıq üzvlük haqqının miqdarı 01 sentyabr 2013-cü il tarixdən 01 yanvar 2017-ci il tarixədək 42 manat (105 x 40%=42), 01 yanvar 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək 46,4 manat (116 x 40%=46,4) və 01 yanvar 2018-ci il tarixdən 52 manat (130 manat x 40%=52) təşkil etmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin maddənin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi vəkilliyin əsaslarını təşkil edir. 16-cı maddəsinin İ hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır. 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən, bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinə əsasən, Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. Cavabdeh Cavabdeh hüquq məsləhətxanasının saxlanılmasına və üzvlük haqqını altı aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədiyinə və peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin yuxarıda göstərilən tələblərini pozduğundan Vəkillər Kollegiyası üzvülüyündən xaric olunmalıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 22-ci maddəsinə əsasən: Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. 23-cü maddənin İ hissəsinin 9-cu abzasına əsasən üzvlük haqqını altı aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədikdə, vəkilin fəaliyyətinə xitam verilə bilər. Həmin maddənin İİ hissəsinə əsasən, bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. İş materiallarında olan sənədlərlə cavabdehin hər hansı üzrlü səbəblə üzvlük haqqını altı aydan artıq müddətdə ödəmədiyi müəyyən edilmədi. Cavabdeh 01.01.2016-cı il tarixdən bu günədək hər hansı üzrlü səbəb göstərmədən qanunla müəyyən olunmuş üzvlük haqqını ödəməyərək, iddiaçının mənafeyinə ziyan vurmuşdur. Belə olan halda Məhkəmə iddiaçının tələbini haqlı hesab edir. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Vəkillər X1 iddia tələbi əsaslı olduğundan təmin edilməli, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Vəkillər X1 iddia tələbi təmin edilsin. Vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1308/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1308/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver