Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13090/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, Fövqəladə Hallar Nazirliyində işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsinin müdüri vzəifəsində işləyir) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhərində mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Cavabdehnə qarşı “cavabdehin vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhərində mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1955-ci il təvəllüdlüdür, Çernobıl iştirakçısıdır və 2-ci qrup əlildir, əmək qabiliyyətsizdir. Əlilliyinin səbəbi kimi iddiaçı ÇAES-də qəza ilə əlaqədar hərbi xidməti vəzifələrinin icrası zamanı aldığını göstərmişdir. Qüvvədə olan 5 dekabr 1993-cü il Azərbaycan Respublikasının qanununa əsasən: İş yeri üzrə mənzil növbəsində olduğu, İİ nömrəli Tikinti İdarəsinin həmkarlar Komitəsinin sədri iddiaçıya xx.xx.1994-cü il tarixli 119 nömrəli məktubla bildirmişdir ki, ona 5 otaqlı mənzil təklif olunub, amma verilməyib, bununlada onun tələbi ödənilmiş yazılmışdır. İddiaçı hələdə 7 nəfər ailə üzvü ilə 2 otaqlı mənzildə yaşayır və övladları şərait olmadığından ailə qura bilmirlər. İddiaçı Ağayev X5 rayon Prokurorluğuna müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, müddət keçdiyinə görə arxiv materialları olmadığından məktubun surətini ona təqdim edə bilməyəcəklər. Daha sonra iddiaçı Cavabdehnə müraciət etmiş və ərizəsində qeyd etdiyi məsələnin həllinin Cavabdeh səlahiyyətləri xaricində olduğu cavabını almışdır. İddiaçı hesab edir ki, ona veriləcək 5 otaqlı mənzili onun sağlamlığı yerində olmadığından, övladları kiçik olduğundan, köməyi olmadığından istifadə edib təmin etməyiblər. İddaçı və onun həyat yoldaşı ağır xəstədirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Alatava adlanan ərazidə 11 nömrəli Tikinti İdarəsi hazırda mövcud deyil. Cavabdeh 4/A-52-068, xx.xx.2022-ci ii tarixli məktubu ilə ərizəçiyə cavab olaraq bildirilmişdir ki, ərizəsində qeyd olunan məsələ Cavabdeh səlahiyyətləri xaricindədir. İddiaçını cavab qane etmədiyindən o, iddianın müddəti ötürülməklə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi üstün tutmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1rəli evin 78 nömrəli mənzil ünvanında qeydiyyatda olmasını nəzərə alaraq yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Sabunçu rayon icra Hakimiyətinə) Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əliliyi müəyyən edilmiş şəxs kimi uçota alınma haqqında ərizə ilə müraciət etməlidir. Yuxarıda qeyd edilənləri və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdeh iddia tələbinin rədd edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair etirazın məzmununa uyğun izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: Nəsimi rayon Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 235-ş-20 nömrəli məktubuna əsasən müddət keçdiyinə görə 1994-cü ilin arxiv materialları o cümlədən, 358-J-1994 saylı material məhv edildiyi üçün iddiaçının müraciətində qeyd olunan məktubun surətinin ona təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının aparatının 4/A-52-068 nömrəli xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanladığı məktubuna əsasən iddiaçının ərizəsində qeyd etdiyi məsələnin həlli Cavabdeh səlahiyyətləri xaricindədir. xx.xx.1994-cü il tarixli 475-ж-94 nömrəli Yasamal rayon prokuroru ,ədliyyə müşaviri V.Ş.Əliyevin məktubuna əsasən, SU-İİ-in fəhləsi 2-ci qrup əlil İddiaçı mənzil məsələsinə görə yazdığı ərizəsi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon prokuroru baş ədliyyə müşaviri Y.Ə.İldırımzadəyə göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci tarixli arayışına əsasən, X14 (xx.xx.2014); X9 (xx.xx.1988); X3 (XX.XX.1963); İddiaçı (xx.xx.1955); X4 (xx.xx.1984); X7 (xx.xx.1986) ünvan 4 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi 3 saylı X15 Ekspert Komissiyasının SER TSE-01 seryalı 601829 nömrəli arayışa əsasən İddiaçı ÇAES-də qəza ilə əlaqədar h/x vəzifələrinin icrası zamanı 2-ci qrup əlillik dərəcəsi almışdır və əmək qabiliyyətsizdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının İ müavininin 4/A-74-068 nömrəli xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanladığı məktubuna əsasən ünvan 5an onun mənzillə və ya hər hansı sığınacaqla təmin olunmağı imkan xaricindədir. Sabunçu rayon İcra Hakimiyyətinin balansında boş mənzil fondu yaranarsa Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq qaldırılan məsələyə yenidən baxılacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 4 xüsusi mülkiyyət növündə İddiaçı adınadır. Sabunçu rayon prokurorun Azərbaycan Respublikası prokurorluğunun ümumi nəzarət idarəsinin prokuroru A.Koçerıqinə (surəti İddiaçı ünvanladığı xx.xx.1994-cü il tarixli 150-Ж/94 məktubuna əsasən, mənzil məsələsi ilə əlaqədar olan İddiaçı ərizəsi baxılması üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir, İddiaçı ərizəsində onun mənzil hüquqların İİ nömrəli Xüsusi ixtisaslaşdırılmış tikinti idarəsinin həmkarlar komitəsi və müdiriyyəti tərəfindən pozulmasından şikayət etmişdir. Lakin həmin idarə Alatava qəsəbəsində, yəni Sabunçu rayonun ərazisində yerləşmədiyi üçün ərizə baxılmadan geri qaytarılması barədə bildirilmişdir. Nəsimi rayon Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.1994-cü il tarixli 358-ж-94 nömrəli məktuba əsasən, İİ nömrəli Tikinti İdarəsinin rəisi və həmkarlar Komitəsi sədrinin birgə verdikləri xx.xx.1994-cü il tarixli 119 nömrəli məktubundan görünür ki, İddiaçı növbəlilik əsasında 5 otaqlı mənzil təklif olunmuşdur ki, bununla iddiaçının tələbi ödənilmişdir və ərzidə göstərilən digər xüsusatlar təsdiq olunmamışdır. İddiaçı əlavə sübut qismində şəxsiyyət vəsiqəsinin surətini, ünvan 6 ünvanında yerləşən 78 nömrəli mənzilin planını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər, 60cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən eilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun “Şüa xəstəliyinə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslərə, əlilliyi olan şəxslərə, kompensasiyalar və güzəştlərə” dair 6-cı maddəsinin 5-ci bəndinə əsasən həmin şəxslər əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququna malikdirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsi) Mənzil Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. (Mənzil Məcəllənin 51.1-ci maddə) Mənzil Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;həmin məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər”. İşin faktiki hallarına əsasən İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında qeydiyyatda olmasına baxmayaraq cavabdehə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin edilməsini xahiş etmişdir. Cavabdeh, iddiaçı tərəfindən verilən 4/A-52-068, xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunan məsələ onun səlahiyyətləri xaricində olduğundan və iddiaçının ailə üzvləri ilə birlikdə ünvan 1rəli evin 78 nömrəli mənzil ünvanında qeydiyyatda olmasını nəzərə alaraq yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Sabunçu rayon icra Hakimiyətinə) Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əliliyi müəyyən edilmiş şəxs kimi uçota alınma haqqında ərizə ilə müraciət etməli olduğunu hesab edərək İddiaçı imtina cavabı vermişdir. İşin faktiki hallarına və yuxarıda sadalanan normalara əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhərində mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-13090/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13090/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver